Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-419/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X1 Mühasibatlıq və Təyinat Filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X1 Mühasibatlıq və Təyinat Filialı cəlb edilməklə) qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sadalanan əmlakların: 1) Tək iynəli, stollu sənaye düztikiş maşını. Avtomatik yağlama funksiyası. DOİT ST97G0 - 1 ədəd, dəyəri 1100 manat; 2) Sənaye 4 saplı overlok tikiş maşını, stollu. DOL12H 400W 2850RPM mufta motoru, stol və dayaq ilə. DOİT ST747 - 1 ədəd, dəyəri 800 manat; 3) Sənaye menteşəli tikiş maşını, masa ilə. 370 Vt.DOlT ST781 - 1 ədəd, dəyəri 1100 manat; 4) Sənaye bloklu tikiş maşını, masa ilə. 3 iynə 5 DOL12H 400W 2850RPM. Ümumi ölçülər: 600*390*630, maksimum tikiş qalınlığı: 5 mm, tutum: 400 Vt, Çəki-49-52 kq. DOİT ST500-01CB - 1 ədəd, dəyəri 700 manat; 5) Buxar ütüsü, su tutumu 1,8 litr DOlT ST-75L - 1 ədəd, dəyəri 600 manat; 6) Ütü masası, üstündə avtomatik qızdırıcı, 110 dərəcə, Güc kVt: 1,65 Vakuum gücü, bp:0,5 gücü artırmaq üçün.bp: 0,5 Gərginlik, V:230 Gərginlik istəyə görə, V:120 Ölçüsü iş sahəsi, mm: 1250x800 Qablaşdırma, m3:1,3 m3 silmək üçün: 0.6.JDP YL-1500D-H - 1 ədəd, dəyəri 900 manat; 7) Maniken, ölçüsü tənzimlənir, Redlotus ADF-1 - 1 ədəd, dəyəri 200 manat, əmlaklar olmadıqda isə dəyərinin və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 Bakı Regional Məşğulluq Filialı tərəfindən xx.xx.2022-ci il tarixli “özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktına əsasən ona qeyd olunan əmlaklar təhvil verilmişdir. Cavabdeh onun qardaşının arvadıdır və buna görə də, qeyd olunan əmlakları onunla birgə istifadə edirdi. Cavabdehlə qardaşının arasında olan nikah pozulduğuna görə və cavabdehlə münasibəti pisləşdiyindən həmin əmlakları geri qaytarmaqdan imtina etmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və polis şöbəsi tərəfindən məktub ünvanlanaraq, cavabdehdən izahat alındığını, izahatda onun bu əmlaklar üzərində sahiblik hüququnun olduğunu, bu səbəbdən də, əmlakları qaytarmayacağını qeyd etdiyini bildirmişdir. Məktubda ünvanlanan ərizədə göstərilən xüsusatların mülki xarakterli olduğu əsası ilə məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. Yəni, cavabdeh əmlakların onda olmasını etiraf etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə dərzilik fəaliyyəti ilə bağlı avadanlıq verilməmiş, iddiaçının cavabdehdə heç bir əmlakı yoxdur. Cavabdeh fərdi sahibkardır və uzun müddətdir ki dərzilik fəaliyyəti ilə məşğul olur. Cavabdeh dərzilik fəaliyyəti ilə məşğul olduğu üçün fərdi sahibkar kimi özünəməşğulluq programı daxilində X3 müraciet etmiş və Agentlik tərəfindən cavabdehə özünə məşğulluğun təmin edilməsi üçün 7 ədəd dərzi avadanlığı verilmişdir. Agentlik ilə cavabdeh arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, özünə məşğulluğa cəlb olunmuş şəxsin (Cavabdeh) istifadəsinə verilmiş əmlak həmin tarixdən etibarən onun mülkiyyətinə verilmişdir. Agentlik tərəfindən cavabdehə verilmiş əmlaklar üzərində iddiaçının hər hansı bir hüquqi yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X1 Mühasibatlıq və Təyinat Filialının nümayəndəsi Nümayəndə2 bildirdi ki, agentlik tərəfindən həm iddiaçıya, həmdə cavabdehə ayrı-ayrılıqda özünüməşğulluq proqramı çərcivəsində tikiş avadanlıqları verilmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, 2022/ÖM/05923 saylı Özünəməşğulluğa kömək göstərilməsinə dair müqavilədən və xx.xx.2022-ci il tarixli “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə” dair təhvil-təslim aktın surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X1 Mühasibatlıq və Təyinat Filialı tərəfindən “Tək iynəli, stollu sənaye düztikiş maşını. Avtomatik yağlama funksiyası. DOİT ST97G0 - 1 ədəd, Sənaye 4 saplı overlok tikiş maşını, stollu. DOL12H 400W 2850RPM mufta motoru, stol və dayaq ilə. DOİT ST747 - 1 ədəd, Sənaye menteşəli tikiş maşını, masa ilə. 370 Vt.DOlT ST781 - 1 ədəd, Sənaye bloklu tikiş maşını, masa ilə. 3 iynə 5 DOL12H 400W 2850RPM. Ümumi ölçülər: 600*390*630, maksimum tikiş qalınlığı: 5 mm, tutum: 400 Vt, Çəki-49-52 kq. DOİT ST500-01CB - 1 ədəd, Buxar ütüsü, su tutumu 1,8 litr DOlT ST-75L - 1 ədəd, Ütü masası, üstündə avtomatik qızdırıcı, 110 dərəcə, Güc kVt: 1,65 Vakuum gücü, bp:0,5 gücü artırmaq üçün.bp: 0,5 Gərginlik, V:230 Gərginlik istəyə görə, V:120 Ölçüsü iş sahəsi, mm: 1250x800 Qablaşdırma, m3:1,3 m3 silmək üçün: 0.6.JDP YL-1500D-H - 1 ədəd, Maniken, ölçüsü tənzimlənir, Redlotus ADF-1 - 1 ədəd” adlı əmlakları İddiaçı təhvil vermiş və sonuncu həmin əşyaları təhvil almışdır; xx.xx.2021-ci il tarixli, 113/2021 saylı Özünəməşğulluğa kömək göstərilməsinə dair müqavilədən və xx.xx.2021-ci il tarixli, 113/2021 saylı “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə” dair təhvil-təslim aktın surətindən görünür ki, , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X1 Mühasibatlıq və Təyinat Filialı tərəfindən “1) Sənaye tipli bir iynəli düz tikiş maşını: sürəti 5000 spm, tikiş eni 0-5 mm, tikiş qalınlığı 3-10 mm, tikiş uzunluğu 0-5 mm, basma ayağının hündürlüyü 5.5-15 mm, masa ilə birlikdə. Marka və model: DOİT ST9700, 2) Sənaye tipli 4 saplı overlok tikiş maşını: iynə sayı 2, iynə növü DCX27 #11, tikiş uzunluğu 3.8 mm, sürət 7000 spm, kilid genişliyi 4 mm, tikiş qalınlığı 5 mm, basma ayağının hündürlüyü 5 mm, stol ilə birlikdə. Marka və model: DOİT ST747, 3) Gizli tikiş avadanlığı: tək iplikli zəncir tikişi, sürət 2500 spm, tikiş uzunluğu 3-8 mm, atlama mexanizmi 1:1, 2:1, iynə LWx6T #11, #14, motor 250W, 4 dirəkli Marka və model: DOİT DT101, 4) Sənaye tipli interlok tikiş maşını: iynə sayı 3, iynə növü UY128GAS #9, #11 tikiş, uzunluğu 4.4 mm, sürət 6000 spm, tikiş qalınığı 5 mm, basma ayağının hündürlüyü 5 mm, stol ilə birlikdə. Marka və model: DOİT ST500- 01CB, 5) Par ütüsü: tutumu 1.8 L işıq indiqatoru ilə temperaturun avtomatik idarə edilməsi, voltaj 220V, güc 900W Marka və model: DOİT ST-75” adlı əmlakları Cavabdeh təhvil vermiş və Özünəməşğulluğa cəlb olunmuş şəxs isə həmin əşyaları təhvil almışdır. xx.xx.2023-cü il tarixli “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə” dair təhvil-təslim aktın surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X1 Mühasibatlıq və Təyinat Filialı tərəfindən “ 1) Sənaye tipli bir iynəli düz tikiş maşını: sürəti 5000 spm, tikiş eni 0-5 mm, tikiş qalınlığı 3-10 mm, tikiş uzunluğu 0-5 mm, basma ayağının hündürlüyü 5.5-15 mm, masa ilə birlikdə. Marka və model: DOİT ST9700- 1 ədəd 2) Sənaye tipli 4 saplı overlok tikiş maşını: iynə sayı 2, iynə növü DCX27 #11, tikiş uzunluğu 3.8 mm, sürət 7000 spm, kilid genişliyi 4 mm, tikiş qalınlığı 5 mm, basma ayağının hündürlüyü 5 mm, stol ilə birlikdə. Marka və model: DOİT ST747- 1 ədəd 3) Gizli tikiş avadanlığı: tək iplikli zəncir tikişi, sürət 2500 spm, tikiş uzunluğu 3-8 mm, atlama mexanizmi 1:1, 2:1, iynə LWx6T #11, #14, motor 250W, 4 dirəkli Marka və model: DOİT DT101- 1 ədəd 4) Sənaye tipli interlok tikiş maşını: iynə sayı 3, iynə növü UY128GAS #9, #11 tikiş, uzunluğu 4.4 mm, sürət 6000 spm, tikiş qalınığı 5 mm, basma ayağının hündürlüyü 5 mm, stol ilə birlikdə. Marka və model: DOİT ST500-01CB- 1 ədəd 5) Par ütüsü: tutumu 1.8 L işıq indiqatoru ilə temperaturun avtomatik idarə edilməsi, voltaj 220V, güc 900W Marka və model: DOİT ST-75- 1 ədəd 6) Ütü masası: masanın üzəri avtomatik 110 C qızdırıcılı, masa ölşüsü 1250*800 mm, voltaj 220V, 50-60 hz, Vakum motorunun gücü 800W, 2800 rpm Marka və model: JX JX-DY-2- 1 ədəd 7) Maniken: ölçüləri tənzimlənən, material plastik+parça Marka model: Redlotus ADF-1- 1 ədəd ” adlı əmlaklar Cavabdeh mülkiyyətinə verilmiş və özünəməşğulluğa cəlb olunmuş şəxs isə həmin əşyaları təhvil almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, “həmin avadanlıqlar üzərində onunda sahiblik hüquqları vardır. Buna görə də, həmin avadanlıqları vətəndaş İddiaçı qaytarmayacaqdır”; Cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində verdiyi izahatında bildirmişdir ki, baldızı İddiaçı tərəfindən ona heç bir dərzi avadanlığı verilməmişdir. Onun özü dərzilik fəaliyyəti ilə bağlı məşğul olduğu atelyeyə fərdi sahibkar kimi özünəməşğulluq proqramı daxilində X3 müraciət etmişdir. Agentlik tərəfindən onun müraciətinə baxılmış və müraciət qəbul edilərək xx.xx.2023-cü il tarixli akt əsasında ona dərzilik fəaliyyəti ilə bağlı 7 ədəd avadanlıq verilmişdir. Dövlət tərəfindən ona verilmiş avadanlıqlar üzərində onun sahiblik və istifadə hüququ var. xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh “Kredo” Vəkil Bürosunun hesabına hüquqi yardım üçün cəmi 700 manat məbləğində pul ödəmişdir. Etibarnamədən görünür ki, vəkilə etibarnamə verilməsi üçün 17,25 manat məbləğində ödəniş etmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 Bakı Regional Məşğulluq Filialı tərəfindən İddiaçı özünəməşğulluq proqramı daxilində 7 ədəd tikiş avadanlıqları verilmişdir. Cavabdeh iddiaçının qardaşının arvadı olmuşdur. İddiaçı bildirir ki, avadanlıqlardan cavabdehlə birlikdə istifadə etmiş, lakin cavabdeh bunu inkar edir, həmçinin özünün tikiş avadanlıqlarının olduğunu və özü şəxsi biznes fəaliyyəti ilə məşqul olduğunu qeyd edir. İddiaçı ona məxsus tikiş avadanlıqlarının cavabdehdə olmasını və cavabdehin həmin avadanlıqların qaytarmamasını iddia edir, cavabdeh isə bu halı qəbul etmir. Məhkəmə hesab edir ki, hazırki mülki işin başlanmasına əsas olan iddia əsassızdır. Belə ki, İddiaçı ona özünəməşğulluq proqramı daxilində verilmiş tikiş avadanlıqlarının cavabdehdə olması səbəbi ilə geri qaytarılmasını tələb etsə də, lakin iddiaçı həmin avadanlıqların cavabdehdə olduğunu bildirməklə kifayətlənmiş, hər hansı bir mötəbər sübut təqdim etməmiş və ya belə sübutlar məhkəmə araşdırması zamanı aşkar olunmamışdır. Cavabdeh isə öz növbəsində tikiş avadanlıqlarının onda olmasını etiraf etməmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, cavabdeh polis şöbəsində verdiyi izahatda tikiş avadanlıqlarının onda olduğunu etiraf etmiş, lakin məhkəmə sorğusu ilə tələb edilmiş cavabdehin 17-ci Polis Şöbəsində verdiyi izahatından da görünür ki, cavabdeh ona özünəməşğulluq proqramı daxilində verilmiş tikiş avadanlıqlarını nəzərdə tutmuşdur. Həmçinin cavabdeh “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə” dair təhvil-təslim aktlarını məhkəməyə təqdim edərək, onun özünədə tikiş avadanlıqlarının verilməsini sübut etmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının tələb etdiyi əmlakların cavabdehdə olmasına dair etibarlı sübutlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Mülki Prosessual Məcəllənin sübutların mümkünlüyünü əks etdirən 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X1 Mühasibatlıq və Təyinat Filialı cəlb edilməklə) qarşı əmlak tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh vəkilə hüquqi yardım və etibarnamə üçün ödədiyi vəsaitin əvəzini iddiaçıdan tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin ərizəsi qismən əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 115.0-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Kredo” vəkil bürosunun hesabına 700 manat məbləğində pul köçürülmüşdür. Etibarnamədən görünür ki, vəkilə etibarnamə verilməsi üçün 17,25 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hüquqi yardıma görə ödənilmiş pulun 200 manat hissədə ağlabatan hesab edir. Odur ki, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 manat və vəkilə etibarnamə verilməsi üçün ödənilmiş pulun əvəzi olaraq 17,25 manat məbləğində pul iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X1 Mühasibatlıq və Təyinat Filialı cəlb edilməklə) qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 manat və vəkilə etibarnamə verilməsi üçün ödənilmiş pulun əvəzi olaraq 17,25 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-419/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-419/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver