Məhkəmə qərarları › İş №e-2(005)-4696/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4696/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4696/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh ASC-nə qarşı “mənzilə dair faiz və dəbbə borclarının silinməsi, mənzilin qiymətləndirilməsi, açıq bazarda satılaraq cavabdehə olan qalıq borcunun qaytarılması, geridə qalan məbləğin 3/2 hissəsi nisbətində iddiaçının və onun keçmiş həyat yoldaşı arasında bölüşdürülməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə dair faiz və dəbbə borclarının silinməsi, mənzilin qiymətləndirilməsi, açıq bazarda satılaraq cavabdehə olan qalıq borcunun qaytarılması, geridə qalan məbləğin 3/2 hissəsi nisbətində iddiaçının və onun keçmiş həyat yoldaşı arasında bölüşdürülməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunan maddi hüquq normalarının iddia tələbinə tətbiqi zamanı iddiaçı tərəfindən qaldırılmış tələbin hüquqi əsasının, habelə məhkəmədən xahişin qeyri müəyyən olması müəyyən edilir. İddiaçının tələbinin “mülkiyyətində olan mənzilin faiz və dəbbə borclarının silinməsi” hissəsində iddiaçının niyyətinin müəyyən etmək mümkünsüzdür. Bundan başqa iddia tələbinin “mənzilin qiymətinin müstəqil qiymətləndiricilərin rəyi əsasında onun ilkin satış qiymətinin müəyyən olunması” hissəsinin mülki məhkəmə icraatına mənsub olmadığı aşkar görünür. Belə ki, iddiaçı mülkiyyətində olan mənzili öz təşəbüssü ilə müstəqil qiymətləndiricidə qiymətləndirmək hüququna sahibdir. Eyni zamanda iddia tələbinin “mənzilin satışından əldə olunan vəsait hesabına cavabdehə olan qalıq borcunun qaytarılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırda iddiaçıya qarşı cavabdeh tərəfindən yönəlmiş borc tələbinin olub-olmaması müəyyən edilməmişdir. Bundan başqa iddia tələbinin “geri qalan məbləğin 3/2 hissəsinin keçmiş arvadı arasında bölüşdürülməsi” hissəsinə münasibətdə qeyd olunan halın məhkəmədə baxılması üçün yuxarıda qeyd olunan məhkəmədən kənar həll edilən hallar müəyyən edildikdən sonra baxılması mümkündür. Odur ki, məhkəmə hazırda iddiaçı tərəfindən qaldırılmış iddia tələblərinə məhkəmədə baxılmasını mümkünsüz hesab edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunan halları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə dair faiz və dəbbə borclarının silinməsi, mənzilin qiymətləndirilməsi, açıq bazarda satılaraq cavabdehə olan qalıq borcunun qaytarılması, geridə qalan məbləğin 3/2 hissəsi nisbətində iddiaçının və onun keçmiş həyat yoldaşı arasında bölüşdürülməsi” tələbinə dair iddia ərizəsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə dair faiz və dəbbə borclarının silinməsi, mənzilin qiymətləndirilməsi, açıq bazarda satılaraq cavabdehə olan qalıq borcunun qaytarılması, geridə qalan məbləğin 3/2 hissəsi nisbətində iddiaçının və onun keçmiş həyat yoldaşı arasında bölüşdürülməsi” tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunsun. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbzi əsasında ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində iş üzrə icraatın dayandırılması hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar