Məhkəmə qərarları › İş №e-2(005)-473/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-473/2023

12.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-473/2023 12.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün sənədlərin verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, mənzilə sahiblik və istifadə hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 10 mərtəbəli, çoxmənzilli binanın 3 otaqlı mənzilinə sahiblik hüququnun qeydə alınması üçün "xxxx" MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzlərinin ümumi yığıncağının protokolunda kooperativ mənzil üçün payı tam ödəməsi barədə maliyyə arayışının, mənzili almasına dair alqı-satqı müqaviləsinin və binanın istismara qəbul edilməsi komissiyasının aktının verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə əlavə edilməsi ilə bağlı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı tələbini yönəltmiş və ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzilinin sahiblik və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzilini xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 42500 (qırx iki min beş yüz) ABŞ dollarına binanın podratçısı X7 almışdır. Müqavilə fiziki şəxs kimi onun imzası və möhürü ilə, sonradan həm də həyat yoldaşı, fiziki şəxs Cavabdeh2 möhürü ilə təsdiq edilmişdir. X5 ilə fiziki şəxs Hüseynov Şakir Hüseyn oğlu arasında münaqişəli vəziyyət olduğundan alqı-satqı müqaviləsi Şakir Hüseynov tərəfindən rəsmilşəşdirilməyib. X16 vəfat etdikdən sonra onun hüquqi varisləri olan eavabdehiər Hüseynov Şakir Hüseyn oğluna və onun oğlu, üçüncü şəxs Hüseynov Tural Şakir oğluna qarşı ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16,19, 21,22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin onlara təhvil verilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasmal rayon Məhkəməsinə müraciət ediblər, Məhkəmənin 08 aprel 2013-cü il tarixli 2(004)-871/2013 saylı qətnaməsi ilə iddia təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçıların apeilyasiya şikayəti əsasında 11 mart 2014-cü il tarixli 2(103)-1868/2014 saylı qətnamə ilə Bakı şəhəri Yasmal rayon Məhkəməsinin 08 aprel 2013-cü il tarixli 2(004)-871/2013 saylı qətnaməsini ləğv edərək göstərilən mənzillərin cavabdehdən alınaraq hüquqi varis kimi onlara təhvil verilməsini qət edib. Həmin qətnamə ilə müəyyən edildiyinə görə mərhum X16 ilə fiziki şəxs Hüseynov Şakir Hüseyn oğlu arasında bağlanmış şifahi podrat müqaviləsinin şərtlərinə görə Hüseynov X21 ünvan 4 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının vtam tikilib başa çatdırılması məqsədi ilə həmin binadan ayrılan 20 mənzili X13 vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 01 avqust 2014-cü il tarixli 2(102)-2817/14 saylı qərarla cavabdeh Hüseynov Şakir Hüseyn oğlunun və üçüncü şəxs Hüseynov Tural Şakir oğlunun kassasiya şikayətlərini təmin etməmiş, apellyasiya instansiyasının qətnaməsini öz gücündə saxlamışdır. Qətnaməsi icraya yönəldilmişdir. ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzilin cavabdeh tərəfindən ona satıldığım idda edən birgə cavabdeh X20 ərizə ilə Azərbaycan Rspublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək mülki işə baxılarkən onun iştirakının təmin edilmədiyini göstərərək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2014-cü il tarixli 2(102)-2817/14 saylı qərarının ləğv edilməsi, mülki işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə Ali Məhkəmənin Plenumuna təqdimat verilməsini xahiş etmişdir. Ali Məhkəmənin sədri vəzifəsini icra edən cənab Hikmət Mirzəyev 28 iyul 2015-ci il tarixli 13(102)- 145/2015 saylı qərardadla onun təqdimat verilməsinə dair müraciətini təmin etməmişdir. Məhkəmənin qətnaməsi icra edildikdən sonra Hüseynov Tural Şakir oğlu və X20 69-cu mənzilə sahiblik və istifadə hüququnun həyta keçirilməsinə Cavabdeh1, X4 və Cavabdeh2 mane olduqlarına görə Cavabdeh1 və X6 müvafiq iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət ediblər. Yasamal rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(004)-2761/2020 saylı qətanamə ilə iddianı təmin edərək iddiaçılar tərəfindən mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədilməsi hər iki cavabdehə qadağan edilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli 2(103)- 2030/2021 saylı qətnamə ilə cavabdeh Hüseynov Tural Şakir oğlunun apellyasiya şikayətini təmin edilmədən, qətnaməni dəyişdirilmədən saxlayıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası isə xx.xx.2021-ci il tarixli 2(102)-5344/2021 saylı qərarla Hüseynov Tural Şakir oğlunun kassasiya şikayətini təmin edilmədən, qətnaməni dəyişdirilmədən saxlayıb. Rayon məhkəməsinin qətnaməsi icraya yönəldilib. Cavabdehlər mənzili onun adına sənədləşdirməyə söz versələr də indiyədək öz vədlərinə əməl etməyiblər. Mənzilin hazırda özündədir. Şifahi razılaşmaya əsasən mənzili X2. O, mənzildə əsaslı təmir etdikdən sonra naməlum şəxslər təmiri korlayaraq əşyaları oğurlayıblar. Ona görə də, mənzildən imtina etdi. Yuxarıda göstərdiyi kimi mənzilə görə X13 42500 (qırx iki min beş yüz) ABŞ dolları məbləğində pul ödəmişdir. Cavabdeh2 sonradan öz imzası və möhürü ilə müqaviləyə qeyd verərək 69-cu mənzilin əvəzini tam ödədiyini, mənzilin ona təhvil verildiyini təsdiq etmişdir. Mənzil hazırda onun istifadəsindədir. Buna baxmayaraq, koopetivdən indiyədək MTK-nın üzvləri sırasına qəbul olunmağımı təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışı, koopertiv mənzil üçün payı tam ödəməyi barədə maliyyə arayışını, alqısatqı müqaviləsini və binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktını ala bilmədiyimə görə mənzilə mülkiyyət hüququmu qeydə aldıra bilməmişdir. Mənzilə mülkiyyət hüququnu qeydə aldırmaq məqsədilə cavabdehlərə müraciət etsə də faydası olmayıb. Ona görə də, ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı, 69-cu mənzilinin; onun sahibliyinə və istifadəsinə verilməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi ilə bağlı zərurət yaranıb. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzilinin sahiblik və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2 iddia tələbinin əsassız olduğunu bu səbəbdən, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iş üzrə 3cü şəxs kimi cəlb olunan "xxxx" MTK tərəfindən İddiaçı Əlişan oğlunun iddia tələbinə qarşı etiraz edir. İddiaçının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddia ərizəsində istinad olunan Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyası iddiaçıların apellyasiya şikayəti əsasında 11 mart 202(103)-1868/2014 saylı iş üzrə iddiaçı tərəf olmamış və məhkəmə icraatına cəlb olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2014-cü il tarixli 2 (103)-1868/2014 saylı qətnaməsi ilə cavabdehlər Hüseynov Şakir Hüseyn oğluna və onun oğlu, üçüncü şəxs Hüseynov Tural Şakir oğluna qarşı ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 251, 53, 65, 67, 69, 73, 75 saylı mənzilləri Cavabdeh2 təhvil verilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda "xxxx" Mənzil Tikinti Koperativinin İddiaçı Əlişan oğlu qarşısında heç bir öhdəliyi yoxdur. Digər tərəfdən nəzərə alsaq ki, mənzil məhkəmə qətnaməsinin icrası ilə əlaqədar iddiaçıya deyil digər şəxsə təhvil verilmişdir, belə olan halda sözügedən mənzilin üzərində hazırki, iş üzrə iddiaçının hüquqlarını müəyyən edən sənəd kimi istinad olunuğu müqavilə iddianın təmin edilməsi üçün mötəbər hesab oluna bilməz. Qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2014-cü il tarixli 2 (103)-1868/2014 saylı qətnaməsində mənzillərlə bağlı X9 hüququnun olduğunu göstərən akt xx.xx.2006-cı il tarixlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan müqavilə xx.xx.2005-ci il tarixlidir və müdaxilələr olunmaqla tərtib edilmişdir. Bundan başqa sözügedən ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli binadakı 69 nömrəli mənzilin adına sənədləşdirilməsi ilə bağlı "xxxx" MTK-nə müraciət olunmuşdur. (həmin sənədlərin surəti məhkəməyə təqdim olunur). Sözügedən mənzil barədə gələcəkdə mübahisələrin yaranmaması üçün bu kimi məsələlər məhkəmə tərəfindən nəzərə alınmalıdır. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Yuxarıda göstərilən işin faktiki hallarına və qanuni əsaslara istinad edərək məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlər idida tələbinin etiraf edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 anası və qəyyumu Cavabdeh2 bildirmişdir ki, Cavabdeh3 atası X3 podrat müqaviləsinə əsasən aldığı ünvan 5 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzilini xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 42500 (qırx iki min beş yüz) ABŞ dollarına İddiaçı satmışdır. X16 bu barədə İddiaçı öz möhürü ilə təsdiq etdiyi, sonradan isə onun tərəfindən təsdiq edilmiş müqavilə verilmişdir. Qeyd olunan səbəbdən iddianı tam etiraf etmiş və təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 bildirmişdir ki, atası X3 podrat müqaviləsinə əsasən aldığı ünvan 5 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzilini xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 42500 (qırx iki min beş yüz) ABŞ dollarına İddiaçı satmışdır. X16 bu barədə İddiaçı öz möhürü ilə təsdiq etdiyi, sonradan isə onun tərəfindən təsdiq edilmiş müqavilə verilmişdir. Qeyd olunan səbəbdən iddianı tam etiraf etmiş və təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 bildirmişdir ki, mərhum həyat yoldaşı, X3 podrat müqaviləsinə əsasən aldığı ünvan 5 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzilini xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 42500 (qırx iki min beş yüz) ABŞ dollarına İddiaçı satmışdır. X16 bu barədə İddiaçı öz möhürü ilə təsdiq etdiyi, sonradan isə onun tərəfindən təsdiq edilmiş müqavilə verilmişdir. Qeyd olunan səbəbdən iddianı tam etiraf etmiş və təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, 3-cü şəxsimn nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli İddiaçı ilə X15 arasında bağlanmış müqaviləyə əsasən sonuncu 42500 (qırx iki min beş) ABŞ dolları müqabilində Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 2, 10 mərtəbəli yaşayış evinin İİ blok, 10 mərtəbə, ümumi sahəsi 135 kv.m olan mənzili İddiaçı pay haqqı ödənilməklə verir. Müqavinin sonunda ödəmə qrafasında Cavabdeh2 tərəfindən qeyd olunmuşdur :”24.08.05 dəyəri tam ödənildi. 69 №-li mənzili İddiaçı təhvil verdi». Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-871/2013 saylı qətnamə ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh2 cavabdeh Hüseynov Şakir Hüseyn oğluna qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair və üçüncü şəxs Hüseynov Tural Şakir oğlunun cavabdehlər X9 hüquqi varisi X10 və Hüseynov Şakir Hüseyn oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)- 1868/2014 saylı Qətnaməsinə əsasən iddiaçılar azyaşlı Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-871/2013 saylı mülki iş üzrə qəbul etdiyi 08 aprel 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar Cavabdeh1 və Cavabdeh3 cavabdeh Hüseynov Şakir Hüseyn oğluna (üçüncü şəxs Hüseynov Tural Şakir oğluna) qarşı mənzillərin təhvil verilməsi tələblərinə dair iddiası təmin edilmişdir. Bakı Şəhəri Yasamal rayonu, X24 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 2,5,7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73,75 saylı mənzillər cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2817/14 saylı, xx.xx.2014-cü il tarixli Qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 11 mart 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(004)-2761/2020 saylı qətanamə ilə iddianı təmin edərək iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh2 cavabdehlər Hüseynov Tural Şakir oğlu və X17 qarşı mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədilməsi cavabdehlər qadağan edilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli 2(103)- 2030/2021 saylı qətnamə ilə cavabdeh Hüseynov Tural Şakir oğlunun apellyasiya şikayətini təmin edilmədən, Bakı şəhər Yasamal rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(004)-2761/2020 saylı qətanaməsi dəyişdirilmədən saxlanıdmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası isə xx.xx.2021-ci il tarixli 2(102)-5344/2021 saylı Qərarı ilə Hüseynov Tural Şakir oğlunun kassasiya şikayətini təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli 2(103)- 2030/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2005-ci il tarixdə İddiaçı ilə X15 arasında 42500 (qırx iki min beş) ABŞ dolları müqabilində Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 2, 10 mərtəbəli yaşayış evinin İİ blok, 10 mərtəbə, ümumi sahəsi 135 kv.m olan mənzilə dair müqavilə imzalamış, hazırda İddiaçı ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzilin sahiblik və istifadəsinə verilməsi barədə tələb irəli sürmüşdür. Tərəflər arasında artıq qanuni qüvvəsini almış və preyudisial xarakterli aşağıdakı məhkəmə aktları mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)- 1868/2014 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh2 cavabdeh Hüseynov Şakir Hüseyn oğluna (üçüncü şəxs Hüseynov Tural Şakir oğluna) qarşı mənzillərin təhvil verilməsi tələblərinə dair iddiası təmin edilmişdir. Bakı Şəhəri Yasamal rayonu, X24 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 2,5,7, 6a, 16, 19, 21, 22, 24a, 25 ,26, 38, 43, 51, 53, 65,67,69, 73,75 saylı mənzillər cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2817/14 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Digər tərəfdən, Bakı şəhər Yasamal rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(004)- 2761/2020 saylı qətnamə ilə cavabdehlər Hüseynov Tural Şakir oğlu və X17 Bakı Şəhəri Yasamal rayonu, X24 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzil üzərindəki sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli 2(103)- 2030/2021 saylı qətnamə ilə Bakı şəhər Yasamal rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(004)-2761/2020 saylı qətanaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası isə xx.xx.2021-ci il tarixli 2(102)-5344/2021 saylı Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan Qərarda qeyd olunmuşdur ki, Bakı Şəhəri Yasamal rayonu, X24 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzilinin iddiaçılara təhvil verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, cavabdehlərin (yəni Hüseynov Tural Şakir oğlu və X14) həmin mənzilə dair hər hansı səlahiyyətlərinin olmasını təsdiq edən hüquq müəyyənedici sənədlər mövcud olmadığından iddia təmin olunmalı, cavabdehlərə mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsi qadağan edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2 və 82.3-cü maddələriə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bu baxımdan, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2817/14 saylı, xx.xx.2014-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası isə xx.xx.2021-ci il tarixli 2(102)-5344/2021 saylı Qərarı hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı Şəhəri Yasamal rayonu, X24 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzilin iddiaçıların sahiblik və istifadəsinə verilməsinə Hüseynov Tural Şakir oğlu və "xxxx" MTK tərəfindən maneçilik törədilməsi iş materialları ilə sübut olunmuşdur. Hazırkı iş üzrə cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 isə iddia tələbi etiraf etmiş, iddiaya etiraz etməmişdir. Hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş «Şakir” MTK-nın nümayəndəsi isə iddia tələbinə etiraz etmiş, mübahisəli mənzilin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar iddiaçıya deyil, digər şəxsə təhvil verilməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Bakı Şəhəri Yasamal rayonu, X24 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 69 saylı mənzilin başqa mənzillərlə birgə iddiaçılara (iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh2) təhvil verilməsi qət olunsa da, hazırkı iş üzrə iddiaçının mənzil üzərində mövcud olan hüququnun həyata keçirilməsinə maneələr mövcuddur. Belə olan halda, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı pozulmuş hüququnun bərpası üçün məhz cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı tələb irəli sürmuşdür. Belə ki, mübahisəli mənzilin X1 verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı Qətnaməsi ilə müəyyən olunan haldır. xx.xx.2005-ci il tarixli müqaviləsi isə İddiaçı ilə X15 arasında bağlanmış, sonradan müqavilədə qeyd olunan mənzil iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh2 təhvil verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Qeyd edilən Məcəllənin 113.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Hazırda mübahisəli mənzil hazırda iddiaçının sahiblik və istifadəsində olmadığından, ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzilinin onun sahiblik və istifadəsinə verilməsi barədə tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisəli mənzilin dəyəri tam şəkildə ödənildiyindən, bununla da iddiaçının həmin mənzilə sahiblik və istifadə hüququ əmələ gəldiyindən, habelə mübahisəli mənzil cavabdehlər tərəfindən iddiaçıya təhvil verilmədiyindən, həmin mənzil faktiki olaraq iddiaçının sahiblik və istifadəsində olmasına maneələr olduğundan, bununla da iddiaçının hüququ pozulduğundan, pozulmuş hüququn bərpası və onun məhkəmə müdafiəsi zəruridir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların pay haqlarını ödəməklə əmlak üzərində hüquqlar əldə etmiş, cavabdehin hərəkətləri nəticəsində isə onların bu hüquqlarının pozulduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzil İddiaçı sahiblik və istifadəsinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzil İddiaçı sahiblik və istifadəsinə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar