Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-404/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: pul tələbi, qətnamənin preyudisiallığı) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 21 iyul 2010-cu il tarixli müqaviləyə əsasən, MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa ediləcək yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən həmin mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu qalmamışdır. İddiaçı "xxxx" MMC-yə ünvanlandırdığı, notarial qaydada təsdiq edilmiş xx.xx.2019cu il tarixli, **********765 nömrəli ərizədə göstərilmişdir ki, o, 384 saylı mənzilə dair "xxxx" MMC ilə bağladığı 21 iyul 2010-cu il tarixli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və MMC-nin nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmiş, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə etirazının, bununla bağlı iddia və tələbinin olmadığını göstərmişdir. İddiaçı ilə "xxxx" MMC arasında bağanmış 21 iyul 2010- cu il tarixli "xxxx" müqaviləyə əsasən MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzili İddiaçı təhvil vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli,e-2(103)- 293/2024 saylı mülki iş üzrə qərarı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunub.Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B saylı yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81,4 kv.metr sahəli 384 saylı iki otaqlı mənzilin təmir xərcinin əvəzi kimi 27739,55 (iyirmi yeddi min yeddi yüz otuz doqquz manat, əlli beş qəpik) pul cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. - AR Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli,e-2(102)-3079/2024 saylı mülki iş üzrə Qərarı ilə İddiaçı cavabdeh Bakhshali Zolfiyə qarşı “pulun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 293/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-2(103)- 293/2024 nömrəli,8 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində inşa edilən binanın 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81 kv.metr sahəsi olan 384 saylı mənzili hüquqazidd şəkildə başqa şəxsin adına rəsmiləşdirən Cavabdeh MTK-dan vurulmuş zərərin əvəzi olaraq 40000 ABŞ dolları (31200 manat) məbləğində pulun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ilə "xxxx" MMC (hüquqi varisi Cavabdeh MTK) arasında MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanda inşa etdiyi binanın 5-ci giriş, 16-cı mərtəbəsində yerləşən 2 otaqlı 528 saylı mənzilə dair xx.xx.2006-cı ildə müqavilə bağlanmışdır.İddiaçı 21 iyul 2010-cu il tarixli ərizəsi əsasında (artıq ödəmə nəzərə alınmaqla) 528 saylı mənzil həmin binanın 4-cü giriş 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81 kv.metr olan 2 otaqlı 384 saylı mənzillə əvəzləşdirilmişdir. Belə ki, İddiaçı ilə "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK arasında 21 iyul 2010-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində inşa edilən binanın 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81 kv.metr sahəsi olan 384 saylı mənzilə dair kooperativ mənzil-tikinti haqqında müqavilə bağlanaraq mənzil onun adına rəsmiləşdirilmişdir. Sözügedən faktlar Cavabdeh MTK tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 346 saylı məktubla öz təsdiqini tapır. 384 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və ona bu barədə maliyyə arayışı verilmişdir. Belə ki, mənzilin dəyəri iddiaçı tərəfindən xarici valyuta ilə 40000 ABŞ dolları (31200 manat) tam ödənilmişdir. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2022-ci il tarixli, 79 saylı məktubdan da görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri olan 40000 ABŞ dolları (yəni keçmiş məzənnə ilə 31200 manat) onun tərəfindən tam ödənilmiş, həmin mənzil onun tərəfindən təmir etdirilmişdir.İddiaçı 27739,55 manat xərc çəkib təmir etdirdiyi həmin mənzildə 2011-ci ildən 2014-cü ilədək yaşamışdır. Sonradan Cavabdeh MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokoluna əsasən 17 iyun 2020-ci il tarixdə Zolfi Bakhshali adlı şəxsin həmin mənzilə dair pul ödəmədən ********* saylı çıxarış aldığı məlum olmuşdur.İddiaçı 384 saylı mənzilin Zolfi Bakhshalinin adına keçməsindən 2021-ci ilin sonunda xəbərdar olmuşdur. Etiraz ərizəsi və onun dəlilləri Cavabdeh MTK məhkəməyə elektron kabinet vasitəsilə müraciət etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Cavabdeh MTK-dan xx.xx.2010-cu il tarixli müqavilə üzrə 40000 ABŞ dolları (31200 manat) məbləğidə zərər əvəzində pulun tutulması ilə bağlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bildirilir ki, iddia tələbi aşağıdakı səbəblərdən əsassızdır və təmin olunmamalıdır:İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı ilə "xxxx" MMC arasında 528 nömrəli mənzillə bağlı ilkin müqavilə xx.xx.2006-cı il tarixində imzalanmışdır. Daha sonra 528 nömrəli mənzil 384 saylı mənzillə əvəzləşdirilməsi səbəbi ilə xx.xx.2010-cu il tarixdə müqavilə imzalanmışdır. Həmin kooperativ mənzil tikintisi haqqında müqavilənin 1.1.-ci maddəsinə əsasən 384 saylı mənzilin inşa edilməsi müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 3-cü bəndində ödəniş qaydaları hissəsi isə xətt çəkilərək boş saxlanılmışdır. Həmçinin iş materiallarında müqavilənin, kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətinin əlavə edilmədiyi aşkar edilmişdir. İddiaçı müqavilənin bağlanmasından keçən 14 il müddətində müqavilə üzrə öhdəliyinin icra edilməməsi və yaxud vurulmuş zərərlə bağlı bir dəfə də olsun həmin dövrdə mövcud olan cəmiyyətə müraciət etməmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyə uyğun olaraq mənzilin tikilib təhvil verilməsi barədə podrat müqaviləsi deyil, yalnız alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan 2010-cu ildə tərəf olan "xxxx" MMC təşkilati hüquqi formasından da göründüyü kimi məhdud məsuliyyətli cəmiyyət olub. Həmin dövrdə tərəflər arasında daşınmaz əmlaka dair bağlanmış müqavilə qanunvericiliyin tələbinə əsasən yalnız notarial qaydada təsdiq edilməli idi. Belə ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.(Mülki Məcəllənin 146.1.-ci maddəsi). Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə əhəmiyətsiz olduğu üçün bağlandığı andan etibarsızdır. Yəni bu müqavilənin etibarsızlığı üçün onun mübahisələndirilməsinə heç bir hüquqi cəhd göstərilməsinə ehtiyac yoxdur. Hazırkı iş materiallarına əlavə edilmiş müqavilədən və “öhdəlik”dən görünür ki, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə notairat qaydada bağlanmalı olduğu halda iddiaçı fiziki şəxslə cavabdeh hüquqi şəxs bu müqaviləni adi yazılı qaydada bağlamışıdır. Əgər cavabdeh təşkilatın təşkilati-hüquqi forması MTK (mənzil tikinti kooperativi) formasında olsa idi, bu zaman MTK ilə iddiaçı arasında adi müqavilə və üzvlüyə qəbulla bağlı protokol hüquqi cəhətdən məqbul hesab edilə bilərdi. Çünki Müki Məcəllə məhz MTK-lar üçün üzvlüyə qəbul ilə bağlı prosedur müəyyən etməklə, pay haqqının ödənilməsi və üzvlüyə qəbulla bağlı MTK-nın payçılarının protokolunun mənzil üzərində mülkiyyət hüququnun (pay haqqı ödənildiyi anda sahiblik və istifadə hüququnun, reyestrdə qeydiyyata alındığı anda isə sərəncam hüququnun) yaranmasının hüquqi əsası kimi müəyyən edir. Lakin MMC formasında hüquqi şəxslər öz balanslarında olan əmlakı adi müqavilə ilə deyil, notairat qaydada alqı-satqı bağlamaq yolu ilə özgəninkiləşdirə bilərlər. Bunun üçün onlar öncə həmin mənzil üzərində mülkiyyət hüquqlarını Məhdud Məsuliyyətli Cəmiyyət olaraq daşınmaz əmlakın dövlət reyestində qeydiyyata aldırmalı daha sonra isə onun üzərində sərəncam verərək satmalıdırlar. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh əmlakın üzərində öz mülkiyyət hüququnu qeydiyyat aldırmamış, yəni əmlak üzərində faktiki və hüquqi olaraq mülkiyət hüququ yaranmamış ona sərəncam vermişdir və sərəncam hüququ notairat qaydada reallaşdırılmamışdır. Bu halda müqavilə bağlandığı andan, mübahisələndirilibmübahisələndirilməsindən asılı olmayaraq əhəmiyətsiz olduğu üçün etibarsızdır. İkincisi iddia tələbi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan iddiaçı ilə Cavabdeh MTK arasında mənzilə dair məhkəmə mübahisəsi olub və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-2444/2022 nömrəli qərarı ilə hüquqi qiymət verilmişdir. Ücüncüsü iddiaçı iddia ərizəsində pulun 2010-cu ildə "xxxx" MMC ödənildiyini və daha sonra vurulmuş zərərin Cavabdeh MTK dan tələb etməsini qeyd etmişdir. Lakin pulun ödənilməsi barədə faktı təsdiq edən hər hansı bir sübutu iş materiallarına əlavə etməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 143 qeydiyyat №-si ilə “05” fevral 1999-cu il tarixdə qeydə alınmış “ciddi hesbat blanklarının (Mədaxil qəbzi f.№ 1 MQ, kassa mədaxil orderi F.№ KO-1, vəkalətnamə f.№ M2, qaimə-faktura f.№ 2Q) forma və rekvizitləri və onlardan istifadə qaydalarının təsdiq edilməmişdir. Dördüncüsü: Beləliklə iddiaçı 2010-cu il tarixli müqaviləyə istinad edərək iddia ərizəsi ilə hazırda məhkəməyə müraciət etməsi ilə bağlı bildirilir ki, bu tip işlər üzrə mülki qanunvericiliklə tənzimlənən iddia müddətini iddiaçı ötürmüşdür. Bu səbəbdən iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən iddia ərizəsinə dair etirazın qəbul edilməsi və iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilib ki, mübahisəli mənzilə görə həm İddiaçı, Həm də Zolfi Bakhshali tərəfindən Cavabdeh MTK-ya pul ödənilib. Lakin mənzil Zolfi Bakshalinin sahiblik və istifadəsində saxlanılıb, İddiaçı isə müqavilə üzrə ödədiyi pul məbləğini barədə tələbi ayrıca icraatda mübahisələndirməsi izah edilib. İddia müddətinin ötürülməsi barədə ərizə ilə razı deyillər, belə ki, son məhkəmə qərarı 23 oktyabr 2024-cü il tarixdə qəbul edilib. Məhkəmə iclasında Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi X4 etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini qəbul etmədiyini bildirdi. O qeyd etdi ki, "xxxx" MMC ilə İddiaçı arasında 2006-cı ildə müqavilə bağlanmışdır. Daha sonra Harunova Aybənix mənzilə hüququnda imtina etmişdir və mənzil Zülfü Baxşəliyev adına rəsmiləşdirilmişdir, lakin, tərəflər arasında sonradan mübahisələr yaranmışdır. Hesab edir ki, iddiaçının iddia tələbi üzrə Cavabdeh MTK heç bir subyektiv cavabdehlik daşımır. Digər tərəfdn iddiaçı ərəfindən iddia müddəti də ötürülmüşdür. Qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəməfən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Mülki işin materialları - 12 sentyabr 2006-ci il tarixli Kooperativ Mənzil Tikintisi haqqında Müqavilədən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır və müqaviləyə əsasən ünvan 3 ünvanında inşa ediləcək yaşayış binasının giriş 5,mərtəbə 16,mənzil 528 ünvanında yerləşən mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürür. Müqavilə 14 noyabr 2022-ci ildə 1S-11592 nömrə ilə qeydiyyata alınmışdır. - 21 iyul 2010-cu il tarixli Kooperativ Mənzil Tikintisi haqqında Müqavilədən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır və müqaviləyə əsasən ünvan 3 ünvanında inşa ediləcək yaşayış binasının giriş 4,mərtəbə 8,mənzil 324 ünvanında yerləşən mənzili “payçı” İddiaçı təhvil verməyi öhdəsinə götürür. - xx.xx.2020-ci il tarixli,384 nömrəli Kooperativ Mənzil Tikintisi haqqında Müqavilədən görünür ki, "xxxx" MMC ilə Zolfi Bakhshali arasında müqavilə bağlanaraq, İddiaçı məxsus olan Bakı şəhəri,Yasamal rayonu,Yeni ünvan 4 ünvanda inşa etdiyi binanın 5-ci giriş 16~cı mərtəbəsində yerləşən 2 otaqlı 528 saylı mənzil Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir. - 15 noyabr 2022-ci il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin AR Vəkillər Kollegiyası 4 saylı Vəkil Bürosunun müdiri R.İbrahimova ünvanladığı məktubdan görünür ki, X2 ilə "xxxx" MMC arasında cəmiyyətin Bakı şəhəri,Yasamal rayonu,Yeni ünvan 4 ünvanda inşa etdiyi binanın 5-ci giriş 16~cı mərtəbəsində yerləşən 2 otaqlı 528 saylı mənzilə dair xx.xx.2006-cı ildə müqavilə bağlanmışdır.İddiaçı 21 iyul 2010-cu il tarixli ərizəsi əsasında (artıq ödəmə nəzərə alınmaqla) 528 saylı mənzil həmin binanın 4-cü giriş 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81 kv metr olan 2 otaqlı 384 saylı mənzillə əvəzləşdirilərək yeni müqavilə əsasında onun adına rəsmiləşdirilmişdir.384 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənildiyindən ona bu barədə maliyyə arayışı verilmişdir. Zolfi Bakhshali tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə üçün "xxxx" MMC-yə pul vəsaiti ödənilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli,e- 2(103)-293/2024 saylı mülki iş üzrə qərarından görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin olunub.Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B saylı yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81,4 kv.metr sahəli 384 saylı iki otaqlı mənzilin təmir xərcinin əvəzi kimi 27739,55 (iyirmi yeddi min yeddi yüz otuz doqquz manat, əlli beş qəpik) pul cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. - AR Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli,e-2(102)-3079/2024 saylı mülki iş üzrə qərarından görünür ki, İddiaçı cavabdeh Bakhshali Zolfiyə qarşı “pulun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 293/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-2(103)-293/2024 nömrəli,8 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 112.1. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.” İşə baxan məhkəmənin mövqeyi “Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2022-ci il tarixli, 79 saylı məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri olan 40000 ABŞ dolları (yəni keçimş məzənnə ilə 31200 manat) onun tərəfindən tam ödənilmiş, həmin mənzil onun tərəfindən təmir etdirilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri Zolfi Bakhshali tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur. Mülki Məcəlləyə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir (maddə 112.1). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-293/2024 Saylı Qətnaməsi ilə aşağıdakı hallar müəyyən edilmişdir: İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzilin pay haqqı həm iddiaçı, həm də Zolfi Bakhshali tərəfindən ödənilmişdir (23-cü bənd) İddiaçının mübahisəli mənzilə görə ödədiyi pay haqqının ödənilməsi tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi ilk növbədə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir. Hazırkı halda cavabdeh Zolfi Bakhshali müqavilə məbləğinin, yəni kooperativ pay haqqının qaytarılması hissəsində tələbə cavab verməli şəxs deyil. Belə ki, mənzil tikintisi haqqında müqavilə iddiaçı ilə MTK arasında bağlanmışdır, iddiaçı mənzilin dəyərini məhz MTK-ya ödəmişdir və MTK da bunu təsdiq edir. Cavabdeh Zolfi Bakhshali həmin müqavilədə tərəf deyil və üzərinə hər hansı öhdəlik götürməmişdir. (26-cı bənd) Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı mübahisəli mənzilə görə ödədiyi pay haqqının qaytarılmasını Zolfi Bakhshalidən deyil, Cavabdeh MTK-dan tələb edə bilər. Cavabdeh MTK isə hazırkı işdə cavabdeh deyildir (27-ci bənd). Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Zofi Bakhshaliyə qarşı “pul” tələbinə dair mülki iş üzrə müəyyən edilmiş halların hazırki mülki iş üzrə preyudisiallığı aşkardır, qeyd edilən məhkəmə aktları iddiaçının istinad etdiyi halların hazırki məhkəmə icraatı çərçivəsində yenidən araşdırılmasının qarşısını alınır, sübut etmə prosesini tərəflər üçün sadələşdirir. Belə ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh Zofi Bakshali tərəfindən mənzilin dəyərinin iddiaçıya ödənilməsi, bu səbəbdən iddiaçının müqavilənin ləğvinə razılaşması ilə bağlı qeyd edilənləri təsdiq edən sübutlar təqdim edilməmişdir. Əksinə yuxarıda istinad edilən məhkəmə qərarlarında həm iddiaçı, həm də Zolfi Bakshali tərəfindən məznilə göə MTK-ya pul məbləğinin ödənilməsi öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin cavabdeh “Şərur MTK”-nın nümayəndəsinin iddiaya olan etirazında iddiaçının iddia qaldırmaq üçün müəyyən olunmuş müddəti ötürdüyü açıq-aşkar məlum olmasına istinad etməklə hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, onun pul tələbi ilə bağlı məhkəməyə müraciəti olsa da, bu iddia onun cavabdehin subyektiv cavabdehlik daşımaması əsası ilə rədd edilmiş, lakin buna baxmayaraq məhkəmə qərarlarında iddiaçının Cavabdeh MTK-ya qarşı pul tələbi ilə bağlı iddia qaldırmaq hüququ ona məlum olduğu üçün o bu hüququndan istifadə edərək hazırki iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1ci maddəsində təsbit olunan, müdafiə üçün məhkəməyə müraciət etmək hüququ fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədinə xidmət edir. Eyni yanaşma məhkəmədə mülki işə başlama barədə MPM-nin 5.1-ci maddəsində əks olunmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməklə iddia müddətini buraxmasına dair cavabdeh tərəfin dəlili əsassızdır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı dəymiş zərərin əvəzi olaraq Cavabdeh MTK-dan 31200 manat məbləğində pulun tutularaq idiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK-dan 31200 (otuz bir min iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 183,60 manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-404/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-404/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver