Məhkəmə qərarları › İş №e-2(005)-4816/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4816/2023

30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4816/2023 30.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat ödənilməmiş icarə haqqı borcu və 533.2 manat ödənilməmiş inzibati cərimələr ümumilikdə 933.2 manat borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra “İcarədar”) ilə Cavabdeh (bundan sonra “İcarəçi”) arasında 51 saylı notariat ofisində 3M1855 saylı qeydə alınmış, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, X1 markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra “Avtomobil”) İcarəçiyə təhvil verməyi, sonuncu isə depozit və gündəlik icarə haqqı ödəməyi öz öhdəliklərinə götürmüşlər. Həmin müqavilənin 4-cü bəndlərinə əsasən, icarə haqqının ödənilməsi müddətini 41 ay təşkil edir. Bir icarə ayı 26 təqvim günü olaraq müəyyən edilir. Gündəlik müəyyənləşdirilmiş icarə haqqını 25 AZN təşkil edir. Müqavilənin 2.1.6 və 2.1.7-ci bəndlərinə əsasən avtomobil İcarəçiyə saz vəziyyətdə verilir və İcarəçi müqavilə qüvvədə olduğu müddət ərzində avtomobilin saz vəziyyətdə saxlanılması üçün lazımı bütün tədbirləri həyata keçirtməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.18-ci bəndinə əsasən İcarəçinin dövlət orqanları tərəfindən tərtib olunmuş protokol və cərimələri ödəmək öhdəliyi mövcuddur. Cərimələr icarəçi tərəfindən ödənilmədiyi halda İcarəyə verən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən ödənilərsə İcarəyə verən ödədiyi bütün cərimələri İcarəçidən qeyd-şərtsiz tələb edə bilər. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından göründüyü kimi, İcarədar icarə müqaviləsi əsasında Avtomobili saz şəkildə İcarəçinin istifadəsinə vermişdir. Lakin İcarəçi həmin avtomobilin istifadəsi qarşılığında müqavilədə nəzərdə tutulmuş icarə haqqını İcarədara ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. İcarəçinin 400 manat ödənilməmiş icarə haqqı borcu yaranmışdır. Avtomobil İcarəçinin istifadəsində olduğu müddətdə 533.2 manat ödənilməmiş cərimələri olmuşdur. Mübahisənin həlli ilə bağlı cavabdehə qeydiyyatda olduğu ünvan üzrə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin, öhdəliyinin icrası istiqamətində cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC (bundan sonra “İcarədar”) ilə Cavabdeh (bundan sonra “İcarəçi”) arasında 51 saylı notariat ofisində 3M1855 saylı qeydə alınmış, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, X1 markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra “Avtomobil”) İcarəçiyə təhvil verməyi, sonuncu isə depozit və gündəlik icarə haqqı ödəməyi öz öhdəliklərinə götürmüşlər. Həmin müqavilənin 4-cü bəndlərinə əsasən, icarə haqqının ödənilməsi müddətini 41 ay təşkil edir. Bir icarə ayı 26 təqvim günü olaraq müəyyən edilir. Gündəlik müəyyənləşdirilmiş icarə haqqını 25 AZN təşkil edir. Müqavilənin 2.1.6 və 2.1.7-ci bəndlərinə əsasən avtomobil İcarəçiyə saz vəziyyətdə verilir və İcarəçi müqavilə qüvvədə olduğu müddət ərzində avtomobilin saz vəziyyətdə saxlanılması üçün lazımı bütün tədbirləri həyata keçirtməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.18-ci bəndinə əsasən İcarəçinin dövlət orqanları tərəfindən tərtib olunmuş protokol və cərimələri ödəmək öhdəliyi mövcuddur. Cərimələr icarəçi tərəfindən ödənilmədiyi halda İcarəyə verən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən ödənilərsə İcarəyə verən ödədiyi bütün cərimələri İcarəçidən qeyd-şərtsiz tələb edə bilər. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından göründüyü kimi, İcarədar icarə müqaviləsi əsasında Avtomobili saz şəkildə İcarəçinin istifadəsinə vermişdir. İş materiallarından müəyyən edilmişdir ki, icarəçi həmin avtomobilin istifadəsi qarşılığında müqavilədə nəzərdə tutulmuş icarə haqqını İcarədara ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. İcarəçinin 400 manat ödənilməmiş icarə haqqı borcu yaranmışdır. İş materiallarında olan SMS bildirişlərdən və ödəni qəbzlərindən aydın olur ki, avtomobil icarəçinin istifadəsində olduğu müddətdə 533.2 manat ödənilməmiş cərimələri olmuşdur və bu cərimələr iddia tərəfindən ödənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan əşyanı müəyyən edilmiş cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilə üzrə ödənişlər etməyi öhdəsinə götürmüşdür. Laki n cavabdeh həmin əşyadan istifadə etsə də müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilə ilə nəzərdə tutulan ödənişləri vaxtda və lazımi qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Eyni zamanda avtomobil İcarəçinin istifadəsində olduğu müddətdə 533.2 manat ödənilməmiş cərimələri olmuşdur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 400 manat ödənilməmiş icarə haqqı borcu və 533.2 manat ödənilməmiş inzibati cərimələr ümumilikdə 933.2 manat borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 400 manat ödənilməmiş icarə haqqı borcu və 533.2 manat ödənilməmiş inzibati cərimələr ümumilikdə 933.2 manat borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar