Məhkəmə qərarları › İş №e-2(005)-4233/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4233/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4233/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi üzrə 354.56 manat məbləğində bоrcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 07 fevral 2023-cü il tariхli Bank hesabı müqaviləsinə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ05AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin 4.4-cü bəndinə əsasən, cari hesab üzrə hesablaşmaların ödəniş kartı ilə aparılması qaydası və şərtləri ümumi şərtlərin (Kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumişərtləri) 3.2-ci bəndi ilə tənzimlənir. Həmin bənddə göstərilən səbəblərdən cari hesabda mənfi qalıq (overdraft) yarandığı halda müştəri dərhal overdraft bağlamalıdır. Ödənilməyən overdraft məbləği Bank tərəfindən akseptsiz qaydada Müştərinin cari hesablarında olan qalıqlar hesabına silinə bilər. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.4-cü bəndini pоzmuşdur. Belə ki, Cavabdeh cari hesabında xx.xx.2024-cü il tarixdən bu günədək cəmi 895.32 manat vəsait mədaxil edilmişdir. Kart vasitəsi ilə xx.xx.2024-cü il tarixdən bu günədək 1250.48 manat məbləğində müxtəlif əməliyyatlar aparılmışdır. Borclu xx.xx.2024-cü il tarixdə AniPay vasitəsi ilə digər karta 361 (+ 3.61 manat xidmət haqqı) manat məbləğində vəsait köçürmüşdür. Həmin ərəfələrdə ölkə ərazisində AzəriCard əməliyyat sistemində texniki xətalar olduğundan həmin tarixlərdə aparılan əməliyyatlar bankın sistemində 2-5 gün ərzindən əks olunurdu. Odur ki, borclunun onlayn balansı yenilənmədiyindən hesabında pul vəsaitinin olması əks olunurdu. Ona görə də, onlayn balans yenilənədək borclu müxtəlif əməliyatlar aparmışdır. Sonradan məlumatlar yeniləndikdə kartda kifayət qədər pul vəsaiti olmadığına görə borclu tərəfindən edilmiş əməliyyatların silinməsi bank hesabından aparılmış və bu səbəbdən də 354.56 manat məbləğində overdraft yaranmışdır. Cavabdeh onun kart hesabında kifayət qədər pul vəsaitinin mövcud olmadığı barədə məlumatı olmasına baxmayaraq bu hesaba mədaxil edilmiş məbləğdən artıq ödənişləri etmişdir. Odur ki, kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumi şərtlərinin 3.7.4.1-ci və 3.7.4.5-ci bəndlərinə əsasən, bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq komisyon haqlar ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək, bank kartı ilə aparılan əməliyyatlarının uçotunu aparmaq, etdiyi əməliyyatları daima nəzarətdə saxlamaq (ayda bir dəfədən az olmamaq şərti ilə hesabdan çıxarışla tanış olmaq) və şübhəli əməliyyatlar haqqında Bankı məlumatlandırmaq vəzifələrini hesab sahibi öz öhdəsinə götürür. Ümumi şərtlərin 3.1.9.-ci bəndinə əsasən, Hesab üzrə hesablaşma və ya digər əməliyyatların aparılması zamanı Bank tərəfindən hər hansı bir texniki səhv (cash back və s.) nəticəsində Müştərinin hesabına artıq vəsait köçürülərsə, Bank bu vəsaiti Müştərinin hesabından silə və ya hesaba köçürülmüş artıq vəsaitin dərhal Banka geri qaytarılmasını tələb edə bilər. Ümumi şərtlərin 3.2.8.-ci bəndinə əsasən, Hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə və ya kart üzrə xidmət haqqı ödənilmədikdə, hesabda artıq istifadə edilmiş və ya ödənilməmiş xidmət haqqı miqdarında texniki overdraft yaranır. Overdraft yaranmış hesaba vəsait mədaxil edildikdə, yaranmış overdraft məbləği Bank tərəfindən Müştərinin hesabından akseptsiz qaydada silinir. Bank, yaranmış overdraft məbləğini Müştərinin Bankda olan digər hesablarından da akseptsiz qaydada silə bilər. Ümumi şərtlərin 3.5.9.-ci bəndinə əsasən, Müştəri internet bankçılıq xidmətləri vasitəsi ilə əməliyyatların aparılması üçün zəruri olan özünün istifadəçi adı, şifrəsi və ya digər məxfi məlumatların kənar şəxslər tərəfindən istifadəsinin qarşısını almalı, habelə ona məxsus məlumatları hər hansı üçüncü şəxslərə ötürməməlidir. Ümumi şərtlərin 3.6.2.2.1.-ci və 3.6.2.2.3.-ci bəndlərinə əsasən, Bank, Müştəriyə xidmət göstərərkən (ödəniş tapşırıqlarının icrası və s. əməliyyatlar zamanı), öz müxbir banklarının və ya digər üçüncü tərəflərin həmin ödənişin icrasını gecikdirilməsi və ya digər səbəblərdən məbləğlərin bloklaşdırılması və geri qaytarılmamasına və Müştərinin hesabından aparılan bütün silinmələrə və imza etdiyi kart-çeklərə görə məsuliyyət daşımır. Ümumi şərtlərin 3.7.1.6.-ci bəndinə əsasən, Hesabda overdraft yarandığı halda, əsas və əlavə kartları bloklaşdırmaq. Müştərinin ödənişi ilə əlaqədar banka ünvanlanan komplayns sorğuları müqabilində müxbir banklar tərəfindən tətbiq olunan xidmət haqqını Bank akseptsiz qaydada müştərinin hesabından tutur. Həmin şərtlərin 3.7.1.7-ci bəndinə əsasən, hesab üzrə əməliyyatın baş verdiyi tarixdən 30 təqvim günü ərzində Banka yazılı qaydada pretenziya təqdim edilmirsə, Hesab sahibi tərəfindən əməliyyat qəbul olunmuş hesab edilir. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama salınması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi хəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. 01 oktyabr 2024-cü il tarixinə borclunun Bank hesabı müqaviləsinə əsasən yaranmış overdraft üzrə 354.56 manat məbləğində əsas bоrcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və Qeyri-Kredit Bank Xidmətlərinin X1 görünür ki, bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq komisyon haqlar ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək, bank kartı ilə aparılan əməliyyatlarının uçotunu aparmaq, etdiyi əməliyyatları daima nəzarətdə saxlamaq (ayda bir dəfədən az olmamaq şərti ilə hesabdan çıxarışla tanış olmaq) və şübhəli əməliyyatlar haqqında Bankı məlumatlandırmaq vəzifələrini hesab sahibi öz öhdəsinə götürür (3.7.4.1-ci və 3.7.4.5-ci bəndlər). Ümumi şərtlərin 3.1.9.-cu bəndinə əsasən, hesab üzrə hesablaşma və ya digər əməliyyatların aparılması zamanı Bank tərəfindən hər hansı bir texniki səhv (cash back və s.) nəticəsində müştərinin hesabına artıq vəsait köçürülərsə, Bank bu vəsaiti müştərinin hesabından silə və ya hesaba köçürülmüş artıq vəsaitin dərhal Banka geri qaytarılmasını tələb edə bilər. Ümumi şərtlərin 3.2.8.-ci bəndinə əsasən, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə və ya kart üzrə xidmət haqqı ödənilmədikdə, hesabda artıq istifadə edilmiş və ya ödənilməmiş xidmət haqqı miqdarında texniki overdraft yaranır. Overdraft yaranmış hesaba vəsait mədaxil edildikdə, yaranmış overdraft məbləği Bank tərəfindən Müştərinin hesabından akseptsiz qaydada silinir. Bank, yaranmış overdraft məbləğini Müştərinin Bankda olan digər hesablarından da akseptsiz qaydada silə bilər. Ümumi şərtlərin 3.7.1.6.-ci bəndinə əsasən, hesabda overdraft yarandığı halda, əsas və əlavə kartları bloklaşdırmaq. Müştərinin ödənişi ilə əlaqədar banka ünvanlanan komplayns sorğuları müqabilində müxbir banklar tərəfindən tətbiq olunan xidmət haqqını Bank akseptsiz qaydada müştərinin hesabından tutur. Həmin şərtlərin 3.7.1.7-ci bəndinə əsasən, hesab üzrə əməliyyatın baş verdiyi tarixdən 30 təqvim günü ərzində Banka yazılı qaydada pretenziya təqdim edilmirsə, Hesab sahibi tərəfindən əməliyyat qəbul olunmuş hesab edilir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli bank hesabı müqaviləsinə əsasən Bank Müştəriyə bank hesabı açır və hesaba daxil olan pul vəsaitini qəbul etməyi, və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını qanunvericiliklə, "Expressbank” Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtləri” və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada yerinə yetirməyi, Müştəri isə Ümumi Şərtlərdə və bu Müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada Bankın göstərdiyi xidmətlərə görə haqqı Bankın qüvvədə olan tarifləri ilə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndinə əsasən, cari hesab üzrə hesablaşmaların ödəniş kartı ilə aparılması qaydası və şərtləri Ümumi Şərtlərin 3.2-ci bəndi ilə tənzimlənir. Həmin bənddə göstərilən səbəblərdən cari hesabda mənfi qalıq (overdraft) yarandığı halda Müştəri dərhal həmin overdraftı bağlamalıdır (ödəməlidir). Ödənilməyən overdraft məbləği Bank tərəfindən akseptsiz qaydada müştərinin digər cari hesablarında olan qalıqlar hesabına silinə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə açılmış, Cavabdeh AZ05AZEN******************** saylı bank hesabında olan qalıq vəsaitdən artıq miqdarda istifadə edilmiş vəsait üzrə 354,56 manat borcu yaranmışdır. İş materiallarında olan balansdankənar məxaric orderinin surətindən görünür ki, Cavabdeh bir ədəd plastik kart verilmişdir. İş materiallarında olan bank tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, o, artıq istifadə edilən məbləği dərhal qaytarması barədə xəbərdar edilmişdir. İş materiallarında olan “Period əməliyyatları” sənədinin surətindən görünür ki, AZ05AZEN******************** saylı hesabdan 22 apreldən 24 may tarixinə kimi AniPaydə köçürmə olaraq ümumilikdə 354,56 manat məbləğində xərcləmə etmişdir. Həmçinin iş materiallarından görünür ki, bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit vıə qeyri-kredit bank xidmətlərinin göstərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən sonuncu açılmış bank hesabı üzrə qalıq vəsaitdən artıq məbləğdə pul istifadə etmiş və nəticədə banka 354,56 manat borcu yaranmışdır. Mülki Məcəllənin 954.1-ci maddəsinə uyğun olaraq, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın (Mülki Məcəllənin 956.1, 960.1 və 960.2-ci maddələri). Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Mülki Məcəllənin 442 və 443.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə görə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eyni Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Hazırki mülki iş üzrə cavabdeh kart hesabından istifadə zamanı onun hesabına aid olmayan, iddiaçıya məxsus pul vəsaitini xərcləməklə heç bir qanuni əsas olmadan əsassız olaraq varlanmış və bunun nəticəsində banka ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı tərəfindən xidmət edilən plastik kart vasitəsilə apardığı əməliyyatlar zamanı overdraft halının baş verməsi təsdiq edildiyindən, əsassız varlanma hallarını tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının cavabdehə qarşı hazırkı tələbi əsaslıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 354,56 manat pul, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 384,56 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 354,56 manat məbləğundə pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul, cəmi 384,56 (üç yüz səksən dörd manat, əlli altı qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar