Məhkəmə qərarları › İş №e-2(005)-481/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-481/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-481/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqaviləyə əsasən Cavabdeh 2550 (iki min beş yüz əlli) manat əsas məbləğ, 5000 (beş min) manat miqdarında təzminat ümumilikdə 7550 (yeddi min beş yüz əlli) manat məbləğində pulun, müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 400 manat və ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X9 iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Türkiyənin Ali Təhsil Müəssisələrinə qəbul” barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etmişdir. Belə ki, Türkiyə Cümhuriyyəti “X7 X1 tərəfindən göndərilmiş E-41675539-400-Ö/2022/28 saylı, xx.xx.2022-ci il tarixli X12 da görünür ki, Cavabdeh “X7 Sağlık Yönetimi” bölümünə qəbul edilmişdir. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh müqavilə üzrə öhdəliyi təmin etməmişdir. Hazırda Cavabdeh 2550 (iki min beş yüz əlli) manat borcu vardır. Tərəflər arasında bağlanan müqavilənin 3.1.6-cı maddəsinə əsasən qəbul prosesi başa çatdıqdan sonra tələbə müqavilə üzrə müəyyən edilmiş 2550 (iki min beş yüz əlli) manat pul məbləğini ödəmədiyi təqdirdə "xxxx" MMC-nin tələbəyə 5000 (beş min) manat miqdarında iddia qaldırmaq hüququ vardır. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə baxmayaraq, o borcunu ödəməmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, Cavabdeh 2550 (iki min beş yüz əlli) manat əsas məbləğ, 5000 (beş min) manat miqdarında təzminat ümumilikdə 7550 (yeddi min beş yüz əlli) manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 400 manat və ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Cavabdeh məhkəməyə iddia ərizəsindən etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı "xxxx" MMC ona qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin icrası, pul tələbi” barədə məhkəmədə iddia qaldırmışdır. Aşağıda göstərilən səbəblərdən həmin iddianı əsassız hesab etməklə öz etirazını bildirmişdir. Belə ki, xaricdə təhsil almaq məqsədilə "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin şərtləri ilə tam ətraflı tanış olmadan bağlanılmışdır. Hətta müqavilənin bir nüsxəsi ona təqdim təqdim olunmamışdır. Lakin müqavilə bağlandıqdan 10 gün sonra anası Xoşbəxt xanım həmin təhsil mərkəzinə zəng edərək, maddi imkanlarının məhdudluğunu əsas gətirərək, xaricdə təhsil almasından imtina olunması barədə qarşı tərəfi məlumatlandırmışdır. Eyni zamanda onlara təqdim olunmuş bütün sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Buna görə Biləsuvar rayonunda yaşayan, taksi fəaliyyəti ilə məşğul olan tanışı X6 Beynəlxalq Təhsil Mərkəzi” MMC-dən bütün sənədləri götürməsi ilə bağlı xahiş etmişdir. Məhz həmin şəxs vasitəsi ilə həmin təhsil mərkəzinə təqdim olunmuş Atestat və sair sənədlər geri götürülmüşdür. Bundan sonra elə zənn etmişdirlər ki, "xxxx" MMC ilə bağlanılan müqavilə etibarsız olmuşdur. Lakin bundan təqribən 1 ay sonra həmin təhsil mərkəzi Türkiyədə ali təhsil müəssisələrindən birinə qəbul olunması və xidmət haqqı kimi 2550 manat ödəniş etməli olmasına dair məktub göndərmişdir. Halbuki, təhsil haqqı yüksək olması səbəbi ilə o xaricdə təhsil almaqdan imtina etmişdir. Çünki ailəsinin maddi vəziyyəti buna imkan vermir. Yuxarıda qeyd edilən müqavilənin şərtlərini onlara aydın izah olunmamışdır. Bundan başqa müqavilənin surəti də onlara verilməmişdir. Məhz buna görə həmin müqavilə bağlandıqdan bir neçə gün sonra onun ləğv olunması üçün müraciət edilmişdir. Belə olan halda iddiaçı "xxxx" MMC-dən 2550 manat xidmət haqqı və 5000 manat təzminat tələbinə dair iddia əsassızdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh məhkəməyə ünvanlanmış etirazı əsassızdır. Etiraz ilə bağlı bildirmişdir ki, cavabdehin etirazında bildirdikləri cəfəngiyyatdan başaq bir şey olmamaqla müqavilədən gələn öhdəliklərindən yayınmaq məqsədi daşıyır. Beləki, Cavabdeh etirazında bildirmişdir ki, müqavilənin şərtləri tam tanış olmamış, bir nüsxəsi ona təqdim edilməmiş, müqavilə bağlanıldıqdan 10 gün sonra təhsil almaqdan imtina edildiyi bildirilmiş, ona məxsus atestat və digər sənədlər götürülmüşdür. Cavabdeh yetkinlik yaşına çatmış, oxumağı və yazmağı bacaran şəxs olduğundan müqavilənin şərtləri ilə tanış olmaması real görünmür. Cavabdeh könüllü olaraq öz iradəsi ilə həmin müqaviləni imzalamış və bir nüsxəsi də ona təqdim edilmişdir. Bunlardan əlavə bildirmişdir ki, Hüseynzadə X2 Təhsil Mərkəzinə atestat təqdim etməmişdir. Atestatın yerinə oxuduğu məktəbdən arayış və qiymət cədvəli təqdim etmişdir. Buna səbəb isə atestatının həmin vaxt hazır olmaması buna görədə oxuduğu məktəbdən verilmiş arayış və qiymət cədvəli onun atestatını əvəz etmişdir. Bunlardan əlavə isə Cavabdeh 6 ədəd rəngli şəklini və xarici paportunun təsdiqlənmiş surətini Təhsil Mərkəzinə təqdim etmişdir. Qəbul da həmin sənədlər əsasında həyata keçirilmişdir. Hazırda da həmin sənədlər Beynəlxalq Təhsil Mərkəzindədir. Onda sual yaranır ki, etirazda qeyd edildiyi kimi olmayan atestatı və sair sənədləri götürmüşdürsə onda bu sənədlər hazıradək niyə Beynəlxalq Təhsil Mərkəzindədir? Həmin sənədləri elektron kabinetə yüklənilmiş və məhkəmə prosesinə də gətirilmişdir. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin edilmişdir. Belə ki, Türkiye Cümuriyyeti X7 X1 tərəfindən göndərilmiş E-41675539- 400-Ö/2022/28 saylı, xx.xx.2022-ci il tarixli X12 da görünür ki, Cavabdeh Yüksək İhtisas Universiteti X11 qəbul edilmişdir. Bundan sonra Cavabdeh qəbul olması barədə məlumat verilmişdir. "xxxx" MMC-ti müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsədə Cavabdeh müqavilə üzrə öhdəliyini təmin etməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini əsassız hesab edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə Türkiyə Cümhuriyyəti “Yüksək İxtisas” Universiteti tərəfindən verilmiş təsdiq məktubunun məzmunundan görünür ki, Cavabdeh adıçəkilən universitetin “Sağlık Birimleri” fakültəsinə qəbul olmuşdur; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin məzmunundan görünür ki, müqavilənin predmetini "xxxx" MMC tərəfindən tələbə, Cavabdeh Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisəsi olan “Yüksək İxtisas Universiteti” “Sağlık Yönətimi” fakültəsinə qəbul prosesini təşkil etmək bunun müqabilində müqavilənin 2-ci maddəsinə əsasən tələbə tərəfindən 1 ay müddətində (2 ayadək) 2550 manat pulu xidmətin əvəzi olaraq ödənilməsini təmin etməkdən ibarətdir. Müqavilənin 3.1.6-cı maddəsinə əsasən “Tələbə”nin qəbul prosesi başa çatdıqdan sonra “Tələbə” geriyə qalan məbləği ödəmədiyi təqdirdə "xxxx" MMC-nin “Tələbə”yə qarşı 5000 manat miqdarında təzminat iddiası qaldırmaq hüququ vardır; AR Təhsil Nazirliyi Biləsuvar Rayon Təhsil şöbəsi N.Sultanov adına Dövrüşlü kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın məzmunundan görünür ki, Cavabdeh 2020-2021-ci tədris ilində məktəbin 11-ci sinifini bitirmişdir; xx.xx.2022-ci il tarixli Pretenziya məktubunun məzmunundan görünür ki, "xxxx" MMC Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmış öhdəliyi 10 (on) gün ərzində yerinə yetirməsi, və "xxxx" MMC-yə göstərilmiş təhsil xidmətləri üzrə 2550 manat dəyərində xidmət haqqını , həmçinin müqavilə şərtlərinə uyğun olaraq 5000 manat təzminatı ödəməsi barədə xəbərdar etmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Türkiyənin Ali Təhsil Müəssisələrinə qəbul” barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etmişdir. Belə ki, Türkiyə Cümhuriyyəti “X7 X1 tərəfindən göndərilmiş E-41675539- 400-Ö/2022/28 saylı, xx.xx.2022-ci il tarixli X12 da görünür ki, Cavabdeh “X7 Sağlık Yönetimi” bölümünə qəbul edilmişdir. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh müqavilə üzrə öhdəliyi təmin etməmişdir. Hazırda Cavabdeh 2550 (iki min beş yüz əlli) manat borcu vardır. Cavabdeh öhdəliyi icra etməkdən imtina etmiş, iddiaçı tərəf məhkəməyə müraciət etməkdən əvvəl cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf etirazının əsası kimi tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci bəndinə istinad etmişdir. Həmin bənddə göstərilmişdir ki, tələbə ilkin ödəniş məbləğini ödədiyi andan qüvvəyə minir. Məhkəmə qeyd edir ki, qeyd olunan müqavilə üzrə ilkin ödənişin həyata keçirilməsi «0» AZN müəyyən olunduğundan cavabdehin etirazının əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tərəflər arasında bağlanan müqavilənin 3.1.6-cı maddəsinə əsasən qəbul prosesi başa çatdıqdan sonra tələbə müqavilə üzrə müəyyən edilmiş 2550 (iki min beş yüz əlli) manat pul məbləğini ödəmədiyi təqdirdə "xxxx" MMC-nin tələbəyə 5000 (beş min) manat miqdarında iddia qaldırmaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbi təzminat (dəbbə pulunun) tutulması hissəsində rədd edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirilməsi halı müəyyən edilməmişdir. Müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda, iddianın hüquqi xidmətə görə 400 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün 400 manat ödənilməsi barədə iddiaçı hər hansı sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin oluna bilməz. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan (2550+5000+400) 7950 manatın 2550 manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 45.5 (qırx beş manat əlli qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2550 manat məbləğ və 45.5 (qırx beş manat əlli qəpik) dövlət rüsumu "Beynəlxalq Təhsil” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2550 (iki min beş yüz əlli) manat məbləğində borc və 45.5 (qırx beş manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar