Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-458/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh ASC-yə qarşı ilkin iddia üzrə Cavabdeh ASCnin ilkin iddia üzrə İddiaçı qarşı mülki iş üzrə (açar sözlər: mənzilin təhvil verilməsi, pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh ASC-yə qarşı “mənzilin təhvil verilməsi”, ilkin iddia üzrə Cavabdeh ASC-nin ilkin iddia üzrə İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İlkin iddia üzrə İddiaçı Cavabdeh ASC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə iddiaçıya təqdim olunmalı ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin mətbəx otağına çöl tərəfdən açılmış qapının ləğv edilməsinə, mənzilin digər hissələri ilə mətbəx arasında giriş-çıxış qapısının bərpa edilməsinə, mühəndiskommunikasiya şaxtalarının bərpasına, mətbəx otağının təhlükəsizlik və memarlıq sənədlərində nəzərdə tutulmuş şəkildə mənzilin sahəsinə daxil edilməsinə, mənzilin tam şəkildə, onun içinə daxil olan hissələrilə bərabər (mətbəx, sanitar otaqları, yataq, qonaq otağları və eyvan) iddiaçıya tam təmirli şəkildə təqdim edilməsinə və bununla bağlı olaraq hüquqa və qanuna zidd hərəkətlərin edilməsinə son qoyulmasına, iddianın verilməsinə görə 100 AZN və müvəqqəti iddianın təmin edilməsi barədə 10 AZN dövlət rüsumunun iddiaçıya ödənilməsinə və hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 171 AZN ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində Cavabdeh ASC Quliyeva Fruza (ş/v: AZE ********) arasında notariat qaydasında əvəzləşdirmə müqaviləsi bağlamışdır. Müqavilənin predmetinə əsasən, Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 289 № sərəncamına əsasən Cavabdeh ASCnin ünvan 3 saylı evin 156 kv.m. sahədən ibarət 4 otaqlı 2 saylı mənzilin tam mülkiyyət hüququ üzrə mülkiyyətçisi Quliyeva Fruzaya mənzilin əvəzinə kompensasiya olaraq həmin ünvanda inşa ediləcək binanın 4-cü mərtəbəsində yerləşən 52.4 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 4-cü mərtəbəsində yerləşən 54.9 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzilin təmirli vəziyyətdə verilməsi və 150 000 AZN məbləğində kompensasiyanın ödənilməsi şərti ilə boşaldılaraq sökülməsi və daşınmaz əmlakın dövlət reyestrindəki müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəldilər. Daha sonra isə, xx.xx.2018 tarixdə cavabdeh Azneftemaş ASC və Quliyeva Fruza (ş/v: AZE ********) xx.xx.2018 tarixli əvəzləşdirmə müqaviləsinə əlavə razılaşma müqaviləsi bağlayıblar. Həmin əlavəyə əsasən, müqavilə tərəfləri ünvan 1 ünvanlarında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili İddiaçı adına rəsmiləşdirilməsini razılaşdırıblar. Hal-hazırda, yuxarıda qeyd edilən ünvanda inşa edilən bina hazırdır. Lakin, Cavabdeh İddiaçıya mənzili təqdim edərkən bildirib ki, mənzilin sahəsi razılaşdırılmış 72.7 kv.m. əvəzinə 81.6 kv.m. təşkil edir. Yaranmış problemin həlli kimi cavabdeh iddiaçıdan ya kv.m. yaranmış fərqin hər kv.m. üçün 1600 AZN olmaqla ödənilməsini tələb edir ya da, o, mənzilin ayrılmaz hissəsi olan mətbəxi mənzilin tərkibindən çıxaracaq. Hal-hazırda, cavabdeh artıq hörgü işlərini aparıb və mətbəxə çöldən ayrı qapı açıb. Əlavə olaraq, cavabdeh İddiaçıdan tələb edir ki, mənzilin təmiri ilə bağlı üzərinə götürdüyü öhdəliyi tez bir zamanda icra etməsi üçün ona şərait yaratsın. Cavabdeh tərəfindən inşa zamanı buraxılmış səhvlər ucbatından yaranan fərqin isə iddiaçıya heç bir aidiyyatı yoxdur. Bu artıq cavabdehin riskidir və məsuliyyətidir. Göründüyü kimi, cavabdehin hərəkətləri hüquqa və qanuna ziddir. Bu hərəkətlər heç bir memarlıq qaydalarına da uyğun gəlmir. Aydın olmayan məsələlərdən biri də odur ki, cavabdeh tərəfindən aparılan mənzil sahəsinin ölçülməsi hansı üsulla keçirilib. İlkin iddia üzrə cavabdeh "Azneftemaş” ASC xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasında təhvil verilmiş mənzilin artıq verilmiş 8.9 kv.m. sahəsinin dəyəri olan 14.240 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh ASC ilə Fruza Quliyeva arasında notariat qaydasında əvəzləşdirmə müqaviləsi bağlamışdır. Müqavilə şərtlərinə görə, Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 289 № sərəncamına əsasən Cavabdeh ASC-nin ünvan 3 ünvanda inşa etdiyi çoxmənzilli yaşayış binasının 156 kv.m. sahədən ibarət 4 otaqlı 2 saylı mənzilin tam mülkiyyət hüququ üzrə mülkiyyətçisi Fruza Quliyevaya mənzilin əvəzinə kompensasiya olaraq həmin ünvanda inşa ediləcək binanın 4-cü mərtəbəsində yerləşən 52.4 kv. m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 4-cü mərtəbəsində yerləşən 54.9 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzilin təmirli vəziyyətdə verilməsi və əlavə olaraq 150.000 AZN məbləğində kompensasiyanın ödənilməsi şərti ilə boşaldılaraq sökülməsi və daşınmaz əmlakın dövlət reyestrindəki müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlmişlər. Göründüyü kimi Cavabdeh ASC F.Quliyevanın 1 ədəd 4 otaqlı 156 kv.m. sahədən ibarət mənzilinin sökülməsi əvəzinə ona 3 ədəd 180 kv.m. sahədən ibarət olan mənzilləri və əlavə olaraq 150.000 manat pul vermişdir. Bundan sonra, F.Quliyeva ASC-yə müraciət edərək xahiş etmişdir ki, ona verilən mənzillərdən 1-i başqa şəxsin adına keçirilsin. Cavabdeh ASC bununla razılaşıb və xx.xx.2018-ci il tarixdə Cavabdeh ASC və Fruza Quliyeva xx.xx.2018ci il tarixli Əvəzləşdirmə müqaviləsinə Əlavə razılaşma müqaviləsi bağlamışlar. Bu Əlavəyə əsasən, Fruza Quliyeva Cavabdeh ASCnin inşa edəcəyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzili hazırki iş üzrə İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Müqavilənin 2-ci bəndinə görə, Cavabdeh ASC, xx.xx.2018-ci il tarixli Əvəzləşdirmə müqaviləsinə əsasən Fruza Quliyevaya verməli oldğu mənzili yəni, ASC-nin ünvan 1 ünvanlarında inşa edəcəyi çoxmənzilli yaşayış binasını istismara təhvil verilən zaman binanın 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzili İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Bildirir ki, Cavabdeh ASC-nin müqavilə üzrə İddiaçı təhvil verməli olan mənzil sahəsi (72.7 kv.m) yşayış binasının nəinki 7-ci mərtəbəsində, ümumiyyətlə həmin binanın bütün mərtəbələrində mövcud olmadığı üçün İddiaçı sahəsi 81.6 kv.m olan mənzil təhvil verilmişdir. Bu hal Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli 10/158 saylı ekspert rəyində də öz təsdiqini tapmışdır. Belə ki, həmin rəyin əsaslandırıcı hissəsində ekspert tərəfindən mənzilin ölçüləri aşağıdakı kimi müəyyən olunmuşdur: - holun sahəsi – 13.2 kv.m; - sanitar qovşağın sahəsi – 6.4 kv.m; - yaşayış otağının sahəsi – 15.5 kv.m; yaşayış otağının sahəsi – 11.5 kv.m; - qonaq otağının sahəsi – 22.7 kv.m; - mətbəx otağının sahəsi 9.3 kv.m; - eyvnanın sahəsi 3.0 kv.m. Göründüyü kimi, Cavabdeh ASC tərəfindən İddiaçı müqavilə üzrə ümumi sahəsi 72.7 kv.m. ibarət mənzil təhvil verilməli olduğu halda, həmin sahədən 8.9 kv.m. artıq sahə iddiaçıya təhvil verilmiş, sonuncu da 81.6 kv.m sahədən ibarət mənzili qəbul etmişdir. Qeyd olunan hal İddiaçı tərəfindən də mübahisələndirilmir. Cavabdeh ASC, dəfələrlə İddiaçı müraciət edərək, ona verməli olduqları 72.7 kv.m-dən artıq verilən 81.6 kv metrlik mənzillərin kvadratları arasında olan fərqin, yəni 8.9 kv.metrin real bazar dəyərinin ASC-yə ödənilməsini xahiş etsə də, İddiaçı pulu ödəməkdən imtina etmişdir. Bununla da müəyyən edilir ki, İddiaçı Cavabdeh ASC-nin hesabına əsassız varlanmışdır. Bu baxımdan hesab edir ki, İddiaçı müqavilə üzrə razılaşdırılmış mənzilin sahəsindən artıq (8.9 kv.m.) olan sahənin dəyərini Cavabdeh ASCyə ödəməlidir. Çünki, Cavabdeh ASC mənzilin tikintisinə sərmayə qoyub, hazırda 8,9 kv.m. mənzilin hissəsinin İddiaçı qalması ASC-nin pul itkisinə səbəb olur. Hesab edir ki, həmin pul itkisi faydalanan şəxs, yəni İddiaçı tərəfindən bərpa olunmalı, 8.9 kv.m. dəyəri ASC-yə qaytarılmalıdır. Müqavilə şərtlərindən görünür ki, tərəflər mübahisəli mənzilin 1 kv.m dəyəri 1.600 manata razılaşdırmışlar. Belə olan halda İddiaçı Cavabdeh ASC-yə ödəməli olduğu vəsait - 14.240 (8.9 kv.m X 1.600 manat) manat təşkil edir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. II. Tərəflərin mövqeləri: İlkin iddia üzrə Cavabdeh ASC-nin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh ASC ilə Quliyeva Fruza arasında notariat qaydasında əvəzləşdirmə müqaviləsi bağlamışdır. Müqavilənin predmetinə əsasən, Bakı şəhəri, Nərimanov rayonn İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 289 № sərəncamına əsasən Cavabdeh ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ə. Orucəliyev küçəsi, 11A, 13A və Arif Heydərov küçəsi 19 saylı evin 156 kv.m. sahədən ibarət 4 otaqlı 2 saylı mənzilin tam mülkiyyət hüququ üzrə mülkiyyətçisi Quliyeva Fruzaya mənzilin əvəzinə kompensasiya olaraq həmin ünvanda inşa ediləcək binanın 4-cü mərtəbəsində yerləşən 52.4 kv. m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 4-cü mərtəbəsində yerləşən 54.9 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzilin təmirli vəziyyətdə verilməsi və 150.000 AZN məbləğində kompensasiyanın ödənilməsi şərti ilə boşaldılaraq sökülməsi və daşınmaz əmlakın dövlət reyestrindəki müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəldilər. Bundan sonra, xx.xx.2018-ci il tarixdə Cavabdeh ASC və Quliyeva Fruza xx.xx.2018-ci il tarixli əvəzləşdirmə müqaviləsinə əlavə razılaşma müqaviləsi bağlamışdırlar. Həmin əlavəyə əsasən, Quliyeva Fruza Cavabdeh ASC-nin ünvan 4 ünvanlarında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzili İddiaçı adına rəsmiləşdirilməsini xahiş edir. Həmin müqavilənin 2-ci bəndinə görə, Cavabdeh ASC xx.xx.2018-ci il tarixli 3M-438 reyestrli əvəzləşdirmə müqaviləsinə əsasən Quliyeva Fruzaya verməli oldğu mənzili yəni, Cavabdeh ASC-nin ünvan 5 ünvanlarında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzili isə İddiaçı adına bina tikilib istismara təhvil veriləndə rəsmiləşdirməyi öhdəsinə götürür. Hazırda cavabdeh tərəfindən razılaşmaya əsasən iddiaçıya mənzil təhvil verilərkən, mənzilin sahəsinin razılaşdırılmış 72.7 kv.m deyil, 81.6 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda isə, ASC tərəfindən razılaşdırılmış 72.7 kv.m-dən 10 kv.m-dək çox sahənin əvəzsiz olaraq cavabdehə verilməsinə dair heç bir öhdəliyi yoxdur. Əksinə, Cavabdeh ASC əvəzləşdirmə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam və vaxtında yerinə yetirmiş, bundan boyun qaçırmamışdır. Müqavilə ilə üzərinə götürmədiyi hər hansı öhdəliyə görə ASC cavabdehlik daşımır. Cavabdeh haqlı olaraq, yaranmış problemin həlli kimi iddiaçı ilə mübahisəni razılıqla həll edilməsini təklif etsə də, iddiaçı bununla razılaşmamış və mübahisənin həlli yolu olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, əvəzsiz qaydada, heç bir haqq ödəmədən, havayı olaraq ASC-dən 10 kv.m-lik sahəni qanunsuz olaraq tələb etməkdədir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Cavabdeh ASC və Quliyeva Fruza arasında bağlanmış 17 may 2018-ci il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən, tərəflər Bakı şəhəri, Nərimanov rayonn İcra Hakimiyyəti Başçısının xx.xx.2017 tarixli 289 № sərəncamına əsasən Cavabdeh ASC-nin Bakı şəhəri, Nərimanov rayonunu, Ə.Orucəliyev küçəsi, 11A, 13A və Arif Heydərov küçəsi 19 saylı evin 156 kv.m. sahədən ibarət 4 otaqlı 2 saylı mənzilin tam mülkiyyət hüququ üzrə mülkiyyətçisi Quliyeva Fruzaya mənzilin əvəzinə kompensasiya olaraq həmin ünvanda inşa ediləcək binanın 4-cü mərtəbəsində yerləşən 52.4 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 4-cü mərtəbəsində yerləşən 54.9 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzilin təmirli vəziyyətdə verilməsi və 150.000 AZN manat məbləğində kompensasiyanın ödənilməsi şərti ilə boşaldılaraq sökülməsi və daşınmaz əmlakın dövlət reyestrindəki müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlmişdirlər. - Cavabdeh ASC və Quliyeva Fruza arasında bağlanmış xx.xx.2018-ci il tarixli xx.xx.2018 tarixli əvəzləşdirmə müqaviləsinə əlavə razılaşma müqaviləsindən görünür ki, müqavilə tərəfləri Cavabdeh ASC-nin ünvan 1 ünvanlarında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili İddiaçı adına rəsmiləşdirilməsi razılaşdırılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli 2(103)-4031/2018 saylı qərardaddan görünür ki, iddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin cavabdehlər X1, X3 və Cavabdeh ASC-yə qarşı digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən (mənzildən) çıxarılma və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin cavabdehlər X1 və Cavabdeh ASC-yə aid hissədə öz iddiasından imtinasının qəbul edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-7298/2017 saylı mülki iş üzrə qəbul etdiyi 20 noyabr 2017-ci il tarixli qətnaməsi cavabdehlər X1 və Cavabdeh ASC-yə aid hissədə ləğv edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-35/2-497/2023 saylı məktubdan görünür ki, ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasına dair Komitənin arxivində heç bir sənəd aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli 10/158 saylı ekspert rəyindən görünür ki, baxış zamanı təqdim olunmuş mənzilin otaqların ölçüləri aşağıdakı kimi müəyyən olunur: holun sahəsi - 13.2 kv.metr, sanitar qovşağının sahəsi - 6.4 kv.metr, yaşayış otağının sahəsi - 15.5 kv.metr, yaşayış otağının sahəsi - 11.5 kv.metr, qonaq otağının sahəsi - 22.7 kv.metr, mətbəx otağının sahəsi - 9.3 kv.metr, eyvanın sahəsi - 3.0 kv.metr. Baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş mənzilin sahəsi 13,2 kv.m. olan holun daxilindən sahəsi 9.3 kv.m. olan mənzilə doğru açılan qapı bağlanmış və mətbəxin daxilindən bloka doğru qapı açılmışdır. Eyni zamanda baxış zamanı mübahisəli mənzilə layihə üzrə nəzərdə tutulan mətbəxin kanalizasiya xətləri, havalandırma şaxtası bağlanmış sahənin daxilindən keçdiyi müəyyən olunmuşdur. ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən İddiaçı məxsus mənzilindən mətbəx otağının çıxarılması təsdiqlənmiş layihəyə uyğun olmadığı müəyyən olunur. ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən İddiaçı məxsus mənzilində layihə üzrə mətbəx otağında ümumi bina üçün nəzərdə tutulan kanalizasiya və havalandırma sisteminin yerdəyişməsi mühəndis memarlıq standartlarına uyğun olmadığı müəyyən edilir. - Cavabdeh ASC tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli arayışa əsasən, ünvan 6 ünvanında Cavabdeh ASC-nin inşa etdiyi yaşayış binasında mənzillərin satış qiyməti hər kvadrat metr üçün 1600 manat təşkil edir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ilkin iddia üzrə iddiaçının və cavabdehin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ASC və Quliyeva Fruza arasında bağlanmış xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanlarında inşa ediləcək çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzilin İddiaçı adına rəsmiləşdirilməsi razılaşdırılmışdır. Cavabdeh ASC tərəfindən İddiaçı sahəsi 72.7 kv.m olan deyil, 81.6 kv.m olan (holun sahəsi - 13.2 kv.metr, sanitar qovşağının sahəsi - 6.4 kv.metr, yaşayış otağının sahəsi - 15.5 kv.metr, yaşayış otağının sahəsi - 11.5 kv.metr, qonaq otağının sahəsi - 22.7 kv.metr, mətbəx otağının sahəsi - 9.3 kv.metr, eyvanın sahəsi - 3.0 kv.metr) mənzil təhvil verilmiş və əlavə verilmiş sahənin dəyərinin ödənilməsi, əks təqdirdə mətbəxin mənzildən çıxarılacağı bildirilmişdir. İddiaçı bununla razılaşmadığından Cavabdeh ASC tərəfindən mətbəxin mənzilin tərkibindən çıxarılması üçün tikinti işlərinə başlanmışdır. Bu səbəbdən də İddiaçı məhkəməyə müraciət edərək, mənzilin mətbəx otağına çöl tərəfdən açılmış qapının ləğv edilməsini, mənzilin digər hissələri ilə mətbəx arasında giriş-çıxış qapısının bərpa edilməsini, mühəndis-kommunikasiya şaxtalarının bərpasını, mətbəx otağının təhlükəsizlik və memarlıq sənədlərində nəzərdə tutulmuş şəkildə mənzilin sahəsinə daxil edilməsini, mənzilin tam şəkildə, onun içinə daxil olan hissələrilə bərabər (mətbəx, sanitar otaqları, yataq, qonaq otağları və eyvan) tam təmirli şəkildə təqdim edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının gedişində ilkin iddia üzrə Cavabdeh ASC qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı əlavə verilmiş 8.9 kv.m sahənin dəyərinin ondan tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqicəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. - 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 435-ci maddəsinə əsasən, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. - 9.1-ci maddəsinə əsasən, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. - 9.2.2 mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması Mənzil hüquqlarının müdafiəsi üsullarından biridir. - 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. - 29.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mübahisəli mənzil yaşayış binasının 7-ci mərtəbəsində yerləşir. Yaşayış binasının layihəsindən görünür ki, mübahisəli mənzildə hol (13.2 kv.metr), sanitar qovşağı (6.4 kv.metr) yaşayış otaqları (11.5 kv.metr və 15.5 kv.metr) qonaq otağı (22.7 kv.metr), mətbəx otağı (9.3 kv.metr), eyvan (3.0 kv.metr) olması nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə 13 oktyabr 2023-cü il tarixdə mübahisəli mənzilə yerli baxış keçirilmiş və bu zaman müəyyən olunmuşdur ki, mənzil üç otaqdan, bir dəhlizdən, bir sanitar qovşağı sahəsindən və bir eyvandan ibarətdir. Mənzildə yaşayış yoxdur və təmirsizdir. Binanın layihəsinə əsasən, mənzilə daxil olduqdan sonra sol tərəfdə olması nəzərdə tutulan mətbəxin mənzilə doğru açılan qapısı divarla bağlanmış və mətbəxin daxilindən bloka doğru bir qapı açılmışdır. Həmçinin hazırda layihə üzrə nəzərdə tutulan mətbəxin kanalizasiya xətləri, havalandırma şaxtası da həmin bağlanmış sahənin daxilindən keçir. İlkin iddia tələbi üzrə iddiaçı həmin sahədən istifadə edə bilmir. Məhkəmə araşdırması zamanı Cavabdeh ASC tərəfindən aparılmış qeyd olunan tikinti işlərinin təsdiqlənmiş layihəyə və mühəndis memarlıq standartlarına uyğun olubolmamasının aydınlaşdırılması məqsədilə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli 10/158 saylı rəyinə əsasən, ilkin iddia üzrə iddiaçıya verilmiş mənzildən mətbəx otağının çıxarılmasının təsdiqlənmiş layihəyə uyğun olmadığı və layihə üzrə mətbəx otağında ümumi bina üçün nəzərdə tutulan kanalizasiya və havalandırma sisteminin yerdəyişməsinin mühəndis memarlıq standartlarına uyğun olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, ilkin iddia üzrə iddiaçı mübahisəli mənzili yaşayış sahəsi kimi istifadə etmək məqsədilə almışdır. Yaşayış sahəsi dedikdə isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Əsas təyinatı insanların yaşaması olan yaşayış sahələri, o cümlədən mənzil, mənzil hüququnun obyektidir. Hazırki vəziyyətdə qeyd olunan layihə üzrə mətbəx kimi nəzərdə tutulmuş sahənin bağlanması və kanalizasiya xətləri, havalandırma şaxtasının isə bağlanmış həmin sahədən keçməsi təsdiqlənmiş layihəyə və mühəndis memarlıq standartlarına uyğun olmamaqla ilkin iddia tələbi üzrə iddiaçıya mənzildən təyinatı üzrə istifadə etməsinə həmin mənzildə təhlükəsiz və sanitar şəraitdə daimi yaşamasına maneələr yaradır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə iddiaçı mənzilin mətbəx otağına çöl tərəfdən açılmış qapının ləğv edilməsi, mənzilin digər hissələri ilə mətbəx arasında olan giriş-çıxış qapısının bərpa edilməsi, mühəndis-kommunikasiya şaxtalarının bərpası, mətbəx otağının təhlükəsizlik və memarlıq sənədlərində nəzərdə tutulmuş şəkildə mənzilin sahəsinə daxil edilməsi, mənzilin tam şəkildə, onun içinə daxil olan hissələrilə bərabər (mətbəx, sanitar otaqları, yataq, qonaq otağları və eyvan) ilkin iddia tələbi üzrə İddiaçı tam təmirli şəkildə təqdim edilməsi öhdəliyinin ilkin iddia tələbi üzrə Cavabdeh ASC-nin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Həmçinin ilkin iddia tələbi üzrə hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 171 manat pulun ödənilməsi tələbi vardır. Məhkəmə hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 171 manat pul məbləğini, hazırki qiymətləndirilməyən ilkin iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə ilkin iddia tələbinin təmin olunmasını mümkün sayır. Məhkəmə "Azneftemaş” ASC İddiaçı təhvil verilmiş mənzilin artıq verilmiş 8.9 kv.m. sahəsinin dəyəri olan 14.240 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı əsassız varlandığını bildirmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sözügedən normaların ümumi məzmunundan aydın olur ki, əsassız varlanma halının mövcud olması üçün bir şəxs tərəfindən buna qanuni və ya müqavilə əsası olmadan digər şəxsin əmlakının əldə edilməsi faktı baş verməlidir. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən mübahisə tərəfləri arasında etibarlı müqavilə münasibətinin yaranması əsassız varlanmanı istisna edir. İş materiallarında olan mübahisəli mənzilin qarşılıqlı iddia üzrə cavabdehə təhvil verilməsinə dair 11 oktyabr 2018-ci il tarixli müqavilənin məzmunundan görünür ki, qarşılıqlı iddia üzrə cavabdehə Cavabdeh ASC-nin ünvan 1 ünvanlarında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Bununla belə qarşılıqlı iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdehə sonuncunun iradəsinə zidd olaraq yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m sahəsi olan mənzili deyil, 82 kv.m olan sahəsi olan mənzili təhvil vermişdir. Məhkəmə hesab edir ki, müqavilədə belə bir öhdəlik nəzərdə tutulmadığından qarşılıqlı iddia tələbi üzrə tələb edilən həmin məbləğin cavabdehdən tutulmasının hüquqi əsası yoxdur. Müqavilə ilə belə bir şərt nəzərdə tutulmadığı, bu barədə qarşılıqlı iddia tələbi üzrə cavabdehin razılığının alınmadığı təqdirdə qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən təhvil verilməli olan mənzilin daha artıq həcmdə təhvil verilməsi qarşılıqlı iddia tələbi üzrə cavabdehin üzərinə əlavə öhdəlik qoyulması ilə nəticələnməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İlkin iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 110 manat dövlət rüsumu xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi isə təmin edilmədiyindən, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, 100 manat ekspertiza xərci ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, ilkin iddia tələbi təmin edilməli. ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin mətbəx otağına çöl tərəfdən açılmış qapının ləğv edilməsi, mənzilin digər hissələri ilə mətbəx arasında olan giriş-çıxış qapısının bərpa edilməsi, mühəndis-kommunikasiya şaxtalarının bərpası, mətbəx otağının təhlükəsizlik və memarlıq sənədlərində nəzərdə tutulmuş şəkildə mənzilin sahəsinə daxil edilməsi, mənzilin tam şəkildə, onun içinə daxil olan hissələrilə bərabər (mətbəx, sanitar otaqları, yataq, qonaq otağları və eyvan) ilkin iddia tələbi üzrə İddiaçı tam təmirli şəkildə təqdim edilməsi və bununla bağlı olaraq hüquqa və qanunazidd hərəkətlərin edilməsinə son qoyulması öhdəliyi ilkin iddia tələbi üzrə Cavabdeh ASC-nin üzərinə qoyulmalı. İlkin iddia üzrə Cavabdeh ASC-dən ilkin iddia ərizəsinin verilməsi üçün ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 110 (yüz on) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 171 (yüz yetmiş bir) manat tutularaq ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilməli. İlkin iddia üzrə Cavabdeh ASC-nin ilkin iddia üzrə İddiaçı qarşı “İddiaçı ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasında təhvil verilmiş mənzilin artıq verilmiş 8.9 kv.m. sahəsinin dəyəri olan 14.240 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-nin özünə aid edilməli. Eyni zamanda ilkin iddia üzrə Cavabdeh ASC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. VI. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin mətbəx otağına çöl tərəfdən açılmış qapının ləğv edilməsi, mənzilin digər hissələri ilə mətbəx arasında olan giriş-çıxış qapısının bərpa edilməsi, mühəndiskommunikasiya şaxtalarının bərpası, mətbəx otağının təhlükəsizlik və memarlıq sənədlərində nəzərdə tutulmuş şəkildə mənzilin sahəsinə daxil edilməsi, mənzilin tam şəkildə, onun içinə daxil olan hissələri ilə bərabər (mətbəx, sanitar otaqları, yataq, qonaq otağları və eyvan) ilkin iddia tələbi üzrə İddiaçı tam təmirli şəkildə təqdim edilməsi və bununla bağlı olaraq hüquqa və qanunazidd hərəkətlərin edilməsinə son qoyulması öhdəliyi ilkin iddia tələbi üzrə Cavabdeh ASC-nin üzərinə qoyulsun. İlkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 110 (yüz on) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 171 (yüz yetmiş bir) manat ilkin iddia üzrə Cavabdeh ASCdən tutularaq ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilsin. İlkin iddia üzrə Cavabdeh ASC-nin ilkin iddia üzrə İddiaçı qarşı “İddiaçı ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasında təhvil verilmiş mənzilin artıq verilmiş 8.9 kv.m. sahəsinin dəyəri olan 14.240 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-nin özünə aid edilsin. İlkin iddia üzrə Cavabdeh ASC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-458/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-458/2023
14.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver