Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-445/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Ərizəçinun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, ərizəçinin mərhum anası - xx.xx.2019-cu il tarixdə ölmüş X4 ölümündən sonra mirası qəbul etməsinin müəyyən edilməsinə; Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X3 adına verilmiş MH seriyalı 010395 nömrəli qeydiyyat vəsiqəsinin xx.xx.2019cu il tarixdə ölmüş X5 məxsus olmasının müəyyən edilməsinə; Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X7 Departamentinin X11 və istismarı Birliyi ilə X8 arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin xx.xx.2019-cu il tarixdə ölmüş X5 məxsus olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bildirmək istəyir ki, xx.xx.1943-cü il təvəllüdlü X10 ərizəçinin doğma anasıdır. Sonuncunun ərizəçinin anası olması keçmiş 26 Bakı Komissarları rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş A3 seriyalı ******* nömrəli “Doğum haqqında şəhadətnamə” ilə təsdiq edilir. X21 xx.xx.2019-cu il tarixdə ölmüşdür və anasının ölümü 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 516 nömrəsi ilə qeydə alınaraq, həmin tarixdə AZ-İİ seriyalı 000243 nömrəli “Ölüm haqqında şəhadətnamə” verilmişdir. Atası - 1939-cu il təvəllüdlü X18 xx.xx.2018-ci il tarixdə ölmüşdür və atasının ölümü 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 236 nömrəsi ilə qeydə alınaraq, həmin tarixdə AZ-İ seriyalı 928284 nömrəli “Ölüm haqqında şəhadətnamə” verilmişdir. Valideynləri arasında nikah keçmiş 26 Bakı Komissarları rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.1964-cü il tarixdə 1241 nömrəsi ilə qeydə alınmış və bu barədə A3 seriyalı 1- ME seriyalı 467764 nömrəli “Evlənmək haqqında şəhadətnamə” verilmişdir. X2 öldüyü gündə onun adına aşağıdakı əmlaklar qalmışdır: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MF seriyalı 010395 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin 50 nömrəli mənzili və Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X7 Departamentinin X11 və istismarı Birliyi ilə mərhum anası arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki ümumi sahəsi 0,10 ha olan 217A nömrəli bağ sahəsi və üzərində yerləşən ümumi sahəsi 25,76 kv.m olan yaşayış otağı. Bildirmək istəyir ki, özü Nərimanov rayonu ərazisində qeydiyyatda olmağına baxmayaraq, valideynlərim yaşlı olduqlarından və onların yeganə övladları olduğundan, valideynlərinin qulluğunu tutmaq üçün qeydiyyatda olduğu mənzili sataraq, onların yanına köçmüşdür və 2004-cü ildən hazıradək mərhum anasının adına olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin 50 nömrəli mənzilində qeydiyyatsız da olsa yaşayır. Həmin xüsusat binanın aid olduğu "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 11 nömrəli arayışla da təsdiq edilir. Həmin ərəfədə mərhum anasından miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmək üçün notariusa müraciət etsə də, orada sənədlərə baxdıqdan sonra, mərhum anasının şəsiyyətini və ölümünü təsdiq edən sənədlərdəki adı ilə hüquqmüəyyənedici sənədlər olan qeydiyyat vəsiqəsində və bağ icarə müqaviləsindəki adlarında uyğunsuzluq olduğu bildirilmiş və yalnız həmin uyğunsuzluq aradan qaldırıldıqdan sonra, vərəsəlik işinin açıla biləcəyi bildirilmişdir. Belə ki, mərhum anasının adı şəxsiyyət vəsiqəsində, ölüm haqqında şəhadətnamədə və ona məxsus digər sənədlərdə “Gülnar” olsa da, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 010395 nömrəli qeydiyyat vəsiqəsində və Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X7 Departamentinin X11 və istismarı Birliyi ilə mərhum anası arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqaviləsində anasının adı “Gülnarə” kimi qeyd edilmidir. Həmin uyğunsuzluğun aradan qaldırılması ilə məşğul olmaq istəsə də, “Covid- 19” virusu ilə əlaqədar pandemiya şəraiti elan edildiyindən, tibb işçisi olaraq gücləndirilmiş iş rejimində çalışdığından, bu məsələnin araşdırılması ilə uzun müddət məşğul ola bilmədi. Lakin, ərizəçi mərhum anasından miras qalmış əmlakları faktiki cəhətdən qəbul etmişdir və hazıradək həmin əmlakların idarəçiliyini həyata keçirir. Daha sonra ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X3 adına verilmiş MH seriyalı 010395 nömrəli qeydiyyat vəsiqəsinin xx.xx.2019-cu il tarixdə ölmüş X5 məxsus olmasının müəyyən edilməsinə; Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X7 Departamentinin X11 və istismarı Birliyi ilə X8 arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin xx.xx.2019-cu il tarixdə ölmüş X5 məxsus olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki-İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 010395 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Azadlıq pr-ti 86 saylı evin 50 saylı mənzili X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 79 nömrəli reyestr kitabında 12258 nömrəli səhifədə qeydəalma 30/12258 nömrəsi ilə xx.xx.1996-cı il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X7 və istismarı Birliyi Şüvəlan ərazisindəki 217a nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 21072 saylı Müqavilənin surətindən görünür ki, bir tərəfdən Bakı Şəhər İH-nin Nizamnaməsi əsasında fəaliyyət göstərənb gələcəkdə “Birlik” adlandırılacaq X11 və İstismarı Birliyi direktor Allahverdiyev N.V şəxsində, digər tərəfdən Bakı Şəhər İH-nin 4.m-89 tarixli 57 saylı sərəncamı əsasında hərəkət edən gələcəkdə “İstifadəçi” adlandırılacaq X8 şəxsində bu müqaviləni bağladılar. “Birlik” Əzizbəyov rayonunun Şüvəlan ərazisində torpaq sahəsi olan 217a nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla 76 kv/m otağı istifadəçiyə verir və istifadəçi həmin bağı istifadəsinə götürür. İstifadəçinin vəsiqəsinin seriyası AZE 01679471 İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə verilmiş MH seriyalı 010395 nömrəli qeydiyyat vəsiqəsində və xx.xx.2004-cü il tarixli 21072 nömrəli müqavilədə fiziki şəxsin adının “Gülnarə” kimi qeyd edilmə səbəbinin araşdırılması barədə məlumat verilməsi ilə bağlı sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.10 hektar torpaq sahəsi olan 161/217a saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1989-cu il tarixli 21072 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilədə icarədarın adı X15 kimi qeyd edilmişdir. Daha sonra icarədar X15 (sənəddə olduğu kimi) qızı sözügedən müqavilənin müddətinin artırılması ilə bağlı xx.xx.2004-cü il tarixli ərizə ilə X14 müraciət etmişdir. Belə ki, həmin razılıq ərizəsi əsasında Şüvəlan qəsəbəsində yerləşən, 0.10 hektar torpaq sahəsi olan 217a saylı bağ sahəsinin üzərində olan tikili ile İcarəyə verilməsinə dair keçmiş X11 və İstismarı Birliyi ilə X8 arasında xx.xx.2004-cü li tarixil 21072 nömrəli müqavilə bağlanılmışdır. Həmçinin bildiririk ki, qovluqda mövcud olan xx.xx.2004-cü il tarixli cizgidə, aktda, eləcə do xx.xx.2004-cü il tarixli 8812 nömrəli forma 2 arayışında və s. vətəndaşın adı Gülnarə kimi qeyd edilmişdir. Eləcə də diqqətinizə çatdırırıq ki, ünvan 1 ünvanı ilə bağlı arxiv əsaslarında saxlanılan sənədlər toplusu içərisində aşkar edilən 42961 saylı xx.xx.1965-ci il tarixli Orderdə, 713 saylı xx.xx.1996-cı il tarixli forma 2 arayışında, habelə xx.xx.1996-cı il tarixli mənzilin özəlləşdirilməsi ilə bağlı ərizədə mülkiyyətçinin adı X8 olduğu göstərilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 000243 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019cu ilin 03 ayının 15 günündə 516 № ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 928284 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 02 ayının 04 günündə 236 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri VVAQ Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı ******* saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1966-cı ilin 03 ayının 17 günündə 560 № ilə qeyd edilmişdir. X9, X2. İş materiallarında olan 26 Bakı Komissarları rayonu VVAQ Qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X1 nikahları xx.xx.1964-cü ildə Bakı şəhərində bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 1964-cü ilin 11 ayının 09 günündə 1241 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşına məxsus olan AZE seriyalı 01679471 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1943-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin 50 saylı mənzilinə dair xx.xx.1996-cı il tarixli MH 010395 və xx.xx.2004-cü il tarixli 21072 nömrəli müqavilədə düzəliş edilməsi barədə xx.xx.2022-ci il tarixli ********** nömrəli təkrar müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd olunan məsələ ilə bağlı xx.xx.2022-ci il tarixli **********22 nömrəli məktubla ətraflı cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci maddəsinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki-İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 010395 nömrəli Qeydiyyat Vəsiqəsinin və Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X7 və istismarı Birliyi Şüvəlan ərazisindəki 217a nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 21072 saylı Müqavilənin xx.xx.2019-cu ildə vəfat etmiş X5 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki-İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 010395 nömrəli Qeydiyyat Vəsiqəsinin və Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X7 və istismarı Birliyi Şüvəlan ərazisindəki 217a nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 21072 saylı Müqavilənin xx.xx.2019-cu ildə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-445/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-445/2023
17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver