Məhkəmə qərarları › İş №e-2(005)-430/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-430/2022

07.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-430/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin 08.09.2021-ci il tarixli, 171 nömrəli əmrinin ləğv edilməsi, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İnformasiya Texnologiyaları Departamentinin baş mütəxəssisi vəzifəsinə bərpa olunmağı, cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, 8092,63 manat ödənilməmiş əmək haqqının, 2021-ci ilin mart, aprel, may ayları üçün gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 11003,73 manat ödəncin, 5281,25 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin və mənəvi zərərə görə 5000 manatın cavbdehdən tutularaq ona ödənilməsi, 09.07.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci lin iyun ayının əmək haqqısının 1 faizi; 09.08.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci lin iyul ayının əmək haqqısının 1 faizi; 08.09.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci lin avqust ayının əmək haqqısının 1 faizi; 08.09.2021-cil tarixdən başlayaraq ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2021-ci lin sentyabr ayının işlədiyi günlərinə görə əmək haqqısının 1 faizi məbləğində ödənc hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25.05.2015-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin baş mütəxəssisi vəzifəsində çalışmışdır. İşəgötürənin 08.09.2021-ci il tarixli, 171 nömrəli əmri əsasında Əmək Məcələsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Aşağıdakılara əsasən Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 08.09.2021-ci il tarixli, 171 nömrəli əmri qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir: Bildirmişdir ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASCdə 2015-ci ildən çalışmağa başlamışdır. Bu müddət ərzində əmək intizamına ciddi şəkildə riayət etmiş, öz əmək funksiyalarından irəli gələn öhdəliklərini lazımı qayda yerinə yetirmiş, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Lakin son vaxtlar ASC-nin rəhbərliyinin dəyişməsi ilə birlikdə kütləvi şəkildə işdən çıxarmalar başlamışdır. Ona işdən çıxmağı ilə bağlı olaraq dəfələrlə ərizə yazmağı təkid etmişdirlər. Lakin o, ərizə yazmaqdan imtina etmişdir. Buna görə də rəhbərlik tərəfindən ona işdən çıxarmaq üçün işçilərin sayının ixtisarı adı ilə ona 08.09.2021-ci il tarixdə bildiriş verilmiş və həmin tarixdə də əmək müqaviləsinə xitam verilməsi barədə 171 saylı əmr verilmişdir. Qeyd edir ki, çalışdığı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İnformasiya Texnologiyaları Departamentinin işçilərinin sayının ixtisarı barədə hər hansı əmr və ya qərar ona təqdim və ya elan edilməmişdir. Belə ki, ASC-nin belə bir əmri olmuş olsaydı onda həmin əmrin tarixi və nömrəsi 08.09.2021-ci il tarixli, 171 nömrəli əmrdə əmrin verilməsi əsası kimi göstərilməli idi. Lakin 08.09.2021-ci il tarixli, 171 nömrəli əmrdə əmrin verilməsi əsası kimi ”İddiaçı 08.09.2021-ci il tarixdə təqdim edilmiş bildiriş” göstərilmişdir ki, bununla da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İnformasiya Texnologiyaları Departamentindən ondan başqa heç bir əməkdaşla əmək münasibətlərinə xitam verilməmişdir. Bildirmək istəyir ki, həmin Departamentin direktoru və baş mütəxəsisi vəzifəsində çalışan işçilər bir il müddətində həmin vəzifədə çalışmışdır. Göründüyü kimi, işçi ilə əmək müqailəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunması zamanı işçinin işdə saxlanmaq üçün üstünlük hüququ nəzərə alınmamışdır. Bununla da Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin bildirmişdir ki, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməli idi. Lakin işəgötürın tərəfindən 08.09.2021-ci il tarixli, 171 nömrəli əmri verilərkən göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Bununla da Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuşdur. Əmək Məcələsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin ona işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü verilməmişdir. Bildirmişdir ki, cavabdehlə olan əmək müqaviləsinə əsasən əmək haqqı 2810 manat təşkil etmişdir. Həmin məbləğdən məcburi dövlət sosial sığorta haqları və digər ödənişlər çıxıldıqdan sonra əmək haqqı kartına hər ay 2472,75 (iki min dörd yüz yetmiş iki manat yetmiş beş qəpik) manat məbləğində əmək haqqı köçürülmüşdür. Lakin işdən çıxarıldığı 08.09.2021-ci il tarixinə 2021-ci ilin mart, aprel, may, iyun, iyul, avqust və sentyabr dekabr ayının işlədiyi günləri üçün əmək haqqı, həmçinin istifadə edilməmiş 65 gün əmək məzuniyyətinə görə pul əvəzi cavabdeh tərəfindən ona ödənilməmişdir. İşdən çıxarıldıqdan sonra müxtəlif vaxtlarda 2021-ci ilin mart, aprel, may aylarının əmək haqqı əmək haqqı kartına köçürülmüşdür. Digər aylar üçün əmək haqqı və məzuniyyət günlərinə görə pul əvəzi isə hazıradək ödənilməmişdir. Onun hesablamalarına əsasən sosial sığorta haqları və digər məcburi ödənişlər çıxıldıqdan sonra işlədiyi 2021-ci iln iyun (2472,75 manat), iyul (2472,75 manat), avqust (2472,75 manat) ayları və sentyabr ayının işlədiyi günləri üçün (2472,75\22*6=674,38 manat) ümümilikdə 8092,63 (səkkiz min doxsan iki manat, altmış üç qəpik) manat əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olaraq 5281,25 manat ona ödənilməlidir. Əmək müqaviləsinə xitam verilməsindən 2 aydan çox vaxt keçməsinə baxmayaraq Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə tam riayət edilməmişdir. İşə götürən tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı olaraq Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi yanında X3 16.09.2021-ci il və 05.10.2021-ci il tarixli müraciətlər etmişdir. Hazıradək cavab verilməmişdir. 05.10.2021-ci ilin aprel ayından bu günə kimi əmək haqqı cavabdeh tərəfindən gecikdirilmiş və ödənilməmişdir. Bununla da ona mənəvi zərər vurulmuşdur. Çünki cavabdeh hərəkətlərinə görə 7 ay müddətdə əmək haqqından məhrum olmuşdur. Bu müddət ərzində bir çox maddi sıxıntılar keçirmişdir. Buna görə də mənəvi sarsıntılar və iztirablar yaşamışdır. Ona dəyən mənəvi zərərə görə cavabdeh tərəfindən ona 5000 manat ödənilməlidir. Pozulmuş əmək hüquqlarının bərpası üçün hazırki idda ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirmişdir ki, 08.10.2021-ci il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərmişdir. Mediasiya prosesində barışıq əldə edilmədiyindən mediator tərəfindən 16.11.2021-ci il tarixdə arayış tərtib edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qismən, son-haqq hesabın ödənilməsi hissəsində qəbul etdiyini bildirmiş, qalan hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İsayev X5 Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İnformasiya Texnologiyaları Departamentində əsas iş yeri üzrə “informasiya üzrə mütəxəssis, texniki informasiya, əmək müqaviləsi üzrə mühəndis vəzifəsinə 22.05.2015-ci il tarixdə 3 ay müddətə, yəni 22.08.2015-ci il tarixədək işə qəbul edilmişdir. Əmək haqqı 1220 manat təşkil edir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İsayev X5 Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İnformasiya Texnologiyaları Departamentində əsas iş yeri üzrə “Baş mütəxəssis” vəzifəsinə təyin edilmişdir. Əmək haqqı 2818 manat təşkil edir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə 22.05.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış, qeyd edilən əmək müqaviləsinə 08.09.2021ci il tarixdə 171 nömrəli əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərinnsayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 08.09.2021-ci il tarixli, 171 №-li əmrindən görünür ki, İddiaçı- İnformasiya Texnologiyaları departamentinin baş mütəxəssisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 08 sentyabr 2021-ci il tarixdən xitam verilməsi və ona orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti və xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli miqdarında əmək haqqı ödənilməsi və qanunvericiliyə uyğun olaraq son haqq-hesab verilməsi qərara alınmışdır. Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İnsan resursları departamentinin mütəxəssisi K.Adıgözəlova tərəfindən Baş direktor VşSüleymanova ünvanlanmış 08.09.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin məzmunundan görünür ki, xəbərdarlıq edilir ki, "xxxx" ASC-də aparılan işçi sayının ixtisarı ilə əlaqədar işəgötürənlə bağlanmış əmək müqaviləsinə “08” sentyabr 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: 1) bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; 2) bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; 3) beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; 4) on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 3-cü bəndinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: 1) bir ilədək əmək stajı olduqda - orta aylıq əmək haqqı miqdarında; 2) bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; 3) beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; 4) on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Eyni zamanda nəzərinizə çatdırılır ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. İddiaçı “08” sentyabr 2021-ci il tarixdə işdən azad olunmağı təklif olunur. “08” sentyabr 2021-ci il tarixdə işdən azad olunacağınıza dair münasibətinizi bildirəsiniz. Məlumat üçün bildiririk ki, Sizin əmək müqavilənizə,“08” sentyabr 2021-ci il tarixdə xitam veriləcəyi halda Sizə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan işdənçıxarma müavinəti və Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulan əmək haqqı bir dəfəyə ödəniləcəkdir. İddiaçı AZ62MUGA**********16512AZM00 hesab nömrəsi üzrə 01.01.2021-ci il tarixdən 31.12.2021-ci il tarixədək olan çıxarışından görünür ki, İddiaçı 2021-ci ilin dekabr ayında 4944,22 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Yenə həmin Məcəllənin: - 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; - 68.2-ci maddəsində əmək müqaviləsinə xitam verilmənin əsasları dəqiq şəkildə qeyd olunmuşdur. Belə ki, həmin maddənin a bəndində tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin xitam olunması əsası qeyd olunmuşdur; - 70-ci maddəsində isə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsasları qeyd olunmuşdur. Belə ki, həmin maddəyə əsasən bu əsaslardan biri də işçilərin sayı və ya ştatları ixtisar edilməsi aiddir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 22.05.2015-ci ildən Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İnformasiya Texnologiyaları Departamentində mühəndis vəzifəsində çalışmışdır. 02.12.2020-ci il tarixdən isə “Baş mütəxəssis” vəzifəsinə təyin edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 08.09.2021-ci il tarixdə 171 nömrəli əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Cavabdeh tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar edilrnəsi barədə əmr qəbul edilərkən hüquqdan sui-istifadəyə yol verilməsi müəyyən edilmir. İşdən müəyyən olunur ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin əsası onun tutduğu ştatın ixtisarı ilə bağlı olaraq onunla əmək müqaviləsinə xitam verildikdən sonra həmin ştata işçi qəbul etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində, ixtisar zamanı işdə saxlanmasına üstünlük verilməli olan şəxslərin dairəsi təsbit edilmişdir və iddiaçının həmin kateqoriya şəxslərdən olduğu müəyyən olunmamışdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Hazırkı iddia üzrə məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsinə dair tələbini kifayət qədər əsaslandırılmadığından və sübutetmə yüklülüyünü daşıyan iddiaçı tərəfindən mötəbər sübutlarla sübuta yetirilmədiyindən rədd edilməsi qənaətindədir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə görə əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə iddia tələbinin 8092,63 manat məbləğində məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hissəsində qismən, istifadə olunmamış məzuniyyətə görə 5281,25 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab edir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı AZ62MUGA**********16512AZM00 hesab nömrəsi üzrə 01.01.2021-ci il tarixdən 31.12.2021-ci il tarixədək olan çıxarış məlumatlarından görünür ki, İddiaçı işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən 4944,22 manat məbləğində pul əmək haqqı kimi ödənilmişdir. Qeyd edilən ödəniş iddiaçı tərəfindən məhkəmədə verilmiş izahatlarla da etiraf edilmişdir. Bu halda məhkəmə hesab edir ki, İddiaçı ödənilməmiş qalan 3148,41 manat (8092,63-4944,22=3148,41) pul "xxxx" ASC-dən tutulmalıdır. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarda sonhaqq hesabların öncədən ödənilmiş hissə çıxılmaqla geri qalan hissədə ödənilməsinə razı olduqlarını bildirmişdir. Bundan əlavə məhkəmə iddia tələbinin gecikdirilmiş əmək haqqına görə faizlərin ödənilməsi hissəsi ilə razılaşmır və bu hissədə iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə isə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Göstərilən maddənin qeyd hissəsində izah edilmişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. İşin yuxarıda qeyd olunan hallarından aydın olur ki, iddiaçı cavabdeh müəssisədə işləmiş, bundan sonra Əmək Məcələsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilmiş, onun işlədiyi dövrün əmək haqqının verilməsi işəgötürənin (cavabdehin) təqsiri üzündən gecikdirilməsi sübut olunmadığından iddia bu hissədə əsaslı sayıla bilməz və müvafiq iddia tələbinin dispozitiv şərtləri mövcud deyildir. Məhkəmə iddiaçı İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübut olunmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən iddiaçı şəxsin xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaiti hissəsində rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən məcburi iş buraxmaya görə ödənilməmiş 3148,41 manat məbləğində əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə 5281,25 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar