Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5511/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs ünvan 3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mirzə-zadə Elmar Soltanəli oğlu) qarşı “mirasın qəbul etmə faktının təsdiq olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs ünvan 3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mirzə-zadə Elmar Soltanəli oğlu) qarşı “mirasın qəbul etmə faktının təsdiq olunması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, atası - Mirzə-X2 miras qalan əmlakdan qardaşı Mirzə-zadə Elmar Soltanəli oğluna düşən ("xxxx" ASC-nin Mərkəzi filialında depozitdə olan 16000 manatın və Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3A, 9 saylı mənzilin hissəsin) payın o - Ərizəçi tərəfindən qəbul etmə faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X5 oğlu 07.10.2020-ci il tarixində vəfat etmişdir. Atasından miras kimi "xxxx" ASC-nin Mərkəzi filialında depozitdə olan 32000 manat və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv/m 3 otaqlı mənzil qalmışdır. Atası sağlığında heç bir vəsiyyətnamə qoymamış və birinci növbəli qanuni vərəsə kimi yalnız o, və qardaşı Mirzə-zadə Elmar Soltanəli oğlu olmuşdur. Atası vəfat etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq notariat ofisinə müraciət edərək mirasın açılmasını və ona düşəcək payın ayrılmasını xahiş etmişdir. O, ünvan 2 ünvanında sonuncu yaşayış yeri olan və 07.10.2020-ci il tarixində vəfat etmiş atası Mirzə-X2 miras kimi qalmış "xxxx" ASCnin Mərkəzi filialında depozitdə olan 32000 manatdan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv/m, yaşayış sahəsi 47 kv/m, olan 3 otaqlı mənzildən pay hissəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələri almışdır. Həmin şəhadətnamələr əsasında "xxxx" ASC-nin Mərkəzi filialında depozitdə olan və miras qalan 32000 manatdan ona catan 16000 manatı götürmüş və ünvan 2 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ rəsmiləşdirərək AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən mənzilin hissəsinə dair öz adına Çıxarış almışdır. Atasının qanun üzrə ikinci vərəsəsi olan qardaşı X6 oğlu 2007ci ildən X3 köçmüş və bugün də orada yaşayır. Qardaşı onlarla tam əlaqəni kəsmiş, atasının yas mərasiminə belə gəlməmişdir. Azərbaycana gəldiyi zaman nə atasının yaşadığı (hazırda miras əmlaka daxil olan evə) evə gəlməmiş, nə də Azərbaycan Respublikasına gəldiyi vaxtda mirasın qəbul edilməsi və ya imtina edilməsi barədə ərizə ilə Notariat orqanına müraciət edilməmişdir. Atasının ölümündən sonra telefon danışığına əsasən qalan miras əmakın ona çatacaq hissəsinin istəmədiyini bildirmişdir. Mirasın açıldığı vaxtdan, yəni 07.10.2020-ci il tarixindən bir ildən artıq vaxt keçmişdir. Notariat orqanı tərəfindən ona miras qalan mənzilin yalnız 1/2 hissəsi ayrılmış, o həmin mənzili vərəsəliyə faktiki olaraq tam qəbul etmiş, həmin mənzilin tam sahəsinə uyğun olaraq bütün komunal xərclərini özüm ödəyir, özü idarə edir. 14.10.2021-ci il tarixində ünvan 3 ərizə ilə müraciət edərək atasından miras qalan və qanun üzrə ikinci vərəsə (qardaşı) tərəfindən mirasdan imtina etdiyini nəzərə alaraq atası - Mirzə-X2 miras qalan və qanun üzrə ikinci vərəsə tərəfindən imtina olunan "xxxx" ASC-nin Mərkəzi filialında depozitdə olan 16000 manata və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv/m, yaşayış sahəsi 47 kv/m, olan 3 otaqlı mənzildən pay hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri 3 saylı Notariat Ofisi onun xahişini yerinə yetirməyərək absud bir arqument gətirərək, adına şəhadətnamənin verilməsindən imtina etmişdir. Qardaşı uzun müddətdir ki, X3 köçmüş və bugün də orada yaşayır. Qeyd olunan mənzilin açarı da ondadır, əgər qardaşı həmin evə gəlsəydi, yaşasaydi məlumatı olardı. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən şəxsə qanunla müəyyən edilmiş qaydada iclasın vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin “ünvanda yaşamır” poçt qeydi ilə bildiriş geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM 147-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, mərhum X5 oğlu onun qaynatası olub və 07.10.2020-ci il tarixdə vəfat etmişdir. Mərhumun oğlu Mirzə-zadə Elmar Soltanəli oğlu hazırda ABŞ-da yaşayır. Sonuncu dəfə Mirzə-zadə Elmar Soltanəli oğlu 2013-cü ildə görmüş və ondan sonra əlaqə kəsilmişdir. 07.10.2020-ci il tarixlərdə Mirzə-X2 vəfat etməsi ilə əlaqədar qızı Mirzə-zadə Elmar Soltanəli oğluna zəng etmiş və atasının ölümü barədə xəbər vermişdir. Mirzə-zadə Elmar Soltanəli oğlu Azərbaycana gəlib-gedir lakin qohumları ilə əlaqə saxlamır, atası ilə ölümündən iki il əvvələ kimi əlaqə saxlamamışdır. Ərizədə qeyd olunan mənzili əri Ərizəçi mirası qəbul ədərək ½ hissəsini adına rəsmiləşdirmişdir. Mirzə-zadə Elmar Soltanəli oğlu həmin evə gəlməmiş və mənzilə dair heç bir tələbi yoxdur. Məhkəmə iclasında şahid X8 digər şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. Mülki işin materiallarında olan; Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyadı İdarəsinin ÖM seriyalı 167491 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3A, 9 saylı mənzil Mirzə-X2 adına qeydiyyatdan keçmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 1300 nömrəli reyestr kitabının 195238 nömrəli vərəqində 09.12.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3A, 9 saylı mənzilin ½ hissəsi Ərizəçi adına 07.05.2021-ci il tarixdə qeydiyyata alınmış, ½ hissəsi açıq saxlanılır. 05.05.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 07.10.2020-ci il tarixdə vəfat etmiş Mirzə-X2 vərəsəsi qızı - Ərizəçidur və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3A, 9 saylı mənzildən ibarətdir. 05.05.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 07.10.2020-ci il tarixdə vəfat etmiş Mirzə-X2 vərəsəsi oğlu - Ərizəçidur və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Mərkəzi filialında depozit müqaviləsi üzrə 32000 manat olan depozit və ona hesablanmış faizlərdən ibarətdir. Mənzil-Kommunal Xidməti üçün mədaxil qəbzilinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3A, 9 saylı mənzilin 19 manat məbləğində kommunal ödənişi Ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 08.12.2021-ci il tarixli, 33/4261 nömrəli məktubundan görünür ki, X6 oğlu 14.03.2020-ci il tarixdən 25.08.2021-ci il tarixədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuş və 06.10.2021-ci il tarixdə yenidən ölkə ərazisini tərk etmişdir. Ərizəçi ünvan 3 ünvanladığı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizənin surətindən görünür ki, atasından miras qalan və qanun üzrə ikinci vərəsə (qardaşı) tərəfindən mirasdan imtina etdiyini nəzərə alaraq atası - Mirzə-X2 miras qalan və qanun üzrə ikinci vərəsə tərəfindən imtina olunan "xxxx" ASC-nin Mərkəzi filialında depozitdə olan 16000 manata və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv/m, yaşayış sahəsi 47 kv/m, olan 3 otaqlı mənzildən 1/2 pay hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 3 saylı Notariat Ofisinin Ərizəçi ünvanladığı məktubda bildirilmişdir ki, qardaşı qanunla müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina barədə ərizə ilə notariat orqanına müraciət etmədiyi üçün mirası faktiki qəbul etmiş vərəsə sayıldığından onun payı açıq saxlanılır və həmin paya dair adına şəhadətnamə verilməsinin mümkünsüzlüyü nəzərə çatdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; Həmin Məcəllənin 1163-ci maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-ci maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1198-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-ci maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat kontorunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydə alındığı limanın yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, "xxxx" ASC-nin Mərkəzi filialında depozitdə olan 32000 manat və Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3A, 9 saylı mənzil tam mülkiyyət hüququ ilə Mirzə-X2, yəni ərizəçinin atasının adına qeydiyyatdan keçmişdir. X5 oğlu 07.10.2020-ci il tarixdə ölmüşdür. Ərizəçi atasından miras qalmış əmlaka dair notariat kontoruna ərizə ilə müraciət edərək, "xxxx" ASC-nin Mərkəzi filialında depozitdə olan 16000 manat pulun və Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3A, 9 saylı mənzil ½ hissəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Daha sonra qardaşı X6 oğlunun atalarından qalan əmlaka dair tələbi olmadığı bilmiş və "xxxx" ASC-nin Mərkəzi filialında depozitdə qalan 16000 manat və Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3A, 9 saylı mənzilin ½ açıq qalan hissəsini onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri 3 saylı notariat kontoru ərizəni təmin etməmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin atası X5 oğlundan miras qalmış "xxxx" ASC-nin Mərkəzi filialında depozitdə qalan 16000 manat və Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3A, 9 saylı mənzilində onun adında açıq saxlanılmış 1/2 hissə miras pay Ərizəçi tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməlidir. X6 oğlunun qanunvericiliklə müəyyən edilmiş müddət daxilində mirası qəbul etməməsi onun mirasdan imtina etməsi kimi qiymətləndirilməlidir. Bununla da məhkəmə hesab edir ki, ərizəçinin atası X5 oğlundan miras qalmış "xxxx" ASC-nin Mərkəzi filialında depozitdə qalan 16000 manat və Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3A, 9 saylı mənzilində onun adında açıq saxlanılmış 1/2 hissə miras pay Ərizəçi tərəfindən qəbul edilmə faktı təsdiq edilməlidir. Qeyd edilməlidir ki, açıq saxlanılmış 1/2 hissə miras pay Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi qeyd edilən mənzilə ərizəçinin adına tam mülkiyyət hüququnu təsdiqləyən çıxarışın alınması üçün birbaşa hüquqi əsasdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə məhkəmə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 oğlundan miras qalmış "xxxx" ASC-nin Mərkəzi filialında depozitdə qalan 16000 manat və Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3A, 9 saylı mənzilində onun adında açıq saxlanılmış 1/2 hissə miras payın Ərizəçi tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-5511/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5511/2021
20.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver