Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4319/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinə qarşı “sənədlərin şəxsə məxsusluğu barədə hüquqi faktın müəyyən edilməsi” tələbi üzrə ərizənin mümkünlüyünə (icraata qəbuluna) yenidən baxılması məsələsinə məhkəmənin açıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinə qarşı “sənədlərin şəxsə məxsusluğu barədə hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1978-ci ildən BDU-da 4 illik hərbi hazırlıq kursunun sonucu olaraq leytenant, 1986-cı ildən baş leytenantdır. Ərizəçinin Sovet Ordusunda hərbi təlimlərdə , hərbi toplantılarda iştirak etmişdir, lakin bunlar xidmət illərində nəzərə alınmayıb. Ərizəçi Qarabağda desant hücum taburunun komandiri olmuşdur, ərizəçiyə olmayan kimya müdafiə bölüyünün komandir müavini vəzifəsi yazılıb. Onun batalyon komandiri olmağını Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi, notarial qaydada təsdiq edilmiş xx.xx.1993-cü il tarixli, 296 saylı arayış təsdiq edir. Həmin arayışda yazılıb: "Verilir ondan ötrü ki, N saylı hərbi hissənin baş leytenantı batalyon komandiri X1 həqiqətən 22 mart 1993-cü ildən 16 aprel 1993 ilədək Azərbaycan Respublikasının müdafiəsi zamanı baş beyinin silkələnməsi, ağır dərəcəli, Qapalı kəllə-beyin travması ilə stasionar müayinə və müalicədə olmuşdur. (Əlavə olunur) Lakin onun batalyon komandiri olmağı nəzərə alınmır, ona olmayan kimya müdafiə bölüyü komandirinin müavini, hətta mülki vəzifə yazılıb. Onun xx.xx.1991-ci ildən xx.xx.2012-ci ilə kimi xidmətdə olmağını Nizami rayon hərbi komissarlığı 4488 saylı arxiv şəxsi işinə və hərbi biletimə əsasən verdiyi xx.xx.2013 tarixli 126 saylı arayışla təsdiq edib (hərbi biletdən çıxarış və arayış əlavə olunur) O, bu sənədlərin ərizəçiyə məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsində marağı odur ki, pensiyası batalyon komandiri vəzifəsinə uyğun hesablanmaqla artacaq. Hazırda ərizəçinin vəzifə maaşı 530 manat təşkil edir ki, bu da tabeliyində olanlardan 3 dəfə azdır. Ərizəçini sadəcə, döyüşçü kimi yox, mülki vəzifə yazılıb. Hətta şəxsi işini də DQ gizlədir. Yəni hüquqi əhəmiyyəti olan bu faktın müəyyən edilməsi hüquqi nəticə doğuracaq, pensiyası batalyon-tabur komandiri vəzifəsinə uyğun artacaq. Ərizəçi bu sənədlərin ərizəçiyə məxsus olmasını məhkəmədən başqa yolla sübut edə bilmir, qərəzlə qəbul edilmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 4319/2024 saylı qərardadı ilə ərizə, ona əlavə edilmiş sənədlərin qaytarılması qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 4319/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6539/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, Ərizəçi “sənədlərin şəxsə məxsus olması” barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-4319/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, iş üzrə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)-4319/2024 saylı qərardadı ləğv edilmiş və iş ərizənin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəyə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi AR DİN Daxili Qoşunlar Baş İdarəsi və AR Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Ərizəçi “2(103)-3974/2024 saylı iş üzrə əlavə qətnamənin qəbul edilməsi barədə” ərizəsi təmin olunmamışdır. Ərizəçi izah olunsun ki, o, həmin ərizədə göstərildiyi halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən verilə biləcək kassasiya şikayətində göstərə bilər. Göründüyü kimi hazırda ərizəçinin mübahisələndirdiyi “sənədlərin şəxsə məxsusluğu” barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsində göstərilən (Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixli, 296 saylı arayışın və Nizami rayon səfərbərlik idarəsinin verdiyi xx.xx.2013 tarixli, 126 saylı arayışın ərizəçiyə məxsus olması barədə) məsələyə artıq baxılmış, tərəfə kassasiya şikayəti vermək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinə qarşı sənədlərin şəxsə məxsusluğu barədə hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizənin icraata qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinə qarşı sənədlərin şəxsə məxsusluğu barədə hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizənin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-4319/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4319/2024
27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver