Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-511/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair ilkin iddiası üzrə, "xxxx" MMC-nin İddiaçı qarşı, X67 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, əqdin əhəmiyyətsiz hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqaviləyə əsasən ilkin iddia üzrə Cavabdeh MMC-nin 2020-ci ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayınadək 24 ay müddət ərzində yığılmış hər ay 600 manat olmaqla, ümumilikdə 14.400 manat məbləğində kirayə haqqının və ödənilmiş 134 manat dövlət rüsumunun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi və ilkin iddia üzrə Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzilin ilkin iddia üzrə iddiaçı X7 istifadəsinə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı X19 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 87 nömrəli müqavilənin 1.1.2-ci bəndinə əsasən, Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən və “Əmlak istifadəçisi”nin istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yemi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili əmlak istifadəçisinin yəni İddiaçı istifadəsinə verməyi öhdəsinə götürmüşdür.Eyni zamanda həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, “tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak istifadəçisi”ni təmirli mənzillə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak istifadəçisi”nə kompensasiya şəklində aylıq 600 yüz manat məbləğində kirayə haqqını, yaşayış sahəsini “Əmlak istifadəçisi”ndən təhvil götürdüyü tarixdən sonra ilk ödəniş gününə istinad etməklə hər ay üzrə əvvəlcədən, ayda 1 dəfə ödəməyi öhdəsinə götürmüşdür.Həmçinin, müqavilənin 2.2.5-ci maddəsinə əsasən, yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 36 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq, nəzərdə tutulmuş təmirli mənzili “Əmlak istifadəçisi”nə təhvil vermək vəzifəsini daşıyır.Lakin Cavabdeh MMC tərəfindən müqavilə şərtləri tam şəkildə icra edilməmişdir.Belə ki, hazırki tarixədək tikinti şirkəti tərəfindən yalnız 15 ay müddətində aylıq 600 manat (kommunal xərclər çıxdıqdan sonra 400 manat) məbləğində kirayə haqqı ödənilmiş (bu barədə hesabdan çıxarış iddia ərizəsinə əlavə olunur), digər ayların kirayə haqları ödənilməmişdir.Eyni zamanda müqavilədə nəzərdə tutulmuş yeni binanın tikinti işlərinin bitməsinə və bina istifadəyə verilməsinə baxmayaraq, “tikinti şirkəti” müqavilədə nəzərdə tutduğu qaydada 50.0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili “əmlak istifadəçisi”nin istifadəsinə verməmişdir. "xxxx" MMC məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 430 nömrəli xx.xx.2016-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yerləşən binaların sökülməsi və yerində “Triumf Palace” yaşayış kompleksinin inşası nəticəsində Bakı şəhəri Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15ci mənzili sökülmüş və hal-hazırda “Triumf Palace” yaşayış kompleksi layihəsi və həmin layihə ilə bağlı bütün hüquq və öhdəliklər "xxxx" MMC-yə aid olduğundan məhkəmənin icraatında olan ilkin iş üzrə iddiaçı X7 tələbinə dair e-2(005)-511/2023 saylı mülki iş üzrə cavabdehlik də artıq "xxxx" 2022 MMC-yə aiddir.”İnteks” MMC-nin yenidən təşkili və tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaranması zamanı Bakı şəhəri Nərimanov rayonu, Təbriz, F.Məmmədov. Qarabağ, N.Quliyev küçələrinin kəsişməsində inşa edilən “Triumf Palace” yaşayış kompleksi "xxxx" MMC-nin balansına verilmişdir və bu səbəbdən “Triumf Palace” yaşayış kompleksi layihəsinin icrası ilə bağlı kompensasiyaların verilməsi artıq "xxxx" MMC-nin səlahiyyətinə aiddir.Bütün bunları nəzərə alaraq, "xxxx" MMC Nərimanov rayon məhkəməsinin icraatında olan ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair e- 2(005)-511/2023 saylı mülki iş üzrə "xxxx" MMC-nin cavabdeh qismində cəlb edərək işə əvvəldən baxılmağını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizəsində "xxxx" MMC-in də iş üzrə cavabdeh qismində çıxış etməyini və iddiaçının tələbinin hər iki cavabdehdən, yəni Cavabdeh MMC və "xxxx" MMC-dən müştərək qaydada ödənilməsini tələb etmişdir. İlkin iddia üzrə cavabdeh "xxxx" MMC İddiaçı qarşı əqdin əhəmiyyətsiz hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilkin iddianı rədd edərək İddiaçı ilə İnteks MMC arasında bağlanılan 11 iyul 2019-cu il tarixli 287 nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC yenidən təşkil olunaraq, tərkibindən yeni hüquqi şəxsin ayrılması nəticəsində "xxxx" MMC yaranmış və hazırki mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ, N.Quliyev- küçələrinin kəsişməsində inşa edilən “Triumf Palace” yaşayış kompleksi "xxxx" MMC-nin balansında olduğundan ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək icraatda olan c- 2(005)-511/2023 saylı mülki iş üzrə əsl olmayan Cavabdeh MMC-nin əsl cavabdeh ‘TRİUMF 2022” MMC ilə əvəz edilməsini xahiş etmişik və 23 yanvar 2023-ci il tarixdə keçirilən məhkəmə prosesində Triumf 2022” MMC mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir.İş üzrə cavabdeh qismində cəlb olunandan sonra sənədləri nəzərdən keçirib xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqavilənin bağlanmasına əsas olmuş sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, müqavilə bağlandığı zaman İddiaçı özünə və ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrini və 37 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (müddəti bitmiş) arayışı Cavabdeh MMC-yə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinin onun istifadəsində olduğunu bildirmiş və bu səbəbdən Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və müvəqqəti yaşamaq üçün aylıq kompensasiyalar ödənilmişdir.Lakin sonradan, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinin xüsusi mülkiyyətdə olduğunu biləndə İddiaçı bildirmişdir ki, mənzilin sənədləşmə işlərində problem var və yaxın vaxtlarda o problemi həll edərək mənzilin sənədlərini tikinti şirkətinə təqdim edəcək. Bu səbəbdən 2020-ci ilin sentyabr ayından sonra İddiaçı aylıq kompensasiyanın ödənilməsi dayandırılmış və bununla bağlı 2 il ərzində İddiaçı tikinti şirkətinə heç bir iddia və etirazlarını bildirməmiş, yəni xx.xx.2019-eu il tarixli, 2.87 nömrəli müqavilə artıq əhəmiyyətsiz olmuşdur.Bir müddət keçəndən sonra, İddiaçı bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinə dair sənədləşdirmə işləri tamamlanmış, həmin mənzilin Elşad Rzayevə məxsus olmasına dair Çıxarışı təqdim edərək, mənzilə görə kompensasiyanın verilməsi barədə bir neçə ay Cavabdeh MMC ilə danışıqlar aparmış və sonda əldə olunmuş razılığa əsasən faktiki sahəsi 46 kv.m. olan mənzilə görə 251000 manat məbləğində kompensasiya ödənilməklə xx.xx.2021 -ci il tarixdə notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırki iş üzrə cavabdeh qismində cəlb olunandan sonra mülki işin sənədlərilə tanış olan zaman, İddiaçı tərəfindən nümayəndəyə verilmiş etibarnaməyə nəzər yetirərkən məlum olmuşdur ki, İddiaçı qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov r-nu, İddiaçı küçəsi 9 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin inzibati binasıdır. Bunun səbəbini araşdırarkən məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Xəlil Kubışevin iddia tələbi təmin olunaraq cavabdehlər İddiaçı və onun qohumlarının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinə istifadə hüquqları itirilmiş, həmin qətnamə Ali Məhkəmənin 2(102)-5477/18 saylı xx.xx.2018-ci il tarixli Qərarı ilə qüvvədə saxlanılmışdır. Daha sonra, Nərimanov rayon Məhkəməsinin 2(005)-663/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X44 iddiası təmin olunaraq cavabdehlər Tiral Məmmədov və onun qohumlarının Brkı şəhəri, Nərimanov rayonu, O.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq X.Kubışeva təhvil verilməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5596/l9 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış, Ali Məhkəməini 2(102)- 6488/19 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5596/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh MMC nin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinə dair yuxarıda qeyd olunan məhkəmə mübahisələri barədə məlumatı olsaydı, İddiaçıla müqavilə bağlamazdı. Bu müqavilə İddiaçı Nəsrəddin oğlu tərəfindən Cavabdeh MMC-nə yalan, həqiqətə uyğun olmayan məlumatlar verildiyinə görə bağlanılmışdır. Bu müqavilə altatma yolu ilə bağlanılmışdır. Hesab edirik ki, Məmmədov 'Tural Nəsrəddin oğlu ilə Cavabdeh MMC arasında arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqavilədə qeyd olunan mənzil X44, sonradan X45, hal-hazırda isə X40 mülkiyyətində olduğuna görə, 1 1.07.2019-cu il tarixli, 287 nömrəli müqavilə artıq öz əhəmiyyətini itirmişdir. X68 mənzilin mülkiyyətçisi olduğu andan mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüququna malikdir, ondan öncə isə bu hüquq E.Rzayev və X. Kubışevə məxsus olmuşdur. Mübahisəli mənzil hələ X.Kubışevə məxsus olan zaman məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı Nəsrəddin oğlunun həmin mənzilə dair istifadə hüququ artıq itirilmişdir. "xxxx" MMC-nin direktoru Nümayəndə2 məhkəməyə yazılı vəsatət verərək, daşınmaz əmlakın xüsusi mülkiyyət əsasında X58, sonradan isə X59 məxsus olduğunu qeyd etmiş, X45 iş üzrə 3-cü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli süməyən üçün şəxs X59 məhkəmə iclası barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də, o prosesdə iştirak etməmiş, üzrlü səbəbləri barədə xəbərdar etməmişdir. Məhkəmə üçüncü şəxsin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - 37 saylı MKİS tərəfindən verilmiş 242105 nömrəli, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında pasport qeydiyyatındadır. - İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 287 saylı müqavilədən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən və “Əmlak istifadəçisinin” istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə inşa edilən binada 50,0 kv.m. ümumi sahəsi olan təmirli mənzilin “əmlak istifadəçisi”nin, yəni İddiaçı istifadəsinə verilməsini, təmirli mənzillə təmin edilən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə aylıq 600 manat məbləğində kirayə haqqını hər ay üzrə əvvəlcədən, ayda 1 dəfə ödəməyi, yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 36 ay müddətinə qədər başa çatdıraraq təmirli mənzili “Əmlak istifadəçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən “satıcı” X67 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilində paylı mülkiyyət hüququ üzrə ona məxsus olan İ mərtəbə 2 otaq 37.7 kv.m payını “alıcı” X46 mülkiyyətinə verir. “Alıcı” X68 isə mənzilin dəyəri olan 251000 manat pul məbləği - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında 1-ci mərtəbə 2 otaq 37.7 kv.m sahədə X46 xüsusi mülkiyyəti kimi xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. - Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-5477/2018 saylı qərarından müəyyən olunur ki: 1.İddiaçı X69 cavabdehlər X2, X31, X8, X10, X13, X32, X41, İddiaçı, X33 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4, X47, X14, X20, X39, X48, Məmmədov Nurani Əhməd oğlu, İddiaçı, X21 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 saylı evin birinci mərtəbəsində yerləşən 15 saylı mənzilin ümumi sahəsinin 46.1 kv.m yaşayış sahəsi, 35.5 kv.m-dən ibarət olan 2 otaqlı mənzilindən qeydiyyatdan çıxarılmalarına və mənzilinə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmaqla iddianın təmin edilməsini xahiş etmiş, sonradan ərizə təqdim edərək cavabdehlərin dairəsini dəqiqləşdirərək X5, X47, X15, X42, X34, X49, X60, İddiaçı, X50, X51 və X22 cavabdeh kimi göstərmişdir;
2. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X64 cavabdehlər X61 və 7 saylı Dövlət Notariat Kontoruna qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X52 iddiasının rədd edilməsi, onunla X69 arasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin, 1-ci mərtəbədə yerləşən 35,5 kv.metr 15 saylı 2 (iki) otaqlı mənzilinə dair bağlanmış 27 avqust 2010-cu il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin, 15 saylı mənzilinə dair dair DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə verilmiş Seriya MA № ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini, eləcə də, cavabdeh X52 və 7 Dövlət Notariat Kontorunun notariusunun əməllərində cinayət tərkibininmümkünlüyü barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi barədə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir;
3. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(005)6877/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X43 cavabdehlər X61 və 7 saylı Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, X64 ilə X69 arasında bağlanmış və Bakı şəhəri 7 saylı notariat kontorunun xüsusi notariusu N.Ə.Vədətov tərəfindən 4Ə/3-41.9 nömrə ilə qeydə alınmış 27 avqust 2010-cu il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab olunmuş, həmin müqavilə əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv olunmuş, iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özünə aid edilməsi qət olunmuşdur; 4.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3273/18 saylı, 07 mart 2018-ci il tarixli qətnaməsi ilə (Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X12 və X28 ibarət tərkibdə) iddiaçı X52 apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(005)-6877/2017 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalmış hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş, cavabdehlər X5, X47, X15, X42, X34, X49, X60, İddiaçı, X50, X51 və X16 Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 saylı evin, birinci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.m olan, 15 saylı mənzilə istifadə hüquqları itirilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X43 X69 və 7 saylı DNK-na qarşı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin, 1-ci mərtəbədə yerləşən 35,5 kv.metr 15 saylı 2 (iki) otaqlı mənzilinə dair bağlanmış 27 avqust 2010-cu il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin, 15 saylı mənzilinə dair DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş Seriya MA № ******* saylı çıxarışının ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir;
5. Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-5477/2018 saylı qərarına əsasən Müstəqil tələb irəli üçüncü şəxs X43 və vəkili X53 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3273/18 saylı, 07 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 6488/2019 saylı qərarından müəyyən olunur ki: 1.İddiaçı X69 cavabdehlər X3, X31, X9, X23, X17, X35, X41, İddiaçı, X33, X36 və X37 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, X24, X6, X18, X11, X25, X38, İddiaçı, X21, X26 və X27 iddiaçı X61 məxsus olan Baki şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 nömrəli evin, 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.metr olan, 15 nömrəli mənzildən onlara məxsus əşyalarla birlikdə çıxarılmalarına və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim: G.A.Əsədov; 2(005)-663/2019) İddiaçı X52 cavabdehlər X3, X31, X9, X23, X17, X35, X41, İddiaçı, X33, X36 və X37 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X1, X24, X6, X18, X11, X25, X38, İddiaçı, X21, X26 və X27 Baki şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 nömrəli evin, 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.metr olan, 15 nömrəli mənzildənözlərinə məxsus əşyalarla birlikdə çıxarılmaları və həmin mənzili boşaldaraq iddiaçı X61 təhvil verilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev; 2(103)-5596/2019) cavabdehlər İddiaçı, X24 və müstəqil tələb irəli sürən üçüncü şəxs X43 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi cavabdehlər İddiaçı, X31 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X54 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 6488/2019 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
b)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixli 287 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən və “Əmlak istifadəçisinin” (İddiaçı) istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə inşa edilən binada 50,0 kv.m. ümumi sahəsi olan təmirli mənzilin İddiaçı istifadəsinə verilməsini, təmirli mənzillə təmin edilən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə aylıq 600 manat məbləğində kirayə haqqını hər ay üzrə əvvəlcədən, ayda 1 dəfə ödəməyi, yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 36 ay müddətinə qədər başa çatdıraraq təmirli mənzili “Əmlak istifadəçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş kirayə haqlarının Cavabdeh MMC-dən və həmin MMC-nin yenidən təşkili və tərkibindən ayrılma nəticəsində yaranmış "xxxx" MMC-dən tutulmasını və müqaviləyə əsasən tikilməli olan mənzilin ona təhvil verilməsini məhkəmədən xahiş edir. "xxxx" MMC isə öz növbəsində İddiaçı ilə bağlanmış müqavilənin etibarsızlığı üçün əsasların olduğunu bildirir və həmin müqavilənin etibarsız hesab edilməsini xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
Məhkəmə hesab edir ki, ilk növbədə qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verilməlidir. Belə ki, ilkin iddia tələbi müqavilə öhdəliklərinin cavabdeh tərəfindən icra edilməməsinə əsaslanır, qarşılıqlı iddia ərizəsi ilə isə tərəflər arasında bağlanmış müqavilənin etibarlılığı mübahisə edilir. Bununla da, qarşılıqlı iddia tələbinin təmin edilməsi ilkin iddianın təmin edilməsini istisna edir, və əksinə, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi ilkin iddia tələbinin tam və ya qismən əsaslı olduğunu özündə ehtiva edir. Qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-5477/2018 saylı qərarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3273/18 saylı, 07 mart 2018ci il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilə olan istifadə hüququ itirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6488/2019 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki iş materialların olan, Cavabdeh MMC və İddiaçı arasında bağlanmış müqavilədən həmin müqavilənin xx.xx.2019-cu il tarixdə bağlanıldığı aydın olur. Halbuki qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli qərarla İddiaçı sözügedən mənzilə istifadə hüququnun itirilmiş olması və mülkiyyətçinin X69 olması qət edilmişdir. Yəni müqavilə bağlanan zaman İddiaçı bu mənzilə mülkiyyət hüququ olmamışdır və həmin mənzildə yaşamamışdır. Qeyd edilənlərə əsasən məhkəmə subyekt tərkibinə görə əqdin etibarsız hesab edilməsi üçün əsasların olduğu qənaətinə gəlir. Belə ki mənzilin mülkiyyətçisi olmayan, həmin mənzilə dair hər hansı hüququ olmayan İddiaçı bu mənzil üzrə sərəncam verilməsinə dair Cavabdeh MMC ilə müqavilə bağlamışdır. Göründüyü kimi əqdin subyektiv tərkibinə aid edilən şərt pozulmuşdur, əqd etibarsız hesab olunmalıdır. Belə aydın olur ki, mübahisələndirilən müqavilələrin bağlanması zamanı cavabdehlər iddiaçı MMC-nə düzgün olmayan məlumatlar vermiş, müqavilələr məhz onların verdikləri düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlanmış, beləliklə MMC, həqiqəti bildiyi təqdirdə bağlamayacağı əqdlər əsasında üzərinə öhdəliklər götürmüşdür. Çünkü şübhəsizdir ki, məqsədi gəlir əldə etmək olan tikinti şirkəti, tikintini həyata keçirəcəyi ərazidə heç bir əmlaka sahib olmayan şəxslərə mənzil və pul ödəmək öhdəliyi götürməz; hərgah, əgər bu cür şəxslərlə müvafiq müqavilələr bağlamışsa, həmin müqavilələrin aldatma olmadan bağlanması qənaətinə gəlməmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı MMC-nin irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Bu nəticəyə gələrkən məhkəmə onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X80rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İddiaçının müvafiq iddia tələbini irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürmüş olması arqumentinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Başqa sözlə, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsimnəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mülki işin materiallarında olan 11 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı ünvan 4 ünvanda yerləşən 46,0 kv.m. ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Bunun əvəzində Cavabdeh MMC isə həmin ərazidə inşa edilən hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili İddiaçı istifadəsinə verməyi, təmirli mənzil ilə təmin edilən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə kompensasiya şəklində aylıq 600 manat məbləğində kirayə haqqını ayda 1 dəfə ödəməyi öhdəsinə götürmüşdür. 18 iyul 2019-cu il tarixli aktdan müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən sözügedən mənzilin cavabdehə təhvili prosesi baş tutmuşdur. İddia ərizəsindən də görünür ki, cavabdeh ilk vaxtlar müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, kirayə haqqını ödəmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, həmin mənzil əslində başqa şəxsin xüsusi mülkiyyətindədir. Bu hal onlara 2020-ci ilin sentyabrında məlum olmuş, bu tarixdən sonra da kirayə haqqlarını ödəməmişdirlər. Sonra iddiaçı mənzilin xüsusi mülkiyyət hüququ əsasında Elşad Rzayevə məxsus olduğunu bildirimiş, Cavabdeh MMC ilə evin mülkiyyətçisi olan E.Rzayev arasında alqı-satqı müqaviləsi bağlanaraq, cavabdeh 251000 manat məbləğində pul ödəməklə mənzili əldə etmişdir. Belə olan halda, müəyyən edilir ki, cavabdeh 2020-ci ilin sentyabr ayından etibarən kirayə haqqını ödəməməklə müqaviləni mübahisələndirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İddiaçı onun istifadəsində olan, lakin əslində heç bir subyektiv hüququnun olmadığı məhkəmə qətnamələri və qərarları ilə təsbit edilmiş mənzilin əsində xüsusi mülkiyyətçisi olduğunu cavabdehdən gizlətmişdir. Nəticədə cavabdeh həmin mülkiyyətçi ilə yenidən müqavilə bağlayaraq, ona mənzilin qarşılığında pul məbləği ödəmək məcburiyyətində qalmışdır. Çünki, mənzil faktiki olaraq iddiaçı tərəfindən təhvil verilsə də, mənzil üzərində olan hüquqlar başqa şəxsə məxsus olmuşdur. Mənzil müqavilənin bağlandığı dövrdə X52 xüsusi mülkiyyətində olduğundan, ilkin iddia üzrə iddiaçının isə heç bir icarə, əmlak kirayəsi müqaviləsi olmadan həmin mənzildə yaşaması işin mübahisəsiz halı olduğundan, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı həmin mənzil barədə belə bir müqavilə bağlamaq, mənzil üzərində sərəncam vermək hüququ olmamışdır. Beləliklə, müqavilə səlahiyyətsiz şəxs tərəfindən imzalanmış, müqavilə subyekt tərkibi ilə bağlı qanunvericiliyin tələbləri pozularaq imzalanmışdır. Müqavilə tərəflərindən birinin – yəni İddiaçı mənzil üzərində sərəncam vermək hüququ olmadığı əqd bağlamaq səlahiyyəti olmadığı halda halda belə bir müqaviləni imzalaması müqaviləni bağlanılan andan etibarsız edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar) Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılan əqd ilkin iddia üzrə İddiaçı səlahiyyəti olmadığından bağlandığı andan etibarsızdır. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarında göstərilən hüquqi mövqeyə əsaslanaraq, məhkəmə hesab edir ki, müddətin ötürülmüş hesab edilməsi barədə etiraz əsassızdır. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). İlkin iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi təmin edilərək tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, ilkin iddia tələbləri təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi təmin olunaraq tərəflər arasında bağlanılan müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayGöstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbi barədə iddiası rədd edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin “müqavilənin etibarsız hesab edilməsi” (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X67 cəlb edilməklə) tələbi barədə iddiası təmin edin edilsin. İddiaçı və Cavabdeh MMC arasında bağlanılan 11 iyul 2019-cu il tarixli 287 nömrəli müqavilə etibarsız hesab edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə