Məhkəmə qərarları › İş №e-2(005)-4739/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4739/2025

15.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4739/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa, əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa, əmək haqqı və s.” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa olunma, işdən azad edilmə müddətində itirilmiş əmək haqqı və digər ödənişlərin tam ödənilməsi və maddi və mənəvi ziyanın edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflərin 2023-cü ilin əvvəllərindən başlayaraq məhkəmə mübahisələri olmuşdur. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işə bərpa, xx.xx.2023-cü il tarixdə isə ödənilməmiş son haqq-hesab tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Baki Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-1780/2023 saylı və xx.xx.2023-cü il tarixli e- 2(005)-4256/2023 saylı qətnamələri ilə iddiaçının iddia tələbləri təmin edilməmişdir. Göründüyü kimi artıq iddiaçının cavabdehə qarşı işə bərpa, ödənilməmiş son haqqhesab tələbləri ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ilə bağlı tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması da yolverilməzdir, buna görə də ərizənin icraata qəbul olunmasından imtina olunmalı, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçının özünə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. - 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 153, 261-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa, əmək haqqı və s.” tələbinə dair iddia ərizəsini icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar