Məhkəmə qərarları › İş №e-2(005)-559/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-559/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-559/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı (açar sözlər: daşınmaz əmlaka dair sənədlərin verilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “qeyri-yaşayış sahəsinə (qaraj) çıxarış əldə etmək üçün tələb edilən sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “qeyri-yaşayış sahəsinə (qaraj) çıxarış əldə etmək üçün tələb edilən sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 90A saylı evin mənfi 3 zirzəmi mərtəbəsində C3 N-li qaraja dair çıxarışın alınması üçün tələb edilən sənədlərin, yəni iddiaçının cavabdehə qaraj ilə bağlı borcun olmaması barədə maliyyə arayışı, protokoldan çıxarış, qarajın eskiz layihəsi, binanın istismara qəbul aktının iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 noyabr 2005-ci il tarixli müqavilə əsasında İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ünvan 2 ünvanında yerləşən 17 mərtəbəli binanın 11 mərtəbəsində, ümumi sahəsi olan 131 kv.m. olan, 3 otaqlı, 43 №-li mənzili əldə etmişdir. Hal-hazırda da iddiaçı qeyd etdiyi mənzildə yaşayır. Eyni zamanda 28 noyabr 2005-ci il tarixdə İddiaçı həmin binada mənfi 3 zirzəmi mərtəbəsində C3 N-li qeyri-yaşayış sahəsini (qaraj) cavabdehdən əldə etmiş və qarajın dəyərini cavabdehə tam ödəmişdir. 2019-2020-ci ildə binanın bir neçə sakinləri, o cümlədən İddiaçı cavabdehdən aldığı mənzillərə dair çıxarış almıq üçün MMC-ə müraciət etmiş, lakin, MMC-nin rəhbərliyi heç bir səbəb olmadan tələb edilən sənədləri təqdim etməmişdir. Bundan sonra binanın sakinləri, İddiaçı iştirakı ilə cavabdehə qarşı çıxarışın alınması üçün tələb edilən sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2020-ci il tarixli, 2(005)-413/2020 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı və qeyrilərinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə iddiaçılar olan İddiaçı, X9, X4, X3, X5, X2, X1 və X10 hər birinin mənzilə dair çıxarışın alınması üçün tələb edilən sənədlərin, yəni cəmiyyətə mənzillərlə bağlı borcun olmaması barədə maliyyə arayışlarının, protokoldan çıxarışın, mənzillərin eskiz layihələrinin, binanın istismara qəbul aktının təqdim edilməsi öhdəliyinin qoyulması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2020ci il tarixli, 2(103)-7246/2020 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(005)- 413/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı cavabdehdən aldığı mənzilə dair adına çıxarış almışdır. Hazırda İddiaçı 28 noyabr 2005-ci il tarixdə həmin binada mənfi 3 zirzəmi mərtəbəsində C3 N-li qeyri-yaşayış sahəsinə dair (qaraj) adına çıxarışın alınması üçün lazımı sənədlərin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh sənədləri verməkdən imtina etmişdir. Bununla bağlı pretenziya məktubu cavabdehə göndərilmiş, lakin heç bir nəticə baş verməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-559/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: - Sərv-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti 28 noyabr 2005-ci il tarixli 063 №-li kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən kooperativin qarajının tam ödənişi – 10000 (on min ABŞ dolları) edilmişdir. - Nərimanov Rayon Məhkəməsinin 2(005)-413/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "Sərv-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə iddiaçılar olan İddiaçı, X9, X4, X3, X5, X2, X1 və X6 hər birinin mənzilinə dair çıxarışın alınması üçün tələb edilən sənədlərin, yəni cəmiyyətə mənzillərlə bağlı borcun olmaması barədə maliyyə arayışlarının, protokoldan çıxarışın, mənzillərin eskiz layihələrinin, binanın istismara qəbul aktının təqdim edilməsi öhdəliyi qoyulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7246/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçıların nümayəndəsi vəkil X7 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-413/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı "Sərv-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə pretenziya məktubu ünvanlayaraq müqavilə üzrə öhdəliklərin 5 iş günü ərzində yerinə yetirilməsini, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi məhəllə 492, ev 90A, mənzil 43 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 102, M11, m3) xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddsəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə yaranmış münasibətlərin Mülki Məcəlllənin 178.8ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın həmin tarixdəki redaksiyasının tətbiqini ehtiva edir. Belə ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin qüvvədə olmuş redaksiyasına görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən Cavabdeh MTK-dan qaraja dair çıxarışın alınması üçün tələb edilən sənədlərin, yəni iddiaçının cavabdehə qaraj ilə bağlı borcun olmaması barədə maliyyə arayışı, protokoldan çıxarış, qarajın eskiz layihəsi, binanın istismara qəbul aktının iddiaçıya verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan qarajın dəyərinin tam şəkildə cavabdehə ödənilməsi – iddiaçının cavabdehə borcunun olmaması iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya verilmiş Cavabdeh MTK-nın 28 noyabr 2005-ci il tarixli 063 №-li kassa mədaxil qəbzi ilə təsdiq olunur. Həmin mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən kooperativin qarajının tam ödənişi – 10000 (on min) ABŞ dolları iddiaçı Cavabdeh MTK tərəfindən təhvil alınmışdır. Hazırda qeyd olunan qaraj iddiaçının istifadə və sahibliyindədir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən lazımı sənədlər verilmədiyi üçün iddiaçı əmlakını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə bilmir. Bu səbəbdən də qaraja dair sənədlərin verilməsinə dair hazırki tələb ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Qeyd edilən müddəadan və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən də aydın görünür ki, Mənzil Tikinti Kooperativlərinin payçılarının daşınmaz əmlaka dair sahiblik və istifadə hüquqlarının yaranması Kooperativ üzvünün pay haqqının tam ödənilməsi, sərəncam hüququnu yaranması üçün isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından asılıdır. Hazırki iş üzrə iddiaçı tərəfindən daşınmaz əmlaka dair pay haqqının tam ödənilməsi iş materialları ilə sübut olunur (28 noyabr 2005ci il tarixli 063 №-li kassa mədaxil orderi). Cavabdeh tərəfindən isə bu halları təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən sənədlərin Cavabdeh MTK tərəfindən iddiaçıya verilməməsi iddiaçının daşınmaz əmlaka dair mülkiyyət hüququnu əldə etmək üçün müəyyən hərəkətləri etmək (müvafiq sənədlərin dövlət orqanlarına təqdim etmək və s.) imkanını məhdudlaşdırmış olur ki, bu da nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçı aldığı qarajın dəyərini cavabdehə tam ödədiyindən, iddiaçı tərəfindən icra edilməmiş öhdəliklər qalmadığından, iddiaçı sözügedən əmlakın daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyatdan keçirmək üçün müvafiq sənədlərin cavabdeh tərəfindən verilməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbində göstərilən sənədlərin verilməsindən cavabdehin imtina etməsi iddiaçının əmlaka dair mülkiyyət hüququnu əldə etməsini istisna edə biləcəyindən, eləcə də cavabdehin həmin hərəkətləri iddiaçının mülkiyyət hüquqularının pozulması ilə nətiəcələndiyindən iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 90A saylı evin mənfi 3 zirzəmi mərtəbəsində C3 N-li qaraja dair çıxarışın alınması üçün tələb edilən sənədlərin, yəni iddiaçının cavabdehə qaraj ilə bağlı borcun olmaması barədə maliyyə arayışı, protokoldan çıxarış, qarajın eskiz layihəsi, binanın istismara qəbul aktının İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddia tələbi üzrə iddiaçının rüsumun ödənilməsinə dair tələbi olmadığından onun özünə aid edilməlidir. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 90A saylı evin mənfi 3 zirzəmi mərtəbəsində C3 N-li qaraja dair çıxarışın alınması üçün tələb edilən sənədlərin, yəni iddiaçının cavabdehə qaraj ilə bağlı borcun olmaması barədə maliyyə arayışı, protokoldan çıxarış, qarajın eskiz layihəsi, binanın istismara qəbul aktının İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 90A saylı evin mənfi 3 zirzəmi mərtəbəsində C3 №-li qaraja dair çıxarışın alınması üçün tələb edilən sənədlərin - iddiaçının cavabdehə qaraj ilə bağlı borcunun olmaması barədə maliyyə arayışı, protokoldan çıxarış, qarajın eskiz layihəsi, binanın istismara qəbul aktının İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar