Məhkəmə qərarları › İş №e-2(005)-530/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-530/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-530/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və s.” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “kompensasiya ödənilməklə müqaviləyə xitam verilməsi və s.” barədə qarşılıqlı iddia tələbləri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativinin 20 aprel 2022-ci il tarixli müqaviləyə xitam verməsinin qanunsuz hesab edilməsi, tərəflər arasında bağlanılmış 20 aprel 2022-ci il tarixli müqavilənin 1.3-cü bəndinin “...yaşayış binasının “H” blokundan 163 kv.m sahəsi olan (eskiz layihələri əlavə olunacaq) 3 ədəd təmirsiz mənzilin tikilib təhvil verilməsi (Mənzillər 14, 15 və 16-cı mərtəbələrdə” bir-birinin üstündə olacaqdır. 163 kv.m x 3 ədəd = 489 kv.m, 489 kv.m x 1400 azn = 684.600 azn, 138.4 kv.m x 3000 azn = 415.200 azn, 684.600 azn - 415.200 = 269.400 azn”) - hissəsi aşağıdakı kimi dəyişdirilsin: “...yaşayış binasının “H” blokundan 14, 15 və 16-cı mərtəbələrinin hər birində həmdivar olmaqla, bir-birinin üstündə yerləşən sahəsi 84,8 kvm olan 3 mənzil və 70 kv.m olan 3 mənzil (təsdiq olunmuş tikinti layihəsindən təsdiq edilmiş çıxarış əlavə olunur), cəmi sahəsi 464.4 kvm olan 6 mənzil və həmin mənzillərdən biri ilə həmdivar yerləşən sahəsi 59,9 kv.m olan 1 (bir) mənzil, tam cəmi yaşayış sahəsi 524,3 kv.m olan 7 (yeddi) təmirsiz mənzili tikib təhvil verəcəkdir. (84.8 kv.m x 3 mənzil = 254.4 kv.m, 70 kv.m x 3 mənzil = 210 kv.m, 59.9 0 kv.m x 1 mənzil = 59,9 kv.m, cəmi: 524,3 kv.m”). Cavabdeh Mənzil Tikinti Kooperativinin 10 gün ərzində 20 aprel 2022-ci il tarixli müqavilənin dəyişdirilmiş hissəsi nəzərə alınmaqla qeyri-yaşayış və yaşayış sahələri üzərində İddiaçı xeyrinə mülkiyyət hüququnun ilkin qeydiyyatı üçün bütün zəruri sənədləri hazırlayıb İddiaçı təqdim etməsi, cavabdeh “Anima’'’ Mənzil Tikinti Kooperativinə müqavilə üzrə ödənilmiş 55,000 manatın 269,400 manat ödəniş öhdəliyindən azaldılması, Cavabdeh Mənzil Tikinti Kooperativindən hüquqlarının müdafiəsi üçün iddiaçının xeyrinə 2,020 manat hüquqi müdafiə xərci, istehlakçı hüquqlarının pozulmasına görə iddiaçının xeyrinə müqaviləyə dəyişiklik qüvvəyə minənədək müqavilə qiymətinin gündəlik 1%-i miqdarında hesablanmaqla dəbbə pulu, mənəvi ziyanın pul kompensasiyası kimi iddiaçının xeyrinə 15,000 manat, istehlakçı tələblərini könüllü təmin etmədiyinə görə iddiaçının xeyrinə müqavilə qiymətinin 50 %-i miqdarında cərimənin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə İddiaçıli oğlunun adına olan dövlət reyestrindən çıxarışa əsasən: ünvan 3 saylı ev xüsusi mülkiyyət hüququ əsasında sahəsi 84,80 kv.m. olmaqla xüsusi mülkiyyətində olan 0,010080 ha torpaq sahəsində yerləşməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 20 aprel 2022-ci ildə Cavabdeh Mənzil Tikinti Kooperativi ilə Əliyev arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən: Əliyev 84,80 kv.m. sahəsi olan evi və evin yerləşdiyi 0,002564 ha torpaq sahəsini MTK-ya təhvil verir, MTK isə həmin sahədə inşa edəcəyi yaşayış binasında evin ümumi sahəsinə əlavə güzəşt edilməklə Əliyevin mülkiyyətinə verməyi öhdəsinə götürür. Tərəflər evin ümumi sahəsini 256,4 kv.m. müəyyən etmişlər. MTK 256 kv.m. sahəsinin əvəzində Əliyevə 3 il 10 ay müddətində inşa edəcəyi yaşayış binasının “H” blokunun 1-ci mərtəbəsində 118 kv.m. qeyri-yaşayış sahəsi (eskiz layihəsi əlavə olunacaq) (256,4 kv.m. -118 kv.m. =138,4 kv.m.) verəcəkdir. Qalan 138,4 kv.m. üzrə tərəflər razılaşmışlar ki, Əliyev MTK-ya 269.400 AZN ödəniş edəcək və MTK tərəfindən ona qarşılıq olaraq yaşayış binasının “H” blokundan hər birinin sahəsi 163 kv.m. olan (eskiz layihəsi əlavə olunacaq) 3 ədəd təmirsiz mənzil tikilib Əliyevə təhvil veriləcəkdir. Mənzillər binanın 14, 15 və 16-cı mərtəbələrində, bir-birinin üstündə olacaqdır. Cəmi sahəsi 489 kv.m. 1400 manatdan 684,600 manat, 138,4 kv.m. hər kv.m-i 3000 manatdan 415.200 manat, fərq 684.600 - 415.200 manat = 269.400 manat hesablanmışdır. Müqaviləyə əlavə olaraq MTK mənzillərə və qeyri-yaşayış sahəsinə dair təsdiqlənmiş sxemik planları da Əliyevə təqdim etmişdir. 07 iyul 2023-cü ildə Əliyev MTKya pretenziya ilə müraciət edərək ödəmiş olduğu 50.000 manatın Müqavilə üzrə ödəməli olduğu məbləğ hesabına icra olunmuş hesab etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424, 442-ci maddələrini rəhbər tutaraq müqavilə öhdəliklərini qeyri-şərtsiz, tam və lazımınca icrasını təmin etməyi tələb etmişdir. Həmin pretenziya MTK-ya poçt vasitəsilə 08 iyul 2023-cü ildə göndərilmiş, 17 iyul 2023-cü ildə cavabdeh MTK-ya çatdırılmışdır. Lakin göstərilən pretenziyaya MTK heç bir münasibət bildirməmişdir. 09 avqust 2023-cü ildə Əliyevin yaşamadığı və ümumiyyətlə yaşayış yeri olmayan, MTK tərəfindən ələ keçirilərək sökülmüş ev ünvanına göndərilən adi kağızda 03 avqust 2023-cü il (01) tarixli pretenziya Əliyevə çatdırılmışdır. Həmin pretenziya Əliyevlə bağlanılmış müqavilənin mühüm şərtləri sadalandıqdan sonra özünəməxsus bir tərzdə göstərilmişdir ki, “MTK tərəfindən tikiləcək binanın layihəsində sonradan edilmiş məcburi dəyişikliklərin nəticəsi olaraq, ondan əvvəl tərtib edilmiş adı çəkilən müqavilədə qeyd olunan 163 kv.m sahəsi olan mənzillər mövcud deyildir. Ona görə də, dəfələrlə müqaviləyə yenidən baxılması və şərtlərinin mövcud layihəyə uyğunlaşdırılması ilə bağlı bildirilsə də, bunu etməmisiniz və bundan sonra açıq şəkildə imtinanı davam etdirməkdəsiniz. Bu da müqavilə üzrə üzərimizə götürülmüş öhdəliyin yerinə yetirilməsinə imkan verməmişdir və müddət ötdükcə mənzil sahələrinin verilməsi imkanımız da məhdudlaşmışdır. Aramızda olan müqavilədə qeyd olunan sahələrin əvəz edilməsi üçün hazırda binada sərbəst sahələr də qalmamışdır. Bu baxımdan müqavilədə MTK-ya öhdəlik kimi müəyyən edilmiş sahələrin əvəzində, müqavilədə razılaşdırılmış məbləğin ödənilməklə” müqavilə öhdəliklərinə qarşılıqlı xitam verməyini təklif edirik və bunun üçün son olaraq 10 gün müəyyən edilir. Əks təqdirdə yəni 10 gündən sonra məsələyə iştirakınız olmadan baxılacaq və müqaviləyə birtərəfli qaydada xitam veriləcəkdir”. MTK özünəməxsus davranışını davam etdirərək Əliyevə 29 sentyabr 2023-cü ildə çatdırılmış 15 sentyabr 2023-cü il (02) tarixli "xxxx" adlı məktubunda açıq-aşkar öhdəliklərini yerinə yetirməkdən imtina nümayiş etdirərək 20 aprel 2022-ci il tarixində bağlanmış müqaviləyə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir kimi “hökm” etmişdir. "xxxx"da Əliyevin MTK-ya pretenziyaları və mövqeyi barədə heç bir qeyd yoxdur. Orada göstərilmişdir ki, Cavabdeh MTK ilə aranızda 20 aprel 2022-ci il tarixdə baglanmış müqavilənin məqsədi mülkiyyətçi olaraq özünüzə məxsus ünvan 1 ünvanda yerləşən 0,02564 ha. torpaq sahəsində yerləşən 84,8 kv.m mənzili “Tikinti şirkəti”nə təhvil verməyini, onun əvəzində şirkət tərəfindən həmin yerdə inşa ediləcək yaşayış binasında mənzilinin ümumi sahəsinə əlavə güzəşt edilməklə mülkiyyətinə yeni tikilidən sahələr verməyini birgə həyata keçirilməsi olmuşdur. Binanın layihəsində sonradan edilmiş məcburi dəyişikliklərin naticəsi olaraq, ondan əvvəl tərtib edilmiş adı çəkilən müqavilədə qeyd olunan 163 kv.m sahəsi olan mənzillər nəzərdə tutulmadığından, müqavilənin əmlakla bağlı hissəsində yenidən baxılması vacibliyi ortaya çıxmış və hesablaşmanı pul məbləği ilə əvəz edilməklə qarşılıqlı həll edilməsi təklif edilmişdir. Lakin bununla bağlı təklif tərəfinizdən rədd ediliyindən, həll mümkün olmamışdır. Qarşılıqlı məsələni həll etmək əvəzinə, qeyd olunan müqavilənin şərtlərinə tərəfinizdən riayət edilmədiyi və müqavilənin mövcudluğundan sui-istifadə etdiyinizə gőrə, həmin müqavilənin ləğv edilməsi, müqavilədə MTK-ya öhdəlik kimi müəyyən edilmiş sahələrin əvəzində müqavilədə razılaşdırılmış məbləğinin ödənilməklə müqavilə öhdəliklərinə qarşılıqlı xitam verilməsi barədə xx.xx.2023-cű il tarixdə bildiriș rəsmi poçtla göndərilmiş və ünvanınıza çatdırılmaqla təqdim edilmişdir. Bildirişdə təklif edilmiş 10 günlük müddət artıq bitmişdir. Lakin bu müddət ərzində danışıqlara gəlməmisiniz. Ona gõrə də müqavilə tərəfi olaraq Cavabdeh MTK ilə aranızda 20 aprel 2022-ci il tarixində bağlanmış müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir”. Cavabdehin onun pretenziya və xəbərdarlıqlarını nəzərə almadan aralarındakı müqaviləni ləğv etmə cəhdinin heç bir faktiki və hüquqi əsası yoxdur və qanunsuzdur. Təqdim edilmiş memarlıq cizgilərində, ona təhvil verilməli olan 163 kv.m. sahəsi olan mənzillər bi-birindən ara divarları ilə ayrılmış və ayrı qapılar qoyulmuş 84,8 kv.m. və 70 kv.m. mənzillər kimi göstərilmişdir. Hesab edir ki, 14, 15 və 16-cı mərtəbələrin hər birində həmdivar olmaqla bir-birinin üstündə yerləşən 84,8 kv.m. olan 3 mənzil və 70 kv.m. olan 3 mənzil, cəmi 464,4 kv.m. mənzil vermək, müqavilə üzrə 24,6 kv.m. olan sahə fərqinin əvəzinə isə mənzillərdən biri ilə həmdivar olan 59,9 kv.m. mənzilin verilməsi mümkündür. Cavabdeh MTK isə İddiaçı qarşı əvvəlcə qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının “H” blokunun 1-ci mərtəbəsində 118 kv.m qeyri-yaşayış sahəsi, binanın 14, 15 və 16-cı mərtəbələrində, liftin çıxışında solda 1-ci mənzil olmaqla hər birinin sahəsi 84,8 kv.m. olan 3 ədəd mənzil, yerdə qalan sahənin qarşılıqlı hesablamaqla 59.040 manat kompensasiya müəyyən edilib İddiaçı verilməklə, ona məxsus olmuş 0,02564 ha. torpaq sahəsinin Cavabdeh MTK-nın istifadəsində saxlanılmaqla, tərəflər arasında 20 aprel 2022-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsası kimi iddiaçı ilə Cavabdeh MTK arasında 20 aprel 2022-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməməsi və həmin müqaviləyə birtərəfli qaydada xitam verilməsinə istinad edilmişdir. Lakin iddiaçı (hazırki iddia üzrə cavabdeh) adıçəkilən müqavilə və ondan irəli gələn öhdəliklərin icrası ilə bağlı cavabdehlə (hazırki iddia üzrə iddiaçı) mövcud və ilkin iddia üzrə tələbini rədd edən faktiki münasibətlərlə bağlı həqiqi halları göstərməmişlər. Belə ki, tərəflər arasında bağlanmış 20 aprel 2022-ci il tarixli müqavilənin predmetində qeyd edilən, ünvan 1 ünvanda 0,02564 ha torpaq sahasində yerləşən 84,8 kv.m mənzil cavabdeh İddiaçı məxsus olmuşdur. Həmin mənzilin yerləşdiyi sahə tikinti aparılması üçün Cavabdeh MTK-ya ayrılmışdır. Ərazidə olan başqa əmlak sahibləri kimi, cavabdehlə də qeyd olunan 0,02564 ha. torpaq sahasində yerləşən 84,8 kv.m mənzilin tikinti altına alınması üçün Cavabdeh MTK-ya təhvil verməsi, MTK da həmin əmlak əvəzində ona həmin ərazidə inşa ediləcək yaşayış binasının “H” blokunun 1-ci mərtəbəsində 118 kv.m qeyri yaşayış və 138,4 kv.m. yaşayış sahəsini təhvil verəcəyini, həmçinin cavabdeh tərəfindən iddiaçıya 269.400 manat əlavə ödəniş edildiyi halda, adı çəkilən tikiləcək yaşayış binasının “H” blokunun 14, 15 və 16-cı mərtəbələrində, bir-birinin üstündə yerləşməklə, hər birinin sahəsi 163 kv.m. olan 3 ədəd təmirsiz mənzil (burada yuxarıda qeyd edilən 138,4 kv.m. sahə də daxil olmaqla) təhvil veriləcəyi razılaşdırılmışdır. Bu razılaşmaya uyğun olaraq tərəflər arasında 20 aprel 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Qeyd olunan razılaşma və adı çəkilən müqavilə tərəflər arasında bağlanılan zaman veriləcəyi razılaşdırılmış qeyri-yaşayış və mənzillərin mütləq ölçü sahələri, yeni tikiliyə tərtib edilmiş layihə əsasında müəyyən edilən, cizgilərə uyğun müəyyən edilmişdir. Lakin Cavabdeh MTK tərəfindən tikiləcək binanın layihəsində sonradan edilmiş məcburi dəyişikliklərin nəticəsində, mənzillərin sahələrinin ölçülərində dəyişikliklər baş vermişdir. Nəticədə yeni tikilən binada tərəflər arasında tərtib edilmiş adı çəkilən müqavilədə qeyd olunan 163 kv.m. sahəsi olan mənzillər mövcud olmamışdır. Bu səbəbdən cavabdehə dəfələrlə müqaviləyə yenidən baxılması və sahələrin verilməsinə dair müqavilənin şərtlərinin mövcud layihəyə uyğunlaşdırılması ilə bağlı bildirilmiş, lakin cavabdeh bunu etməmiş, müqavilədə qeyd olunduğu ölçüdə sahəli mənzillərin verilməsinin təmin edilməsində israr etmişdir. Bu da iddiaçıya müqavilə üzrə götürülmüş öhdəliyin ümumi həcmində yerinə yetirməsinə imkan verməmişdir və müddət ötdükcə mənzil sahələrinin verilməsi imkanı da məhdudlaşmışdır. Əslində, cavabdeh müqavilə tərəfi olaraq, razılaşmış şərtlərə görə vəziyyətin dəyişdiyini nəzərə almaqla, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə kömək etməli idi. Ona görə, müqavilədə nəzərdə tutulmuş ümumi ölçülər daxilində olmaqla, layihənin dəyişməsi ilə bağlı sahələrin ölçülərində baş vermiş dəyişikliyə uyğun meydana çıxan yeni ölçülü sahələrin qəbul edilməklə müqavilənin icrasına zəmin yaradılması istiqamətində cavabdeh hərəkət etməli idi. Lakin cavabdeh vəziyyətin dəyişməsi ilə mövcudluğu mümkün olmayan sahəli mənzillərin və qeyri-yaşayış sahəsinin verilməsində israr etməkdə davam etməklə, ümumilikdə müqavilə üzrə öhdəliyin icrasına imkan verməmişdir. Məhz bu səbəbdən iddiaçı müqaviləyə xitam verilməsi barədə təklif verməsinə məcbur olmuşdur. Məlum məsələdir ki, mövcud müqaviləyə bir tərəfli qaydada xitam verilməsi zamanı, həmin müddətə müqavilə üzrə yerinə yetirməli olan öhdəliklərin yerinə yetirilməsini istisna etmir və iddiaçı bir tərəfli qaydada müqaviləyə xitam verilməklə mövcud olan öhdəliyi də icra etməyə hazır olmuşdur. Belə ki, tərəflər arasında mövcud xx.xx.2022-ci il tarixli müqavilənin iki əsas şərtlərindən biri cavabdehə məxsus olmuş ünvan 1 ünvanda 0,02564 ha. torpaq sahasində yerləşən 84,8 kv.m mənzilin əvəzində cavabdehə həmin ərazidə inşa ediləcək yaşayış binasının "H” blokunun 1 -ci mərtəbəsində 118 kv.m qeyri yaşayış və 138,4 kv.m. yaşayış sahəsi təhvil verməlidir. Sonradan layihəsinə dəyişiklik əsasında inşa edilmiş həmin binada 118 kv.m. sahəsi olan ayrıca qeyri-yaşayış sahəsi olmuş, lakin 163 kv.m. və ya 138,4 kv.m. mənzil sahəsi mövcud deyildir. Cavabdeh tərəfindən iddiaçıya əlavə 269.400 manat ödəniş edildiyi halda, əvəzində iddiaçı da ona hər birinin sahəsi 163 kv.m. olan 3 ədəd təmirsiz mənzil sahələrinə daxil olan əlavə 350,6 kv.m. sahəni təhvil verməlidir. Cavabdeh ödəyəcəyini üzərinə götürdüyü 269.400 manat məbləği ödəməmişdir. Yəni cavabdeh ödənişlə bağlı müqavilədə müəyyən edilmiş öhdəliyi yerinə yetirməmişdir. Buna qarşılıq olaraq iddiaçı verəcəyini üzərinə götürdüyü 3 ədəd mənzil sahəsindən 350,6 kv.m. hissəsini verməmişdir. Nəticədə nə qədər ki, mənzillər üçün müəyyən edilmiş 269.400 manat məbləğin ödənişi cavabdeh tərəfindən təmin edilməmişdir, həmin məbləğə qarşılıq verilməsi şərtləndirilmiş 3 mənzilin sahəsindən 350,6 kv.m. hissənin verilməsi ilə bağlı öhdəlikdən iddiaçı imtina etməkdə və bu hissədə müqaviləyə xitam vermək tələbində haqlı olmuşdur. Bu hissədə qarşılıqlı öhdəlik üzrə heç bir tərəfin icrası olmadığından, tələb də mövcud deyildir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, qarşılıqlı iddia faktiki və hüquqi cəhətdən əsassız olduğundan ona etiraz olunur. Belə ki, cavabdeh müqavilə şərtlərini ciddi şəkildə təhrif edir, öz tələblərinin maddi hüquqi əsaslarını belə göstərə bilmir. Cavabdeh təsdiq edir ki, “qeyd edilən razılaşma və adı çəkilən müqavilə tərəflər arasında bağlanılan zaman veriləcəyi razılaşdırılmış qeyri-yaşayış və mənzillərin mütləq ölçü sahələri, yeni tikiliyə tərtib edilmiş layihə əsasında müəyyən edilən, cizgilərə uyğun müəyyən edilmişdir”. Lakin cavabdehin istifadə etdiyi və özü də anlamadığı “razılaşma” və “müqavilə”nin ayrı-ayrı sənədlər və ya başqa şəkildə ifadə olunmuş nələri nəzərdə tutduğunun fərqinə vara bilmir. Öz mövqeyinin əsası kimi cavabdeh “tikiləcək binanın layihəsində sonradan edilmiş məcburi dəyişikliklərin nəticəsində, mənzillərin sahələrinin ölçülərində dəyişikliklər” baş verməsinə istinad etməyə çalışır və anlamır ki, birincisi, məcburi dəyişiklərin nədən ibarət olmasını və öz öhdəlikləri ziddinə vəziyyət yaratmasına ağlabatan aydınlıq gətirməli, iddiaçı Əliyevin hüquqlarına toxunan hərəkətlərə və dəyişikliklərə yol verə bilməzdi. İkincisi, istinad etdiyi “məcburi dəyişikliklərə” gəldikdə belə hallara görə iddiaçı Əliyevin hər hansi vəzifə daşımadığı və ola biləcək belə halların onun üçün cavabdehlik yaratmadığını anlamalı idi. Hətta Əliyevi günahlandırmağa cəhd edərak "Əslində cavabdeh müqavilə tərəfi olaraq razılaşmış şərtlərə görə vəziyyətin dəyişdiyini nəzərə almaqla, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə kömək etməli idi” kimi absurd və mülki dövriyyənin normal iştirakçısına yaraşmayan bir mövqe ifadə edir. Birincisi, Əliyevin öhdəliyi mənzillərin tikilib istifadə veriləcəyi vaxtadək (müqavilə bağlandıqdan 3 il 10 ay ərzində) 269.400 manatı ödəməkdən ibarət olmuşdur. Əliyev bank hesabına 55.000 manat ödəsə də, cavabdeh MTK hər hansı səbəb göstərmədən pulu geri qaytarmışdır. Bu məsələyə yəqin ki, MTK özü də cavab tapa bilmir. İkincisi, Əliyevdən hər hansı formada ödəniş tələb olunduğuna dair sübut ortalığa qoyulmamışdır. Üçüncüsü, cavabdeh MTK öz hərəkətləri və davranışı ilə nümayiş etdirir ki, istehlakçıya məzlum varlıq və kobudluqla yanaşır va ona sərf edən şərtləri və tələbləri məcburən qəbul etdirməyə səy göstərməkdədir. Buna rəğmən də mahiyyətini anlamadan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.3-cü maddəsinə istinad edir. MTK-nın əvvəlki payçılardan geri alınmış səmərəli sahəsi 84,8 kv.m. olan 2 ədəd sərbəst mənzilin torpaq sahəsinin əvəzində iddiaçıya verilməsi barədə mövqeyi də uydurma və aldatma xarakteri daşımaqla MTK-nın hakimi-mütləq kimi davranma xülyasına dəlalət edir. Birincisi, Əliyevlə əvəzləşdirilmiş mənzillərin hissələri necə ola bilər ki, başqasına satılsın (verilsin), bunun hər hansı mötəbərliyi yoxdur, yalnız MTK-nın qanunu pozmasına daha bir nümunədir, öz istəklərini qəbul etdirmə cəhdidir. İkincisi, MTK-nın üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməkdən ən müxtəlif yollarla yayınması ilə Əliyev razılaşa bilməz. Üçüncüsü, Əliyevin MTK ilə bağladığı müqavilə kompleks xarakter daşıyır və onun MTK tərəfindən yerinə yetirilməsinin qarşısını alan hər hansı maneə mövcud deyildir. Həmçinin xatırladır ki, Müqavilənin 1.4 bəndinə görə, Əliyev 269.400 manatı mənzillər ona təhvil verilən günə qədər, yəni Müqavilə bağlanıldıqdan sonra 3 il 10 ay ərzində MTK-ya tam ödəmək öhdəliyi daşımışdır və həmin məbləğ hesabına 02 avqust 2023-cü ilədək 55,000 manat ödəmişdir. 3.2 bəndində MTK-nin vəzifəsi olaraq müəyyən olunmuşdur ki, MTK 118 kv.m. qeyri-yaşayış sahəsini və hər biri 163 kv.m. olmagla 3 ədəd təmirsiz mənzìli 3 il 10 aydan gec olmayaraq Əliyevə təhvil verəcəkdir. 3.3 bəndində “istənilən səbəbdən əgər müqavilə icra olunmazsa, “Mülkiyyətçi” (yəni Əliyev) müqavilənin məqsədləri üçün təqdim etdiyi torpaq sahəsi onun mülkiyyətinə qaytarılır, onun mülkiyyəti hesab olunur və maddi ziyana görə “Tikinti şirkəti” (yəni Cavabdeh MTK) maddi məsuliyyət daşıyır”. 4.2 bəndinə əsasən, tərəflər müqavilənin müddətinin başa çatmasından və ya ona istənilən səbəbdən xitam verilməsindən sonra onlarda bir-birinə aid olan sənədləri və materialları 10 iş günü ərzində digər tərəfə qaytarır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, müqaviləyə dəyişiklik edilməsi ilə bağlı qarşı tərəfə təklif göndərilib və vaxt müəyyən edilib. Müəyyən edilmiş 7 gün ərzində müqaviləyə dəyişiklik etməkdən qarşı tərəf imtina edib. Ümumi sahə əvvəl 489 kv.metr idi. Lakin qarşı tərəf öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün təklif edilən mənzillər iddiaçıya verilmir. Bu səbəbdən sahəsi 59 kv.metr olan 1 otaqlı əlavə mənzil verilməli və bununla da həmin hissədə qarşı tərəfin əvvəlcədən öz üzərinə götürdüyü öhdəlik təmin edilməlidir. Ümumi tələb etdikləri sahə 524 kv.metr sahəni əhatə edir, bu isə əvvəlki razılaşmadan təxminən 35 kv.metr artıqdır. Qarşı tərəf müqavilə öhdəliklərini pozub, buna görə də məsuliyyət daşımalıdır. Həmin mənzillərin başqa şəxslərə satılması barədə müqavilələrin təqdim edilməsi dəfələrlə cavabdehə bildirilsə də, həmin müqavilələrin bir qismini sonuncu baxış iclasında təqdim etmişdir. Həmin müqavilələr saxta olmaqla sonradan tərtib edilmişdir, mötəbər sübut kimi qəbul edilə bilməz. Müqavilələrin çoxu öz qohumları ilə bağlınılıb, heç birinin maliyyə arayışı mövcud deyildir. İddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X4 bildirmişdir ki, onlar yaşayış sahəsini almışlar və əvəzində isə 118 kv.metr qeyri-yaşayış sahəsi və yerdə qalan 138,4 kv.metr üzrə tərəfin MTK-ya 269400 manat pul ödəməsi və MTK tərəfindən ona H blokundan sahəsi 163 kv.metr mənzil verilməsi barədə razılaşıblar. Müqavilə bağlanılandan sonra da ödəniş edilməyib. Daha sonra layihədə olan dəyişikliklə bağlı mənzillərin mövcud olmadığı bildirilib. Bu məsələdə isə tərəflər razılığa gələ bilməyiblər. Onlar həmin sahələri təqdim edə bilmirlər və 269400 manat pulu da qəbul etmirlər. Onlar yalnız ilkin razılaşma ilə bağlı hissəni təmin edə bilirlər. Əvvəl razılaşılan mənzillər başqalarına satılmışdır, onların MTKya borclarının olmaması barədə maliyyə arayışları yoxdur. Bunun səbəbi isə hələ də hissə-hissə ödənişlərin davam etməsidir. Liftdən çıxan zaman solda yerləşən mənzil və qalan aşağıda olan mənzillər barəsində onun özü MTK ilə danışmışdır və müqavilə əsasında həmin mənzillər qarşı tərəfə verilməli idi, həmçinin mənzillər başqasına verilibsə dəyərini ödəyib geri qaytarmağı təklif edib. MTK da həmin mənzilləri payçılara pulunu ödəyib geri qaytardı. Hazırda 3 mərtəbədə yerləşən mənzilləri onlar qarşı tərəfə verməyə hazırdırlar. 118 kv qeyri-yaşayış sahəsi mübahisəsizdir. 84,8 kv.m olmaqla 3 mənzil verilir. Cəmi 254,4 kv.metr edir. 489 kv.metr sahədən 254,4 kv.metr çıxdıqda 234,6 kv.metr sahə qalır. Hazırda qalan borc 59040 manat təşkil edir. Təsdiqlənmiş layihədən görünür ki, 100 kv.metrdən çox sahəsi olan mənzil yoxdur. Müqavilədən görünür ki, onlardan alınan sahələr 1400 manatdan hesablanıb, amma qalan 138 kv.metr sahə isə 3000 manatdan hesablanıb. Tərəflər arasında hansı formada razılıq olduğunu dəqiq bilmir. Ümumilikdə 3 ədəd 163 kv.metr sahəsi olan mənzillərin cəmi sahəsi hesablandıqda 489 kv.metr edir. 489 kv.metr sahənin daxilində 138,4 kv.metr də var. Qalan hissədə ödənişlərini geri qaytarmağa hazırdılar. Lakin 7 mənzil verilməsi mümkün deyildir. Həm mənzillər başqa şəxslərə satılıb, həm də müqavilədə cəmi say olaraq 3 mənzil razılaşdırılıb. Müqavilə bağlanılan zaman bina tikilməmişdi, lakin hazırda tikilib. MTK sonradan layihəyə dəyişiklik edibsə, hazırkı layihəyə uyğun mənzilləri təqdim etməlidir. İlkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, hər iki iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyətinin başçısının 183 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamının surətindən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2014-cü il tarixli, 03 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilməsi qərara alınmış və ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq həmin cəmiyyətə həvalə edilmişdir; - Bakı şəhər İcra Hakimiyyəti başçısının 643 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamının surətindən görünür ki, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrini əhatə edən 997-ci məhəllədə Cavabdeh MMC-yə yaşayış binalarının “C,D, E, F, G və H” bloklarının tikintisinə icazə verilməsi qərara alınmışdır; - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 14/105 saylı xx.xx.2024-cü il tarixli ayrıc aktının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 183 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamı ilə Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələri, 997-ci məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 1,1699 ha yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə ayrılmış torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi üçün Cavabdeh MMCyə verilmişdir. Ayrıc aktında ayrılmış torpaq sahəsinin cizgisi daxil edilərək döngə nöqtələrinin nömrələri onlar arasında olan məsafələr göstərilmişdir; - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Tikinti işlərinə başlanılması üçün əsas olan 093/197/237 saylı, xx.xx.2018-ci il tarixli xüsusi nişanın surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 183 nömrəli, xx.xx.2014cü il tarixli və Bakı şəhər İcra Hakimiyyətinin başçısının 643 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamları ilə Cavabdeh MTK-ya tikinti işlərinə başlanması üçün xüsusi nişan verilmişdir; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən sahəsi 0,010080 ha olan torpaq sahəsi və ümumi sahəsi 84,8 kv.m. olan ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin verdiyi texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ev üzrə hüquq sahibi İddiaçıdur. Evin ümumi sahəsi 84,8 kv.m-dir. Torpağın sənəd üzrə sahəsi 0,010080 ha, faktiki sahəsi isə 0,02564 ha təşkil edir; - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 20 aprel 2022-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən, ”Mülkiyyətçi”yə məxsus mənzil (********** qeydiyyat nömrəli, xx.xx.2019-ci il tarixli, Reyestr nömrəsi **********71-10301 olan texniki pasporta əsasən 0,02564 ha torpaq sahasində yerləşən 84,8 kv.m mənzil) “Tikinti şirkəti” tərəfindən həmin yerdə inşa ediləcək yaşayış binasında “Mülkiyyətçi”-nin mənzilinin ümumi sahəsinə şirkət tərəfindən əlavə güzəşt edilməklə bu müqavilədə nəzərdə tutulmuş qaydada “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi, “Mülkiyyətçi” isə yuxarıda qeyd olunan ünvanda yerləşən mənzili təhvil-təslim aktı əsasında tikilinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə “Tikinti şirkəti”nə təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər mülkiyyətçiyə məxsus tikilinin yerləşdiyi torpaq sahəsi də nəzərə alınmaqla ümumi sahə olaraq 256,4 kv.m. müəyyən etmişlər. 1.3-ci bəndində “Tikinti şirkəti” tərəfindən bu müqavilənin 1.2-ci bəndində qeyd olunan 256 kv.m sahənin əvəzində "Mülkiyyətçi"-yə həmin ərazidə müqavilə bağlanan gündən 3 (üç) il 10 (on) ay müddətində inşa ediləcək yaşayış binasının "H” blokunun 1-ci mərtəbəsində 118 kv.m qeyri yaşayış sahəsinin veriləcəyi (eskiz lahiyəsi əlavə olunacaq), qalan 138.4 kv.m (256.4 kv.m - 118 kv.m = 138.4 kv.m) sahə barədə isə tərəflərin aşağıdakı qaydada razılaşdıqları göstərilmişdir: “...“Tikinti şirkəti” tərəfindən mənzillər “Mülkiyyətçi’yə təhvil verilən günə kimi “Mülkiyyətçi” tərəfindən “Tikinti şirkəti”-nə 269.400 azn əlavə ödəniş edilməklə yaşayış binasının "H" blokundan 163 kv.m sahəsi olan (eskiz lahiyələri əlavə olunacaq) 3 ədəd təmirsiz mənzil tikilib təhvil veriləcəkdir. Mənzillər 14, 15 və 16-cı mərtəbələrdə, bir-birinin üstündə olacaqdır. 163 kv.m x 3 ədəd = 489 kv.m 489 kv.m x 1400 azn = 684.600 azn 138.4 kv.m x 3000 azn - 415.200 azn 684.600 azn - 415.200 azn = 269.400 azn. “Mülkiyyətçi” qeyd olunanlarla razılaşır və bununla bağlı heç bir şikayət və etirazı yoxdur”. Müqavilənin 3.2-ci bəndində müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş 118 kv.m. qeyri yaşayış sahəsini və hər biri 163 kv.m. olmaqla 3 ədəd təmirsiz mənzili müqavilədə göstərilən müddətdən gec olmayaraq “Mülkiyyətçi”yə təhvil vermək “Tikinti şirkəti”nin vəzifəsi kimi təsbit olunmuş, 3.3-cü bəndində isə müqavilənin istənilən səbəbdən icra olunmaması halında, “Mülkiyyətçi”nin müqavilənin məqsədləri üçün təqdim etdiyi torpaq sahəsinin onun mülkiyyətinə qaytarılacağı, onun mülkiyyəti hesab olunacağı və ziyana görə, “Tikinti şirkəti”nin maddi məsuliyyət daşıyacağı təsbit olunmuşdur; - Cavabdeh MTK-nın İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 01 saylı pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh MTK ilə 20 aprel 2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən mülkiyyətçi ünvan 1 ünvanda 0,02564 ha torpaq sahəsində yerləşən 84,8 kv.m. mənzili “Tikinti şirkəti”nə təhvil verməyi, onun əvəzində şirkət həmin yerdə inşa ediləcək yaşayış binasında mənzilinin ümumi sahəsinə əlavə güzəşt edilməklə mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə “Mülkiyyətçi”yə məxsus tikilinin yerləşdiyi torpaq sahəsi də nəzərə alınmaqla ümumi sahə 256,4 kv.m. müəyyən edilmişdir. Müəyyən edilmiş 256 kv.m. sahənin əvəzində “Mülkiyyətçi”yə həmin ərazidə inşa ediləcək yaşayış binasının “H” blokunun 1-ci mərtəbəsində 118 kv.m. qeyri yaşayış sahəsi, “Tikinti şirkəti"-nə 269.400 AZN əlavə ödəniş edildiyi halda, adı çəkilən yaşayış binasının "H" blokunun 14, 15 və 16-cı mərtəbələrdə, bir-birinin üstündə yerləşməklə 163 kv.m. sahəsi olan 3 ədəd təmirsiz mənzil təhvil veriləcəkdir. Müqavilədə mənzillərin və qeyri yaşayış sahələrinin dəyəri aşağıdakı kimi razılaşdırılmışdır. Mənzil: 163 kv.m x 3 ədəd = 489 kv.m., 489 kv.m x 1400 azn = 684.600 azn. Qeyri yaşayış: 138.4 kv.m x 3000 azn = 415.200 azn. Müqavilənin 1.4-cü bəndinin tələbinə görə öhdəlik kimi qeyd edilmiş 269.400 manat mənzillər mülkiyyətçiyə təhvil verilən günə qədər tikinti şirkətinə ödənilməlidir. Cavabdeh MTK tərəfindən tikiləcək binanın layihəsində sonradan edilmiş məcburi dəyişikliklərin nəticəsi olaraq, ondan əvvəl tərtib edilmiş adı çəkilən müqavilədə qeyd olunan 163 kv.m. sahəsi olan mənzillər mövcud deyildir. Ona görə də, dəfələrlə müqaviləyə yenidən baxılması və şərtlərinin mövcud layihəyə uyğunlaşdırılması ilə bağlı bildirilsə də, bunu etməmişdir və bundan açıq şəkildə imtinanı davam etməkdədir. Bu da müqavilə üzrə üzərlərinə götürülmüş öhdəliyin yerinə yetirməsinə imkan verməmişdir və müddət ötdükcə mənzil sahələrinin verilməsi imkanı da məhdudlaşmışdır. Aramızda olan müqavilədə qeyd olunan sahələrin əvəz edilməsi üçün hazırda binada sərbəst sahələr də qalmamışdır. Bu baxımdan müqavilədə MTK-ya öhdəlik kimi müəyyən edilmiş sahələrin əvəzində, müqavilədə razılaşdırılmış məbləğinin ödənilməklə müqavilə öhdəliklərinə qarşılıqlı xitam verməyini təklif edirik və bunun üçün son olaraq 10 gün müddət müəyyən edilir. Əks təqdirdə 10 gündən sonra məsələyə iştirakı olmadan baxılacaq və müqaviləyə birtərəfli qaydada xitam veriləcəkdir; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 35007 saylı, xx.xx.2023-cü il tarixli ekspertiza rəyinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yaşayış binaları (Blok C, D, G və H: dəyişiklə əlaqədar)” üzrə tikinti layihəsi razılaşdırılmışdır; - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK-nın hesabına 10000 manat məbləğində vəsait köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK-nın hesabına 20000 manat məbləğində vəsait köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK-nın hesabına 25000 manat məbləğində vəsait köçürülmüşdür; - "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya ödədiyi pul vəsaitləri həmin MTK tərəfindən onun hesabına geri qaytarılmışdır; - İddiaçı Cavabdeh MTK-ya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, həmin məktubda o, “binanın 14-16-cı mərtəbələrində ona verilməli olan 163 kv.m. olan mənzillərin yerində təqdim edilən memarlıq cizgilərinə görə 2 otaqlı sahəsi 84,8 və 70 kv.m. olan mənzillər vardır. Mənzillər faktiki olaraq kərpic divarlarla ayrılmış və ayrıayrı giriş qapıları qoyulmuşdur. Həmin mənzillərin və aradakı sahə fərqinin əvəzinə mənzillərdən biri ilə həmdivar olan 1 otaqlı 59,9 kv.m. olan mənzin verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422 və 423-cü maddələrini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 2-ci bəndini rəhbər tutaraq: 20 aprel 2022-ci il tarixli Müqavilənin 1.3 bəndinin “...yaşayış binasının “H” blokundan 163 kv.m sahəsi olan (eskiz layihələri əlavə olunacaq) 3 ədəd təmirsiz mənzil tikilib təhvil veriləcəkdir. Mənzillər 14, 15 və 16-cı mərtəbələrdə” bir-birinin üstündə olacaqdır. 163 kv.m x 3 ədəd = 489 kv.m, 489 kv.m x 1400 azn = 684.600 azn, 138.4 kv.m x 3000 azn = 415.200 azn, 684.600 azn - 415.200 = 269.400 azn” — hissəsinin aşağıdakı kimi dəyişdirilməsini təklif edir: “...yaşayış binasının “H” blokundan 14, 15 və 16-cı mərtəbələrinin hər birində həmdivar olmaqla, bir-birinin üstündə yerləşən sahəsi 84,8 kvm olan 3 mənzil və 70 kv.m olan 3 mənzil (təsdiq olunmuş tikinti layihəsindən təsdiq edilmiş çıxarış əlavə olunur), cəmi sahəsi 464.4 kvm olan 6 mənzil və həmin mənzillərdən biri ilə həmdivar yerləşən sahəsi 59,9 kvm olan 1 (bir) mənzil, tam cəmi yaşayış sahəsi 524,3 kv.m olan 7 (yeddi) təmirsiz mənzili tikib təhvil verəcəkdir. (84.8 kv.m x 3 mənzil = 254.4 kv.m, 70 kv.m x 3 mənzil = 210 kv.m, 59.9 0 kv.m x 1 mənzil = 59,9 kv.m, cəmi: 524,3 kv.m”). Təklifə 7 gün ərzində baxıb yazılı cavab verməyi, əks təqdirdə qanunda nəzərdə tutulmuş hüquqi üsullardan istifadə olunacağı” göstərmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəməsi Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2528-9/2495 saylı ekspert rəyinin surətindən görünür ki, ünvan 2 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin H blokunun 14, 15 və 16-cı mərtəbələrinin tərtib edilmiş layihə sənədlərinə uyğun olduğu, mərtəbələrin hər birində 5 ədəd mənzilin yerləşdiyi və mənzillərin sahələrinin 94.8, 59.9, 70.0, 84.8 və 84.8 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin H blokunun 14, 15 və 16-cı mərtəbələrinin tərtib edilmiş layihə sənədlərinə uyğun olduğu, mərtəbələrin hər birində 5 ədəd mənzilin yerləşdiyi və mənzillərin sahələrinin 94.8, 59.9, 70.0, 84.8 və 84.8 kv.m təşkil etdiyini və xx.xx.2022-ci il tarixli müqavilə üzrə bir mənzilin sahəsinin 163 kv.m göstərildiyini nəzərə alaraq, “H” blokunun 14,15,16-cı mərtəbələrində neçə mənzil verilməsini müəyyən etmək mümkün olmamışdır. Abbas Səhhət küçəsi, ev 29 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin H blokunda yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin bazar dəyərinə dair birja məlumatları, internet saytı məlumatları olmadığından, bu suallar üzrə tədqiqat aparılmamışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir; - Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh MTK ilə aranızda 20 aprel 2022-ci il tarixdə bağlanmış müqavilənin məqsədi mülkiyyətçi olaraq özünüzə məxsus ünvan 1 ünvanda yerləşən 0,02564 ha. torpaq sahəsində yerləşən 84,8 kv.m. mənzili “Tikinti şirkəti”nə təhvil verməyini, onun əvəzində şirkət tərəfindən həmin yerdə inşa ediləcək yaşayış binasında mənzilinin ümumi sahəsinə əlavə güzəşt edilməklə mülkiyyətinə yeni tikilidən sahələr verməyini birgə həyata keçirilməsi olmuşdur. Binanın layihəsində sonradan edilmiş məcburi dəyişikliklərin nəticasi olaraq, ondan əvvəl tərtib edilmiş adı çəkilən müqavilədə qeyd olunan 163 kv.m. sahəsi olan mənzillər nəzərdə tutulmadığından, müqavilənin əmlakla bağlı hissəsində yenidən baxılması vacibliyi ortaya çıxmış və hesablaşmanı pul məbləği ilə əvəz edilməklə qarşılıqlı həll edilməsi təklif edilmişdir. Lakin bununla bağlı təklif tərəfinizdən rədd edildiyindən, həll mümkün olmamışdır. Qarşılıqlı məsələni həll etmək əvəzinə, qeyd olunan müqavilənin şərtlərinə tərəfinizdən riayyət edilmədiyi və müqavilənin mövcudluğundan sui-istifadə etdiyiniz görə, həmin müqavilənin ləğv edilməsi, müqavilədə MTK-ya öhdəlik kimi müəyyən edilmiş sahələrin əvəzində, müqavilədə razılaşdırılmış məbləğinin ödənilməklə müqavilə öhdəliklərinə qarşılıqlı xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə bildiriș rəsmi poçtla göndərilmiş və ünvanınıza çatdırılmaqla təqdim edilmişdir. Bildirişdə təklif edilmiş 10 günlük müddət artıq bitmişdir. Lakin bu müddət ərzində danışıqlara gəlməmisiniz. Ona görə də müqavilə tərəfi olaraq Cavabdeh MTK ilə aranizda 20 aprel 2022-ci il tarixində bağlanmış müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir; - İddiaçı sifarişi əsasında əldə edilmiş “X5”nin 136 saylı, xx.xx.2024-cü il tarixli hesabatının surətindən görünür ki, ünvan 2 ünvanında inşa edilmiş yaşayış kompleksində yerləşən mənzilin 1kv.m-nin qiymətləndirmə tarixinə (xx.xx.2024) olan bazar dəyəri 2230 manat təşkil etmişdir; - Məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0149 saylı hesabatından görünür ki, ünvan 1 ünvanın “H” blokunda inşa edilmiş yaşayış binasında (və ya ətrafda yerləşən oxşar binalarda) təmirsiz mənzillərin bir kvadrat metrinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 1895 manat kimi müəyyən olunmuşdur. Ekspertiza xərci 300 manat təşkil etmişdir; - xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə 520 manat məbləğində pul ödənilmişdir; - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə 1020 manat məbləğində pul ödənilmişdir; - Cavabdeh MTK-nın təqdim etdiyi 2022-ci ilin sentyabr-noyabr aylarına aid “Yaşayış sahəsi üçün” müqavilələrin surətlərindən görünür ki, ünvan 1 ünvanın “H” blokunun 14-cü və 15-ci mərtəbələrində yerləşən sahələri 59.9, 70, 84.8 və 94.8 kv.m. olan mənzillərə və 16-cı mərtəbəsində yerləşən sahələri 59.9, 84.8 və 94.8 kv.m. olan mənzillərə dair müxtəlif fiziki şəxslərlə müqavilələr bağlanmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı mülkiyyətçisi olduğu torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin də yerləşdiyi ərazidə “C, D, E, F, G və H” bloklarından ibarət yaşayış binalarının layihələndirilməsinə və tikintisinə Cavabdeh MTK-ya icazə verilmiş, o cümlədən oradakı sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi həmin cəmiyyətə tapşırılmışdır. MTK həmin layihənin həyata keçirilməsi məqsədilə İddiaçı ilə 20 aprel 2022-ci il tarixli müqavilə bağlamış, həmin müqavilədə İddiaçı aid olan və qarşılıqlı razılıqla 256,4 kv.m. müəyyənləşdirilmiş əmlakın Cavabdeh MTK-ya təhvil verilməsinin müqabilində mülkiyyətçiyə müqavilə bağlanan gündən 3 (üç) il 10 (on) ay müddətində inşa ediləcək yaşayış binasının "H” blokunun 1-ci mərtəbəsində 118 kv.m təmirsiz qeyri yaşayış sahəsinin verilməsi, qalan 138.4 kv.m-ə münasibətdə isə 269.400 AZN ödəmək şərtilə yenə binanın “H” blokunun 14, 15 və 16-cı mərtəbələrdə bir-birinin üstündə olan 163 kv.m sahəli 3 ədəd təmirsiz mənzilin tikilib verilməsi nəzərdə tutulmuşdur. Bununla belə binanın layihəsində sonradan dəyişikliklər edilmiş və nəticədə həmin binada 163 kv.m sahəsi olan mənzillər mövcud olmamışdır. Məhkəmə araşdırması zamanı təyin edilən ekspertizanın rəyi ilə də yaşayış binasının “H” blokunun 14, 15 və 16-cı mərtəbələrinin hər birində sahələri 94.8, 59.9, 70.0, 84.8 və 84.8 kv.m olan 5 ədəd mənzilin olduğu müəyyən edilmişdir. Bu səbəbdən tərəflər bir-birilərinə müqavilənin ləğvi və ya ona müəyyən şərtlərlə dəyişikliklərin edilməsinin zəruriliyi barədə pretenziyalar ünvanlamışlar və son nəticədə hazırkı mübahisə yaranmışdır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. İş materiallarından görünür ki, sözügedən yaşayış binasının "H” blokunun 1-ci mərtəbəsində 118 kv.m təmirsiz qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir. Həmin sahə mövcuddur və Cavabdeh MTK qeyri-yaşayış sahəsinin verilməsindən imtina etmir. Tərəflər arasındakı anlaşmazlıq Cavabdeh MTK-nın layihələndirilməsini və tikintisini apardığı binanın layihəsində sonradan edilmiş dəyişikliklər nəticəsində yaranmışdır. Belə ki, bu dəyişikliklər səbəbindən müqavilə ilə İddiaçı verilməsi nəzərdə tutulan 163 kv.m sahəsi olan mənzillər mövcud deyildir. Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) layihə dəyişikliyinin məcburiyyətdən olduğunu bildirsə də, bu məcburiyyətin nə ilə əlaqədar olmasının ağlabatan izahını verə bilməmişdir. Hər bir halda, bu vəziyyətdə müqavilənin əvvəlki şərtlərlə icrasının – yəni, məhz 163 kv.m. olan 3 mənzilin İddiaçı verilməsinin qeyri mümkünlüyü qəbul edilməlidir. Başqa sözlə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Tərəflərin özləri də bunu təkzib etmirlər (müqavilənin müxtəlif şərtlərlə dəyişdirilməsini və ya ləğvini təkid etməklə). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında vurğulamışdır ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (Mülki Məcəllənin 422.1-ci maddəsi). Tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda Məcəllənin 422.2-ci maddəsindəki şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv, Məcəllənin 422.4-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Tərəflərdən birinin tələbi ilə müqavilənin ləğv edilməsi barədə müvafiq məhkəmə qərarının qüvvəyə mindiyi andan müqavilə ləğv edilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Şərh edilənləri, habelə müqavilədən imtina edilməklə xitamın (ex tunc) istər ictimai mənafelərə zidd olduğunu, istərsə də tərəflərin (xüsusilə də MTK-nın) mənafeyinə uyğun gəlmədiyini nəzərə alaraq məhkəmə, 20 aprel 2022-ci il tarixli müqavilə şərtlərinin qismən dəyişdirilməsini mümkün hesab edir. Hazırkı mülki işdən görünür ki, sözügedən yaşayış binasının “H” blokunun 14, 15 və 16-cı mərtəbələrinin hər birində sahələri 94.8, 59.9, 70.0, 84.8 və 84.8 kv.m olan 5 ədəd mənzil vardır. Həmin mərtəbələrin layihələrindən görünür ki, mərtəbələrinin hər birində həmdivar olmaqla, bir-birinin üstündə yerləşən sahəsi 84,8 kv.m olan 3 mənzil və 70 kv.m olan 3 mənzil mövcuddur və həmin mənzillərin ümumi sahəsi 464.4 kv.m təşkil edir. Qeyd edilən mənzillərin ümumi sahəsinin İddiaçı 20 aprel 2022-ci il tarixli müqaviləni bağlayarkən əldə etmək istədiyi mənzillərin sahəsinə nisbətən yaxın olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ümumi sahəsi 464.4 kv.m təşkil edən həmin 6 mənzilin İddiaçı verilməsi, İddiaçı Cavabdeh MTK-ya ödəməli olduğu 269400 manat məbləğin isə yaranan 24.6 kv.m. sahə fərqi üzrə hesablanan kompensasiya məbləği həddində azaldılması mümkündür. Məhkəmənin qənaətinə görə, bu cür nəticə ədalətli olmaqla yanaşı, tərəflərin həmin müqaviləni bağlayarkən əldə etmək istədikləri nəticəyə və Mülki Məcəllənin 422.4-cü maddəsinin tələblərinə də uyğundur (mülkiyyətçinin məqsədinə). Bu baxımdan məhkəmə ilkin iddia üzrə iddiaçının çatışmayan 24.6 kv.m. sahənin əvəzinə həmin mərtəbələrdə mövcud olan 59.9 kv.m. mənzilin də (daha az sahəsi olan mənzil mövcud deyildir) ona verilməsi tələbini ədalətli və işin hallarına uyğun hesab etmir. Həmin mənzilin də iddiaçıya verilməsi ilkin iddia üzrə cavabdehin həddən artıq mülki məsuliyyətə cəlb edilməsinə səbəb olar. Məhkəmə 24.6 kv.m. sahə fərqi üzrə kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0149 saylı hesabatı ilə Nəsimi rayonu, Abbas Səhhət küçəsi ev 29 ünvanın “H” blokunda inşa edilmiş yaşayış binasında (və ya ətrafda yerləşən oxşar binalarda) təmirsiz mənzillərin bir kv.m-nin bazar qiymətinin 1895 manat olduğu müəyyən olunmuşdur. Məhkəmə, tərəfindən təyin edilmiş qiymətləndirmə rəyini daha mötəbər sübut hesab edir və 24.6 kv.m. sahə fərqi üzrə kompensasiyanın məbləğinin ekspert rəyinə uyğun olaraq, 46617 manat təşkil etdiyi qənaətinə gəlir. Bu baxımdan məhkəmə hesab edir ki, müqavilə üzrə iddiaçının ödəməli olduğu 269400 manat məbləğdən, çatışmayan 24.6 kv.m. sahənin dəyəri olan 46617 manat çıxılmalı və iddiaçının cavabdehə ödəməli olduğu məbləğ 222 783 manat müəyyən edilməlidir. Məhkəmə ilkin iddia üzrə cavabdehin mənzillərin bir qisminin başqa şəxslərə satılması və bu səbəbdən 6 mənzil verilməsinin mümkünsüzlüyü barədə dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş müqavilələrdən görünür ki, həmin müqavilələr iddiaçı ilə bağlanmış müqavilələrdən sonrakı tarixlərdə bağlanmışdır. Həmçinin sonradan bağlanmış müqavilələrin hər hansı biri üzrə maliyyə arayışı verilməmişdir. Belə ki, cavabdehin də bildirdiyi kimi, sonradan müqavilə bağlanmış şəxslərin heç biri tam ödəniş etməmişdir. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələrini müəyyən edən Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Hazırki iş üzrə məhkəmə tərəfindən keçirilmiş yerli baxış nəticəsində, mənzillərin heç kimə təhvil verilmədiyi, tikinti işlərinin davam etdiyi müəyyən edilmişdir. Həmçinin qeyd olunduğu kimi mənzillərin hər hansı biri üzrə pay haqqı tam ödənilməmişdir. Əksinə ilkin iddia üzrə iddiaçı sökülmək üçün mənzilini təhvil verməklə ona təqdim edilməli olan mənzillərin bir hissəsinin dəyərini əvəzləşdirmişdir. Bu baxımdan ilkin iddia üzrə cavabdehin mənzillərin başqa şəxslərə satılması səbəbindən təhvil verilməsinin mümkünsüzlüyü barədə dəlilləri əsassız olmaqla mövcud qanunvericilik tələblərinə ziddir. İlkin iddia üzrə iddiaçının, cavabdeh tərəfindən müqaviləyə xitam verilməsinin qanunsuz hesab edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun Qərarından da göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 423.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Hazırki iş üzrə əsas aydınlaşdırılmalı olan hal isə iddiaçı tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilib-edilməməsinin müəyyənləşdirilməsidir. Lakin hazırki işdə müqavilənin tərəfi olan iddiaçının öz öhdəliklərini hər hansı bir şəkildə pozması müəyyən edilmir. Əksinə müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh tərəfindən layihədə dəyişiklik edilmiş və hər hansı bir qanuni əsas olmadan müqavilənin icrasından imtina edilmişdir. Gəldiyi qənaətə uyğun olaraq, məhkəmə yuxarıda qeyd edilənlər baxımından ilkin iddiaçının “Cavabdeh Mənzil Tikinti Kooperativinin 20 aprel 2022-ci il tarixli müqaviləyə xitam verməsinin qanunsuz hesab edilməsi” tələbinin də əsaslı olduğunu hesab edir. Məhkəmə ilkin iddianın “Cavabdeh Mənzil Tikinti Kooperativinin 10 gün ərzində 20 aprel 2022-ci il tarixli müqavilənin dəyişdirilmiş hissəsi nəzərə alınmaqla qeyri-yaşayış və yaşayış sahələri üzərində İddiaçı xeyrinə mülkiyyət hüququnun ilkin qeydiyyatı üçün bütün zəruri sənədləri hazırlayıb İddiaçı təqdim etməsi” hissəsini də əsaslı hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 17.1 və 17.2-ci maddələrinə görə, tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 1.3-cü bəndinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 147-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 17-ci maddələrinə əsasən torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və ya onun tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə qabaqcadan qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayış verilir (2 nömrəli əlavə). Göstərilənlərə əsasən məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda qabaqcadan qeydiyyat imkanının nəzərdə tutulduğunu nəzərə alaraq və iddiaçının müqavilə və məhkəmə qərarı əsasında mənzillərə yaranmış hüquqlarının müdafiəsi baxımından hesab edir ki, iddia həmin hissədə də təmin edilməli, müqavilə şərtlərinə uyğun olaraq, təhvil verilməli mənzillərin qabaqcadan qeydiyyatı üçün zəruri sənədlər iddiaçıya təqdim edilməlidir. O da nəzərə alınmalıdır ki, adıçəkilən Qanunun 8.0.6-cı maddəsinə görə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəllədə 2018-ci ilin iyul ayının 1-dən etibarən “qabaqcadan qeydiyyat” institutu “təminat qeydi” ilə əvəz edilmişdir. Lakin qanunvericilikdə təminat qeydinin aparılmasının xüsusi fərqli proseduru müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ilkin iddiaçının “cavabdeh “Anima’'’ Mənzil Tikinti Kooperativinə müqavilə üzrə ödənilmiş 55,000 manatın 269,400 manat ödəniş öhdəliyindən azaldılması” tələbi əsaslı hesab edilə bilməz. Çünki yuxarıda da qeyd edildiyi, ilk iddiaçının MTK-yə müəyyən ödənişlər etməsinə baxmayaraq, MTK-nın həmin məbləğləri onun hesabına geri qaytardığı müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddiaçının “istehlakçı hüquqlarının pozulmasına görə iddiaçının xeyrinə müqaviləyə dəyişiklik qüvvəyə minənədək müqavilə qiymətinin gündəlik 1%-i miqdarında hesablanmaqla dəbbə pulunun və istehlakçı tələblərini könüllü təmin etmədiyinə görə iddiaçının xeyrinə müqavilə qiymətinin 50 %-i miqdarında cərimənin tutulması” barədə iddia tələbləri də əsassız olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsin istehlakçı olduğu nəzərdə tutulmuşdur. Hazırkı işdə isə, ilk iddiaçının bu cür statusda olduğu müəyyən edilməmişdir. Tərəflər arasındakı münasibət mülkiyyətçiyə aid əmlakın kompensasiya verilmək şərtilə sökülməsi və yeni binanın inşası ilə bağlı olmuşdur. Məhkəmə, ilk iddiaçının iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsini qismən əsaslı hesab edir. İş materiallarından görünür ki, o, əmlakı Cavabdeh MTK-ya təhvil vermək öhdəliyini tam icra edərək evsiz qalmış, maliyyə öhdəliklərini isə qismən icra etdiyi halda, MTK onun ödəmiş olduğu ödənişləri səhv ödəniş adı altında onun hesabına geri ödəmiş, ona təhvil verilməli mənzilləri isə layihənin dəyişməsini əsas gətirərək təhvil verməmişdir. Bu səbəbdən tərəflər arasında hazıkı mübahisə yaranmış və ilk iddiaçı məhkəmə çəkişməsinin tərəfi olmağa məcbur qalmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə görə, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarına əsasən, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə, cavabdehdən vurulmuş mənəvi zərərə görə iddiaçının xeyrinə tutulmalı olan məbləğin ağlabatanlıq meyarından irəli gəlməklə 1000 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından daha ədalətli və ağlabatan hesab edir. Məhkəmə ilk iddiaçının “hüquqlarının müdafiəsi üçün çəkilən 2,020 manat hüquqi müdafiə xərcinin tutulması” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsi nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini müəyyən edir. İlk iddiaçının təqdim etdiyi qəbzlərdən görünür ki, o, hüquqi yardıma görə 520 və 1020 manat (cəmi 1540 manat) məbləğində pul ödəmişdir. Bu baxımdan məhkəmə qeyd edilən hissədə iddianı qismən əsaslı və məbləğin ağlabatan olduğunu hesab edərək, cəmi 1540 manat pul məbləğinin Cavabdeh MTK-dan tutulub İddiaçı verilməsi qənaətinə gəlir. İlkin iddia üzrə gəlmiş olduğu qənaətin məntiqi davamı olaraq məhkəmə qarşılıqlı iddianı qismən əsaslı hesab edir. Belə ki, qarşılıqlı iddiaçı yaşayış binasının “H” blokunun 1-ci mərtəbəsində 118 kv.m qeyri-yaşayış sahəsinin və binanın 14, 15 və 16-cı mərtəbələrində hər birinin sahəsi 84,8 kv.m. olan 3 ədəd mənzilin təhvil verilmək şərtilə müqaviləyə xitam verilməsini tələb etdiyi halda, məhkəmə cəmi 6 mənzilin təhvil verilməli olduğu qənaətinə gəlmişdir. Yəni 3 mənzilin təhvil verilməsi hissəsində qarşılıqlı iddia təmin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərcləri də bərabər nisbətdə tərəflərə aid edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı ilə həmin MTK arasında bağlanılmış 20 aprel 2022-ci il tarixli müqaviləyə xitam verilməsi qanunsuz hesab edilməli, İddiaçı və Cavabdeh MTK arasında bağlanılmış 20 aprel 2022-ci il tarixli müqavilənin 1.3-cü bəndinin “...yaşayış binasının “H” blokundan 163 kv.m sahəsi olan (eskiz layihələri əlavə olunacaq) 3 ədəd təmirsiz mənzilin tikilib təhvil verilməsi (Mənzillər 14, 15 və 16-cı mərtəbələrdə” bir-birinin üstündə olacaqdır. 163 kv.m x 3 ədəd = 489 kv.m, 489 kv.m x 1400 azn = 684.600 azn, 138.4 kv.m x 3000 azn = 415.200 azn, 684.600 azn - 415.200 = 269.400 azn”) - hissəsi aşağıdakı kimi dəyişdirilməli: “...yaşayış binasının “H” blokundan 14, 15 və 16-cı mərtəbələrinin hər birində həmdivar olmaqla, bir-birinin üstündə yerləşən sahəsi 84,8 kv.m. olan 3 mənzil və 70 kv.m olan 3 mənzil (təsdiq olunmuş tikinti layihəsindən təsdiq edilmiş çıxarış əlavə olunur), cəmi sahəsi 464.4 kv.m. olan 6 təmirsiz mənzil tikib təhvil verəcəkdir. Mənzillər təhvil verilən günədək İddiaçı tərəfindən Cavabdeh MTK-ya 222.783 manat ödəniləcəkdir”. Müqavilə şərtlərinə uyğun olaraq verilməli olan mənzillərin qabaqcadan qeydiyyatı üçün zəruri sənədlərin təqdim edilməsi öhdəliyi qarşılıqlı iddia üzrə Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Vurulmuş mənəvi zərərə görə 1000 manat və vəkilin göstərdiyi yardım üçün çəkilmiş xərcə görə 1540 manat, cəmi 2540 manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh MTK-dan tutularaq ilkin iddia üzrə İddiaçı verilməlidir. İlkin və qarşılıqlı iddialar qalan hissələrdə təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manat hissəsi İddiaçı, qalan 25 manat hissəsi Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Əmtəəşünaslıq ekspertizasının dəyəri olan 300 manat məbləğində pulun 150 manat hissəsi İddiaçı, qalan 150 manat hissəsi Cavabdeh MTK-dan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən, İddiaçı ilə həmin MTK arasında bağlanılmış 20 aprel 2022-ci il tarixli müqaviləyə xitam verilməsi qanunsuz hesab edilsin. İddiaçı və Cavabdeh MTK arasında bağlanılmış 20 aprel 2022-ci il tarixli müqavilənin 1.3-cü bəndinin “...yaşayış binasının “H” blokundan 163 kv.m sahəsi olan (eskiz layihələri əlavə olunacaq) 3 ədəd təmirsiz mənzilin tikilib təhvil verilməsi (Mənzillər 14, 15 və 16-cı mərtəbələrdə” bir-birinin üstündə olacaqdır. 163 kv.m x 3 ədəd = 489 kv.m, 489 kv.m x 1400 azn = 684.600 azn, 138.4 kv.m x 3000 azn = 415.200 azn, 684.600 azn - 415.200 = 269.400 azn”) - hissəsi aşağıdakı kimi dəyişdirilsin: “...yaşayış binasının “H” blokundan 14, 15 və 16-cı mərtəbələrinin hər birində həmdivar olmaqla, bir-birinin üstündə yerləşən sahəsi 84,8 kv.m olan 3 mənzil və 70 kv.m olan 3 mənzil (təsdiq olunmuş tikinti layihəsindən təsdiq edilmiş çıxarış əlavə olunur), cəmi sahəsi 464.4 kv.m olan 6 təmirsiz mənzili tikib təhvil verəcəkdir. Mənzillər təhvil verilən günədək İddiaçı tərəfindən Cavabdeh MTK-ya 222.783 (iki yüz iyirmi iki min, yeddi yüz səksən üç) manat ödəniləcəkdir”. Müqavilə şərtlərinə uyğun olaraq verilməli olan mənzillərin qabaqcadan qeydiyyatı üçün zəruri sənədlərin təqdim edilməsi öhdəliyi qarşılıqlı iddia üzrə Cavabdeh MTK-nın üzərinə qoyulsun. Vurulmuş mənəvi zərə görə 1000 manat və vəkilin göstərdiyi yardım üçün çəkilmiş xərcə görə 1540 manat, cəmi 2540 (iki min beş yüz qırx) manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh MTK-dan tutularaq ilkin iddia üzrə İddiaçı verilsin. İlkin və qarşılıqlı iddialar qalan hissələrdə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 (iyirmi beş) manat hissəsi İddiaçı, qalan 25 (iyirmi beş) manat hissəsi Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X3, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Əmtəəşünaslıq ekspertizasının dəyəri olan 300 manat məbləğində pulun 150 (yüz əlli) manat hissəsi İddiaçı, qalan 150 (yüz əlli) manat hissəsi Cavabdeh MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ013501**********6944, SWİFT RBTAAZ22) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar