Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5208/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Ərizəçi AR DİN Daxili Qoşunlar Baş İdarəsi və AR Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Ərizəçi AR DİN Daxili Qoşunlar Baş İdarəsi və AR Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, MN MHH-nın verdiyi xx.xx.1993-cü il tarixli 296 N:-li arayışın, DİN DQ-nin verdiyi xx.xx.1998-ci il tarixli 30/21 N-li bildirişin, DİN DQ-nin verdiyi xx.xx.1999 tarixli 19/299 N:-li bildirişin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun maraqlı şəxs DİN DQ və Müdafiə Nazirliyinə qarşı hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s.barədə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalın verdiyi xx.xx.1993 tarixli, 296 N:-li, Nizami hərbi komissarlığının verdiyi xx.xx.2013 tarixli, 126 N:-li arayışların, DİN DQ-nin hərbi tibb şöbəsinin verdiyi xx.xx.1998-ci il tarixli, DİN DQ-nin qərargah rəisinin verdiyi xx.xx.1999 tarixli bildirişlərin məlumatların ona məxsus olması hüquqi faktının müəyyən olunmasına verdiyi ərizə üzrə təqdim etdiyi sənədlərin hamısı, daha düzü heç biri üzrə qətnamə qəbul edilməyib. Ona Nərimanov Məhkəməsinin 1(005)-611/2024 N:-li qətnaməsi gec verildiyindən, eyni zamanda yuxarı instansiyada rayon məhkəməsinin qanunsuzluğuna qiymət veriləcəyinə inandığından əlavə qətnamə çıxarılmasına MPM-in 392-1, 229-cu maddələri əsasında ərizə verdi. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadla ərizəsini təmin etmədi , əlavə qətnamə çıxarılmasından imtina edildi. Təqdim etdiyi DİN DQ-nin hər 2 məlumatına-bildirişinə, MN MHH-nın yaralanıb hospitalda müalicə olunmağı barədə arayışına hüquqi qiymət verilməyib, məhkəmə qətnaməsi çıxarılmayıb. Onun yenidən eyni predmet üzrə məhkəməyə ərizə vermək hüququ var. Bu hüquq Ali Məhkəmə Plenumunun "Məhkəmə qətnaməsi haqqında" xx.xx.2005 tarixli Qərarının 15.4cü bəndindən qaynaqlanır: "Əlavə qətnamənin çıxarılmasından imtina olunması maraqlı şəxsi eyni tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququndan məhrum etmir" Ali Məhkəmə Plenumunun "Məhkəmə qətnaməsi haqqında" Qərarının 15.4-cü maddəsini əsas tutub, eyni predmet üzrə ünumi qaydada məhkəməyə ərizə verib, DİN DQ-nin verdiyi xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli, bildirişlərin, MN MHH-nın verdiyi xx.xx.1993-cü il tarixli arayışın ona məxsus olması hüquqi faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən olunmasını xahiş edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi AR DİN Daxili Qoşunlar Baş İdarəsi və AR Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi apellyaisya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Ərizəçi “2(103)-3974/2024 saylı iş üzrə əlavə qətnamənin qəbul edilməsi barədə” ərizəsi təmin olunmamışdır. Ərizəçi izah olunsun ki, o, həmin ərizədə göstərildiyi halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən verilə biləcək kassasiya şikayətində göstərə bilər. Göründüyü kimi ərizədə göstərilən məsələyə artıq baxılmış, tərəfə kassasiya şikayəti vermək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. QƏRARA ALDİ Ərizəçi AR DİN Daxili Qoşunlar Baş İdarəsi və AR Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-5208/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-5208/2024
23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver