Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4796/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3654911Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad edilməsinə dair cavabdeh “Unıversal Pro" Qapalı Səhmdar Cəmiyyətinin 38/25-M nömrəli, xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı məbləğinin, həmçinin əmək haqqı ödənilməsinin hər gecikdirilmiş günü üçün əmək haqqının bir faizi məbləğində ödəncin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəb İddia ərizəsi icraata götürülərək qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəflər aralarında barışıq sazişi bağlandığını bildirərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının özü və cavabdehin iştirakı olmadan keçirilməsini və tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq edilərərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. İddiaçı və Cavabdeh QSC arasında bağlanmış 08 yanvar 2026-cı il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı məzmunda barışıq sazişi bağlamışdırlar: Tərəflər bu Sazişi bağlamaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-4796/2025 saylı məhkəmə işini barışıq sazişi bağlamaqla bitirmək barədə razılığa gəlirlər. Bu Sazişin qüvvəyə minməsi ilə birlikdə tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin xitam əsasının AR Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (işçinin öz təşəbbüsü ilə) dəyişdirilməsi təsdiq edilir. Cavabdeh qəbul və bəyan edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı qəbul edilmiş 38/25-M nömrəli, xx.xx.2025-ci tarixli əmri ləğv edir və onun əvəzinə iddiaçının xx.xx.2025-ci il tarixdə cavabdehə təqdim etdiyi işdən azad olunma barədə ərizəsi əsasında onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinin tələblərinə uyğun olaraq işdən azad edir. İddiaçı qəbul və bəyan edir ki, cavabdeh tərəfindən bu sazişin 2.1-ci bəndində nəzərdə tutulan hərəkətlər icra edildiyi təqdirdə, məcburi işburaxma dövrü üçün əməkhaqqı da daxil olmaqla, cavabdehə qarşı hər hansı maddi tələb irəli sürməyəcək. Tərəflər qəbul edirlər ki, bu Sazişlə aralarında olan mübahisə yekunlaşır və gələcəkdə tərəflər biri-birlərinə qarşı qeyd edilən məsələ üzrə hər hansı tələb irəli sürməyəcəklər. Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci və 262.2-ci maddəsinin tələblərini başa düşürlər. Bu Saziş məhkəmədə mövcud iddia üzrə işə xitam verilməsinə əsasdır. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. Bu Saziş 3 nüsxədə tərtib edilir. Bütün nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Hər bir tərəf bu Sazişin bir nüsxəsini alır. Bir nüsxə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilir. Yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, hazırki mülki iş üzrə tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və s.” tələbinə dair e-2(005)-4796/2025 saylı mülki iş üzrə İddiaçı və Cavabdeh QSC arasında bağlanmış 08 yanvar 2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1. Tərəflər bu Sazişi bağlamaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-4796/2025 saylı məhkəmə işini barışıq sazişi bağlamaqla bitirmək barədə razılığa gəlirlər. 1.2. Bu Sazişin qüvvəyə minməsi ilə birlikdə tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin xitam əsasının AR Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (işçinin öz təşəbbüsü ilə) dəyişdirilməsi təsdiq edilir. 2.1. Cavabdeh qəbul və bəyan edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı qəbul edilmiş 38/25-M nömrəli, xx.xx.2025-ci tarixli əmri ləğv edir və onun əvəzinə iddiaçının xx.xx.2025-ci il tarixdə cavabdehə təqdim etdiyi işdən azad olunma barədə ərizəsi əsasında onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinin tələblərinə uyğun olaraq işdən azad edir. 3.1. İddiaçı qəbul və bəyan edir ki, cavabdeh tərəfindən bu sazişin 2.1-ci bəndində nəzərdə tutulan hərəkətlər icra edildiyi təqdirdə, məcburi işburaxma dövrü üçün əməkhaqqı da daxil olmaqla, cavabdehə qarşı hər hansı maddi tələb irəli sürməyəcək. 4.1. Tərəflər qəbul edirlər ki, bu Sazişlə aralarında olan mübahisə yekunlaşır və gələcəkdə tərəflər biri-birlərinə qarşı qeyd edilən məsələ üzrə hər hansı tələb irəli sürməyəcəklər. 4.2. Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci və 262.2-ci maddəsinin tələblərini başa düşürlər. 4.3. Bu Saziş məhkəmədə mövcud iddia üzrə işə xitam verilməsinə əsasdır. 4.4. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. 4.5. Bu Saziş 3 nüsxədə tərtib edilir. Bütün nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Hər bir tərəf bu Sazişin bir nüsxəsini alır. Bir nüsxə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilir. İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və s.” tələbinə dair e-2(005)-4796/2025 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4796/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4796/2025
22.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver