Məhkəmə qərarları › İş №e-2(005)-4822/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4822/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4822/2025 02.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı barışıq sazişi üzrə öhdəliyin icrası tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı barışıq sazişi üzrə öhdəliyin icrası tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçı ilə notarial bağlanmış Barışıq sazişi üzrə öhdəliyin icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda izahat verərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Ərizə ilə müraciət edərək, məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmiş, lakin iştirak edməməsinin üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdhin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 08 iyul 2021-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflər razılaşmışlar ki, Cavabdeh İddiaçı ilə birgə vəsait hesabına inşa etdikləri, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski 37K ünvanında yerləşən yaşayış binasında satılmamış olan 1-ci mərtəbədə iki otaqdan ibarət 1 saylı mənzil və 6-cı mərtəbədə üç otaqdan ibarət 3 saylı mənzil Cavabdeh mülkiyyətinə keçir və Cavabdeh həmin mənzillərə dair öz adından və öz mənafeləri üçün bütün əqdləri, o cümlədən alqı-satqı, bağışlama, kirayə, ipoteka və digər əqdləri bağlamaq səlahiyyətləri verilir, Cavabdeh bütün digər mənzillərə dair öz adından bağladığı müqavilələri İddiaçı bu müqaviləni imzalamaqla təsdiq edir və onların bağlanması, icra edilməsi və nəticələrinə dair razılıq verir. Tərəflər razılaşmışlar ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski 37K ünvanında yerləşən yaşayış binasında Həbibov X2 Həsən Hüseyn oğlu tərəfindən satılmış mənzilləri alıcıların adlarına qanuna müvafiq qaydada rəsmiləşdirməyi (notariat, vergi, qeydiyyat xərcləri alıcıların hesabına həyata keçirilməsi şərti ilə) öhdəsinə götürür. Tərəflər razılaşmışlar ki, İddiaçı Cavabdeh ilə birgə vəsait hesabına inşa etdikləri Bakı şəhəri, Xətai rayonu, General Şıxslinski 37K ünvanında yerləşən yaşayış binasındakı İddiaçı tərəfindən satılmış mənzillərə görə alıcıların qalıq borcu olan 350000 manat pul məbləğini qəbul etmək hüququ, eləcə də həmin binanın 6cı mərtəbəsində yerləşən 1 ədəd üç otaqlı 4 saylı mənzilə və binanın zirzəmisinə dair mülkiyyət hüququ İddiaçı keçir. Tərəflər razılaşmışlar ki, Bakı şəhəri, Xətai-rayonu, General Şıxlinski 37K ünvanında yerləşən yaşayış binasındakı bütün tamamlanmayan işləri, qanunvericiliklə müəyyən olunmuş inşaat normalarına uyğun olaraq, İddiaçı öz hesabına həyata keçirməyi öhdəsinə götürür. Tərəflər bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirməkə, Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)- 3258/2021 saylı mülki iş üzrə bir-birlərinə qarşı əmlak tələblərinə dair iddialarından imtina edirlər və həmin əmlak tələbləri ilə bağlı iddia qaldırmamağı öhdələrinə götürürlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3258/2021 saylı 23 avqust 2021-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “pulun tutulması, birgə fəaliyyət nəticəsində əldə olunmuş gəlirin bölüşdürülməsi” tələbinə dair 2(011)-3258/2021 saylı mülki iş üzrə icraata xitam verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(011 )-3258/2021 saylı iddianı təmin etmək haqqında qərardadı ləğv edilmiş, Cavabdeh adına olan ünvan 4 ünvanında yerləşən yaşayış binasının ümumi sahəsi 99.4 kv.m. olan 3 otaqlı 1 nömrəli mənzilin (mərtəbə 6), ümumi sahəsi 99.4 kv.m. olan 3 otaqlı 6 nömrəli mənzilin (mərtəbə 6), ümumi sahəsi 44.2 kv.m. olan 1 otaqlı 5 saylı mənzilin (mərtəbə 3), ümumi sahəsi 84.8 kv.m. olan 2 otaqlı 4 nömrəli mənzilin (mərtəbə 1), ümumi sahəsi 44.2 kv.m. olan 1 otaqlı 5 nömrəli mənzilin (mərtəbə 4), ümumi sahəsi 99.4 kv.m. olan 3 otaqlı 1 nömrəli mənzilin (mərtəbə 3), ümumi sahəsi 74.8 kv.m. olan 2 otaqlı 3 nömrəli mənzilin (mərtəbə 3), ümumi sahəsi 74.8 kv.m. olan 2 otaqlı 3 nömrəli mənzilin (mərtəbə 4), ümumi sahəsi 44.2 kv.m. olan 1 otaqlı 5 nömrəli mənzilin (mərtəbə 1) özgəninkiləşdirilməsi ilə bağlı cavabdeh və digər şəxslərin üzərinə qoyulmuş qadağa götürülmüş, qərardadla tərəflərə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2(001)-2866/2021 saylı qərardadına əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə aşağıdakıları qeyd etmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, tərəflər arasında məhkəmə mübahisəsi olmuş, həmin məhkəmənin gedişatında tərəflər barışmış, 08 iyul 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş barışıq sazişi bağlamış, həmin saziş notarial qaydada təsdiq edilmiş və iddiaçı bundan sonra iddiasından imtina etdiyi üçün mülki iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı həmin barışıq sazişinin şərtlərinin icra edilməməsinə görə “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında barışıq sazişi, eyni zamanda mülki iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəyə minmiş qərardad mövcud olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki icraata xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.5, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı barışıq sazişi üzrə öhdəliyin icrası tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçılara izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100,60 (dörd yüz iki manat, səksən qəpik) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar