Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4190/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh “Akademik C.M.Abdullayev adına X2” X14 qаrşı işə bərpа və məcburi işburахmаyа görə əmək hаqqı tələbinə dаir iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh “Akademik C.M.Abdullayev adına X2” X14 qаrşı işə bərpа və məcburi işburахmаyа görə əmək hаqqı tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cavabdeh “Akademik C.M.Abdullayev adına X2” X6 ilə bağladığı əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli, 415-K nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddiа оnunlа əsаslаndırılmışdır ki, o, 1978-ci ildən müxtəlif tibb müəssisələrində çalışmış, 1981-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun (köhnə adı ilə) qəbul şöbəsinə həkim-kardioloq vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə “Akademik C.M.Abdullayev adına X2” X13 elmi işçi vəzifəsinə keçirilmiş və xx.xx.2025-ci il tarixdə 415-K əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) onunla bağlanılmış 95/22 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh müəssisənin əmri tamamilə əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi dövlət büdcəsindən maliyyələşən müəssisə işçisinin çalışmanın yaş həddinə çatdıqda işdən azad edilməsi əsasını özündə ehtiva edir. Lakin Həmin Məcəllənin 4-cü maddəsinin (bu Məcəllənin tətbiq edildiyi iş yerləri) 3-cü hissəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.” Onun azad edildiyi müəssisənin adından da göründüyü kimi həmin təşkilat elmi müəssisədir. Bu səbəbdən də cavabdehin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə istinad edərək işdən azad edilməsinə dair bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunsuzdur. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi üçün 2 əsas şərt tələb olunur. Birinci şərt işçinin hökmən dövlət büdcəsindən maliyyələşən müəssisədə işləməli olması, 2-ci şərt isə çalışmanın yaş həddinin 65 yaşa çatmalı olmasıdır. Bu iki şərt eyni zamanda mövcud olduğu halda həmin məcəllənin qeyd edilən bəndinin tətbiqi qanuna uyğun olardı. “Akademik C.M.Abdullayev adına X2” X15 tərəfindən təqdim еdilmiş yаzılı еtirаzdа qeyd edilmişdir ki, İddiaçı fəaliyyəti araşdırılmış və məlum olmuşdur ki, o, Elmi şöbədə qeydiyyatda olmasına baxmayaraq, İnstitutun elmi-tədqiqat və metodoloji işlərində iştirak etməmiş, hər hansı bir elmi layihədə, tədqiqat prosesində və ya akademik tədbirdə yer almamışdır. Elmi məqalənin hazırlanması, yerli və beynəlxalq simpoziumlarda iştirak, yeni tədqiqat istiqamətlərinin təşəbbüsü və tədbiqi ilə bağlı fəaliyyəti müşahidə olunmamışdır. Əməkdaşın elmi istiqamətdə hər hansı real nəticəyə imza atmasına dair rəsmi qeyd və sənədləşdirilmiş material təqdim edilməmişdir. Bu hallar onun İnstitunun funksional strukturunda elmi baxımdan faydalı fəailyyət göstərmədiyin göstərir. Əməkdaş tibbiprofilaktik fəaliyyətə cəlb olunmamış, xəstələrin diaqnostikası və müalicəsi prosesində iştirak etməmiş, stasionar şəraitdə xəstə müalicəsi ilə məşğul olmamışdır. Onun klinik biliklərinin tətbiqi, tibbi qərarların verilməsi, sübütlara əsaslanan tibbi praktika və bu sahədə peşəkar fəaliyyətinə dair heç bir sənəd, məlumat və ya izahat təqdim olunmamışdır. Eyni zamanda, müasir tibbi texnologiyalarının tətbiqi və ya İnstitua dair hər hansı elmi-praktika yeniliyini təşəbbüsü ilə bağlı fəaliyyəti də qeyd alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin məcəllənin 10-1.-ci maddəsinə əsasən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Göründüyü kimi faktiki olaraq əmək funksiyalarını yerinə yetirməyən, heç bir praktiki elmi fəaliyyətlə məşğul olmayan şəxsin formal olaraq işçki kimi ştatda qalması qanunvericiliyə ziddir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdаfiə еdərək оnun məzmununа uyğun izаhаt vеrərək, təmin еdilməsini хаhiş еtdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Akademik C.M.Abdullayev adına X2” X12 xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin müvafiq maddələrinə və aidiyyəti üzrə normativ-hüquqi aktlara əsasən yaşı 70-dən yuxarı olan əməkdaşların elm-tədqiqat müəssələrində fəaliyyətinin davam etdirilməsi ilə bağlı məhdudiyyətlər nəzərə alaraq, onun bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriməsi barədə xəbərdar edilmişdir; İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, “Akademik C.M.Abdullayev adına X2” X12 nümayəndəsi mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir; “Akademik C.M.Abdullayev adına X2” X12 xx.xx.2025-ci il tarixli, 415-K nömrəli əmrinin surətindən görünür ki, elmi işçi İddiaçı ilə bağlanmış 95/22 nömrəli Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir; Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “Akademik C.M.Abdullayev adına X2” X13 “Elmi işçi” vəzifəsində çalışır, əmək müqaviləsinin bağlanma vaxtı xx.xx.1981-ci il tarixi və müddətsiz bağlanmış kimi qeyd edilmişdir; İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, 1981-ci il tarixdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun qəbul şöbəsinə həkim-kardioloq vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə “Akademik C.M.Abdullayev adına X2” X13 elmi işçi vəzifəsinə keçirilmiş və xx.xx.2025-ci il tarixdə 415-K əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə 95/22 nömrəli əmək müqaviləsinə xitam verilmişdir; X10 Xidməti tərəfindən İddiaçı ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Akademik C.M.Abdullayev adına X2” X8 bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 4.3-cü maddəsinin tələblərini pozaraq xitam vermiş və bu səbəblə X16 barəsində İXM-nin 192.6cı maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.Həmçinin pozuntunun aradan qaldırılmasını təmin edib, nəticəsi barədə məlumat verilməsi tələb olunmuşdur; “Сердце можно лечить только сердцем” adlı tezis toplusunun mündəricatından görünür ki, İddiaçı məqaləsi həmin topluda əks olunmuşdur; Ürək çatışmazlığı olan xəstələr üçün məktəbin təşkili və tətbiq edilməsi barədə 2024cü ilin Metodik tövsiyəsindən görünür ki, İddiaçı müəlliflərdən biri kimi qeyd edilmişdir; “Oсобенности кислородного обеспечения динамических нагрузок у больных ишемической болезнью сердца различных функциональных классов” (Müxtəlif funksional siniflərin işemik ürək xəstəliyi olan xəstələrdə dinamik yüklər zamanı oksigen təchizatının xüsusiyyətləri) məqaləsindən görünür ki, İddiaçı müəlliflərdən biri kimi qeyd edilmişdir; Akademik C.M.Abdullayev adına X1 “Tibbi reabilitasiya” şöbəsinin elmi işçisi İddiaçı 2020-2024-cü illərdə dərc olunmuş elmi işlərinin siyahısından görünür ki, ümumilikdə 16 ədəd tezis, məqalə və metodik tövsiyyə dərc etmişdir; 1-ci X7 Qurultayı barədə dərc edilmiş kitabdan görünür ki, “Fiziki gərginlik zamanı dəridə oksigenin dəyişməsi” adında məqalənin müəlliflərindən biri İddiaçıdır. İş materiallarına əlavə edilmiş sertifikatların surətindən görünür ki, İddiaçı müxtəlif elmi konfranslarda iştirak etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 1981-ci il tarixdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun qəbul şöbəsinə həkim-kardioloq vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə “Akademik C.M.Abdullayev adına X2” X13 elmi işçi vəzifəsinə keçirilmiş və xx.xx.2025-ci il tarixdə 415-K əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə 95/22 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunsuz və əsassız olduğunu bildirərək, məhkəmədən əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbinə dair gəldiyi nəticə barədə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 4.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Müəyyən еdilmişdir ki, uzun müddət elmi işçi kimi fəaliyyət göstərən iddiаçı 70 yaşına çatan ərəfədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsаsən оnunlа bаğlаnmış əmək müqаviləsinə хitаm vеrilmişdir. İddiaçı bаrəsində vеrilmiş əmrlə rаzılаşmаyаrаq Аzərbаycаn Rеspublikаsının Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyinin yаnındа X5 Bаkı şəhər İdаrəsinə mürаiət еtmiş və mürаciəti ilə əlаqədаr izаhаtındа hаzırki iddiа ərizəsinin məzmundа göstərdiyi kimi, hüquqlаrının pоzulmаsı ilə bаğlı bаş vеrənləri qеyd еtmişdir. Bununla bağlı X9 müraciəti araşdırmış və müəyyən etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsi qanunvericiliyin tələbləri pozularaq ləğv edilmiş, bu səbəbdən onun barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, həmçinin pozuntunun aradan qaldırılmasını təmin edib, nəticəsi barədə məlumat verilməsi tələb olunmuşdur. Lakin işəgötürən qeyd edilənlərə əməl etmədiyi üçün iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə vurğulаyır ki, qаnunvеriciliyə əsаsən Əmək Məcəlləsinin 70-ci maddəsinə əsаsən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilməsinin əsaslarından biridə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması qeyd edilmişdir. Lakin Əmək Məcəlləsinin 4.3-cü maddəsində isə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi ilə bağlı göstərişlər elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri üçün istisna hal kimi göstərilmişdir. Beləliklə, məhkəmədə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı dövlət büdcəsindən maliyyələşən müəssisədə elmi işçi olduğundan, işəgötürən “Akademik C.M.Abdullayev adına X2” X16 iddiaçının 70 yaşına çatması ilə əlaqədar оnunlа bаğlаnmış əmək müqаviləsinə хitаm vеrilməsi üçün əsаs оlа bilməzdi. Həmçinin qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa məhkəmə cavabdehin etirazına münasibət bildirərək aşağdakıları qeyd etməyi zəruri hesab edir. Etirazda iddiaçının İnstitutun elmi-tədqiqat və metodoloji işlərində iştirak etməməsi, hər hansı bir elmi layihədə, tədqiqat prosesində və ya akademik tədbirdə yer almaması və bu səbəbdən Əmək Məcəlləsinin 10-1.1 və 10-1.2-ci maddələrinə istinad edilməsi göstərilsə də, lakin təqdim edilmiş çoxsaylı məqalələrdən və sertifikatlardan görünür ki, iddiaçı bir çox məqalələrin müəlliflərindən biri olmuş və müxtəlif elmi konfranslarda iştirak etmişdir. Bundan başqa məhkəmə, cavabdehin “faktiki olaraq əmək funksiyalarını yerinə yetirməyən, heç bir praktiki elmi fəaliyyətlə məşğul olmayan şəxsin formal olaraq işçki kimi ştatda qalmasının qanunvericiliyə zidd olması” ilə bağlı etirazının dəlillərinə münasibətdə bildirir ki, belə halda cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “e” bəndi ilə deyil, işçinin öz əmək funksiyalarını lazımi qaydada icra etməməsinə istinad edərək, xitam verə bilərdi. Əmək Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən, Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən, Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3-cü maddəsinə əsasən, elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır, yəni cavabdeh tərəfindən ƏM-nin 4.3-cü maddəsinin imperativ göstərişlərinin pozulması öz təsdiqini tapmışdır. Bunа görə də iddia tələbi əsаslı оlduğu üçün təmin edilməli, İddiaçı “Akademik C.M.Abdullayev adına X2” X12 əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixdə 415-K nömrəli əmri ləğv edilməli, о, əvvəlki vəzifəsinə bərpa edilməli və оna məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Akademik C.M.Abdullayev adına X2” X12 əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixdə 415-K nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. “Akademik C.M.Abdullayev adına X2” X15 tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-4190/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4190/2025
04.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver