Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-500/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: müqavilə öhdəliklərinin icra olunması; ilkin müqavilə) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.075 ha olan 1228b saylı bağ sahəsinin mülkiyyətçisi Cavabdeh ilə arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış 160.000 (bir yüz altmış min) manatın 96.925 (doxsan altı min doqquz yüz iyirmi beş) manatının ödənilmiş hesab edilməklə, yerdə qalan 63.075 (altmış üç min sıfır yetmiş beş) manatın iddiaçı tərəfindən ödənilməsi şərti ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi və iddia tələbi ilə bağlı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həmin vaxtlarda torpaq sahəsi almaq niyyətləri var idi və bunun üçün üçün bir neçə alqı-satqı ofislərinə müraciət etmişdirlər. Bir müddətdən sonra Sabunçu rayonu, Bilgəh qəsəsbəsində torpaq sahəsi satıldığını bildirdilər. Torpaq sahəsinə oğlu və həyat yoldaşının iştirakı ilə baxış keçirdikdən sonra Cavabdeh ilə aralarında 160.000 (bir yüz altmış min) manata həmin torpaq sahəsinin alqısatqısı barədə razılığa gəlmişlər. Bundan sonra müəyyən olundu ki, həmin topraq sahəsi BANK BTB tərəfindən ipoteka ilə yüklü edilmişdir və mülkiyyətçi tərəfindən ipoteka kreditlərinin ödənilməsində çətinliklər var. Hətta ipoteka kreditləri vaxtında ödənilmədiyinə görə bank tərəfindən mülkiyyətçiyə müəyyən cərimələr də tətbiq edilmişdir. Bu səbəbdən də aralarında qeyd olunan daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin bağlanması mümükün olmamışdır. Cavabdehlə belə razılığa gəlmişlər ki, aralarında ilkin alqı-satqı müqaviləsi bağlayaq və aralarında razılaşdırılmış 160.000 (bir yüz altmış min) manatın bir hisssəsini, yəni 60.000 (altmış min) manatını ilkin ödəniş olaraq müqavilə bağlanan gün notariusun bankdakı depozit hesabı vasitəsi cavabdehə ödəsinlər. Cavabdeh bununla razılaşmışdır və bildirdi ki, daşınmaz əmlakı ipoteka yüklülüyündən azad etdikdən sonra notariusda daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlayarlar. Bu razılaşma ilə xx.xx.2021-ci il tarixdə 50 saylı notariat ofisinə müraciət etmişlər və aralarında 50 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək, 3M-1032 reyestr nömrəsi ilə qeydiyyata alınmış ilkin alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən xx.xx.2011-ci il tarixli, **********28 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.075 ha olan 1228b saylı bağ sahəsi ipoteka yüklülüyündən azad edildikdən sonra 160.000 (bir yüz altmış min) manata iddiaçıya satılması barədə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Qeyd olunan ilkin alqı-satqı müqaviləsi bağlayarkən notariusun bankdakı depozit hesabı vasitəsi ilə mülkiyyətçi Cavabdeh 60.000 (altmış min) manat pul ödənildi. Lakin bir müddət sonra cavabdeh onlara müraciət edərək kreditləri vaxtında ödəyəmədiyi üçün bank tərəfindən ona yüksək məbləğdə 13.870 manat məbləğində cərimə tətbiq edildiyini, həmçinin işləri yolunda getmədiyindən ipoteka kreditinin ödənilməsində də çətinlik çəkdiyini qeyd edərək bu barədə ona köməklik göstərməklərini xahiş etdi. Məbləğin çox olduğunu bildirdikdə o, demişdir ki, əmlak ipoteka ilə yüklüdür, kredit və cərimələr ödənilmədikcə əmlakın alqısatqısı mümkün olmayacaq. Onlara demişdir ki, “siz mənə köməklik edin 13.870 manat məbləği ödəyim, qalan kreditləri isə ayda mənim əvəzimdən siz ödəyin alqı-satqı müqaviləsi bağlanan zaman bunları aramızda nəzərə alarıq.” Öz aralarında məsləhətləşdikdən sonra cavabdehin səmimiyyətinə inanaraq cərimələri ödənilməsi üçün 13.870 manat pulu oğlu X3 vasitəsi ilə ona təqdim etmişlər. Qalan kreditlər isə oğlu X3 tərəfindən hər ay Bank BTB-yə ödənildi. Hətta DƏDRX-də torpaq sahəsinin girovdan azad edilməsi və bildirişin ləğv edilməsi ödənişləri də oğlu X3 tərəfindən ödənilmişdir. İlkin alqısatqı müqaviləsi bağlandığı zaman ödədikləri 60.000 (altmış min) manat puldan sonra cavabdehə cərimələri ödənilməsi üçün ona 13.870 (on üç min səkkiz yüz yetmiş) manat və kreditlər üçün isə 23.055 (iyirmi min sıfır əlli beş) manat pul ödəmişdir. Ümumilikdə cavabdehə 96.925 (döxsan altı min doqquz yüz iyirmi beş) manat pul ödəmişdir. İddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzlərində krediti ödəyən şəxs kimi oğlu X1 adı qeyd edilmişdir. Belə ki cavabdehə gecikmələrə görə bank tərəfindən tətbiq edilmiş 13.870 (on üç min səkkiz yüz yetmiş) manat cəriməni cavabdehə nağd şəkildə ödədikdən sonra cavabdehin mülkiyyətində olan və ipoteka ilə yüklü olan 0.075 ha torpaq sahəsinin yüklülüyü ilə bağlı onun adına “Bank BTB”-də ipoteka krediti üzrə açılmış AZ87BBTB******************** hesab nömrəsi üzrə xx.xx.2021-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək oğlu X3 tərəfindən aşağıdakı ödənişlər edilmişdir: xx.xx.2021-ci il tarixdə, saat 14:38:06-da – 1.886.00 (bir min səkkiz yüz səksən altı manat) xx.xx.2022-ci il tarixdə, saat 12:09:34-də – 1.886.00 (bir min səkkiz yüz səksən altı manat) xx.xx.2022-ci il tarixdə, saat 12:22:43-də – 1.886.00 (bir min səkkiz yüz səksən altı manat) xx.xx.2022-ci il tarixdə, saat 12:14:55-də – 1.886.00 (bir min səkkiz yüz səksən altı manat) xx.xx.2022-ci il tarixdə, saat 15:52:21-də – 1.886.00 (bir min səkkiz yüz səksən altı manat) xx.xx.2022-ci il tarixdə, saat 16:05:01-də – 1.886.00 (bir min səkkiz yüz səksən altı manat) xx.xx.2022-ci il tarixdə, saat 17:02:16-da – 1.886.00 (bir min səkkiz yüz səksən altı manat) xx.xx.2022-ci il tarixdə, saat 15:10:12-də – 1.875.00 (bir min səkkiz yüz yetmiş beş manat) xx.xx.2022-ci il tarixdə, saat 16:15:56-da – 2.046.01 (iki min sıfır qırx altı min manat) xx.xx.2022-ci il tarixdə, saat 12:15:56-da – 1.910.00 (bir min doqquz yüz on manat) xx.xx.2023-cü il tarixdə, saat 16:09:43-də – 1.600.00 (bir min altı yüz manat) xx.xx.2023-cü il tarixdə, saat 13:34:31-də – 286.00 (iki yüz səksən altı manat) xx.xx.2023-cü il tarixdə, saat 14:28:20-də – 2.042.00 (iki min sıfır qırx iki manat) xx.xx.2023-cü il tarixdə, saat 14:34:36-də – 47.00 (qırx yeddi manat DƏDRX-də torpaq sahəsinin girovdan azad edilməsi ödənişi) xx.xx.2023-cü il tarixdə, saat 16:37:42-də - 47.00 (qırx yeddi manat bildirişin ləğv edilməsi üçün dövlət rüsumu ödənişi) Göründüyü kimi cavabdehin 23.055 (iyirmi üç min sıfır əlli beş) manat kredit borcu və 13.870 (on üç min səkkiz yüz yetmiş) manat cəriməsi onlar tərəfindən ödənilmişdir. İlkin alqı-satqı müqaviləsi bağlandığı zaman ödədikləri 60.000 (altmış min) manatla birlikdə 96.925 (döxsan altı min doqquz yüziyirmi beş) manat təşkil edir ki, bu da əmlakın dəyərinin 60 faizindən artıq ödəniş edildiyi deməkdir. Əmlakı girovdan azad etdikdən sonra dəfələrlə cavabdehlə əlaqə saxlayıb əmlakın alqı-satqısı üzrə müqavilə bağlanmasını tələb etsələr də cavabdeh bundan sui-istifadə edərək müqavilə üzrə öhdəliklərini yerinə yetirtməkdən yayınır və alqı-satqı müqaviləsini bağalamaqdan imtina edir. Bundan belə bir nəticəyə gəlir ki, cavabdehin əsl məqsədi ipoteka kreditıni və vaxtında ödəyə bilmədiyi kredit borcları nəticəsində bank tərəfindən ona tətbiq edilmiş cərimələrin onlar tərəfindən ödənilməsi olmuşdur. Əgər belə bir niyəti olmasaydı ilk dəfə ona alqı-satqı müqaviləsini bağlamaq üçün müraciətində buna razılıq verərdi. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunvericiliyin tələblərinə ziddir və o bu hərəkətləri ilə qeyriqanuni mənafelərinə nail olmağı özünə məqsəd seçmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, tərəflər arasında alqı-satqıdan sonra danışıq olub ki, ödəyə bilmədiyinə görə bank tərəfindən cərimə pulu müəyyən olunub və iddiaçının oğlu da 13.870 manat məbləğini başqa şəxsin yanında cavabdehə təqdim edib. Həmin pul təqdim olunandan sonra xx.xx.2023-cü il tarixdə iddiaçının oğlu tərəfindən tam ödəniş bitəndən sonra torpaq sahəsi girovdan azad olunmuşdur. 60.000 manat bankın depozit hesabı vasitəsilə, 13.870 manat iddiaçı tərəfindən cərimə məbləğinin hesablanması üçün, 23.055 manat kredit ödənilməsi üçün verilib. Bankdan təqdim edilmiş qəbzlərdə Sənan Quliyevin ödəniş etdiyi göstərilir. Arada fərq olmadan Sənan Quliyev tərəfindən ödənişlər olunub. Sonda iddiaçı tərəf bildirib ki, torpaq sahəsini rəsmiləşdirək, lakin cavabdeh bildirib ki, torpaq sahəsini müəyyən məbləğə satmışdır, hazırda isə torpaq sahəsinin qiyməti qalxıb. Tərəflər arasında müqavilə öhdəlikləri var və iddiaçı tərəfindən cavabdehin kredit borcları ödənilib. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəf ilə dəfələrlə danışmışdırlar. Onlar bankla olan məsələdən məlumatlı olmuşdurlar. Alqı-satqı dövrünə qədər 54.000 manat banka ödənilməli olan borcu var idi. Bağı 200.000 manata danışmışlar, həmin məbləğdən 160.000 manat notarius vasitəsilə verilməli idi. 60.000 manatı verəndən sonra bildirdi ki, 100.000 manat məbləğini 2021-ci ilin sonuna qədər çatdıracaq. Həmin 60.000 manat məbləğini aldıqdan sonra bağ sahəsini bankda yüklü edib qrafik açdırmalı idi. Bank BTB-nin əməkdaşı bildirdi ki, 13.600 manat ver, məbləği 40.000 manat edək. Bundan sonra qrafik açıldı. İddiaçının oğlu həmin qrafik üzrə 6 ay 1886 manat ödəmiş, lakin sonradan onu tapa bilməmişdir. Banka 54.000 manat borcu olub və ondan sonra 60.000 manat məbləğindən 13.600 manatı “Bank BTB”də işləyən əməkdaşa vermiş, 40.000 manat üzrə qrafik açılmışdır. İpotekadan yüklülükdən azad olunmanın iddiaçının oğlu tərəfindən həyata keçirildiyini etiraf edir. 13.870 manat isə ona verilməyib. İddiaçıdan 60.000 manat almışdır, banka nə ödənilibsə, həmin məbləğin çıxılmasını qəbul edir. 60.000 manat məbləğini və 23.055 manat məbləğini qəbul edir, lakin 13.870 manat məbləğini qəbul etmir. Şahidi ümumiyyətlə görməmiş və Sənan Quliyevlə avtomobildə görüşmüşdür. Lakin heç vaxt Günəş şadlıq evinin qarşısında Sənan Quliyevin avtomobilinin qarşısında oturmamışdır. Bir dəfə çayxanadan qayıdanda Sənan Quliyev onu gətirib, lakin Günəş şadlıq evinin yanında ağacın altında söhbət etmişlər. Özü iki dəfə ancaq Sənan Quliyevin atasını görmüş və başqa heç kimi görməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.075 ha olan 1228b saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. - Bir tərəfdən Cavabdeh və digər tərəfdən İddiaçı (əvəzinə nümayəndə X4) arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, tərəflər xx.xx.2023-cü (bir sentyabr İki min iyirmi üçüncü) il tarixə kimi xx.xx.2011-ci il tarixli, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Satıcı - Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1228b saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0,075 ha olan torpaq sahəsinin ipoteka yüklülüyündən azad edildikdən sonra 160.000 (bir yüz altmış min) manata ‘Alıcı* İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışdırlar. Müqaviləyə əsasən, “Satıcı" - Cavabdeh satılacaq daşınmaz əmlakı 160.000 (bir yüz altmış min) manata qiymətləndirir və gələcəkdə həmin qiymətə “Alıcı" - İddiaçı satmağı, “Alıcı" - İddiaçı isə əmlakı gələcəkdə 160.000 (bir yüz altmış mnt) manata almağı öhdəsinə götürür. “Alıcı"- İddiaçı sattş məbləğindən 60.000 (altmış min) manatı hal-hazırda müqavilə bağlanarkən notariusun depozit hesabı vasitəsi ilə “Satıcı” - Cavabdeh ödəyir, satış qiymətinin 73.900 (yetmiş üç min doqquz yüz) manatını 2 (iki) ay müddətində, qalan 26,100 (iyirmi altı min bir yüz) manatını isə torpaq sahəsinin alqısatqısına dair əsas müqavilə bağlanarkən «Satıcıya»ya ödəməyi öhdəsinə götürür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubla müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1228b ünvanında yerləşən torpaq sahəsi ünvan dən təsdiq edilmiş 4-Ə-4/510 reyestr nömrəli xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. - Bank ”BTB” ASC tərəfindən məhkəməyə ünvanlanmış 13 iyun 2025-ci il tarixli MXD- 2025/2380 saylı məktubla xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Bank ”BTB” ASC-yə məxsus AZ87BBTB******************** hesab üzrə kredit ödənişlərinə dair qəbzlər məhkəməyə təqdim olunmuşdur. Məktuba əlavə edilmiş qəbzlərlə müəyyən olunur ki, hesab nömrəsi üzrə X3 10 may 2022-ci il tarixdə 1886 manat, 27 may 2022-ci il tarixdə 1886 manat, 01 iyul 2022-ci il tarixdə 1886 manat, 27 sentyabr 2022-ci il tarixdə 1875 manat, 17 noyabr 2022-ci il tarixdə 2046,01 manat, 01 dekabr 2022-ci il tarixdə 1910 manat, 27 fevral 2023-cü il tarixdə 2042 manat, 01 fevral 2023-cü il tarixdə 1600 manat ödəniş etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən cavabdehin və tərəflərin nümayəndə-vəkillərinin izahatları, habelə iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh və İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat ofisində cavabdehə mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.075 ha olan 1228b saylı bağ sahəsinin ipoteka yüklülüyündən azad edildikdən sonra 160.000 (bir yüz altmış min) manata sonuncuya – iddiaçıya satılmasına dair 16 noyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı 160.000 (bir yüz altmış min) manatın 96.925 (doxsan altı min doqquz yüz iyirmi beş) manat hissəsinin ödənilmiş hesab edilməklə, yerdə qalan 63.075 (altmış üç min sıfır yetmiş beş) manatın iddiaçı tərəfindən ödənilməsi şərti ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Beləliklə, hazırkı işin faktiki hallarından da göründüyü kimi tərəflər arasında bağlanılmış ilkin alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarlar). Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Qeyd edilən normalarnın məzmunundən göründüyü kimi müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunda birbaşa nəzərdə tutulmuş hüququdur. Mülki hüquq münasibətlərinin xüsusiyyəti ondadır ki, onlar bir-birindən heç bir asılılığı olmayan bərabər hüquqlu subyektlər arasında yaranır. Bütün bunlara əsasən müqavilə bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Şəxsin müqavilə bağlamaq haqqında iradəsi, yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirərək qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir ki, buna müqavilə azadlığı deyilir. Lakin qanunvericiliklə istisnalar da nəzərdə tutulmuşdur. Müqavilə azadlığı yalnız 2 halda məhdudlaşdırıla bilər : 1) Mülki Məcəllədə nəzərdə tutulduğu halda; 2) şəxsin könüllü götürmüş olduğu öhdəlikdən irəli gəldikdə. Hazırki iş üzrə tərəflər - Cavabdeh və İddiaçı arasında 16 noyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır və əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilir. 16 noyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən tərəflər xx.xx.2023-cü il tarixə kimi satıcı Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1228b saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0,075 ha olan torpaq sahəsinin ipoteka yüklülüyündən azad edildikdən sonra 160.000 manata alıcı İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişdirlər. Tərəflər üzərinə öhdəlik götürmüşlər ki, satıcı Cavabdeh satılacaq daşınmaz əmlakı 160.000 manata qiymətləndirir və gələcəkdə həmin qiymətə “Alıcı" - İddiaçı satacaq, alıcı - İddiaçı isə əmlakı gələcəkdə 160.000 manata alacaqdır. Alıcı İddiaçı satış məbləğindən 60.000 manatı hal-hazırda müqavilə bağlanarkən notariusun depozit hesabı vasitəsi ilə satıcı Cavabdeh ödəməyi, satış qiymətinin 73.900 manatını 2 ay müddətində, qalan 26,100 manatını isə torpaq sahəsinin alqı-satqısına dair əsas müqavilə bağlanarkən «Satıcıya»ya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, müqaviləyə əsasən, torpaq sahəsi ipoteka yüklülüyündən azad edildikdən sonra iddiaçıya satılması razılaşdırılmışdır. Müqavilə bağlanan zaman İddiaçı tərəfindən notariusun bank hesabı vasitəsilə Cavabdeh 60.000 (altmış min) manat pul köçürülmüşdür. Bununla yanaşı, tərəflər arasında olan razılığa əsasən, mübahisəli torpaq sahəsinin ipoteka yüklülüyündən azad edilməsi məqsədilə Cavabdeh Bank "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsinə əsasən, AZ87BBTB******************** hesab üzrə kredit və digər ödənişlər –xx.xx.2021-ci il tarixdə 1.886.00 (bir min səkkiz yüz səksən altı manat), xx.xx.2022-ci il tarixdə, 1.886.00 (bir min səkkiz yüz səksən altı manat), xx.xx.2022-ci il tarixdə 1.886.00 (bir min səkkiz yüz səksən altı manat), xx.xx.2022-ci il tarixdə, 1.886.00 (bir min səkkiz yüz səksən altı manat), xx.xx.2022-ci il tarixdə, 1.886.00 (bir min səkkiz yüz səksən altı manat) xx.xx.2022-ci il tarixdə 1.886.00 (bir min səkkiz yüz səksən altı manat), xx.xx.2022-ci il tarixdə, 1.886.00 (bir min səkkiz yüz səksən altı manat), xx.xx.2022-ci il tarixdə 1.875.00 (bir min səkkiz yüz yetmiş beş manat) xx.xx.2022-ci il tarixdə, 2.046.01 (iki min sıfır qırx altı min manat), xx.xx.2022-ci il tarixdə 1.910.00 (bir min doqquz yüz on manat), xx.xx.2023-cü il tarixdə 1.600.00 (bir min altı yüz manat), xx.xx.2023-cü il tarixdə 286.00 (iki yüz səksən altı manat), xx.xx.2023-cü il tarixdə, 2.042.00 (iki min sıfır qırx iki manat), xx.xx.2023-cü il tarixdə 47.00 (qırx yeddi manat DƏDRX-də torpaq sahəsinin girovdan azad edilməsi ödənişi) xx.xx.2023-cü il tarixdə 47.00 (qırx yeddi manat bildirişin ləğv edilməsi üçün dövlət rüsumu ödənişi) 16 noyabr 2021-ci il tarixindən sonra (müqavilə bağlandığı tarix) İddiaçı (onun oğlu X3) tərəfindən Bank "xxxx" ASC-yə ödənilmişdir. Qeyd olunanlar məhkəmə iclasında iştirak edən Cavabdeh tərəfindən də təkzib edilməmişdir. Belə ki, fasiləsiz audio-video yazısı aparılan məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, 60.000 manat məbləğini və 23.055 manat məbləğini qəbul edir, lakin 13.870 manat məbləğini qəbul etmir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı cavabdeh məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində iddiaçının ilkin olaraq ona 60.000 manat, 23.000 manat məbləği isə banka ödədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə mülki işə əlavə olunur. Göründüyü kimi ilkin alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən depozit hesabı vasitəsilə 60000 (altmış min) manat, kredit ödənişləri üzrə isə 23055 (iyirmi üç min əlli beş) manat olmaqla, cəmi 83055 manat ödənilməsi iş materialları ilə, habelə cavabdehin izahatı ilə öz təsdiqini tapır. Bununla yanaşı, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə cərimə ödənişlərinin ödənilməsi məqsədilə 13800 manat məbləğində pul ödənildiyini iddia edir. Bununla bağlı pulun verilməsində iştirak etdiyi iddia olunan şahidlər - xx.xx.1979-cu il təvəllüdlü X3 və xx.xx.1972-ci il təvəllüdlü X2 məhkəməyə dəvət olunmuş və dinlənilmişdir. Mülki Prosessual Məcəllənin 104.1-ci maddəsinə görə şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Məhkəmə iclasında xx.xx.1979-cu il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçı anasıdır. Aldıqları torpaq sahəsi cavabdehə məxsusdur. ofisə yaxınlaşmış, torpaq sahəsini orada göstərmişdirlər. Bir neçə dəfə cavabdehlə əlaqə saxlamış, lakin cavab verməmişdir. Daha sonra danışmışlar və torpaq sahəsinə baxmışdır. Torpaq sahəsi 160.000 manata qiymətləndirilmişdir. Torpaq sahəsinin ipoteka ilə yüklü edildiyindən bir müddət sonra – ilkin alqı-satqı müqaviləsi bağlanılarkən məlumatı olmuşdur. Müqavilə bağlanılarkən iddiaçının əvəzinə onun yoldaşı – atası iştirak etmişdir. İlkin müqavilə zamanı 60.000 manat ödəniş edildi, qalan məbləği isə iki hissəyə bölmüşdürlər. Kredit ödənilirdi və 160.000 manatdan çıxılırdı. Kreditə görə 24.000 manat civarında ödəniş etmiş və ipoteka yüklülüyündən özü azad etmişdir. 13.870 manat məbləğini bank tərəfindən cavabdehə yazılan cərimənin ödənilməsi üçün vermişdir. Bunu təsdiq edən dostu var və həmin məbləğ avtomobildə verilib. Pulu müqavilə bağlandıqdan 3-4 gün keçdikdən sonra vermişdir. Həmin pul banka olan cərimənin ödənilməsi üçün verilmişdir. Məhkəmə iclasında xx.xx.1972-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, özü Qarabağ qazisidir. Sənan Quliyev ona vaxtı ilə çox kömək edib. 2021-ci ilin dekabr-noyabr aylarında Sənan Quliyevə bildirmişdir ki, ağrıları var və o gəlib onu götürmüşdür. Həmin vaxt Sənan bildirdi ki, torpaq sahəsi alır və bir şəxsə pul verəcəkdir. Cavabdeh gəlib avtomobildə qabaqda oturmuş, özü isə arxada oturmuşdur. X5 Əmiraslanova pul vermişdir. Pulu saydılar. Özü maşından düşdüyünə görə qalan söhbətdən məlumatı olmamışdır. Cavabdehə bir paçkada 100 manatlıqlar vermişdir. Avtomobil qara “Toyota Camry” markalı avtomobil idi, təxminən noyabr-dekabr ayları idi. Avtomobildə Montin ərazisində yerləşən Günəş şadlıq evinin qarşısında dayanmışdırlar. Məhkəmə qeyd edir ki, MPM-in 76.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. Tərəf işin müəyyən hallarını yalnız ona yaxın və ya qohum olan şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar (qohumlar) da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilərlər. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, şahidlər tərəflərdən birinin yaxını və ya qohumu olsa da (X3 iddiaçının oğludur), məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxslər MPM-in 194.1-ci maddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır (hər iki şahidin iltizamı iş materiallarına əlavə edilmişdir). Bu baxımdan iş üzrə şahidlərin xeyrinə ifadə verdiyi tərəflə yaxın münasibətləri, o cümlədən, qohumluğu onların ifadəsinin mötəbər olmadığı barədə qənaətə gəlmək üçün yeganə əsas kimi çıxış edə bilməz. Şahid ifadəsinin sübut hesab edilməməsi şahid ifadələrinin işə aid olmaması, işdə olan digər sübutlarla ziddiyyət təşkil etməsi, şahidin ifadə verdiyi şəxslə münasibətinin yaxşı olmaması, işdə marağı olması, qərəzli olması və sair hallarla əsaslandırıla bilər ki, hazırki işdə bu hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda qeyd edilənləri, tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi hallara (13800 manat məbləğinə münasibətdə) və şahid ifadələrinə qiymət verərək hesab edir ki, şahid ifadələri mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, şahidlərin ifadələrini şübhə altına alacaq heç bir sübut məhkəməyə təqdim edilməmiş, şahid ifadələri ziddiyyətli olmamaqla, dinlənilmiş şəxslər pulun cavabdehə verilməsində bilavasitə iştirak edən şəxslərdir. Şahidlərin cavabdehə qarşı hər hansı formada qərəzli olması məhkəmə baxışında müəyyən edilməmişdir. Sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, ilkin alqı-satqı müqaviləsinin bağlanması ilə cavabdeh ipoteka yüklülüyündən azad edildikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1228b saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 0,075 ha olan torpaq sahəsinin xx.xx.2023-cü il tarixədək iddiaçıya alqı-satqısı barədə əsas müqavilə bağlamaq öhdəliyinin daşıyıcısı olmuşdur. Müqaviləyə əsasən tərəflər 16 noyabr 2021-ci il tarixdə əmlakın dəyərini 160000 manat müəyyən etmişdir. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə 96.925 manat (depozit hesabı vasitəsilə 60.000 manat, kredit ödənişləri ilə 23.055 manat, şəxsən 13.800 manat) ödənilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərindən yayınmışdır. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən tərəflərə mübahisənin barışıq zəminində həll edilməsi təklif edilərkən, cavabdeh torpaq sahəsinin dəyərinin aralarında 200.000 manat məbləğində müəyyən olunduğunu, torpaq sahəsinin bazar dəyərinə əsasən satılmasına razı olduğunu bildirmişdir. Mülki Məcəllə nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik tərədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə hesab edir ki, ilkin müqaviləyə əsasən əsas müqavilə bağlamaq öhdəliyinin müddəti keçdiyindən və cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək iddiaçı ilə əsas alqı-satqı müqaviləsini bağlamadığından 16 noyabr 2021-ci il tarixli ilkin müqavilə üzrə iddiaçı ilə əsas alqı-satqı müqaviləsi bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh və İddiaçı arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.075 ha olan 1228b saylı bağ sahəsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə 96.925 (doxsan altı min doqquz yüz iyirmi beş) manat ödənilmiş hesab edilməklə, İddiaçı tərəfindən 63.075 (altmış üç min sıfır yetmiş beş) manat ödənilməsi şərti ilə əsas alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh və İddiaçı arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.075 ha olan 1228b saylı bağ sahəsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə 96.925 (doxsan altı min doqquz yüz iyirmi beş) manat ödənilmiş hesab edilməklə, İddiaçı tərəfindən 63.075 (altmış üç min sıfır yetmiş beş) manat ödənilməsi şərti ilə əsas alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-500/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-500/2025
04.07.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver