Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-459/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X5 və Cavabdeh2 qarşı “mənzilə köçürmə, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 və Cavabdeh2 qarşı mənzilə köçürmə, istifadə hüququna xitam verilməsi və mənildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1-ə köçürüməsinə, cavabdehlər X2 və Cavabdeh2 ünvan 1-dən istifadə hüquqlarına xitam verilməsinə və onların həmin mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə xx.xx.2004-cü il tarixdə rəsmi qaydada evlənmişdir. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 Himət qızı və xx.xx.2007-ci il təvəllüdlü X7 doğulmuşlar. Cavabdeh X5 ilə onun arasında olan nikah 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş və birgə nikahdan andan olmuş uşaqları analarının himayəsində saxlanılmışdır. Onu da qeyd etmək istəyir ki, cavabdeh X5 2012-ci ilin avqust ayından mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr,ev 130, mənzil 44-ü tərk etmişdir. O evdən gedərkən azyaşlı uşaqları da özü ilə aparmışdır. Lakin, nikah məhkəmə qaydasında pozulduqdan uzun müddət sonra cavabdehlə o barışmaq qərarına gəldi. X1 ona bildirdi ki, “ünvan 1-də yaşamaq istəmir, çünki həmin mənzil çox kiçikdir”. O, həmçinin ona bildirdi ki, “əgər barışıb bir yerdə yaşayacayıqsa mənim bəyəndiyim mənzildə kirayədə qalacayıq”. O da onun təklifi ilə razılaşdı və onun bəyəndiyi kirayə mənzildə yaşamağa başladılar. Təxminən 2023-cü ilin iyul ayında o işdən evə gələrkən cavabdehlər onu evdən qovdular. Bir neçə dəfə cəhd etsə də onu evə buraxmadılar. Buna görə də, o məcbur qalıb qardaş və bacısın evinə sığındı. Bir neçə gün sonra ona məlum oldu ki, cavabdehlər ünvan 1-də kirayə yaşayan şəxsləri evdən çıxarıblar və özləri həmin evdə yaşamağa başlayıblar. Bundan sonra o Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr, ev 130, mənil 44-ə getdi və həmin mənzildə kirayə yaşayan şəxslərin hansı səbəbdən evdən çıxarılmasını soruşdu, lakin cavabdehlər ona bildirdilər ki, “yaxşı ediblər həmin şəxsləri evdən çıxarıblar”, hətta onlar onun özünü də evdən qovdular. Hal-hazırda da onun həmin evdə yaşamağına imkan vermirlər. Buna görə də, mənzilə köçürülmə, istifadə hüququna xitam verilmə və mənzildən çıxarılma tələbi ilə bağlı 02 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** nömrəli çıxarışa əsasən ünvan 1 mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzil bir otaqdan ibarət olmaqla, sahəsi 19.71 kvadratmetrdir. Qeyd olunan mənzil ona evlənməmişdən əvvəl dövlət tərəfindən verilmişdir. 2005-ci ildə həmin mənzilə dair qeydiyyat vəsiqəsi almışdır. Daha sonra isə ********** nömrəli çıxarışı əldə etdi. Cavabdehlər uzun müddət iddiaçıya məxsus mənzildən istifadə etməmişlər və başqa yerdə yaşamışlar. Yəni, iddiaçı ilə cavabdeh X3 arasında olan ailə münasibətlərinə xitam verildikdən sonra cavabdehlər davamlı surətdə başqa yerdə yaşamışlar. Ha-hazırda mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-də yaşamağına imkan verilməməsi, onların həmin mənzildə qeydiyyatda olmaqla orada yaşamaları onun mülkiyyət huquqlarını pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, onlar cavabdehlə 2003cü il tarixdən 2 və ya 3 ay mübahisəli mənzildə yaşamış, daha sonra kirayədə yaşamışdırlar. Münasibətlərinin pisləşməsinə səbəb də cavabdehin mübahisəli mənzilin sahəsinin kiçik olmasından narazılığından qaynaqlanıb. Səbinə 2012-ci ildə evi tərk edərək valideynlərinin yanına Naxçıvan MR-na getmiş, 2013-cü il tarixində isə boşanmışdırlar. 2015-ci ildə uşaqların mənafeyi naminə barışmış, lakin yenidən rəsmi nikaha daxil olmamışdırlar. Mübahisəli mənzili kirayəyə verərək, özləri də başqa daha böyük sahəli mənzildə kirayədə yaşamışlar. Daha sonra cavabdehlərin iddiaçıya münasibətinin pisləşməsi səbəbindən yenidən ayrılmaq qərarına gəlmişdirlər. Bu vaxt o kirayədə olduğu mənzildən çıxaraq mübahisəli mənzilə gələndə ona məlum olmuşdur ki, şəxsi əşyaları cavabdeh tərəfindın çemodanlara yerləşdirilərək çöl qapısının yanına tərk edilmişdir. Kiçik övladının – Muradlı Ayselin mənzildə yaşamasına heç bir etirazı yoxdur. Lakin cavabdehlərlə bir yerdə yaşamaq qeyri-mümkündür. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 idida ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O bildirdi ki, iddia tələbi əsaslıdır. Mübahisəli mənzil məhz iddiaçıya müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında 2004-cü ildə verilmiş, daha sonra mənzillə bağlı qeydiyyat vəsiqəsi və çıxarış əldə edilmişdir. Beləliklə, mübahisəli mənzil 1 otaqlı olmaqla, həmin mənzildə iddiaçı ilə cavabdehlərin birlikdə yaşaması mümkün deyil, daha faciəvi nəticələrə səbəb ola bilər. Digər tərəfdən cavabdehin həmin mənzildən istifadə hüquqları olmadığı halda, əksinə, iddiaçıya mənzildə yaşamağa maneə törədirlər. 2013-cü ildə boşandıqdan sonra 2015-ci ildə barışıq əldə olunsa da, rəsmi nikaha bir daha daxil olmamışlar. Həmin mənzildə uzun müddət yaşamamış, kirayə mənzildə yaşamışlar. Daha sonra münasibətlər yenə pisləşmiş, mübahisəli mənzildə olan kirayəçi cavabdeh tərəfindən qovulmuş, iddiaçının əşyaları isə şöl qapısının yanında tərk edilmişdir, cavabdeh iddiaçıya öz mənzilinə daxil olmağı qadağan etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahatında bildirmişdir ki, o iddiaçı ilə evləndikdən sonra həmin mənzilə gəlin gəlmişdir. Onlar həmin mənzildə 2012-ci ilə qədər birlikdə yaşamışdırlar. Daha sonra iddiaçı ilə 2013-cü il tarixində boşanmış və 2014-cü il tarixində isə barışmışdırlar. Onlar barışdıqdan sonra 2018-ci il tarixində kirayə mənzildə yaşamağa başlamışlar. O iddiaçının həmin mənzildə yaşamasına etiraz etmir və iddiaçıya hər hansı maneəçilik törətmir. Lakin mübahisəli mənzildən çıxmaq istəmir, yaşamağa başqa evi yoxdur. Hesab edir ki, iddiaçı başqası ilə evlənmək istədiyi üçün onları evdən çıxarmaq istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsinin əsassız olduğunu, yalnız kompensasiya verilməklə cavabdehlərdən Muradova Səbinənin mənzildən istifadə hüququna xitam verilə biləcəyini, eyni zamanda alimentin ödənilməsi ilə bağlı icra şöbəsində icra işinin olduğunu, iddiaçı tərəfindən cavabdehin aldadıldığını, həmin alimentdən imtina edilməsi barədə cavabdeh tərəfindən ərizə yazıldığını bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşıdır. İddiaçı ilə cavabdeh 2004-cü il tarixində onun iştirakı ilə ailə qurmuşdurlar. Onlar 2012-ci il tarixinə qədər ailəli olmuşlar. Onlar 2005-ci ilin ortaları kirayə mənzildə yaşamağa başlamış və 2012-ci il tarixə qədər orada yaşamağa başlamışlar. Onlar arasında ailə problemləri olduğundan Səbinə üç il atası evində Naxçıvanda yaşamışdır. Daha sonra danışıqlar oldu və iddiaçı ilə Səbinə barışdı və o barışdığı zaman yalnız kirayədə qalmaq şərti ilə barışmışdır. Onlar 2023-cü il tarixə qədər kirayə qalmışdırlar. Mübahisəli mənzil isə kirayə verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 227873 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr, ev 130, 44 saylı mənzil İddiaçı xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2005-ci il tarixində qeydiyyat aparılmışdır. - ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr, ev 130, 44 saylı mənzil xüsusi mülkiyyəti hüququ ilə İddiaçı məxsusdur. - X4 məxsus AZE ******* nömrəli, xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünü ki, yaşayış yeri kimi vaxtadək ünvan 1 - AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlüX5 xx.xx.2010-cu il tarixdən hazırki vaxtadək, xx.xx.2005ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2017-ci il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadırlar. - AR DİN Bakı Şəhər Baş Polis İdarəsi Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktububundan görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr, ev 130, 44 saylı mənzilə pasport qeydiyyatına alınmışdır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən tərəflərindən məhv edilmişdir. - 114 saylı MKİS-in xx.xx.2012-ci il tarixli arayışından görünür ki, X5 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr, ev 130, 44 nömrəli mənzildə yaşayır, qeydiyyatdadır və ailə tərkibi dörd nəfərdir. (Həyat yoldaşı-İddiaçı, qızı-Cavabdeh2, qızı-X7) Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr, ev 130, 44 saylı mənzil AR Bakı şəhər İcra Hakimiyyəti Başçısının Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 10 avqust 2004-cü il Sərəncamına əsasən İddiaçı icarəyə verilmişdir. Mübahisəli mənzil 18 may 2005-ci il tarixli, ÖM seriyalı, 227873№-li Qeydiyyat Vəsiqəsinə əsasən, iddiaçının xüsusi mülkiyyətinə keçmişdir. İddiaçı və X5 xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və həmin mənzildə yaşamağa başlamışlar. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 Himət qızı və xx.xx.2007-ci il təvəllüdlü X7 doğulmuşdur. Onlar arasında olan nikah 2013-cü ildə pozulmuş, lakin bir müddət sonra onlar yenidən yaşamağa davam etmişlər və münasibətləri 2023-cü ildə yenidən gərginləşmiş, cavabdehlər mübahisəli mənzildə yaşamağa davam etsələr də, iddiaçıya həmin mənzildə yaşamağa şərait yaratmamışdırlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı Qərarında Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.2000-ci il tarixdən qüvvədə olan): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: Maddə 54. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Maddə 87. İcarədar və onun ailə üzvləri daim yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 118.1. Xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər; Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; Maddə 124. Xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaş bu evi və ya evin bir hissəsini başqa vətəndaşa icarəyə vermək ixtiyarına malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenumunun Qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. - Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin “mənzilə köçürülmə” hissəsi ilə bağlı qeyd edir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Beləliklə, iddiaçının mənzildən maneəsiz istfadə, sahiblik və sərəncam vermə hüququ qanunla tanınmışdır. Digər tərəfdən, cavabdeh tərəf də iddia tələbini bu hissədə etiraf etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının həmin mənzildə yaşaması üçün yaradılmış maneələr qanunsuzdur və İddiaçı həmin mənzilə köçürülməsinə imkan verməyən qanuni hal müəyyən olunmamışdır. İstinad edilən qanunvericilik normalarına və qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır, təmin edilməli və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr, ev 130, 44 saylı mənzilə köçürülməlidir. Məhkəmə iddia tələbinin cavabdeh X2 ünvan 1-dən istifadə hüquqlarına xitam verilməsinə və onların həmin mənzildən çıxarılmalarına dair hissəsi ilə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki iddia ərizəsindən və tərəflərin izahatlarından görünür ki, cavabdeh 2004-cü ildə iddiaçı ilə rəsmi nikaha daxil olduqdan sonra köçərək yaşamağa başlamışdır. Beləliklə, cavabdehin istifadə hüququ həmin dövrdən yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin 2015-ci ildə barışıq baş tutuduqdan sonra bir neçə il ərzində mübahisəli mənzildə yaşamamasını onların mənzil ehtiyacının olmaması kim qiymətləndirmək olmaz. Belə ki, həmin müddət ərzində cavabdehlər iddiaçı ilə birlikdə digər mənzildə kirayədə yaşamış, faktiki ailə münasibətlərində olmuş, məhz bu səbəbdən həmin mənzildən istifadə etməmişdirlər. Digər tərəfdən iddiaçı iddia ərizəsində nikah münasibətlərinə daxil olduqdan mübahisəli mənzildə 2012-ci ilə, yəni cavabdeh həmin mənzili tərk edənə qədər yaşadığını bildirsə də, məhkəmədə verilən izahatında birgə nikah ünasibətlərinə daxil olduqdan sonra da, 2005- 2012-ci illər ərzində həmin mənzildə yaşamadıqlarını; barışıq baş tutduqdan sonra, 2015-ci ildən etibarən yenidən kirayədə yaşadıqlarını bildirmiş (cavabdeh 2018-ci ildə kirayədə yaşamağa başladıqlarını bildirir), şahid də həmin hallar ilə əlaqədar oxşar ifadə vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı öz bildirdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, tərəflərin arasında nikahın pozulması tələbi ilə bağlı olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)-28/2013 saylı mülki işin materiallarından, o cümlədən, iddia ərizəsindən, qətnamədən, yaşayış yeri barədə arayışdan müəyyən edilir ki, tərəflər 2012-ci ilə qədər məhz mübahisəli mənzildə yaşamağa davam etmişlər. Məhkəmə yeganə şahid ifadəsinə münasibət bildirərək qeyd edir ki, şahid iddiaçının doğma qardaşı olduğundan, mülki iş üzrə icraatın iddiaçının, yəni yaxın qohumunun xeyrinə nəticələnməsində maraqlı olmasını ağlabatan hesab edir və şahid ifadəsini mötəbər sübut kimi qiymətləndirilməməsi qənaətinə gəlir. Həmçinin yuxarıda qeyd edildiyi kimi şahid ifadəsi mülki işin materialları, o cümlədən tərəflərin izahatları ilə öz təsdiqini tapmır. Tərəflər arasında mövcud olan münasibətlərin yarandığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Digər tərəfdən məhkəmə qeyd edir ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsində icarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur. Belə ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Qanunvericiliyin tələbindən göründüyü kimi, cavabdehin mübahisəli mənzildən istifadə hüququ 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmışdır. Hazırkı halda cavabdehin mənzil ehtiyacını başqa yerdə qarşılamaq üçün real imkana malik olması işin halları ilə müəyyən edilmir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Beləliklə, tərəflər arasında münasibətlər 2013-cü il tarixdə pozulsa da, 2015-ci il tarixdən onlar yenidən barışaraq birikdə yaşamağa başlamışdırlar. İddiaçı öz izahatında barışdıqan dərhal sonra, cavabdeh isə yalnız 2018-ci ildə mübahisəli mənzili tərk edərək digər mənzildə kirayədə yaşadıqlarını bildirmişlər. İddiaçı bu hala istinad edərək iddia edir ki, tərəf altı aydan uzun müddət ərzində mübahisəli mənzildə yaşamır, onların ailə münasibətləri xitam olduğundan şəxsin mənzil üzərində istifadə hüququna da xitam verilməlidir. Lakin həm yuxarıda istinad edilən qanunvericilik normalarından, həm də qüvvədə olan AR MM-nin 228.5ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 da mübahisəli mənzildən istifadə hüququna xitm verilməsi və mənzildən çıxarılması tələbini yuxarıda qeyd edilənlərə əsasən əsassız hesab edir, iddia tələbinin bu hissədə də rədd edilməli olması qənaətinə gəlir.Mülki işin materialları ilə müəyyən edilir ki, cavabdeh anadan olduğu vaxtdan həmin mənzildə yaşamış, daha sonra digər cavabdeh yəni anası ilə birgə Naxçıvan şəhərinə köçmüş, tərəflər barışdıqdan sonra isə yenidən həmin mənzildə yaşamağa davam etmişdirlər. Cavabdeh iddiaçının qızı olduğuna görə onların ailə münasibətlərinə xitam verilməmişdir, buna görə də cavabdehin istifadə hüququnu aradan qaldıran hər hansı əsas yaranmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119cu, 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr, ev 130, 44 saylı mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı cavabdehlərdən tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-459/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-459/2024
13.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver