Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-564/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı sair “mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, mənəvi zərər” tələbinə dair ilkin iddia, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kirayə haqqı və mənzilin təhvil verilməsi” tələbinə dair, “AİLƏ PARK" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı1 və İddiaçı2 qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə (açar sözlər: müqavilə öhdəlikləri, mənzil tələbi, müqavilənin ləğvi, kirayə haqqı) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlkin iddia üzrə İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə1, Birləşdirilmiş iddia üzrə İddiaçı2 nümayəndəsi və vəkili X2, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı sair “mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, mənəvi zərər” dair ilkin iddia, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kirayə haqqı və mənzilin təhvil verilməsi” tələbinə dair, “AİLƏ PARK" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı1 və İddiaçı2 qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32- 05101-093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay (100%) üzrə İddiaçı2 mülkiyyətində olmaqla, İddiaçı1 ilə ümumi birgə əmlakları olmuşdur.
2. Nərimanov rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2 ilə İddiaçı1 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuşdur.
3. İddiaçı1 ilə Cavabdeh MTK arasında 06 oktyabr 2021-ci i tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən C.Həcər ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın Cavabdeh MTK tərəfindən sökülməsinə razılıq verir və Cavabdeh MTK isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mənzilin ümumi sahəsinə 25 faiz və daha əlavə edilməklə İddiaçı1 (1/2 hissədə məxsus olmaqla) mülkiyyətində mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi oxdan-oxa 48,7 kv.m olan 1 ədəd təmirsiz mənzili tikib İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı1 bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin əvəzinə Cavabdeh MTK tərəfindən tikilib təhvil veriləcək bir ədəd təmirsiz mənzili qəbul etməyi və 18,231 manat məbləğində pulun 50 faiz hissəsini notarial müqavilə bağlanan gün, qalan 50 faiz hissəsini isə notarial müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariusun depozit hesabı vasitəsilə Cavabdeh MTK-nın xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür.
4. Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-109/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası qismən təmin edilərək, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzilinə İddiaçı1 ½ hissədə payı, İddiaçı2 ½ hissədə payı müəyyən edilmiş və onların həmin paya mülkiyyət hüququ tanınması qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4167/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmış, AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-5657/2021 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayət təmin edilməmişdir.
6. İşə kassasiya instansiyası məhkəməsində baxılan dövrdə, yəni, 06 oktyabr 2021-ci il tarixdə İddiaçı1 ilə Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh QSCtərəfindən inşa ediləcək 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksində ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin əvəzinə sahəsi 48,7 kv.m olan mənzilin təhvil verilməsi ilə bağlı müqavilə bağlanmışdır.
7. Birləşdirilmiş iş üzrə İddiaçı2 ilə 28 fevral 2022-ci il tarixdə Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında onun mülkiyyətində olan ünvan 1-ə dair xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 saylı qətnaməyə uyğun olaraq, əmlak bölgüsü nəticəsində X3 mülkiyyətinə keçəcək ½ hissəsinin əvəzinə həmin ünvanda yeni tikiləcək 5-ci binada, Həsənoğlu küçəsinə baxan istiqamətdə (həmin istiqamətdən sol tərəfdə yerləşən 3 pəncərəli, ümumi sahəsi içdən içə 65,8 kv m olan 1 ədəd təmirsiz (çöl qapısı, bütün pəncərələri olmaqla) 2-ci mənzili tikilməsinə dair müqavilə bağlanmışdır.
8. Müqavilələr imzalanandan sonra İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin paylı mülkiyyətçisi kimi mülkiyyət hüquqları (1/2 hissədə) xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınaraq **********32-05101- 093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
9. Hazırda iddiaçılar Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini, sonuncu isə hər iki iddiaçı ilə bağlanmış müqavilələrin ləğv edilməli olmasını mübahisələndirirlər.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddiaçı1 iddia ərizəsinin dəlilləri
10. İddiaçı1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hüquqi varisi olduğu,Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilənin şərtlərinə müvafiq olaraq mülkiyyətində olan yaşayış sahəsinin yerləşdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində, bilavasitə Həsənoğlu küçəsinə baxan sahədə (küçənin digər tərəfində yerləşən Kepro kosmetika mağazası və Spar market ilə üzbəüz sahədə) inşa edilən, 6 saylı binanın (yaxud 6 saylı blok) 2-8-ci mərtəbələrində razılaşdıqları 48,7 kv.m sahəyə malik olan mənzilin ona təqdim edilməsini və 06 oktyabr 2021-ci il tarixdən 06 oktyabr 2023-cü il tarixə kimi ödənilməmiş kirayə haqqının əvəzinə hər ay 500 (beş yüz) manatdan hesablanmaqla 12 000 (on iki min) manat məbləğində kirayə haqqı məbləğinin, müqavilənin müddətinin bitdiyi 06 oktyabr 2023-cü il tarixdən 06 iyul 2024-cü il tarixə kimi keçən 9 (doqquz ay) ay üçün hər ay 600 (altı yüz) manatdan hesablanmaqla cəmi, 5400 (beş min dörd yüz) manat kirayə haqqı məbləğinin, ona vurduğu mənəvi zərərə görə 15000 (on beş min) manat mənəvi zərərin dəyərinin, ödənilmiş 187 (yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik dövlət rüsumunun əvəzinin birdəfəyə ona ödənilməsinin və mənzilin ona təqdim edilməsinə qədər hər ay 600 (altı yüz) manat kirayə haqqının hesablanıb ona ödənilməsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir)
11. İddiaçı1 iddia ərizəsinə əlavə təqdim edərək, ona təqdim edilməli olan mənzilin 6cı tikilən bina, 5 saylı yeni tikilən binada verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı1 ərizə təqdim edərək, cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ərizənin təsviri hissəsində qeyd olunan maddələrinin əlamətlərinin olmasına əsaslı şübhələr oldüğunu nəzərə alaraq xüsusi qəradad qəbul edəsiniz və müvafiq prokurorluq orqanına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin hüquqi varisı olduğu Cavabdeh Mənzil Tikinti Kooperativi ilə onun arasında 06 oktyabr 2021-ci il tarixli bağlanılmış müqaviləyə əsasən Cavabdeh MTK ilə iki il müddətinə paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə məxsus olmaqla) ona məxsus olan, ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş yaşayış sahəsinin və həmin yaşayış sahəsinin yerləşdiyi binanın sökülməsi, sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək həmin binada ona məxsus yaşayış sahəsinin ümümi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə onun (½ hissədə məxsus olmaqla) mülkiyyətində olan mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi 48.7 (qırx səkkiz tam onda yeddi) kv.m olan 1 ədəd təmirsiz mənzili tikib onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 1.3-cü bəndinə əsasən MTK-nın tikib təhvil verəcəyi mənzili qəbul etməyi və təhvil verdiyi mənzilə əlavə olaraq ödəməli olduğu 18.231 (on səkkiz min iki yüz otuz bir) manat pulun 50 % hissəsini notarial müqavilə bağlanan gün, qalan 50% hissəsini isə notarial müqavilə bağlandiqdan sonra 6 (altı) ay ərzində notariusun depozit hesabı vasitəsi ilə MTK-nın xeyrinə ödəməyi razılaşdırmışdırlar. Müqavilə şərtlərinə uyğun olaraq o mülkiyyətində olan yaşayış sahəsini təhvil vermişdir. Mülkiyyətində olan yaşayış sahəsi yerləşən Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı bina icraçı tərəfindən sökülərək yerində çoxmərtəbəli bina tikilmişdir. Lakin İcraçı bu günədək müqavlə şərtlərini yerinə yetirməyərək mənzilin ona təqdim edilməsini təmin etmir. Nəticədə əlavə ödəməli olduğu 18.231 manat pulun da müqavilə şərtlərinə müvafiq olaraq icraçının hesabına ödənişini həyata keçirə bilmir. Keçən müddət ərzində dəfələrlə Cavabdeh MTK-ya, hazırda isə hüquqi varis kimi Cavabdeh QSC-yə müraciət etsə də, təhvil verdiyi mənzilin əvəzinə yeni tikilmiş binada müqavilə ilə razılaşdıqları mənzili ona təqdim etmirlər, müqavilə öhdəliklərini yerinə yetirmirlər. Bundan başqa İcraçı ilə onun arasında olan müqavilədə razılaşdırılsa da (Müqavilənin 2.1.9-cu bəndi), İcraçı bu günədək ona kirayə haqqı ödəməmişdir. Odur ki, 06 oktyabr 2021-ci tarixdən 06 oktyabr 2023-cü il tarixə kimi olan dövr ərzində hər ay 250 (iki yüz əlli) manatdan hesablanmaqla 6000 (altı min) manat kirayə haqqı məbləğinin də birdəfəyə ona ödənilməsi təmin edilməlidir. Eyni zamanda hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirib müqavilədə razılaşdırdıqları mənzili ona təqdim edənə kimi har ay üçün 600 (altı yüz) manat olmaqla kirayə haqqı hesablanmalı və ona ödənilməlidir. Əslində cavabdehlə müqavilə bağladıqları dövrdə də cavabdeh onun hüquqlarını pozaraq çox aşağı məbləğdə (iki yüz əlli manat) kirayə haqqı müqaviləyə daxil etmişdir. Hazırda ona məxsus olan yaşayış sahəsinin olduğu, cavabdeh tərəfindən sökülən binanın yerləsdiyi ünvanda 1-2 otaqlı mənzillərin kirayə haqqı 600 manatdan aşağı deyil. Ona görə də cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq sökülmüş mənzilnin əvəzində ona mənzil təqdim edənə kimi hər ay 600 yüz manat kirayə haqqının cavabdehdən alınıb ona verilməsi ədalətlidir, qanunun tələblərinə uyğundur. Qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisənin barışıq yolu ilə həll edilməsi məqsədilə cavabdehə həm elektron qaydada, həm də poçt vasitəsi ilə məktub ünvanlasa da heç bir münasibət bildirməmişdir. Hesab edir ki, cavabdeh bu qeyri-qanuni hərəkətləri ilə, müqavilə öhdəliklərini yerinə yetirməməklə, yəni sökdükləri yaşayış sahənin əvəzinə ona mənzil verməkdən imtina etməklə, istifadəsinə verməkdən yayınmaqla, kirayə haqqı ödəməməklə ona maddi və mənəvi zərər yetirirlər, onun konstitusiyada və qanunlarda təsbit olunmuş hüquqlarını kobud şəkildə pozurlar. Cavabdehlə qarşılıqlı razılığa gəlmək cəhdləri bir nəticə vermədiyindən, qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
b) Birləşdirilmiş iş üzrə İddiaçı2 iddia ərizəsinin dəlilləri
14. Birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı kirayə haqqı tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 1500 manat kirayə haqqının, ödənilmiş 40 manat dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 360 manat, ümumilikdə isə 1900 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Birləşdirilmiş iş üzrə İddiaçı2 iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehin hüquqi varisi olduğu Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 28 fevral 2022-ci İİ tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçinin (iddiaçının) mülkiyyətində olan **********32-05101-093013 Reyestr nömrəli mənzilin xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 saylı qətnaməyə uyğun olaraq, əmlak bölgüsü nəticəsində Sifarişçinin mülkiyyətinə keçəcək 1/4 hissəsinin əvəzinə həmin ünvanda tikiləcək 5-ci binada, Həsənoğlu küçəsinə baxan istiqamətdə (həmin istiqamətdəki liftdən sol tərəfdə) yerləşən 3 pəncərəli, ümumi sahəsi içdən-içə 65,8 kv.m. olan 1 (bir) ədəd təmirsiz (sol qapısı, bütün pəncərələri olmaqla) 2-ci mənzili tikib Sifarişçinin mülkiyyətinə verməyi öhdəsinə götürməsini nəzərə alaraq həmin mənzilin iddiaçıya təhvil verilməsi, 01 oktyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək kirayə haqqının (iyul ayı daxil olmaqla) hər ay üçün 500 manat hesablanmaqla 5000 manat, 40 manat dövlət rüsumunun, hüquqi yardın göstərilməsi üçün ödənilmiş 360 manat, ümumilikdə isə 5400 manat məbləğində pul vəsaitinin İddiaçı2 ödənilməsinin cavabdeh “AİLƏ” PARK” Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı2 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında “Mənzil Tikintisi haqqında” xx.xx.2022-ci il tarixli müqaviləsi cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi X11 şəxsində bir tərəfdən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı2 tərəfindən aşağıdakı məqsəd və şərtlərlə imzalamışdırlar. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı2 ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş, ona məxsu olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə razılıq vermişdir. Müqavilənin 2.1.9-cu bəndinə əsasən müqavilədə qeyd edilən yeni bina icraçı tərəfindən mülkiyyətçilərə tam təhvil verilənədək sifarişçinin yeni yaşayış sahəsini kirayə götürməsi üçün aylıq 500 manat nəzərdə tutulmuş kirayə haqqını tələb etmək hüququna malikdir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən icraçı 01 oktyabr 2023-cü ildən başlayaraq (mənzil təhvil verilən gündən, 01 fevral 2022-ci ildən) yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək və sifarşçinin mənzili sonuncuya təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə bu müqavilənin 2.1.9-cu bəndində nəzərdə tutulmuş şərtlərlə rübdə bir dəfə hər rübün 1-ci ayının 15-dək Sifarişçiyə kirayə haqqı ödənilməsini təmin etməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən Sifarişçi və İcraçı razılaşırlar ki, Sifarişçinin mülkiyyətinə veriləcək mənzilinə sahəsinin bu müqavilədə qeyd edilmiş söküləcək mənzildən çox olmasına görə icraçı bu müqavilənin 2.1.9-cu bəndinə qeyd edilən kirayə haqqının xx.xx.2022-ci ilədn etibarən 21-ci aydan yəni, 01 oktyabr 2023-cü ildən başlayaraq sifarişçiyə ödənilməsini təmin etməlidir. Sifarişçinin mülkiyyətinə keçəcək mənzilin sahəsi əvvəlki mənzilin sahəsinin 16.3 kv.m artıq olduğundan Sifarişçi müqavlənin imzalanmasından etibarən 21 ayadək olan kirayə haqqından və mənzilin əsaslı təmir edilməsindən imtina edir. 21-ci aydan başlayaraq icraçı bu müqavilə uyğun qaydada kirayə ödənişini təmin edir. Və əmlak bazarında kirayə qiymətləri qalxarsa, kirayə haqqı həmin qiymətlərə uyğun qalxmalıdır. 3 aylıq kirayə haqqının ödənlməsi tələbi ilə cavabdehin ofisin müraciət etdikdə ona "xxxx" ASC-nin rəsmi filialından hesab açılmasının vacibliyini bildirdilər. xx.xx.2023-cü il tarixdə həmin bankda hesab açıb bank rekvizitlərini cavabdehə təqdim etmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu təqdim edilməsinə baxmayaraq bugünə kimi borc ödənilməmiş qalmaqdadır.
c) Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin iddia ərizəsinin dəlilləri
17. “AİLƏ PARK" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı1 qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə “AİLƏ PARK" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində AİLƏ PARK" Qapalı Səhmdar Cəmiyyətin məxsus 9 bloklu “Whitstone Towers” adlı yaşayış kompleksində sahəsi 48.7 kv.m və 65.8 kv.m olan təmirsiz mənzillərə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 06 oktyabr 2021-ci il tarixli və 28 fevral 2022-ci il tarixli müqavilələrin ləğv edilməsi, yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş iddiaçıların razılığına əsasən sökülmüş sahəsi 49,36 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin bazar qiymətinə əsasən dəyərinin iddiaçıların paylarına mütənasib (1/2 hissədə hər birinə) şəkildə iddiaçı “AİLƏ PARK" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı AİLƏ PARK" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun qarşılıqlı idida üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (Qarşılıqlı iddia dəqiqləşdirilmişdir)
18. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 ilə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" QSC (keçmiş “Ailə Park" MTK) arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 03.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri. Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh QSC-yə məxsus 9 bloklu “Whitestone Towers" adlı yaşayış kompleksində sahəsi 48.7 kv.m. olan təmirsiz mənzilə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqnda" 06 oktyabr 2021-ci il tarixli müqavilə bağlanmışdır. Belə ki, müqavilənin:1.1-ci bəndinə əsasən Sifarişçi (iş üzrə cavabdeh) ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın İcraçı (iş üzrə iddiaçı) tərəfindən sökülməsinə razılıq verir, İcraçı isə əvəzində sökülmüş sahədə yeni yaşayış binasının tikintisini heyata keçirərək bu binada ümumi sahəsinə 25% (iyirmi beş) faiz əlavə edilməklə oxdan-oxa 48,7 kv.m. olan təmirsiz mənzili tikib Sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. 1.3 və 2.1.14-cü bəndlərinə əsasən Sifarişçi (iş üzrə cavabdeh) mülkiyyətində olan mənzilin əvəzinə İcraçı (iş üzrə iddiaçı) tərəfindən tikilib təhvil veriləcək təmirsiz mənzili qəbul etməklə yanaşı 18231 (on səkkiz min iki yüz otuz bir) manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada bağlandığı gün, qalan 50% (əlli) faiz hissəsim isə notarial qaydada müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi ilə İcraçıya ödəməyi öhdəsinə götürmüşdür.1.10-cu bəndinə əsasən Sifarişçi (iş üzrə cavabdeh) müqavilədə göstərilən müddət ərzində İcraçının (iş üzrə iddiaçı) müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə təhvil verdiyi təmirsiz mənzili 3 (üç) gün müddətində qəbul etməyi öhdəsinə götürmüşdür. 2.1.1-ci bəndinə əsasən Sifarişçi söküntüsü nəzərdə tutulan binada ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzili boşaldaraq mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrim, mənzilin yüklü olmaması haqqında arayışı, mənzil üzərində mülkiyyət hüquqjnu təsdiq edən sənədi, texniki pasportu təqdim etmək şərti ilə mənzili İcraçıya təhvil verməyi öhdəsinə götürmüşdür. 2.2.10-cu bəndinə əsasən Sifarişçi bu müqavilədə nəzərədə tutulmuş vəzifələrini yerinə yetirmədikdə göstərilən öhdəlik yerinə yetirilənədək İcraçı mənzilin təhvil verilməsini uzatmaq ve kirayə haqlarının ödənişini dayandırmaq hüququ vardır. Sifarişçi bu müqavilə ilə müəyyən edilmiş müddətdə mənzili boşaldıb təhvil vermədikdə o cümlədən yeni tikilmiş binadakı mənzili qəbul etmədikdə İcraçının bu müqavilədə nəzərdə tutulmuş kirayə haqlarının verilməsini dayandırmaq hüququ vardır. Cavabdeh İddiaçı1 müqavilənin 2.1.10-cu bəndinə müvafiq olaraq inşa edilmiş mənzilin təhvil verilməsi və 1.3, 2.2.11 və 2.1.14-cü bəndlərinə müvafiq olaraq 18231 (on səkkiz min iki yüz otuz bır) manat məbləğində borcun ödənilməsi ilə bağlı telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə QSC tərəfindən xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmiş və yeni mənzil təhvil alınmamışdır. Göstərilən öhdəliklər cavabdeh İddiaçı1 tərəfindən yerinə yetirilməmişdir (lazımınca yerinə yetirilməmişdir). 06 oktyabr 2021-ci ıl tarixli müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Qeyd etməyi zəruri hesab edirlər ki, “Ailə Park" QSC yaşayış kompleksində çoxmərtəbəli binaların inşasının davam etdirilməsi cavabdehin ödənişindən, həmçinin yeni mənzilin təhvil almasından asılıdır (mənzil təhvil verildikdən sonra kirayə haqqının ödənilməsi dayandırılır) birbaşa asılıdır. Cavabdehdən müqavilədə göstərilən şərtlərlə vəsait daxil olmadığı halda lazımi mal-materialların alınması mümkün olmur nəticədə isə binalarda tikinti işləri iflic vəziyyətə düşür və QSC maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa, müqavilə bağlandığı müddətdən bu günə qədər manatın iki dəfə devalvasiyası baş vermişdir. Göründüyü kimi, cavabdeh İddiaçı1 öhdəliyini yerinə yetirmədiyindən QSC-ni maddi və mənəvi ziyana məruz qoymuşdur. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyətli pozuntu sayılır, belə ki, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də sözügedən müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Əlavə olaraq qeyd etməyi vacib hesab edirlər ki, cavabdehlə xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən cavabdehin o zaman həyat yoldaşı olan İddiaçı2 sökülmüş ünvan 1-də qeydiyyatda olmaqla yanaşı həmin mənzilin yeganə mülkiyyətçisi olmuşdur. Bunu daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32-05101- 093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış təsdiq edir. İddiaçı2 ilə İddiaçı1 arasında 11 10.2008-ci il tarixdə bağlanmış nikah Nərimanov rayon Məhkəməsinin 2(005)- 213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh İddiaçı1 ünvan 1-də yaşamamışdır. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu. Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin paylı mülkiyyətçisinə (1/2 hissədə) yalnız xx.xx.2023-cü il tarixdə çevrilmişdir (hüququ əldə etmişdir). Bunu daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32-05101-C93013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış təsdiq edir Beləliklə, göstərilənlərdən aşağıdakılar hasil olunur : Cavabdeh İddiaçı1 ünvan 1 dair mülkiyyət hüququnu (1/2 hissədə) xx.xx.2023-cü il tarixdə əldə etməyinə baxmayaraq iddiaçı "xxxx" QSC ilə xx.xx.2021-ci il tarixdə yeni mənzilə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında' müqavilə bağlanmışdır. Göründüyü kimi, bu müqavilənin xx.xx.2021-ci il tarixdə bağlanmasına cavabdehin nə hüququ (1/2 hissəsdə mülkiyyət hüququ) nə də ki. səlahiyyəti var idi. 06 oktyabr 2021-ci il tarixdə yeni mənzilə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanarkən müqavilənin 2.1.1-ci bəndində göstərilən öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir (müqavilə şərtlərini pozmuşdur) - mənzildə qeydiyyatda olan keçmiş həyat yoldaşı İddiaçı2 notarial qaydada təsdiq olunmuş ərizəsi alınmamış və idciaçıya təqdim edilməşdir. xx.xx.2021-ci il tarixə tam pay (100%) üzrə mülkiyyətçi İddiaçı2 Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququ və ayrıca mənzildən istifadə hüququ cavabdeh İddiaçı1 tərəfindən kobud şəkildə pozulmuşdur. xx.xx.2020-ci il tarixdən (2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamə) etibarən cavabdeh Bakı şəhəri, Nərimanov rayonu. Həsənoğlu küçəsi, ev 14. mənzil 28-də yaşamamışdır. Kirayə haqqı QSC tərəfindən yalnız mənzil (bina) sökülən tarixə kimi orada yaşamış və köçürülmüş sakinlərə verilməsi nəzərdə tutulmuşdur.
d) Cavabdeh QSC-nin etiraz ərizəsinin dəlilləri
19. Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020- ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh QSC-yə məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksində sahəsi 48.7 kv.m. və 65.8 kv.m. olan təmirsiz mənzillərə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” 06 oktyabr 2021-ci il tarixli və 28 fevral 2022-ci il tarixli müqavilələr bağlanmışdır. Nərimanov rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2 ilə İddiaçı1 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-109/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 1 (kirayə haqqı ödənilməsi nəzərdə tutulan mənzil) İddiaçı2 Vz hissədə və İddiaçı1 1\2 hissədə payları müəyyən edilərək onların həmin paya mülkiyyət hüquqularının tanınması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32-05101- 093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin paylı mülkiyyətçisinə (1/2 hissədə) xx.xx.2023-cü il tarixdə çevrilmişlər (hüququ əldə etmişlər). Cavabdeh QSC ilə İddiaçı1 arasında “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Cavabdeh QSC ilə İddiaçı2 qızı arasında “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin qeyd edilən tarixlərdə bağlanmasına İddiaçı2 və İddiaçı1 nə hüququ (1/2 hissəsdə mülkiyyət hüququ) nə də ki, səlahiyyəti var idi. Qeyd edilən tarixlərdə yeni mənzilə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanarkən müqavilələrin 2.1.1-ci bəndində göstərilən öhdəliklər İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməmişdir (müqavilə şərtlərini pozmuşlar) - qeyd edilən müqavilələrin bağlanması üçün mənzildə qeydiyyatda olan adları çəkilən hər iki şəxsin biri digərinə notarial qaydada təsdiq olunmuş razılıq ərizələri QSC-yə təqdim edilməmişdir. İddiaçı1 ilə QSC arasında mübahisəli mənzilin 1/2 hissəsinə müqavilə bağlanan tarixə (xx.xx.2021-ci il) həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32-05101-093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay (100%) üzrə İddiaçı2 mülkiyyətində olduğu üçün sonuncunun Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququ və ayrıca mənzildən istifadə hüququ İddiaçı1 tərəfindən kobud şəkildə pozulmuşdur. xx.xx.2020-ci il tarixdən (Nərimanov rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi) etibarən (hətta bu tarixdən əvvəl) İddiaçı1 mübahisəli mənzildə yaşamamışdır. Kirayə haqqı QSC tərəfindən yalnız mənzil (bina) sökülən tarixə kimi orada yaşamış və köçürülmüş sakinlərə verilməsi nəzərədə tutulmuşdur. Qeyd etmək lazımdır ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünmüşdür: Əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır). Əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir). Əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər). Əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilir.
Məhkəmə iclasında verilən izahatlar
20. Məhkəmə iclasında iştirak edən iddiaçı ilkin iddia üzrə İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələblərininin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iddia üzrə İddiaçı2 nümayəndəsi və vəkili X9 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək, iddia tələblərininin təmin edilməsini xahiş etmişdir.
Mülki işin materialları
23. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətində olan, şəhərin və ərazinin ümumi görününşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 27520 ha torpaq sahəsi həmin tikililərin istifadəşiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilməsinə dair göstəriş verilmişdir.
24. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-109/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, İddiaçı2 "Rayteeh” MMC-də 100 manat dəyərində 1 pay hüququna, 'Technoitsupport” MMC-də 30 manat dəyərində 30 pay hüququna, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzilinə, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0570 ha torpaq sahəsinə İddiaçı1 ½ hissədə payı, İddiaçı2 ½ hissədə payı müəyyən edilmiş və onların həmin paya mülkiyyət hüququ tanınması, İddiaçı2 ‘X21” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin satışına görə əldə edilmiş vəsaitin yarısı olan 10000 manat (on min) məbləğində pul İddiaçı1 xeyrinə tutulması, ilkin iddia tələbi qalan hissələrdə təmin edilməməsi, İddiaçı2 İddiaçı1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi’ tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4167/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, X3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-109/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə (“X21” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışına görə əldə edilmiş vəsaitin yarısı olan 10000 manat pulun İddiaçı1 xeyrinə tutulması) dəyişdirilmədən saxlanılmışdır.
26. Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 06 oktyabr 2021-ci il tarixli müqavilədən görünür ki İddiaçı1 ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın Cavabdeh MTK tərəfindən sökülməsinə razılıq verir və Cavabdeh MTK isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mənzilin ümumi sahəsinə 25 faiz və daha əlavə edilməklə İddiaçı1 (1/2 hissədə məxsus olmaqla) mülkiyyətində mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi oxdan-oxa 48,7 kv.m olan 1 ədəd təmirsiz mənzili tikib İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2. bəndinə əsasən Mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir. Müqavilənin 1.3. bəndinə əsasən İddiaçı1 bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin əvəzinə Cavabdeh MTK tərəfindən tikilib təhvil veriləcək bir ədəd təmirsiz mənzili qəbul etməyi və 18,231 manat məbləğində pulun 50 faiz hissəsini notarial müqavilə bağlanan gün, qalan 50 faiz hissəsini isə notarial müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariusun depozit hesabı vasitəsilə Cavabdeh MTK-nın xeyrinə ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.9 bəndinə əsasən İddiaçı1 yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 250 manat nəzərdə tutulmuş kirayə haqqını tələb etmək hüququ vardır. Müqavilənin 2.2.5 bəndinə əsasən Cavabdeh MTK-nın yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən İddiaçı1 təmirsiz mənzili təhvil verməyi öhdəsinə götürmüşdür.
27. 6 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilən İddiaçı1 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, X6 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsinə və Cavabdeh MMC tərəfindən veriləcək yeni mənzilə dair İddiaçı1 və X10 arasında müqavilə bağlanmasına razıdır və etiraz etmir.
28. xx.xx.2023-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzil ½ hissədə xüsusi mülkiyyət hüququ ilə İddiaçı1, ½ hissədə X6 məxsusdur.
29. İddiaçı1 tərəfindən Cavabdeh QSC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 06 oktyabr 2021-ci il tarixli müqavilənin şərtlərinə müvafiq olaraq mülkiyyətində olan yaşayış sahəsinin yerləşdiyi, Cəmiyyət tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 saylı binanın yerində tikilmiş yeni binanın (2-8-ci) mərtəbələrində razılaşdıqları 48.7 kv.m sahəyə malik olan mənzilin ona təqdim edilməsi və indiyədək ödənilməmiş 6000 manat məbləğində kirayə haqqı məbləğinin ona ödənilməsinin təmin olunmasını təklif edir və 7 gen müddətində təklifinə cavab verilməsini xahiş edir, əks təqdirdə məsələnin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir.
30. Cavabdeh QSC tərəfindən İddiaçı1 ünvanlanan 25 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixli pretenziyasına cavab olaraq bildirilir ki, xx.xx.2021-ci il tarixdə onunla Cavabdeh MTK arasında bağlanmış müqavilənin şərtləri tərəfindən icra edilməməsi səbəbindən qeyd olunan müqavilə icra olunmamışdır. Bununla bağlı onunla Cavabdeh QSC-nin ofisində dəfələrlə görüşlər və fikir mübadilələri və eyni zamanda telefon danışıqları aparılmışdır. Əfuslar olsun ki, tərəfindən qeyd olunan müqavilənin şərtlərini yerinə yetirmək üçün heç bir hərəkət edilməmişdir. Bu da onu sübut edir ki, onun bu müqavilənin şərtlərini yerinə yetirmək niyyəti olmamış və nəticədə sözügedən müqaviləyə tərəflərindən birtərəfli qaydada xitam verilmişdir. Qeyd olunanları nzərə alaraq Cavabdeh QSC sökülmüş olan ünvan 1 ünvanında yerləşən mənzilin əvəzinə Cavabdeh QSC tərəfindən inşa edilən yeni 5 saylı binada sökülmüş 54.90 kv m. mənzilin əvəzinə 65.8 kv.m olan mənzil mülkiyyətçi İddiaçı2 verilmişdir. Boşanma qətnaməsini nəzərə alınaraq ona da eyni mənzil (1/2 hissə məxsus olmaqla) təhvil veriləcəkdir. Sözügedən mənzilin ½ hissə olaraq ona təhvil verilməsi üçün boşanma qətnaməsinin surəti, mənzilin çıxarışı ½ hissə olmaqla 3 iş günü ərzində Cavabdeh QSC-yə poçt vasitəsilə göndərilməsi xahiş olunur.
31. “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” 28 fevral 2022-ci il tarixli müqavilədən görünür ki X10 ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın Cavabdeh MTK isə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada X3 mülkiyyətində olan **********32-05101-093013 reyestr nömrəli mənzilin xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 saylı qətnaməyə uyğun olaraq, əmlak bölgüsü nəticəsində X3 mülkiyyətinə keçəcək ½ hissəsinin əvəzinə həmin ünvanda yeni tikiləcək 5-ci binada, Həsənoğlu küçəsinə baxan istiqamətdə (həmin istiqamətdən sol tərəfdə yerləşən 3 pəncərəli, ümumi sahəsi içdən içə 65,8 kv m olan 1 ədəd təmirsiz (çöl qapısı, bütün pəncərələri olmaqla) 2-ci mənzili tikib X3 mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.1.9 bəndinə əsasən bu müqavilədə qeyd edilən yeni bina Cavabdeh MTK tərəfindən mülkiyyətçilər tam təhvil verilənədək X3 yeni yaşayış sahəsini kirayə götürməsi üçün aylıq 500 manat nəzərdə tutulmuş kirayə haqqını tələb etmək hüququ vardır. Müqavilənin 2.2.5 bəndinə əsasən Cavabdeh MTK-nın yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən İddiaçı1 təmirsiz mənzili təhvil verməyi öhdəsinə götürmüşdür.
32. Cavabdeh QSC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2022ci il tarixli müqavilənin 2.1.9-cu bəndində qeyd edilən kirayə haqqının xx.xx.2022-ci il tarixdən etibarən 21-ci aydan, yəni 01 oktyabr 2023-cü il tarixdən başlayaraq ona ödənilməsini təmin edilməsini xahiş edir, əks təqdirdə məsələnin qanuni məcburiliyinin həll edilməsi məqsədilə məhkəməyə müraciət ediləcək.
33. Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X6 məxsusdur. Bu xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.
34. X22 və Qiymətləndirmə Şirkətinin 30 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində yerləşən köhnə tikili sahəsindən asılı olaraq 500-650 manat arasında dəyişir. Yeni tikili sahəsindən asılı olaraq 700-900 manat arasında dəyişir.
35. Cavabdeh QSC tərəfindən İddiaçı1 ünvanlanan 12 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bildirilir ki, onun tərəfindən müqavilənin şərtlərində qeyd edilən öhdəliklər götürülməsinə baxmayaraq həmin öhdəliklər yerinə yetirilməmişdir. Belə ki, müqavilənin şərtlərinə uyğun olaraq yeni tikilmiş binada sözügedən mənzilin xx.xx.2022-ci tarixdən etibarən alınması və 18231 manat məbləğində borcun ödənilməsi ilə onunla telefon vasitəsilə dəfələrlə əlaqə saxlanmasına baxmayaraq qeyd edilən məbləğ ödənilməmiş və yeni mənzil təhvil alınmamışdır.
36. Cavabdeh QSC tərəfindən X6 ünvanlanan 22 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, bildirilir ki, onun tərəfindən müqavilənin şərtlərində qeyd edilən öhdəliklər götürülməsinə baxmayaraq həmin öhdəliklər yerinə yetirilməmişdir. Belə ki, müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə etibarən təhvil verilməsi məqsədilə onunla telefon vasitəsilə dəfələrlə əlaqə saxlanılmışdır, lakin müsbət nəticə əldə edilməmişdir.
37. Hüquq və Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC-nin 06 aprel 2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1ünvanında mövcud olmuş, İddiaçı1 və X6 məxsus 2 otaqlı, 49,36 kv.m ümumi sahədən ibarət mənzilinin təminliliyindən, mərtəbələləyindən asılı olaraq 05 aprel 2024-cü il tarixinə 1 kv.m üzrə bazar dəyəri 2000-2200 manat, ümumi sahə üzrə bazar dəyəri 100000 manat təşkil edir.
38. Püşkatmanın nəticəsinə dair protokollardan görünür ki, Cavabdeh QSC digər sakinlər olan X7, X4, X12, X8 və qeyrilərinə mənzilləri təhvil vermiş, onlar da qəbul etmişdirlər.
39. 08 fevral 2022-ci il tarixli mənzilin icraçı şirkətə təhvil verilməsinə dair aktdan görünür ki, mənzilin təhvil-təslimindən sonra müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş aylıq kirayə ödənişləri imzaladığı bu akt əsasında hesablanaraq mülkiyyətçinin cari manat hesabına və ya bank kartına köçürüləcəkdir. Kirayə ödənişləri mənzilin icraçı şirkətə təhvil verildiyi gündən hesablanır.
40. AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-5657/2021 saylı qərardadı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayət təmin edilməmişdir.
41. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Bakı Şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 359 manat ödəniş edilmişdir.
42. AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Milli Operatorun məktubundan görünür ki, araşdırma zamanı müəyyn edilmişdir ki, xx.xx.2023-cü il tarixdə AİLƏ PARK” QSC tərəfindən AZ1011 saylı poçt şöbəsi vasitəsilə göndərilən məktub “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na tələblərinə zidd olaraq həmin poçt şöbəsinin poçtalyonu tərəfindən xidmət göstərdiyi ərazidən kənar ünvana aparılmışdır. Poçtalyonun xidmət ərazisinə aid olmayan ünvana məktub çatdırması xahişini ona Cavabdeh QSC-nin əməkdaşı olan Nümayəndə2 etmişdir. “Poçt haqqında Azərbyacan Respublikasıının Qanunu”nun, eyni zamanda “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın müddəalarını kobud surətdə pozaraq "xxxx" MMC-nin fəaliyyətinə müdaxilə olunduğu, eləcə də dövlət hakimiyyəti orqanları qarşısında işgüzar nüfuzuna xələl gətirildiyi üçün qeyd olunan məsələnin araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə AR Prokurorluq orqanlarına müraciət edilməsi nəzərdə tutulmuşdur.
43. xx.xx.2024-cü il tarixli yerli müayinə protokolundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ünvanında yerləşən binaya ilkin iddia üzrə İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə1, ilkin iddia üzrə İddiaçı2, onun nümayəndəsi və vəkili X9, ilkin iddia üzrə Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2, ilkin iddia üzrə Cavabdeh QSC-nin lahiyə meneceri X1 iştirakı ilə baxış keçirilmişdir.
Mülki işə tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. - 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, - 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: - 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; - 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; - 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; - 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. - 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun
İşə baxan məhkəmənin mövqeyi:
45. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərin podrat müqavilə münasibətləri əsasında olmaqla hər iki tərəfin iddia tələbənin əsası kimi müqavilə şərtlərinin yerinə yetirilməməsinə istinad etməsini və qarşılıqlı iddianın da məhz həmin əsaslar da daxil olmaqla digər qanunvericilik tələblərinin pozulması əsası ilə bağlanmış müqavilələrin ləğvini tələb etməsini nəzərə alaraq hesab edir ki, ilkin iddiaların hüquqi taleyi qarşılıqlı iddiaya veriləcək hüquqi qiymətlə bağlıdır. Buna görə də məhkəmə ilk növbədə qarşılıqlı iddia tələbləri üzrə irəli sürülən dəlillərə qiymət verməyi önəmli sayır.
46. Qanunvericiliyə görə müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər.
47. Qanunverici, müqavilənin dəyişdirilməsini tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarında mümkün saymışdır.
48. Bundan əlavə, müqavilə öhdəliyinin hər cürə pozuntusu, yaxud müqavilə bağlanarkən əsas götürülən şəraitin dəyişməsi deyil, pozuntunun və şərait dəyişikliyinin yalnız əhəmiyyətli olduğu hallarda müqavilə dəyişdirilə bilər. Öhdəliyin pozulması və şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfı təmin etmək istədiyi mənafedən (ümid etməyə haqqı çatandan) xeyli dərəcədə məhrum olur, yaxud dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən əldə edəcəkləri mənfəəti, yaxud mövcud şəraitinin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin dəyişdirilməsindən söhbət gedə bilməz.
49. Qarşılıqlı iddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin ləğv edilməsinin əsası kimi əsasən qeyd edilən tarixlərdə müqavilələrin bağlanmasına İddiaçı2 və İddiaçı1 nə hüququ (1/2 hissəsdə mülkiyyət hüququ) nə də ki, səlahiyyəti olmamasına, İddiaçı1 ilə QSC arasında mübahisəli mənzilin 1/2 hissəsinə müqavilə bağlanan tarixə həmin mənzilin tam pay (100%) üzrə İddiaçı2 mülkiyyətində olduğu üçün sonuncunun Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququ və ayrıca mənzildən istifadə hüququ İddiaçı1 tərəfindən kobud şəkildə pozulmasına, Nərimanov rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul tarixindən, hətta bu tarixdən əvvəl də İddiaçı1 mübahisəli mənzildə yaşamamasına dair dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, tələb müqavilənin ləğv ilə bağlı olsa da, məzmunu əsasən müqavilələrin etibarsızlığını özündə ehtiva edir.
50. Bundan əlavə, İddiaçı1 ilə müqavilə bağlanan zaman artıq Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzilinə İddiaçı1 ½ hissədə payı, İddiaçı2 ½ hissədə payı müəyyən edilmiş və onların həmin paya mülkiyyət hüququ tanınmasına dair birinci və apellyasiyasi instansiya məhkəmələrinin qətnamələri mövcud idi və işin materiallarından göründüyü kimi, müqavilənin bağlanmasından 13 gün sonra xx.xx.2021-ci il tarixdə qətnamə qanuni qüvvəsini almışdır (AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-5657/2021 saylı qərarı).
51. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı2 tərəfindən qətnamə mübahisəli mənzil – yəni ünvan 3 ünvanında yerləşən 28 nömrəli mənzilə dair hissədə deyil, digər hissədə mübahisələndirilmişdir.
52. Bundan da 4 ay sonra İddiaçı2 ilə 28 fevral 2022-ci il tarixli müqavilə bağlanarkən müqavilədə xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 saylı qətnaməyə uyğun olaraq, əmlak bölgüsü nəticəsində X3 mülkiyyətinə keçəcək ½ hissəsi nəzərə alınması qeyd edilmişdir. Başqa sözlə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh QSC-yə məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksində sahəsi 48.7 kv.m. və 65.8 kv.m. olan təmirsiz mənzillərə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” 06 oktyabr 2021-ci il tarixli və 28 fevral 2022ci il tarixli müqavilələr bağlayarkən Cavabdeh MTK məhkəmə qətnamələrinin mövcudluğundan tam məlumatlı olmaqla, faktiki olaraq tərəflər arasında mənzillə bağlı əmlak bölgüsünə dair məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasa da belə onun icrası istiqamətində iddiaçıların maraq və mənafeyini nəzərə almışdır və bu halda sonuncuların Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin paylı mülkiyyətçisi kimi mülkiyyət hüquqlarının (1/2 hissədə) qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınməqla müvafiq çıxarış verilməsini gözlənilməsinə heç bir hüquqi zərurət yox idi. Beləliklə də, mübahisələndirilən müqavilə bağlanan zaman iddiaçıların mənzilin paylı mülkiyyətçisi kimi mülkiyyət hüquqlarının (1/2 hissədə) qeydə alınmaması və bu hüququn xx.xx.2023-cü il tarixdə qeydə alınması faktlarının mövcudluğu müqavilənin ləğvi üçün əsas ola bilməz.
53. Həmçinin məhkəmə qeyd etməyi də zəruri sayır ki, İddiaçı1 ilə Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilə İddiaçı2 tərəfindən mübahisələndirilməmiş və onun özü ilə də eyni məzmunlu 28 fevral 2022-ci il tarixli müqavilə bağlanması sonuncunun 06 oktyabr 2021-ci il tarixli müqaviləni bəyənməsi kimi qiymətləndirilir.
54. Belə olan vəziyyətdə hazırda qarşılıqlı iddiaçının müqavilələrin bağlanmasına İddiaçı2 və İddiaçı1 1/2 hissəsində mülkiyyət hüququ olmadıqları halda səlahiyyəti olmamalarına dair dəlilləri tam əsassızdır.
55. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı1 ilə QSC arasında mübahisəli mənzilin 1/2 hissəsinə müqavilə bağlanan tarixə həmin mənzilin tam pay (100%) üzrə İddiaçı2 mülkiyyətində olduğu üçün sonuncunun Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququ və ayrıca mənzildən istifadə hüququ İddiaçı1 tərəfindən kobud şəkildə pozulması ilə bağlı hər hansı mühakimə yürütməsinə Cavabdeh QSC-nin subyektiv hüququ olmamış və yoxdur.
56. Nərimanov rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul tarixindən, hətta bu tarixdən əvvəl də İddiaçı1 mübahisəli mənzildə yaşamamasına dair dəlilləri ilə qarşılıqlı iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut növü təqdim etmədiyindən məhkəmə bu dəlili də əsassız sayır.
57. Məhkəmə həmçinin qarşılıqlı iddianın qeyd edilən müqavilələrin bağlanması üçün mənzildə qeydiyyatda olan adları çəkilən hər iki şəxsin biri digərinə notarial qaydada təsdiq olunmuş razılıq ərizələrini QSC-yə təqdim edilməməsi ilə müqavilələrin 2.1.1-ci bəndində göstərilən öhdəliklərin İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməməsi (müqavilə şərtlərini pozmaları) kimi dəlillərinə də qiymət verərək bu dəlili də əsassız sayır.
58. Belə ki, belə bir razılıq ərizələrinin verilməməsi faktı olsa da, bu tərəflər arasında bağlanmış muqavilənin əsas şərtlərinin yerinə yetirilməsi üçün ciddi maneə yaratmır və işin faktiki, araqdırılmış halları baxımından müəyyən edilmişdir ki, İddiaçı2 və İddiaçı1 tərəfindən onlara müqavilələrdə göstərilən mənzil sahələrinin verilməsinə bir-birilərinə qarşı heç bir formada etirazları yoxdur. Başqa sözlə, müqavilələrin 2.1.1-ci bəndində göstərilən öhdəliklərin İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməməsi müqavilələrin ləğv edilməsi üçün ciddi hüquqi əsas deyildir.
59. Bundan əlavə, qarşılıqlı iddiaçı öhdəliklərin İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməməsini qeyd etsə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı da tərəfindən də müqavilə şərtlərinə riayət edilməməsi halları mövcuddur.
60. Belə ki, İddiaçı1 ilə bağlanmış müqavilədə oxdan-oxa 48.7 kv.m. olan təmirsiz mənzili tikib ona təhvil verilməsi göstərilsə də, ASC tərəfindən müqavilənin 1.2 bəndinin tələbləri də yerinə yetirilməmişdir. Halbuki, həmin bəndə əsasən mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir.
61. İş materiallarında Cavabdeh QSC tərəfindən müqavilənin 1.2 bəndinin tələblərinin baxımından İddiaçı1 verilməli olan mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi ilə bağlı püşkatmaya dəvət edilməsini təsdiq edən sübutlar yoxdur.
62. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 28 fevral 2022-ci İl tarixli Müqavilədə də mənzilin mərtəbəsi göstərilməmiş və QSC tərəfindən də müqavilənin 1.2 bəndinin tələbləri də yerinə yetirilməmişdir. Belə ki, həmin bəndə əsasən mənzilin yerləşdiyi mərtəbəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir.
63. İş materiallarında Cavabdeh QSC tərəfindən müqavilənin 1.2 bəndinin tələblərinin baxımından İddiaçı2 verilməli olan mənzilin yerləşdiyi mərtəbəsi ilə bağlı püşkatmaya dəvət edilməsini təsdiq edən sübutlar yoxdur.
64. Bundan əlavə, İddiaçı1 ilə bağlanmış müqavilənin 1.3 və 2.1.14-cü bəndlərinə əsasən o mülkiyyətində olan mənzilin əvəzinə Cavabdeh QSC- tərəfindən tikilib təhvil veriləcək təmirsiz mənzili qəbul etməklə yanaşı 18231 manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada bağlandığı gün, qalan 50% (əlli) faiz hissəsim isə notarial qaydada müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi iləCavabdeh QSC-nin ödəməyi öhdəsinə götürmüşdür.
65. Müqavilə şərtindən də göründüyü kimi, 18231 manat məbləğində pul İddiaçı1 tərəfindən iki dəfəyə, yəni, əvvəlcə pulun 50% (əlli) faiz hissəsini notarial qaydada, sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi ilə Cavabdeh QSC-yə ödəməli idi.
66. Lakin müəyyən edilmişdir ki, İddiaçı1 18231 manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada alınması üçün Cavabdeh QSC- tərəfindən heç bir rəsmi tədbir görülməmiş, Cavabdeh QSC-nin notariat ofisinin depozit hesabı barədə məlumat verilməmişdir.
67. Göründüyü kimi, İddiaçı1 tərəfindən qeyd edilən öhdəliyin yerinə yetirilməməsinin səbəbkarlarından biri də Cavabdeh QSC-i özüdür. Məhkəmə bu qənaətə gələrkən işin bu halını nəzərə alır ki, İddiaçı1 tərəfindən keçən illər ərzində sözügedən öhdəlik yerinə yetirilmədiyi halda Cavabdeh QSC-yə müqavilənin bağlanmasından sonra ağlabatan müddət ərzində bu əsasla müqavilənin ləğvi ilə bağlı müvafiq iddia qaldırılmasına maneə olan halların olması müəyyən edilməmişdir. Halbuki, müqavilənin 2.2.12 bəndinə əsasən İcraçı Sifarişçidən 18231 manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada bağlandığı gün, qalan 50% (əlli) faiz hissəsini isə notarial qaydada müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi iləCavabdeh QSC-nin ödənilməsi tələb etməsi onun hüquq və vəzifələrindən biridir.
68. Məhkəmə daha sonra qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə C.Həcərova ilə aparılmış danışıqlarla (səs yazısı və ekran görüntüsü) bağlı qeyd edir ki, ilkin iddia üzrə iddiaçıya müxtəlif mənzillərin eskiz layihələrinin göndərilməsi Cavabdeh QSC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam icra edilməsi qənaətinə gəlmək üçün kifayət etmir.
69. Qarşılıqlı iddiaçı tərəf də nəyə görə hazırki iddiasını H.Cəfəronanın və İddiaçı2 ona qarşı iddia qaldırdıqdan sonra qaldırmasına dair dəlillərini əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, qarlıqılı iddia qaldırmaq Cavabdeh QSC-nin prosessual qanunvericilik üzrə hüququ olsa da, iddiada qoyulan tələblərin əsaslı olması üçün ilk şərt onun vaxtında və əsaslandırılmış şəkildə qaldırılmasından asılıdır. Başqa sözlə, müqavilənin ləğv edilməsi üçün ciddi əsasların olmasını təsdiq edən mötəbər sübutlar əsasında iddia müqavilə şərtlərinin müqavilə tərəfi olan şəxsin ardıcıl hərəkətsizliyi fonunda verilməli idi. Lakin hazırki iş üzrə İddiaçı1 müqavilə üzrə öhdəliklərinin qəsdən və ya bilərəkdən yerinə yetirməməsi faktı və belə niyyətinin olması müəyyən edilməmişdir. Müqavilə şərtlərindən də göründüyü kimi, götürülmüş öhdəliklərin icrası qarşılıqlı surətdə razılaşdırılmış qaydada həyata keçirilmək yolu ilə baş verməli idi.
70. Müəyyən edilmişdir ki, Cavabdeh QSC-i tərəfindən İddiaçı1 sökülmüş olan ünvan 1 ünvanında yerləşən mənzilin əvəzinə Cavabdeh QSC tərəfindən inşa edilən yeni 5 saylı binada sökülmüş 54.90 kv m. mənzilin əvəzinə 65.8 kv.m olan mənzili mülkiyyətçi İddiaçı2 verilməsi, boşanma qətnaməsini nəzərə alınaraq İddiaçı1 da eyni mənzil (1/2 hissə məxsus olmaqla) təhvil verilməsi və sözügedən mənzilin ½ hissə olaraq ona təhvil verilməsi məqsədləri vardır və bununla bağlı müvafiq xəbərdarlıq məktubu da ünvanlanmışlar.
71. Məhkəmə işin faktiki və araşdırılmış halları baxımından Cavabdeh QSC- nin iddiaçılarla bağlanmış müqavilələrin məhkəmə qaydasında ləğv edilmədiyi halda qeyd edilənlərlə bağlı hərəkətlərini qanunsuz sayır və Cavabdeh QSC-nin qarşılıqlı iddialarını tərəflər arasında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyuü öhdəliklərdən yayınması məqsədi ilə verilmiş iddialar kimi qiymətləndirir, əsassız olduğu üçün rədd edilməsi nəticəsinə gəlir. Qarşılıqlı iddiaçının “müqavilənin ləğvi” tələbi təmin edilmədiyindən, ondan irəli gələn digər tələb – bazar qiymətinin ½ hissədə kompensasiya edilməsi tələbinə dair iddiası da təmin edilməməlidir.
72. Məhkəmə İddiaçı1 və İddiaçı2 iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
73. Məhkəmə həmçinin qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir.
74. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
75. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirilməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir.
76. Müəyyən edilmişdir ki, iddialar üzrə cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaşayış sahələrini iddiaçılara təhvil verməlidir.
77. Beləliklə, Mülki Məcəllənin 5.3-cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
78. Hazırki iş üzrə cavabdeh iddiaçılara müqavilələrdə nəzərdə tutulmuş mənzilləri təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, müqavilələrin bağlanmasından xeyli müddət keçsə də öz öhdəliklərini icra etməmiş, öz öhdəliklərini icra etməməklə iddiaçıların hüquqlarını pozmuşdur.
79. Halbuki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə cavabdeh aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir.
80. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri).
81. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, cavabdehin mənzilləri iddiaçılara təhvil verməkdən yayınması qanunsuz olduğundan iddiaçılar həmin öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.
82. Məhkəmə hesab edir ki, iddiaçıların mənzillərlə bağlı irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır.
83. Lakin məhkəmə birləşdirilmiş iş üzrə İddiaçı2 iddia tələbinin əsaslı olduğu üçün tam təmin edilməsi nəticəsinə gəlsə də, digər İddiaçı1 tələbinin tələbinin qismən təmin edilməli olmasını hesab edir.
84. Məhkəmə birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh QSC-nin əməkdaşı ilə Whatsapp ani mesajlaşma xidməti vasitəsilə apardığı danışığın ekran görüntüsü ilə bağlı məhkəmə qeyd edir ki, danışıqlar 2022-ci ilin yanvar ayında baş tutumuş, tərəflər arasında müqavilə isə fevral ayında bağlanmışdır. Belə olan təqdirdə həmin danışıqlarların məzmunu mübahisənin həlli üçün hər hansı rol oynamır.
85. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi göstərilməmiş və bu hal keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən edilməlidir.
86. Məhkəmə hesab edir ki, ilk növbədə cavabdehin hüquqi varisi olduğu,Cavabdeh Mənzil Tikinti Kooperativi ilə bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilənin 1.3-cü bəndinə müvafiq olaraq İddiaçı1 tərəfindən 18.231 manat məbləğində pul ödənilməklə, daha sonra ona Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binada yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin təqdim edilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalı, mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi isə sözügedən müqavilənin 1.2-ci bəndinə əsasən keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən edilməlidir.
87. Kirayə haqqı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqının əvəzinə hər ay 250 (iki yüz əlli) manat nəzərdə tutulduğundan tələbin 500 və 600 manat kirayə haqqı hissələri əsaslı sayıla bilməz.
88. Həmçinin məhkəmə tələbin mənəvi zərərin tutulması ilə bağlı hissəsi ilə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir.
89. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.
90. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.
91. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
92. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
93. Yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
94. Məhkəmə qeyd edir ki, İddiaçı1 məhkəmə iclasında cavabdehin hərəkətləri nəticəsində əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir.
95. Məhkəmə iddia tələbinin cavabdeh şəxslərin qanunsuz hərəkətlərində cinayət əlamətləri olduğundan xüsusi qərardad çıxarılaraq aidiyyəti orqanlara məlumat verilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər.
96. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz.
97. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 265-ci maddəsinin tələbinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
98. Məhkəmə iclasında belə bir hal aşkara çıxmadığından həmin hissədə də iddia tələbi rədd edilməlidir.
99. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
100. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
101. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, cavabdehin hüquqi varisi olduğu,Cavabdeh Mənzil Tikinti Kooperativi ilə bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilənin 1.3-cü bəndinə müvafiq olaraq İddiaçı1 tərəfindən 18.231 manat məbləğində pul ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binada yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin ona təqdim edilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalı, 06 oktyabr 2021-ci il tarixdən 06 may 2024-cü il tarixə kimi ödənilməmiş kirayə haqqının əvəzinə hər ay 250 (iki yüz əlli) manatdan hesablanmaqla, cəmi 8250 manat (yeddi min yeddi yüz əlli) manat kirayə haqqı, ödənilmiş dövlət rüsumunun 47 manatı və mənzil ona təqdim edilənə qədər hər ay 250 manat kirayə haqqının hesablanıb iddiaçıya ödənilməsi öhdəliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması, ilkin iddia tələbi digər hissədə təmin edilməməsi, Birləşdirilmiş iş üzrə iddia tələbi təmin edilməsi; Cavabdehin hüquqi varisi olduğu, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 28 fevral 2022-ci İl tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş 5-ci binada, Həsənoğlu küçəsinə baxan istiqamətdə (həmin istiqamətdəki liftdən sol tərəfdə) yerləşən 3 pəncərəli, ümumi sahəsi içdən-içə 65,8 kv.m. olan 1 (bir) ədəd təmirsiz (sol qapısı, bütün pəncərələri olmaqla) 2-ci mənzilin İddiaçı2 təhvil verilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalı, 01 oktyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək kirayə haqqının (iyul ayı daxil olmaqla) hər ay üçün 500 manat hesablanmaqla 5000 manat, 40 manat dövlət rüsumu İddiaçı2 ödənilməsi öhdəliyi cavabdeh “AİLƏ” PARK” Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalı, qarşılıqlı iddia rədd edilməlidir.
102. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdehin hüquqi varisi olduğu,Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı1 arasında bağlanmış “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi” bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilənin 1.3-cü bəndinə müvafiq olaraq İddiaçı1 tərəfindən 18.231 (on səkkiz min iki yüz otuz bir) manat məbləğində pul ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binada yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin ona təqdim edilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. 06 oktyabr 2021-ci il tarixdən 06 may 2024-cü il tarixə kimi ödənilməmiş kirayə haqqının əvəzinə hər ay 250 (iki yüz əlli) manatdan hesablanmaqla, cəmi 8250 manat (səkkiz min iki yüz əlli) manat kirayə haqqı və ödənilmiş dövlət rüsumunun 47 manatı Cavabdeh QSC-dən tutularaq İddiaçı1 ödənilsin. Mənzil İddiaçı1 təqdim edilənə qədər hər ay 250 manat kirayə haqqının hesablanıb iddiaçıya ödənilməsi öhdəliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunsun. İlkin iddia tələbi digər hissədə təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddia tələbi təmin edilsin. Cavabdehin hüquqi varisi olduğu,Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 28 fevral 2022-ci İl tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş 5-ci binada, Həsənoğlu küçəsinə baxan istiqamətdə (həmin istiqamətdəki liftdən sol tərəfdə) yerləşən 3 pəncərəli, ümumi sahəsi içdən-içə 65,8 kv.m. olan 1 (bir) ədəd təmirsiz (sol qapısı, bütün pəncərələri olmaqla) 2-ci mənzilin İddiaçı2 təhvil verilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. 01 oktyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək kirayə haqqının (iyul ayı daxil olmaqla) hər ay üçün 500 manat hesablanmaqla 5000 manat və 40 manat dövlət rüsumu İddiaçı2 ödənilməsi öhdəliyi cavabdeh “AİLƏ” PARK” Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Hüquqi yardımın göstərilməsi üçün çəkilmiş 360 manat xərcin əvəzi “AİLƏ” PARK” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 xeyrinə ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə