Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-478/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddia ərizəsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilindən azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 qaynanasıdır. Cavabdeh2 iddiaçının oğlu Cavabdeh1 ilə rəsmi nikahdadır. Hazırda cavabdehin davranışı səbəbindən münasibətləri korlanmışdır. Cavabdehlə oğlu Xəyyamın birgə nikahdan olan kiçik övladının 1 yaşı tamam olmadığından nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət edə bilmir. Lakin cavabdeh bir evdə yaşadıqları halda oğluna qarşıaliment tələbinə dair iş üzrə mediasiya təklifi göndərmişdir. Hal-hazırda da cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzilində qeydiyyatsız yaşayırlar. İddiaçı cavabdehlərin yeni ailə qurmasını nəzərə alıb müvəqqəti olaraq yaxınlıqda olan özbaşına tikili hesab edilən digər evdə yaşayır. Həmin yaşayış yeri ona məxsus olmadığından öz mülkiyyətində yaşamaq istəyir. Cavabdehlərin davranışı isə birgə yaşayışın mümkün olmadığını göstərir. İddiaçının mülkiyyətində olan, cavabdehlərin hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən sözügedən mənzil AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı №118832 saylı Qeydiyyat Vəsiqəsinə əsasən 18 iyun 2002-ci il tarixdən İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında olan münasibətlər dözülməz həddə çatmış, Cavabdeh2 iddiaçı barəsində Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə İddiaçı barədə əsassız və uydurma şikayətlərlə müraciət etdiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları və cavabdehə məxsus cehiz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması qərarına gəlmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı mənzilə onun və birgə nikahdan olan övladları xx.xx.2023-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X4 istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) Birləşdirilmiş iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2018ci ildə 5 saylı X21 nikahları bağlanmışdır. ünvan 5anov rayonu, Elçin İsaqzadə qəsəbəsi, DMZ-1,4 ünvanına gəlin gəlmişdir. Onun cehiz əşyaları həmin mənzildədir. O hesab edir ki, bu səbəbdən orada yaşayış hüququ yaranmışdır. Bundan başqa birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X11 doğulmuşdur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında ilk iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında münasibətlər son dərəcədə pisdir. Cavabdeh1 “nikahın pozulması” tələbi ilə məhkəməyə müraciət etməməsinin səbəbi azyaşlı övladı Ağamirzəyeva Nurun 1 yaşının tamam olmamasıdır. Eyni zamanda Cavabdeh2 da nikahın pozulması tələbi ilə olmasa da, “aliment” tələbi ilə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, iddiaçıya məxsus mülkiyyətdə yaşamağa davam edir ki, bu da iddiaçının mülkiyyət hüquqlarını pozur. Əvvəlki məhkəmə iclasında ilk iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddia ərizəsinin rədd edilməsini, birləşdirilmiş iş üzrə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin nikahları davam etməkdədir. Belə olan təqdirdə hesab edir ki, Cavabdeh2 və onun övladlarının mənzildən istifadə hüquqları tanınmalıdır. Əvvəlki məhkəmə iclasında ilk iş üzrə Cavabdeh1 iddia tələbini qəbul etdiyini, evdən çıxmaq istədiyini, başqa yerdə yaşayacağını, Cavabdeh2 ilə aralarında olan ailə münasibətlərinin dağıldığını, birgə nikahdan olan övladlarının bir yaşı tamam olmadığı üçün nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edə bilmədiyini, onun ailəsi ilə birlikdə həmin mənzildə qalmağa davam etdikləri təqdirdə anası İddiaçı səhhətində ciddi problemlər yaranacağını bildirmiş və ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları 1188832 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzil xx.xx.2002-ci il tarixində X12 xüsusi mülkiyyətindədir. 041897 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzildə pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 217083 nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzil İddiaçı tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. 12 aprel 2002-ci il tarixli müqavilədən görünür ki, X9 ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzili X2. Mənzilin dəyəri 30000000 manat müəyyən edilmişdir. 6 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X15 arasında 03 mart 2018-ci il tarixində nikah bağlanmış bu barədə akt qeydləri kitabında 617 nömrə ilə qeydə alınmışdır. Ərə Ağamirzəyev, arvada Ağamirzəyeva soyadları verilmişdir. 3 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh2dır. 3 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh2dır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-895/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il tarixdə doğulmuş X8 və xx.xx.2023-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 220 manat, xx.xx.2024-cü il tarixdən isə 235 manat sabit pul məbləğində aliment, eyni zamanda X11 3 yaşına çatana qədər hər ay əlavə olaraq 50 manat məbləğində aliment Cavabdeh1 iddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İlk iddia üzrə ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 ilk iş üzrə iddiaçının oğlu, Cavabdeh2 isə gəlinidir. İddiaçı həmin mənzili 12 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehin oğlu Cavabdeh1 ilə 2018-ci il tarixində ailə qurmuş, cavabdehin razılığı ilə mübahisəli ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzilə gəlin köçərək yaşamağa başlamışdır. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X11 anadan olmuşdur. Hazırda ilk iddia üzrə iddiaçı cavabdehlərin azyaşlı uşaqları və cehiz əşyaları ilə birgə mənzildən çıxarılmasını, birləşdirilmiş iş üzrə iddiaçı isə özünün və azyaşlı uşaqların mənzildən istifadə hüququnun tanınmasını məhkəmədən xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İşin mübahisələndirilməyən hallarından görünür ki, cavabdeh iddiaçının oğlu ilə 2018-ci ildə nikaha daxil olaraq həmin dövrdə ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzilə köçməklə yaşamağa başlamış, İddiaçı mənzil üzərindəki mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində verilmiş çıxarışla rəsmiləşdirilmişdir. İddiaçının oğlu ilə cavabdeh arasında 03 mart 2018-ci ildə bağlanmışdır. Hazırda Cavabdeh1 və Cavabdeh2 qeydiyyatsız olaraq övladları ilə birlikdə həmin mənzildə yaşayırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh2 iddiaçının oğlu Cavabdeh1 ilə 2018-ci ildə nikah münasibətlərinə daxil olduğundan, mübahisəli mənzilə gəlin olaraq 2018-cı ildə köçdüyündən, mübahisəyə halhazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi olan qayınanasının deyil, sonuncunun övladının ailə üzvü hesab olunur və bu əsasla da o, mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə dair istifadə hüququ əldə etməmişdir. Çünki, artıq qeyd edildiyi kimi, cavabdeh ilə mülkiyyətçi arasında etibarlı ailə münasibətləri olmadığından o, mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulan: “Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir” cümləsində mülkiyyətçinin razılığı dedikdə də məhz mülkiyyətçi ilə “digər ailə üzvləri” arasında notariat qaydada bağlanaraq rəsmi reyestrdə qeydə alınmalı olan yazılı müqavilə nəzərdə tutulur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır. Qeyd olunduğu kimi, hazırkı iş üzrə Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisinin–qaynanasının ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Eyni zamanda Cavabdeh2 həmin mənzildə qeydiyyatı olmadan yaşayır. Belə ki, ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu baxımdan da Cavabdeh2 həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla mülkiyyətçi arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə Cavabdeh2 ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzil ünvanında istifadə hüququ yaranmamışdır. Cavabdeh2 nə hər hansı bir müqaviləyə, nə də qanuna görə yaşayış sahəsindən istifadə hüququ yaranmır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Cavabdehin bu əsaslarla yaşayış sahəsindən istifadə hüququnun yaranmadığı tam aydındır. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə nəzər saldıqda görünür ki, cavabdeh iddiaçının gəlini olmaqla, iddiaçının ailə üzvləri sırasına aid olmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş üzrə Cavabdeh2 Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə iddia tələbinin Cavabdeh1 ünvan 1 ünvanındakı mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh iddia tələbini etiraf edir və həmin mənzildən başqa yerdə yaşayacağını bildirərək, çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 ilkin iddia üzrə iddiaçının ailə üzvü olsa belə, onun iddia tələbini qəbul etməsi nəzərə alınmalı iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X7 aid hissədə isə qeyd edir ki, qanunvericliyin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatmamış olmaqla valideynləri ilə birlikdə yaşayırlar. Belə olan halda onlar, cavabdehlərlə bərabər mənzildən çıxarılmalıdırlar. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, cavabdehlər X6 ilə Cavabdeh2 arasında nikah münasibətləri davam etməkdədir. Cavabdeh A.Xəyyam öz izahatında nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirsə də, bu sadəcə bir ehtimaldır və hazırda cavabdehlər və övladları bir ailə kimi birgə yaşayırlar. Eyni zamanda ehtimal oluna bilər ki, gələcəkdə tərəflərin münasibətləri yenidən normallaşsın və birgə yaşamağa davam etsinlər. Beləliklə, hazırda azyaşlı uşaqlar hər iki valideynin himayəsindədirlər. Cavabdehlər Cavabdeh2 və X3 azyaşlı uşaqların valideynləri olaraq onları saxlamaq və böyütmək, yaşayış yeri ilə təmin etmək kimi öhdəlikləri vardır. Cavabdeh1 da öz izahatında iddia tələbini qəbul etdiyini, uşaqların yaşaması üçün şərait yaradacağını bildirmişdir. Birləşdirilmiş iş üzrə məhkəmə bildirir ki, qeyd olunduğu kimi, birləşdirilmiş iş üzrə iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanında yerləşən mənzil cavabdeh İddiaçı xüsusi mülkiyyətindədir. Belə olan halda, iddiaçının köçmək istədiyi cavabdeh mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşıldıqda iddiaçının məhz köçmək istədiyi mənzil ilə bağlı hazırki cavabdehə qarşı tələb irəli sürmək üçün subyektiv hüququnun olması da istisna olunur. Qeyd olunan mənzildə faktiki yaşamış olsa belə, bu hal birləşdirilmiş iş üzrə iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Birləşdirilmiş iş üzrə iddiaçının qaynanasının mülkiyyətində olan mənzildə yaşaması onun iddiasının əsaslı olmasına dəlalət etmir. Çünki, birləşdirilmiş iş üzrə iddiaçının qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan qaynanasının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından çıxmaq istəmədiyi mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, birləşdirilmiş iş üzrə iddiaçının bu istəyi ərinin deyil, qaynanasının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından iddia tələbi əsassızdır. Bundan əlavə, birləşdirilmiş iş üzrə iddiaçı iddia ərizəsində mübahisəli mənzildə yaşamaq üçün hüququnun hansı əsasla yarandığını açıqlamır. Qeyd olunan mənzilə gəlin köçməsi və başqa yaşayış yerinin olmadığı həqiqi olsa belə bu hallar iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki, bu vəziyyətdə də birləşdirilmiş iş üzrə cavabdehin mülkiyyət hüququ pozulmuş olur. Azyaşlılara münasibətdə də məhkəmə qeyd edir ki, İddiaçı uşaqların nənəsi olsa da, AR Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Hazırki iş üzrə belə hal müəyyən edilməmişdir. Eyni zamanda Cavabdeh2 Cavabdeh1 qarşı "aliment" tələbi də qismən təmin edilmişdir. Beləliklə, azyaşlıların mübahisəli mənzildən istifadə hüququnun yaranması müəyyən edilmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Eyni zamanda ilk iş üzrə iddia tələbinin cavabdehlərin cehiz əşyaları ilə birlikdə çıxarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin cehiz əşyaları, onların siyahısı ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. İddia tələbi bu hissədə qeyrimüəyyəndir. Eyni zamanda məhkəmənin icraatında cehiz əşyaları ilə bağlı müvəqqəti təminat tədbiri olmadığından, həmin cehiz əşyalarının siyahısı da mövcud deyildir. İddia tələbinin bu hissəsi ilə bağlı kifayət qədər sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Ona görə də ilk iş üzrə iddia tələbi qismən təmin edilməklə, Cavabdeh2, Cavabdeh1, onların övladları xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X11 ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Eyni zamanda birləşdirilmiş iş üzrə iddia tələbi rədd edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X13 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilk iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh2, Cavabdeh1, onların övladları xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X1 Vəfa İmaməli qızının xüsusi mülkiyyətində olan ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzildən istifadə hüquqlarının olmayan şəxs hesab edilməli və mənzildən çıxarılmalıdırlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzildən çıxarılsın. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Birləşdirilmiş iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-478/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-478/2024
12.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver