Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4335/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X8, Ərizəçi Rəsul X17 iştirakı ilə, Ərizəçi Rəsul X17 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Rəsul X23 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 xx.xx.1951-ci ildə Azərbaycan Respublikasının Xocavənd şəhərində anadan olmasına dair doğumun qeyd edilməsi faktının müəyyən edilməsi və doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydində ərizəçinin anasının adı X6 doğulduğu yer, Azərbaycan Respublikasının Xocavənd şəhəri, atasının adı - X9, anasının adı- X13 və milliyyətinin azərbaycanlı olması qeyd edilməsi, akt qeydində müvafiq dəyişikliklərin aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan X2 iştirakı ilə Bakı şəhəri 38-ci notariat kontorunda tərtib edilmiş 08 iyun 2016-cı il tarixli vəsiyyətnaməyə əsasən anası Rəfiqə Cabbarova bütün əmlakını Ərizəçi qızına vəsiyyət etmişdir.1 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən 16 iyun 2022-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı 286574 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 07 iyun 2022-ci il tarixdə vəfat etmişdir. X2 verdiyi vəsiyyətnamə əsasında mirası qəbul etmək üçün Bakı şəhəri, 38-ci notariat kontoruna müraciət edilmiş və müraciət zamanı məlum olmuşdur ki, sonuncunun doğum haqqında şəhadətnaməsi qeyri-müəyyən şəraitdə itmişdir. X2 doğum haqqında şəhadətnaməsi itirildiyindən Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət edilmişdir. Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 122 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. X7 27 noyabr 1951-ci ildə Xocavənd rayonunda anadan olmuş, vəfat etdiyi günə kimi ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamışdır. Eyni zamanda ərizəçi bildirir ki, X4 Nərimanov rayon Polis İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə AZE seriyalı 03564586 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Müvafiq akt qeydləri keçmiş Martuni (Xocavənd) rayonunda aparıldığından, 1992-ci il tarixədək olan bütün məlumatlar Xankəndi şəhərində saxlandığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir. X1 doğum haqqında şəhadətnaməsinin olmaması ondan vəsiyyət üzrə qalmış mirasın qəbul edilməsinə maneçilik yaradır. Məhkəmə iclasında Rəsul X23 vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2005-ci il tarixli Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 03564386 №-li şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1951-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmuşdur. xx.xx.2022-cı il tarixdə, 649 saylı Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon MKTB-nin 33 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ərizəçi Rəsul X23 3-cü mikrorayon A.Mustafayev küçəsi, 10 saylı ev, 40 nömrəli mənzil ünvanında qeydiyyatdadır; Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 286574 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 796958 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2016cı il tarixdə ölmüşdür. xx.xx.1952-ci il tarixli 824128 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 27 noyabr 1951-ci il tarixində Martuni (hazırki Xocavənd) rayonunda anadan olmuşdur. X3, anası X10r. xx.xx.1947-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 və X14 arasında nikah bağlanmış bu barədə akt qeydləri kitabında 917 nömrəli qeyd aparılmışdır. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 122 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş ’Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. xx.xx.2022-ci il tarixli qəbzə əsasən Rəsul X23 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Rəsul X17 anası X7 xx.xx.1951-ci il tarixdə Azərbaycan Respublikası, Martuni (hazırki Xocavənd) şəhərində doğulmuşdur. Ərizəçi hazırda ünvan 8 ünvanda yaşayır. Doğum akt qeydinin edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə və bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Milliyyətcə azərbaycanlı olan X2 Azərbaycan Respublikası, Xocavənd şəhərində xx.xx.1951-ci il tarixdə anadan olması faktı təsdiq olunsun. xx.xx.1951-ci ildə Azərbaycan Respublikası, Xocavənd şəhərində anadan olmuş X2 doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında xx.xx.1951-ci il, doğum yeri qrafasında Azərbaycan Respublikası, Xocavənd şəhərində, doğum akt qeydində ərizəçinin atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X9, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X5 göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Rəsul X20 yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-4335/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4335/2022
22.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver