Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-506/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 12.996,12 (on iki min doqquz yüz doxsan altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu, 4.370,64 (dörd min üç yüz yetmiş dollar altmış dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 60.108,93 (altmış min bir yüz səkkiz dollar doxsan üç sent) ABŞ dolları məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsümunun tutulması, tutmanın Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat məbləğində olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhmə (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3304; qeydiyyat tarixi: xx xxxx 2014-cü il) və Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhmə (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305: qeydiyyat tarixi: xx xxxx 2014-cü il) yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı iddia tələbini onunla əsaslandırmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh2 arasında xx xxxx 2014-cü il tarixdə kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 40.000 (qırx min) manat məbləğində kredit verilmişdir. 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsinə xx xxxx 2016-cı il tarixli 02 nömrəli əlavə sazişə əsasən, Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 18 (on səkkiz) ay müddətinə 36.000 (otuz altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3304; qeydiyyat tarixi: xx xxxx 2014-cü il) iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305; qeydiyyat tarixi: xx xxxx 2014-cü il) iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdeh2 iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 12.996,12 (on iki min doqquz yüz doxsan altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu, 4.370,84 (dörd min üç yüz yetmiş dollar səksən dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdiriimiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 60.108,93 (altmış min bir yüz səkkiz dollar doxsan üç sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri cavabdeh şəxslər tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh2 tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına zərər dəyməsi ilə nəticələnmişdir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək yazılı etiraz-vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmənin icraatında Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ona qarşı 32.523,71 (otuz iki min beş yüz iyirmi üç dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc olmaqla, cəmi 60.108,93 (altmış min bir yüz səkkiz dollar doxsan üç sent) ABŞ dolları məbləğində borcun tutulması və onlara məxsus səhmlərə yönəldilməsi barədə iddia ərizəsi vardır. İlk əvvəl qeyd edilməlidir ki, o heç bir zaman “Bank Standard” Qapalı Səhmdar Cəmiyyətindən dollar krediti götürməmiş, krediti manatla olub, sonradan həmin kreditin restruktizasiyası ilə bağlı müqavilə bağlamışdır. Müqaviləyə 1 və 2 nömrəli əlavələrdə göstərlən kreditlər onun tərəfindən götürülməmişdir, varsa bununla bağlı sənədlərin məhkəməyə təqdim edilməsi zəruridir, ona görə də qalıq borcu dollar şəklində ondan tələb edilə bilməz, belə ki, bununla bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilməlidir. Krediti dollar şəklində götürsə belə, borc məbləğləri həddən artıq şişirdilmişdir, faiz və cərimə borcu əsas borcdan iki dəfə çoxdur. Əsas borcun özünün bu həcmdə olması mümkünsüzüdr, ödədiyi vəsaitlər borcundan çıxılmamışdır. Bankın borcu hansı əsaslarla, hansı meyarla, hansı müddətə hesablaması, gegikdirilmiş günlərin sayının nə qədər olması iş materialları ilə müəyyən edilmir, bank yalnız rəqəm təqdim etmişdir ki, onun borcu 60.108 (altmış min bir yüz səkkiz) ABŞ dolları məbləğində təşkil edir, borcu əsaslandıran sənədlər təqdim edilməmişdir. Borcun nə qədər təşkil etməsini müəyyən etmək üçün mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 (üç) iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə. Göründüyü kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş təqdim edildikdə sonra 3 (üç) iş günü ərzində ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməli olsa da, iddiaçı xx xxxxxx 2020-ci il tarixli bildirişi 6 (altı) iş günü sonra Milli Depozit Mərkəzinə təqdim etmiş, qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Hesab edir ki, bu halda tutmanın ipoteka predmetinə yönəldilməsi proseduru davam edə bilməz və bu əsasla iddia rədd edilməlidir. Kredit müqaviləsinin tələbinə görə tərəflər arsmda yarana biləcək mübahisələr ilk əvvəl danışıqlar yolu, pretenziya qaydalarına əməl edilməklə həll edilir, bu qaydada mümkün olmadığı halda məhkəməyə müraciət edilir. İddiaçı isə Girov Müqaviləsinin tələbinə əməl etməklə tutmanın ipoteka predmetinə yönəldilməsi qaydasına əməl etməsi barədə poçt sənədlərini və bildirişi məhkəməyə təqdim etsə də, kredit müqaviləsi üzrə pretenziya qaydalarına əməl etməsi barədə sənədlərə malik olmadığı üçün təqdim etməmişdir. Hesab edir ki, iddia ərizəsi bu hissədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. İddia ərizəsinə əlavə edilən sənədlərdən bəlli olur ki, girov müqaviləsi xx xxxx 2014-cü il tarixdə bağlanılmaqla, kredit müqaviləsinə 1 nömrəli əlavəyə uyğun olaraq xx xxxx 2015-ci il tarixdə ona dəyişiklik edilsə də, kredit müqaviləsinə 2 nömrəli əlavəyə uyğun olaraq xx xxxx 2016-cı il tarixdə ona əlavə edilməmişdir. Eyni zamanda, xx xxxx 2015-ci il tarixli əlavəyə əsasən girovun müddəti xx xxxx 2016-cı il tarixədək müəyyən edilmişdir. İddiaçı isə bu müddətdən 4 (dörd) ildən artıq sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Digər əsaslarla yanaşı, həm kredit, həm də girov müqaviləsi üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X2 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq kredit müqaviləsinə əsasən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 40.000 (qırx min) manat məbləğində kredit verilmişdir; Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsinə xx xxxx 2016-cı il tarixli 02 nömrəli əlavə sazişin məzmunundan görünür ki, müvafiq sazişə əsasən Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 18 (on səkkiz) ay müddətinə 36.000 (otuz altı min) ABŞ dolları məbləğində kredit verilmişdir; Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 1xx/xx/72592/14/1 nömrəli girov müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305; qeydiyyat tarixi: xx xxxx 2014-cü il) iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir; Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 1xx/xx/72592/14/2 nömrəli girov müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2- 3304; qeydiyyat tarixi: xx xxxx 2014-cü il) iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir; Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə Cavabdeh2 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti üçün (xx xxxx 2014-cü il-xx xxxxxx 2017-ci il) hesablanmış 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 12.996,12 (on iki min doqquz yüz doxsan altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu, 4.370,64 (dörd min üç yüz yetmiş dollar altmış dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 60.108,93 (altmış min bir yüz səkkiz dollar doxsan üç sent) ABŞ dolları məbləğində borcu yaranmışdır; Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda ünvanladığı xx xxxxxx 2020-ci il tarixli kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişlərin surətlərindən və məzmunlarından görünür ki, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsi üzrə banka olan borcun ödənilməsi məqsədi ilə 60.108,93 (altmış min bir yüz səkkiz dollar doxsan üç sent) ABŞ dolları məbləğində borcun 3 (üç) gün müddətində banka ödənilməsinin və ya ipoteka predmetinə tutmanın yönəldilməsinin təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə, bankın müvafiq kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, səhmlərin açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacağı ilə bağlı cavabdeh şəxsləri xəbərdar etmişdir; Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının “Milli Depozit Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli bildirişin qeydə alınmasına dair ərizəsinin surətindən və məzmunundan görünür ki, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 1xx/xx/72592/14/1 nömrəli girov müqaviləsinə əsasən Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305; qeydiyyat tarixi: xx xxxx 2014-cü il) qismində olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən qeydiyyata alınmasını xahiş etmişdir. Müvafiq bildiriş “Milli Depozit Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətində xx xxxxxxxx 2020-ci il tarixdə qeydə alınmışdır; Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının “Milli Depozit Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli bildirişin qeydə alınmasına dair ərizəsinin surətindən və məzmunundan görünür ki, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 1xx/xx/72592/14/2 nömrəli girov müqaviləsinə əsasən Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3304; qeydiyyat tarixi: xx xxxx 2014-cü il) qismində olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən qeydiyyata alınmasını xahiş etmişdir. Müvafiq bildiriş “Milli Depozit Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətində xx xxxxxxxx 2020-ci il tarixdə qeydə alınmışdır; xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi tərəfindən məhkəmədə müvafiq iddia tələbini qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh2 arasında xx xxxx 2014-cü il tarixdə kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 40.000 (qırx min) manat məbləğində kredit verilmişdir. 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsinə xx xxxx 2016-cı il tarixli 02 nömrəli əlavə sazişə əsasən, Cavabdeh2 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 18 (on səkkiz) ay müddətinə 36.000 (otuz altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3304; qeydiyyat tarixi: xx xxxx 2014-cü il) iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhm (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305; qeydiyyat tarixi: xx xxxx 2014-cü il) iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdeh2 iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 12.996,12 (on iki min doqquz yüz doxsan altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcu, 4.370,84 (dörd min üç yüz yetmiş dollar səksən dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdiriimiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 60.108,93 (altmış min bir yüz səkkiz dollar doxsan üç sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri cavabdeh şəxslər tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə Cavabdeh2 tərəfindən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi xx xxxx 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas və müqavilə müddəti üçün (xx xxxx 2014-cü il-xx xxxxxx 2017-ci il) hesablanmış 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu təmin edilməli, müvafiq borc məbləği Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankınının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 4.370,84 (dörd min üç yüz yetmiş dollar səksən dörd sent) ABŞ dolları məbləğində faiz borcunun Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankınının xeyrinə tutulması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbi 4.370,84 (dörd min üç yüz yetmiş dollar səksən dörd sent) ABŞ dolları məbləğində faiz borcunun Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankınının xeyrinə tutulması hissəsində də təmin edilməli, müvafiq məbləğdə hesablanmış faiz borcu Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmalıdır. İddia tələbinin “32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc məbləğində hesablanmış 12.996,12 (on iki min doqquz yüz doxsan altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcunun Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankınının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə aşagıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 464.1-ci maddəsinə əsasən-kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xx xxxx 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsi üzrə əsas borca hesablanmış 12.996,12 (on iki min doqquz yüz doxsan altı dollar on iki sent) ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 2.000 (iki min) ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 300-cü maddəsinə əsasən pul vəsaitinin girovu girovun növlərindəndir; 304-cü maddəsinə əsasən girov predmeti olan pul vəsaiti bankın və ya notariusun depozit hesabında saxlanılır. Bu məbləğin üstünə hesablanan faizlər, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyana mənsubdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə Cavabdeh2 arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsi üzrə 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə borcu, 4.370,64 (dörd min üç yüz yetmiş dollar altmış dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 49.112,61 (qırx doqquz min bir yüz on iki dollar altmış bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilməli, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə Cavabdeh2 arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borc üzrə tutma Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat məbləğində olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhmə (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3304; qeydiyyat tarixi: xx xxxx 2014-cü il) və Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhmə (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2- 3305: qeydiyyat tarixi: xx xxxx 2014-cü il) yönəldilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə Cavabdeh2 arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsi üzrə 32.532,71 (otuz iki min beş yüz otuz iki dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əsas borc, 10.209,26 (on min iki yüz doqquz dollar iyirmi altı sent) ABŞ dolları məbləğində faiz borcu, 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə borcu, 4.370,64 (dörd min üç yüz yetmiş dollar altmış dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 49.112,61 (qırx doqquz min bir yüz on iki dollar altmış bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsümu Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilsin. Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X3 filialı ilə Cavabdeh2 arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/72592/14 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borc üzrə tutma Cavabdeh1 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat məbləğində olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 140.000 (bir yüz qırx min) ədəd sənədli adlı adi səhmə (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3304; qeydiyyat tarixi: xx xxxx 2014-cü il) və Cavabdeh2 sahibliyində olan nominal dəyəri 0,26 (iyirmi altı qəpik) manat olan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin 106.200 (bir yüz altı min iki yüz) ədəd sənədli adlı adi səhmə (yüklü edilən səhmlərin çıxarışın qeydiyyat nömrəsi 06/2-3305: qeydiyyat tarixi: xx xxxx 2014-cü il) yönəldilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-506/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-506/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver