Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4179/2020 10.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ogluna qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 143008 nömrəli xx xxxx 2020-cı il tarixli nisyə-satış müqaviləsi üzrə yaranmış 376 (üç yetmiş altı) manat məbləğində əsas və 38 (otuz səkkiz) manat məbləğində hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 414 (dörd yüz on dörd) manat məbləğində borcun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2020 ci il tarixdə 143008 nömrəli nisyə-satış müqaviləsi bağlanmışdır. 143008 nömrəli nisyə-satış müqaviləsinə əlavə edilmiş cədvələ əsasən, Cavabdeh 12 (on iki) ay müddətinə hər ayın 16-dan gec olmamaq şərti ilə 35 (otuz beş) manat məbləğində pul vəsaitini ödəməsini öhdəsinə götürmüşdür. Belə kı, borclu qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək, müqavilə şərtlərini pozmuşdur. Borclu şəxsə müqavilə üzrə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmək istəməmişdir. 15 nömrəli xx xxxxxxx 2020-ci il tarixli borca dair arayışdan görünür ki, 143008 nömrəli xx xxxxx 2020ci il tarixli nisyə-satış müqaviləsi üzrə Cavabdeh İddiaçınə xx xxxx 2020-ci il tarixinə yaranmış 376 (üç yüz yetmiş altı) manat məbləğində əsas və 38 (otuz səkkiz) manat məbləğində hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 414 (dörd yüz on dörd) manat məbləğində borcu vardır. Nisyəsatış müqaviləsində göstərilir ki, alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0,30 faizi həcmində cərimə ödənilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: xx xxxxx 2020-ci il tarixli 143008 nömrəli məişət avadanlıqlarının nisyə satış müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı qeyd edilən müqavilə əsasında Cavabdeh ilkin ödəniş 28 (iyirmi səkkiz) manat olan dəyəri 439 (dörd yüz otuz doqquz) manat olan “Xiaomi-Redmi Note 8 DS 3/32GB Blue” markalı telefonu 12 (on iki) ay müddətinə hər ay 35 (otuz beş) manat olmaqla (sonuncu ay 26 (iyirmi altı) manat) hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı xx xxxxx 2020-ci il tarixli 143008 nömrəli məişət avadanlıqlarının nisyə satış müqaviləsi üzrə yaranmış borca dair xx xxxxxxx 2020-ci il tarixli arayışın surətindən və məzmunundan görünür ki, müvafiq müqavilə üzrə xx xxxx 2020-ci il tarixinə 376 (üç yüz yetmiş altı) manat məbləğində əsas və 38 (otuz səkkiz) manat məbləğində hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 414 (dörd yüz on dörd) manat məbləğində borcu yaranmışdır; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli 143008 nömrəli məişət avadanlıqlarının nisyə satış müqaviləsinə əsasən cavabdeh şəxsin dəyəri 439 (dörd yüz otuz doqquz) manat olan “Xiaomi-Redmi Note 8 DS 3/32GB Blue” markalı telefonu üçün 376 (üç yüz yetmiş altı) manat məbləğində əsas və 38 (otuz səkkiz) manat məbləğində hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 414 (dörd yüz on dörd) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxx 2020-ci il tarixli 143008 nömrəli məişət avadanlıqlarının nisyə satış müqaviləsinə əsasən Cavabdeh xx xxxx 2020-ci il tarixinə 376 (üç yüz yetmiş altı) manat məbləğində əsas və 38 (otuz səkkiz) manat məbləğində hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 414 (dörd yüz on dörd) manat məbləğində borc vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-4179/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4179/2020
10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver