Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4228/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “BP” Azərbaycan) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “BP Azərbaycan”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 08 avqust 2022-ci il tarixli K22/2022 №-li əmrini ləğv edib iddiaçının Cavabdeh MMC-yə Texniki işçi vəzifəsinə bərpa olunmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC tərəfindən K22/2022, xx.xx.2022-ci il tarixli əmrə əsasən iddiaçı yəni, İddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmək müqaviləsi tərəflər arasında xx.xx.2019-cu il tarixli, k15 nömrəli əmrə əsasən müddətsiz bağlanmışdır. Əmək müqaviləsinə xitam verilərkən ARƏM-nin 70-ci maddəsinin “b” bəndinə istinad edilmişdir (İşçilərin sayı və ya ştatları ixtisar edildikdə). Bildirir ki, cavabdeh tərəfindən işçilərin sayı azaldılmamış, ştat ixtisar edilməmiş və iddiaçının əvəzinə həmin vəzifəyə başqa bir şəxs işə götürülüb. Bu səbəbdən belə hesab edir ki, cavabdeh qanunun aliliyini kənara qoyaraq qərəzli mövqedən çıxış edərək, sözügedən qanunsuz əmri çıxarmışdır. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Belə ki, Mediasiya təşkilatına müraciət olunmasından əvvəl, cavabdehə göndərilmiş təklifə dərhal reaksiya verilmiş və iddiaçıya mobil telefon vasitəsi ilə zəng edilərək, işə qısa zamanda bərpa olunacağı bildirilsə də, sonradan buna da əməl edilməmişdir. Buradanda onun işdən çıxarılması barədə qərar qəbul edilərkən, cavabdehin qərar olması nəzərə çarpır. İşlədiyi müddət ərzində iddiaçı işində hər zaman nizam-intizamlı olmuş və bir dəfə də olsun nöqsana yol verməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə edilməsi ilə bağlı ərizə təqdim edilib, bildirilmişdir ki, cavabdehlə birlikdə “BP Azərbaycan” mülki işə üçüncü şəxslər qismində cəlb edilsə də iddia ərizəsində üçüncü şəxslərin cəlb edilməsinə münasibət bildirilməmişdir. İddiaçının işlədiyi yer Cavabdeh MMC-də “BP Azərbaycan” Xəzər mərkəzində olmuşdur. İddiaçı hər gün işlədiyi dövr ərzində “BP Azərbaycan” Xəzər Mərkəzində gəlmiş və iş funksiyasını həmin mərkəzdə yerinə yetirmişdir. Aralarında olan müqaviləyə əsasən cavabdeh üçüncü şəxsin binasına kofe aparatları quraşdırmış və həmin mərkəzi kofe ilə təmin etmişdir. Üçüncü şəxs məhkəmədə həmin kofe aparatlarının fəaliyyət göstərməsini və həmin iddiaçıya məxsus vəzifənin hal-hazırda da mövcud olmasını, başqa bir şəxsin həmin iş yerinə yetirməsini təsdiq edə bilər. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə etiraz təqdim edilmiş və göstərilmişdir ki, iddia tələbi əsassız və qanuna ziddir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli 36 nömrəli Əmək müqaviləsi (Kontrakt) bağlanılmışdır. İddiaçı Cavabdeh MMC-də Texniki işçi vəzifəsində çalışmışdır. Cavabdeh MMC-nin direktorunun müvafiq əmrinə əsasən Cəmiyyətdə iş həcmi azaldığına və istehsalatın dayandığına görə və Cəmiyyətin maliyyə vəziyyətinin yaxşılaşdırılması, ştat cədvəlinə dəyişikliklərin edilməsi və işçi sayının optimallaşdırılması məqsədilə, Cəmiyyətin ştat cədvəlindən bəzi ştat vahidləri, o cümlədən “Texniki işçi” vahidi çıxarılmışdır (ləğv edilmişdir). Bununla bağlı iddiaçının ünvanına 01 iyul 2022-ci il tarixli NMX 001/2022 №-li İşçilərin sayının azaldılması ilə əlaqədar xitam verilməsi haqqında bildiriş göndərilmişdir. Bildirişdə qeyd olunmuşdur ki, müəssisədə istehsalatın dayanması ilə əlaqədar işçilərin sayı azaldılır. Qeyd edilmişdir ki, iddiaçı ilə bağlanılan xx.xx.2019-cu il tarixli 36 nömrəli Əmək müqaviləsinə (Kontrakt) 08 avqust 2022-ci il tarixində ARƏM-nin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq işəgötürən tərəfindən xitam veriləcəkdir. Bundan əlavə olaraq iddiaçı xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi və Əmək müqaviləsinə xitam verildikdə iddiaçı orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdən çıxarma müavinəti ödəniləcəyi barədə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli K22/2022 nömrəli Cavabdeh MMC-nin direktorunun əmri əsasında İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 36 nömrəli Əmək müqaviləsinə (Kontrakt) ARƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya məbləği və işdən çıxarma müavinəti qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq onun bank hesabına tam şəkildə ödənilmişdir. xx.xx.2022-ci il tarixli K22/2022 nömrəli Cavabdeh MMC-nin direktorunun əmri və iddiaçının əmək kitabçası poçt vasitəsilə iddiaçının ünvanına göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən işçilərin sayı azaldılmayıb, ştat ixtisar edilməyib və iddiaçının əvəzinə həmin vəzifəyə başqa bir şəxs götürülmüşdür. Bu səbəbdən də, hesab edir ki, cavabdeh qanunun aliliyini kənara qoyaraq qərəzli mövqedən çıxış edərək sözügedən qanunsuz əmri çıxarmışdır. Lakin, iddiaçı işçilərin sayının azaldılmamasını, ştatın ixtisar edilməməsini və iddiaçının əvəzinə həmin vəzifəyə başqa bir şəxs götürülməsinə dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh MMC artıq kofe məhsulların və avadanlıqların satışı üzrə fəaliyyətini dayandırmaq üzrədir və hal-hazırda yalnız anbarda qalan kofe məhsulların satışını həyata keçirir. Qalıq mallar tam bitdikdən sonra bu fəaliyyət növü tam dayandırılacaqdır. Bu səbəbdən Cavabdeh MMC-də işçilərin sayında azalma və ştatların ixtisarı baş verir. İddiaçı tərəfindən kofe avadanlıqlarına xidmət göstərən ərazidə (İddiaçı tərəfindən “BP” adlandırılır) artıq Cavabdeh MMC-nin əməkdaşları fəaliyyət göstərmir. İddiaçı tərəfindən “BP” adlandırılan ərazidə kofe avadanlıqlarına servis xidməti hal-hazırda həmin ərazini kofe məhsulları və avadanlıq ilə təmin edən "xxxx" MMC tərəfindən həyata keçirilir. İddiaçının şübhələrinin aradan qaldırması məqsədilə, "xxxx" MMC-yə müraciət edərək orda işləyən əməkdaş haqqında məlumatların təqdim edilməsi xahiş edilmiş. "xxxx" MMC onlara həmin işçisinin X2 təqdim etmişdir. Bu barədə müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cavabdeh MMC (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə “Texniki işçi” vəzifəsinə işə qəbul edilmişdir; Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli ŞL01/2022 nömrəli əmrinin məzmunundan görünür ki, Cəmiyyətdə iş həcminin azalmasını və istehsalatın dayanmasını nəzərə alaraq Cəmiyyətin maliyyə vəziyyətinin yaxşılaşdırılması, ştat cədvəlinə dəyişikliklərin edilməsi və işçi sayının optimallaşdırılması məqsədilə Cəmiyyətin ştat cədvəlindən Texniki işçi, Topoqraf, Audit köməkçisi ştat vahidləri çıxarılmışdır. 01 iyul 2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən Müəssisədə istehsalatın dayanması ilə əlaqədar işçilərin sayı azaldılması barədə İddiaçı xəbərdar edilmişdir. Bildirilmişdir ki, müqaviləyə xx.xx.2022-ci il tarixində AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq işəgötürən tərəfindən xitam veriləcək. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad ediləcəkdir. Müqaviləyə xitam verildikdə işçiyə orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında işdən çıxarma müavinəti veriləcəkdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli MK01/2022 saylı məzuniyyətə görə kompensasiya ödənilməsi barədə əmri ilə Cavabdeh MMC-nin Texniki işçisi İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək istifadə etmədiyi 23 (iyirmi üç) təqvim günü əmək məzuniyyətinə görə kompensasiya ödənilmişdir; Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli K22/2022 saylı işdən azad olunma barədə əmri ilə Cavabdeh MMC-nin Texniki işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatlar ixtisar edildikdə) xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir; xx.xx.2022-ci il tarixli Elektron İnformasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Cavabdeh MMC (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. 0506640 saylı Əmək kitabçasının surətindən görünür ki, Cavabdeh MMC (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2019-cu il tarixli müqaviləyə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatlar ixtisar edildikdə) xitam verilmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməlolunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -2-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsiəmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafeiərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin oiunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. -11-ci maddəsinin «ə» bəndinə əsasən bu Məcəilənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölməiəri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Belə ki, işin materiallarından da aşkar surətdə göründüyü kimi, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən, İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilərkən qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinə görə, “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə: 1) orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; 2) işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər”. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək qanunvericiliyinin tələbindən görünür bu hallar nəzərə alınmalıdır - ilk öncə ixtisar keçirilən əmr təxmin edilən ixtisar tarixindən 2 ay əvvəl tərtib edilməlidir ki, işçilər vaxtında məlumatlandırılsın. Əmr tərtib olunandan sonra müəssisə rəhbəri öz niyyəti barədə mütləq həmkarlar ittifaqını məlumatlandırmalıdır. İşçinin işdən azad edilməsi yalnız ştat cədvəlinin dəyişdirilməsindən və oradan ştatın çıxarılmasından sonra həyata keçirilə bilər. İxtirakı işəgötürənin mülahizəsi ilə deyil, real olmalı, ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; İşdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sübutlar, həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı, ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd, İşçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, Xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), İxtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barəsində cavabdehin əmrinin ləğv edilməsi və işə bərpa olunmasına dair iddia tələbi əsaslıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanuni və əsaslı olaraq xitam verilməmişdir. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işəgötürən tərəfindən həqiqət də əməyin təşkilində dəyişikliklər edilməsi və bunun zəruri olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh MMC-də əsaslı struktur dəyişikliklərinin aparılması baş verməmişdir. Cavabdeh tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar edilrnəsi barədə əmr qəbul edilərkən hüquqdan sui-istifadəyə yol verilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, iddiaçının icra etdiyi həmin xidmət növü "xxxx" MMC-yə həvalə olunmuşdur. Məhkəmə bu halla bağlı qeyd edir ki, Cavabdeh MMC artıq kofe məhsulları və avadanlıqların satışı üzrə fəaliyyətini dayandırmasına dair hər hansı sübut təqdim etməmişdir. Bu cavabdehin mülahizəsidir, hər hansı sübutla öz təsdiqini tapmamışdır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edilmədiyindən, onun əmək müqaviləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qanuni olmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuş, əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmadan ləğv olunmuş, müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə baxmayaraq bunun zəruriliyi əsaslandırılmamışdır. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı barəsində Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli K22/2022 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmr ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də Texniki işçi vəzifəsinə bərpa edilsin. xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh MMC tərəfindən İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-4228/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4228/2022
27.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver