Məhkəmə qərarları › İş №e-2(005)-428/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-428/2023

31.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-428/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Şirvan-Salyan Regional Təhsil İdarəsi cəlb olunmaqla, “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Şirvan-Salyan Regional Təhsil İdarəsi cəlb olunmaqla, “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2021-ci il tarixli əmrin ləğv xx.xx.2022-ci il tarixli K-843 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, habelə hüquqi xidmətə görə 510 azn və mediasiya ilə bağlı ödənilmiş 51 azn pul vəsaitlərinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-843 nömrəli əmri ilə Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 22 avqust 2022-ci il tarixdən azad olunmuşdur. Əmrin məzmunundan görünür ki, əmrin verilməsi üçün əsas Şirvan-Salyan Təhsil İdarəsinin müdiri X2, ATİAHİ-nin Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının İlk Həmkarlar Komitəsinin 17 avqust 2022-ci il tarixli 08 nömrəli protokolundan çıxarış, müvafiq izahatlar və aktlar olmuşdur. Əmrin verilməsi üçün əsas götürülmüş sənədlərin nüsxəsinin təqdim olunması ilə bağlı tərəfimdən sorğu ilə həm Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, həm də Şirvan-Salyan Təhsil İdarəsinə vəkil sorğusu ilə müraciət olunsa da, hazırki iddianın verildiyi vaxta Nazirlikdən ümumiyyətlə hər hansı bir cavab verilməmiş, İdarədən isə verilmiş cavab və əlavə olunmuş sənədlər natamam olmuşdur. Hesab edir ki, iddiaçının işdən azad olunması tamamilə qanunsuz olmuş, lakin müvafiq vəkil sorğusuna ətraflı cavab verilmədiyindən hazırki iddianı müvafiq xüsusatlara istinad etməklə əsaslandırmaq qeyri-mümkün olmuşdur. Elmira Səfərova faktiki olaraq qərəzli şəkildə işdən çıxarılmış, bunun səbəbi 2022-ci ilin iyun ayının əvvəlində hüquq-mühafizə orqanlarına və hətta cavabdehin özünə yazılı şəkildə etdiyi şikayətlər olmuş, onun şikayətlərini araşdırmaq əvəzinə cavabdeh tərəf əvəz çıxmaq üçün süni şəkildə əldə olunmuş əsaslarla iddiaçını işdən çıxarmışdır. İş o həddə çatmışdır ki, bütün təzyiqlərin nəticəsində iddiaçı Elmira Səfərovanın səhhətində ciddi narahatçılıqlar olmuş, dəfələrlə təcili tibbi yardımın xidmətlərindən istifadə etmiş, lakin rayon səviyyəsində cavabdeh qurumun etdiyi təziqlər nəticəsində iddiaçıya «bülleten» açılmamış, məqsəd isə qanunsuz əmrin güya qanunlar çərçivəsində qəbul edildiyini pərdələməkdən ibarət olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Vəkil bildirdi ki, iddiaçı öz fəaliyyətində heç bir kobud pozuntuya yol verməmişdir. Onun işdən çıxarılması barədə əmr əsaslandırılmamış, ümumi, formal söz və ifadələrdən istifadə edilmişdir. İddiaçı bir neçə dəfə təcili yardım stansiyasına müraciət etsə də, ona xəstəlik vərəqəsi açılmamışdır. İyun ayında keçirilmiş həmkarlar komitəsinin iclas protokolu ləğv edilmiş, protokol məhv edilərək atılmışdır. Avqust ayında yenidən həmkarlar ittifaqının iclası keçirilmişdir. Tarifləşmə cədvəllərindən görünür ki, 2020-2021-ci il üçün tarifləşmə cədvəli ilə 2021-2022-ci il tarifləşmə cədvəli arasında fərq yoxdur. Əgər mənimsəmə faktı baş vermişdirsə, sonrakı ilin tarifləşmə cədvəlində nəzərdə tutulmuş yekun məbləğlərdə ciddi fərq olmalı idi. İddiaçı barədə başlanılmış cinayət işi tamamilə əsassızdır. Cavabdeh iddiaçıya qarşı müəyyən səbəblərdən qərəzli mövqedə olmuş, buna görə də onu işdən çıxarmışdır. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Şirvan- Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X10 iddia tələbini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini əsassız hesab etdiyini bildirərək, təmin edilməməsini xahiş etdi. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılnış cavabdeh məhkəmə iclasında iştirak etmir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadaın işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara və işin araşdırılmış halları ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, müvafiq iddia tələbinə dair iddiaçı tərəfin irəli sürdüyü dəlillər tam əsassızdır və buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, 1969-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək TTYS-na dörd müraciəti qeydə alınmışdır. - Şirvan Şəhər prokurorluğu tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli məktubdan və Şirvan Şəhər Prokurorluğu tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim olunmuş xx.xx.2021-ci il tarixli cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərardan müəyyən olunur ki, Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasında qanunsuzluqların olması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə İddiaçınən əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi müəyyən edilsə də, qeyd edilən cinayət əməlləri nəticəsində mənimsədiyi pul vəsaitlərini dövlət büdcəsinə bərpa etdiyindən, mənimsənilmiş pul vəsaitlərinin 25%-i miqdarında Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına ödəniş etdildiyindən, bununla bağlı iş üzrə Şirvan Şəhər İcra Hakimiyyətinin şikayəti və tələbi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikası Cinayət prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən İddiaçı barəsində aparılan cinayət təqibinə xitam verilmişdir. - Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçası ilk həmkarlar komitəsinin 13 iyun 2022-ci il tarixli, 05 saylı protokolundan müəyyən olunur ki, Şirvan- Salyan Regional Təhsil İdarəsi tərəfindən Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr eviuşaq bağçasının müdiri vəzifəsində işləyən İddiaçı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı Şirvan Şəhər Prokurorluğunda aparılmış araşdırma nəticəsində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Komitə tərəfindən İddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikas Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. - Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, 05-06 iyul 2022-ci il tarixlərdə Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasında İddiaçı iştirakı ilə yoxlamalar aparılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli, 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə əsasən bağçada 2021/2022-ci tədris ilində qrupların komplektləşdirilməsində uşaqların yaşı nəzərə alınmamış, səhv komplektləşdirmə nəticəsində yaradılmış məkətəbəhazırlıq qrupunun açılması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin tələblərinə zidd olaraq 2 ştat tərbiyəçi vəzifəsi, 1,5 ştat tərbiyəçi köməkçisi-dayə vəzifəsi, 0,5 ştat aşpaz vəzifəsi, 0,25 ştat musiqi rəhbəri vəzifəsi, 0,25 ştat paltaryuyan vəzifəsi üzrə artıq ştat yaradılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin 8-ci qeydində göstərilmiş 1 ştat istilik sisteminin xidmətinə görə fəhlə vəzifəsi binanın qızıdırılma mövsümü başa çatdırılsa da maliyyələşdirilməsi dayandırılmamışdır. - Şirvan-Salyan Regional Təhsil İdarəsinin”Yasəmən” körpələr evi-uşaq bağçası üzrə ilk həmkarlar təşkilatına ünvanlandığı xx.xx.2022-ci il tarixli müraciətdən görünür ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müvafiq əmri ilə 5-6 iyun 2022-ci il tarixlərdə Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasında yoxlamalar aparılmış və bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən olunmuşdur. Bağşa müdiri normativ tələblərə zidd olaraq süni şəkildə qrup komplektlərinin sayının artırması nəticəsində artıq büdcə vəsaitlərinin xərclənməsi hallarına yol verilmişdir; bağça müdiri idarəetməni təşkil edə bilməmiş, müəsissədə öyrədici və sağlam psixoloji mühitin çox aşağı səviyyədə olduğu müəyyən edilmişdir. Bununla əlaqədar rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətləruindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının müiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. - Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçası ilk həmkarlar komitəsinin 17 avqust 2022-ci il tarixli, 08 saylı protokolundan müəyyən olunur ki, Şirvan- Salyan Regional Təhsil İdarəsi tərəfindən Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr eviuşaq bağçasının müdiri vəzifəsində işləyən İddiaçı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı Şirvan Şəhər Prokurorluğunda aparılmış araşdırma nəticəsində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Komitə tərəfindən İddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-843 nömrəli əmrdən aydın olur ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasında aparılmış yoxlamalar nəticəsində əmək qanunverciliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəsissəyə rəhbərlik və nəzaətin yarıtmaz təşkil olunduğu və digər qanunvericilik pozuntuları aşkar olunduğundan Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının müdiri vəzifədində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi barədə göstəriş verilmişdir. - Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının tərbiyəçi köməkçisi X6 tərəfindən Şirvan-Salyan Regional Təhsil İdarəsinə ünvanlanmış izahatda qeyd olunur ki, 01 fevral-10 mart 2022-ci il tarixlərdə bağçada vakant olan tərbiyəçi köməkçi vəzifəsinə əvəzetmə tabelində X4 adı qeyd edilmiş, lakin o həmin vəzifəni aparmamışdır. Aldığı 136 manat pulu kartından çıxaraq İddiaçı vermişdir. - Şirvan Şəhər Prokurorluğu tərəfindən Şirvan-Salyan Regional Təhsil İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Şirvan Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 311.3.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Şirvan şəhəri 3 saylı «Yasəmən» körpələr evi-uşaq bağçasının sabiq müdiri İddiaçı xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs İddiaçı törətdiyi cinayət əməli nəticəsində dövlət büdcəsinə ümumilikdə 21130,01 manat məbləğində maddi ziyan vurulmuşdur. Şirvan-Salyan Regional Təhsil İdarəsi zərəçəkmiş şəxs qismində işə cəlb olunmuşdur. İstintaq davam edir. -17 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, Şirvan –Salyan Regional Təhsil İdarəsinin 16 avqust 2022-ci il tarixli əmrinə əsasən, Şirvan şəhər 3 saylı Yasəmən körpələr evi-uşaq bağçasında araşdırma aparılmış və maliyə-təsərrüfat, mal-material, təhsil sənədlərinin tədris prosesinin və bağlanmış əmə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin qanunvericiliyin tələblərinə uyğun olması, AR NK-nin 03 mart 1994-cü il tarixli 103 nömrəli qərarının icra vəziyyəti yoxlanılmışdır. 05-06 iyul 2022-ci il tarixlərində 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında aparılmış yoxlama nəticəsində məktəbəqədər təhsil müəssisəsinə aid olan sənədlərin düzgün tərtib olunmaması və ya sənədlərin ümumiyyətlə olmaması, əmr kitabının, daxili intizam qaydaları kitabının, məktəbəq\d\r təhsil müəssisəsi ilə hər bir uşağın valideyn və ya qanuni nümayəndəsi arasında bağlanmış müqavilə, uşaqların tibbi mübadilə vərəqəsi, Pedaqoji Şuranın protokol kitabı ilə bağlı aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə əlaqədar olaraq araşdırma aparılarkən məlum oldu ki, göstərilən nöqsanlar aradan qaldırılmamışdır.Belə ki, müəssisənin müdiri tərəfindən komissiya üzvlərinə bildirildi ki, əvvəlki yoxlama nəticəsində aşkar olunmuş nöqsanlar aradan qaldırılmayıb və təhsil sənədləri yerində deyil. Bağça müdiri tərəfindən pedaqoji şuranın protokol kitabı, şagirdlərin nəzarət kitabı, əmr kitabı ümumiyyətlə müəssisəyə aid olan hər hansı bir sənəd komissiya üzvlərinə təqdim olunmayıb. Monitorinq zamanı saat 10.07 olduğu halda aşpaza təsdiqli, möhürlənmiş günün menyusu təqdim edilmədiyi və anbardan buraxılış tələbnaməsi verilmədiyi aşkar olunmuşdur. Aşpazdan alınmış izahata əsasən məlum olmuşdur ki, bugünki səhər yeməyində 64 uşağa 60 yumurta qaynadılmışdır. Araşdırma zamanı təsərrüfat müdiri izahatında bildirdi ki, 30 yumurta 16 avqust tarixi üçün çıxarılmış, lakin qaz kəsildiyi üçün bişirilib uşaqlara verilməmişdir. Bu səbəbdən də həmin 30 yumurtanın bügünki 17 avqust 2022-ci il menyuya əlavə olunduğu aşkar edilmişdir. Anbardan 64 uşaq üçün ərzaq məhsulları buraxılsa da, menyu olmadığı üçün aşpaz 60 uşaq üçün yemək hazırlamışdır. Qruplar üzrə uşaqların davamiyyətinə baxış zamanı birinci kiçik qrupda (2-3 yaş) 3 nəfər uşağın sistemdə və jurnalda qeydiyyat olmadan təlim-tərbiyə aldığı aşkarlanmışdır. 16 uşaqdan 2-si gəlmədiyi halda davamiyyət jurnalında hamsının iştirakı göstərilmişdir. İkinci kiçik qrupa baxış zamanı Məhəmməd adlı uşağın qrupda sistemdənkənar əyləşdiyi və adının jurnalda olmadığı aşkar edilmişdir. Orta qrupa (3-4 yaş) baxış zamanı isə 2 uşaq sistemdənkənar qrupda əyləşmişdir. Məlum olmuşdur ki, uşaqların davamiyyət jurnalında Əliyeva Sevilin adı olduğu halda sistemdə yoxdur, lakin Mikayılın isə adı heç bir qeydiyyatda yoxdur. - 17 avqust 2022-ci il tarixli aktdan görünür ki, iddiaçı həmin tarixdə keçirilmiş yoxlama zamanı tərtib edilmiş akta imza atmaqdan imtina etmişdir. - 16 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, X5 tərəfindən 2990 manat pul AR Maliyyə Nazirliyinə ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi iddiaçı tərəfindən artıq və əsassız ödənişlərin büdcəyə bərpa olunması göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Şirvan şəhəri 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh 19 avqust 2022-ci il tarixli K-843 nömrəli əmri ilə iddiaçın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. Əmrin qəbul edilməsi üçün əsas olan sənədlər qismində Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri X1, ARİAHİ-nin Şirvan şəhəri 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının ilk Həmkarlar Komitəsinin 17 avqust 2022-ci il tarixli 08 nömrəli protokolundan çıxarış, müvafiq izahatları və aktlar göstərilmiş, iddiaçının müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi göstərilmişdir. Mülki işin materiallarında olan 17 avqust 2022-ci il tarixli aktdan müəyyən edilir ki, bağçada yoxlama aparılmış, və bir sıra nöqsanlar aşkar edilmişdir. Həmçinin məhkəmə iclasında həmkarlar ittifaqının 17 avqust 2022-ci il tarixli 08 saylı iclas protokolu təqdim olunmuş, bu barədə razılığın alınması müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Göründüyü kimi iddiaçının ilkin olaraq mübahisələndirdiyi hal onun Şirvan şəhəri 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən işdən azad edilməyi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 19 avqust 2022-ci il tarixli K-843 saylı əmridir. Belə ki,iddiaçı qeyd edilən əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi və əvvəlki vəzifəsinə işə bərpa edilməsini tələb edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin normanın İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər; Məhkəmənin qənaətinə görə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İlk növbədə iddiaçı tərəfindən əmək müqaviləsinə əsassız və qərəzli olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini mübahisələndirmiş və işə bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş aktla sübut olunur ki, iddiaçı öz vəzifə səlahiyyətlərini lazımında icra etməmiş, müdir olduğu dövr ərzində aktda göstəriən pozuntulara yol vermişdir. Məhkəmə iddia ərizəsinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsi və iddiaçının vəkili və nümayəndəsinin izahatlarında bildirdiyi bir qisim hallar (kobud pozuntulara yol verilməməsi, iddiaçıya qarşı cavabdehin qərəzli mövqedə olması) mülki işin materialları ilə öz təsdiqini tapmır. Eyni zamanda göstərilən dəlillərin digər qismi – həmkarlar ittifaqının əvvəlki protokolunun ləğv edilməsi, iddiaçının bir neçə dəfə təcili tibbi yardıma müraciət etməsi, tarifləşmə cədvəllərində fərqin müəyyən edilməməsi və s. ümumiyyətlə əmrin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, həm bağçada aparılan yoxlama nəticəsində tərtib edilmiş aktdan və müvafiq izahatlardan; həm də ibtidai istintaq orqanının cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilmə haqqında qərarı ilə iddiaçının bağça müdiri kimi fəaliyyəti dövründə ciddi nöqsanlara yol verməsi, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarının yerinə yetirməməsi öz təsdiqini tapır. İbtidai istintaq orqanının qərarı ilə iddiaçı cinayət məsuliyyətindən azad edilsə də, buna əsas qismində onun tərəfindən pul vəsaitlərinin dövlət büdcəsinə bərpa edilməsi və həmin pul vəsaitlərinin 25%-i miqdarında AR Baş Prokurorluğunun hesabına ödəniş etməsi göstərilib. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməyib. Məhkəmə baxışı zamanı əmrin ləğvi üçün əsas ola biləcək cavabdeh tərəfindən qanunvericiliyin normalarının pozulması faktı aşkar edilməmişdir. İddiaçının digər tələbi ona məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqınının ona ödənilməsidir. Məhkəmə hesab edir ki, iddiaçının əmrin ləğvi və işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum edildiyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz. Odur ki, məhkəmə iddiaçının məcburi iş buraxmaya görə əmək haqq tələblərini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Şirvan-Salyan Regional Təhsil İdarəsi cəlb olunmaqla, “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar