Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4016/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və bildirişin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və bildirişin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının barəsində Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində elektron informasiya sisteminə daxil edilmiş xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi etibarsız hesab edilməsi və etibarsız hesab edilmiş bildirişin ləğv edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, barəsində Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində elektron informasiya sisteminə daxil edilmiş xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edib. Lakin, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 656/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərardadı ilə (cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyinə görə) ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bundan sonra iddia ərizəsinin qaytarılmasına əsas vermiş nöqsanları aradan qaldıraraq barəsində Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində elektron informasiya sisteminə daxil edilmiş xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və etibarsız hesab edilmiş bildirişin ləğv edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə verilməsi barədə xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə yenidən Zaqatala Rayon Məhkəməsinə müraciət edib. Lakin, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1137/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərardadı ilə (tərəflər məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bundan sonra da iddia ərizəsinin qaytarılmasına əsas vermiş nöqsanları aradan qaldıraraq eyni tələblə xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə yenidən Zaqatala Rayon Məhkəməsinə müraciət edib. Belə ki, xx.xx.2018-ci il tarixində "TST AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə əsas iş yeri üzrə səyyar satıcı vəzifəsinə işə qəbul olunub. Bu barədə xx.xx.2018-ci il tarixində xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilmişdir. Bir neçə ay həmin müəssisədə işlədikdən sonra öz xahişi ilə ərizə yazaraq ordan işdən ayrılıb. Ancaq, hazırda işlədiyi yeni bir işə, yəni, xx.xx.2021-ci il tarixində "AGRARCO” Məhdud Məsuliyyətli Cəmiyyətinə əlavə iş yeri üzrə soyuducu qurğuları operatoru vəzifəsinə işə qəbul olunarkən məlum olmuşdur ki, əvvəl işlədiyi "TST AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əsas iş yeri üzrə xitam verilməmiş əmək müqaviləsinin bağlanması ilə bağlı aktiv əmək müqaviləsi bildirişi elektron informasiya sistemində mövcuddur. Bununla bağlı cavabdeh "TST AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə (AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120) müraciət olunmuş, yəni, hazırda elektron informasiya sistemində iddiaçının adında aktiv olan xx.xx.2018-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli Ərizə poçt rabitəsi vasitəsi ilə ona göndərilmiş, lakin, həmin məktub cavabdehin həmin ünvanda olmaması səbəbindən ona çatdırılmamış və iddiaçıya qaytarılmışdır. Bundan başqa, cavabdeh "TST AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda fəaliyyət göstərib-göstərməməsi barədə yazılı məlumat verilməsi ilə bağlı Ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət olunmuş, müraciətə baxılması barədə Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli, **********120300 nömrəli məktubda bildirilir ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdə ********** saylı VÖEN-lə vergi uçotuna alınmış, fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırmışdır. Bununla yanaşı, xx.xx.2018-ci il tarixində elektron informasiya sisteminə daxil edilmiş xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin ləğv edilməsi üçün köməklik göstərilməsi barədə Ərizə ilə X1 Xidmətinə müraciət olunmuş, müraciətə baxılması barədə onun tərəfindən cavab olaraq göndərilmiş xx.xx.2021- ci il tarixli, **********9 nömrəli məktubda bildirilir ki, işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə verilməsi barədə tələb irəli sürülməlidir. Deməli, cavabdeh "TST AZ” MMC-nin fəaliyyətini dayandırması və eyni zamanda faktiki olaraq da (hər hansı məsul şəxsinin) olmaması səbəbindən onun tərəfindən hazırda elektron informasiya sistemində iddiaçının adına əsas iş yeri üzrə aktiv olan əmək müqaviləsi bildirişinə xitam verilməsi, yəni, cavabdeh tərəfindən bu vəzifənin icrası mümkün deyildir. Bu səbəbdən də həmin vəzifənin icrası üçün hazırda barəmdə elektron informasiya sistemində aktiv olan əmək müqaviləsinin bağlanması ilə bağlı sözügedən əmək müqaviləsi bildirişi məhkəmə qaydasında etibarsız hesab edilməli, etibarsız hesab edilmiş bildirişin ləğv edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X1 Xidmətinə verilməlidir. Tərəflər və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Lakin iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdaifə etdiyini, mülki işə onun iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB\3- 00706 saylı arayışından görünür ki, tərəflər arasında hazırkı mübahisənin həlli üçün mediatora müraciət edilmişdir. X1 Xidmətinin xx.xx.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, Məlum edirik ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı emək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə "əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxibedilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7.2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 9-cu maddəsinin “o” bəndinə əsasən elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir; 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir; 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinin l-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 2-ci hissəsinə əsasən Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir; 49-cu maddəsinin 2-2-ci hissəsinə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir; 49.4-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı işəgötürən Cavabdeh MMC ilə xx.xx.2018-ci il tarixdə səyyar satıcı kimi işə qəbul edilməyi barədə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir. Daha sonra isə həmin işdən çıxmışdır. Lakin İddiaçının adı elektron informasiya sistemində Cavabdeh MMC-nin işçisi kimi hələ də qalmaqdadır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı “əmək müqaviləsinə xitam verilməsi və bildirişin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin mərkəzləşdiirlmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 23 noyabr 2018-ci il əmək müqaviləsinə xitam verilsin, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-4016/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4016/2022
03.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver