Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4471/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı mənzil mübahisələri tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı mənzil mübahisələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, Cavabdeh X4 məxsus 49,1 kv.m. təşkil edən 6 saylı mənzilinin əvəzinə 20 faiz artıq sahəsi olan təmirli ikiotaqlı mənzil, 143,9kv.m. özbaşına tikilinin və sənədsiz qarajların hər 1 kv.m.-nin əvəzinə 500 manat kompensasiya ödənilməklə, 2 ədəd sənədli qarajın əvəzinə 2 ədəd qaraj verilməklə; Cavabdeh X6 məxsus 49,1 kv.m. təşkil edən 5 saylı mənzilin əvəzinə 20 faiz artıq sahəsi olan ikiotaqlı təmirli mənzil verilməklə; Cavabdeh Sadıx-X7 məxsus 130kv.m. sahəsi olan 2 saylı mənzilin əvəzinə 20 faiz artıq sahəsi olan təmirli mənzil verilməklə, 63 kvm. özbaşına tikilinin əvəzinə hər 1 kv.m.-nin əvəzinə 500 manat kompensasiya ödənilməklə, X1 məxsus 52,1kv.m. sahəsi olan 7 saylı mənzilin əvəzinə 20 faiz artıq sahəsi olan ikiotaqlı təmirli mənzil sənədləşdirməklə, tikililərin sökülməsi, yeni mənzillər təhvil verilənədək cavabdehlər X3, X5, SadıxX12 qızın və Cavabdeh hər birinə hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdehlərin və onların ailə üzvlərinin söküləcək yaşayış sahələrindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə "xxxx" MTK-nın iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsum ödənilir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı mənzil mübahisəsi və sair barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən iddia tələbi isə qiymətləndirilməyən iddialara aid edilmişdir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3 və 152.4-cü maddələrinə uyğun olaraq iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı mənzil mübahisələri tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-4471/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4471/2024
30.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver