Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4551/2021 22.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı MTK-nin Cavabdeh qarşı “mənzilin boşaldılması, sökülmə üçün təhvil verilməsi, yeni mənzilin təhvil alınması və kirayə haqqı” tələbinə dair ilk; İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MTK-a qarşı üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb edilməklə “alqı-satqı müqaviləsinin bağlanılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “mənzilin boşaldılması, sökülmə üçün təhvil verilməsi, yeni mənzilin təhvil alınması və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehtərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 43.1 kv.mdən ibarət olan mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin və həmin mənzil İddiaçı MTK tərəfindən sökülsün; 2. İddiaçı MTK tərəfindənünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 43.1 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 55,5 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə Cavabdeh təhvil verilsin. 3. Sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MTK tərəfindənCavabdehna hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh İddiaçı MTK-a qarşı üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb edilməklə “alqı-satqı müqaviləsinin bağlanılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən və ona məxsus mənzilə münasibətdə cavabdeh "xxxx" MTK tərəfindən ona kirayə və təmir haqqı üçün ödəniləcək pul məbləğindən imtina etməklə, əlavə olaraq 53 kv.m. yaşayış sahəsi üçün tərəfindən cavabdehə hər kv.m üzrə 1.300 (bir min üç yüz) manat, ümumilikdə 68.900 (altmış səkkiz min doqquz yüz) manat olmaqla ödəniş edilməsi qarşılığında, cavabdeh tərəfindən 106 kv.m. sahəsi olan 4 (dörd) otaqlı və 67 kv.m. sahəsi olan 2 (iki) otaqlı mənzillərin alqısatqısına dair onunla müvafiq qaydada müqavilə bağlanılmasının təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilkin iddia tələbi ilə birlikdə baxılması qərara alınmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı MTK-nin nümayəndəsi X1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 22.10.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə tərəflər arasında məhkəmədənkənar razılığın əldə edildiyini, bu səbəbdən də mülki işin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə tərəflərin ərizəsini nəzərdən keçirib, onların mübahisə ilə bağlı fikirlərini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizələr əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizələrə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdehlər işin mahiyyəti üzrə həll edilməsini tələb etməmiş və bununla bağlı məhkəməyə ərizələr təqdim etmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizələr təmin edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı MTK-nin Cavabdeh qarşı “mənzilin boşaldılması, sökülmə üçün təhvil verilməsi, yeni mənzilin təhvil alınması və kirayə haqqı” tələbinə dair ilk, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MTK-a qarşı üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb edilməklə “alqı-satqı müqaviləsinin bağlanılması” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. İddia ərizələrinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-4551/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4551/2021
22.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver