Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-565/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: sudan istifadəyə görə yaranmış borcun ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 445.22 (dörd yüz qırx beş manat, 22 qəpik) manat borcun (abonent kodu: **********196) və 30.00 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, borca etiraz etdiyini və mülki işə iddia icraatında baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri ünvan 1anov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 4423/2023 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********196) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularını axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 10 oktyabr 2023-cü il tarixinə 445.22 (dörd yüz qırx beş manat, 22 qəpik) manat borcu yaranmışdır. stehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 1 (bir) nəfər normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1anov rayonu, E.İsaqzadə küev 4A, mən.2 olduğu qeyd olunmuşdur II. Tərəflərin mövqeləri: Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2011-2012 ci ildə ünvanda 1 nəfər, daha sonra 4 nəfər, 2019-cu ildən isə yenidən 1 nəfər olmuşdur. İddiaçı tərəfindən xəbərdarlıq 9 saylı mənzilə göndərilmiş və təqdim edilmiş MAPS arayışından da görünür ki, cavabdeh həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan ünvana 2011-ci ildən etibarən hesabat gedib. Su istifadə qaydalarının 7.4-cü bəndinə əsasən əgər abonent qeydiyyatda olan nəfər sayı haqqında məlumat vermirsə orta statistik 4 nəfər götürülür. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, mənzil onun mülkiyyətindədir və həmin binada bir evi də var. 4A saylı binada yerləşən 2 saylı mənzildə anadan olmuş, eyni binada yerləşən 9 saylı mənzili isə 1996-cı il tarixdə almışdır. 2019-cu ildə onu su borcuna görə idarəyə çağırmışdırlar. Bu zaman onlara sübut etmişdir ki, həmin evdə ondan başqa heç kim qeydiyyatda yoxdur. Hazırda özü Şüvəlanda qalır və ancaq günorta zamanı uşaqları həmin evə gətirir. İddia tələbini yalnız özünə münasibətdə olan hissəni qəbul edir, çünki ünvanda ondan başqa kimsənin olmaması barədə arayışı iddiaçıya təqdim etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Cavabdeh 21 noyabr 2023-cü il tarixli abonent kartının çıxarışından görünür ki, Cavabdehnın (abonent kodu: **********196) xx.xx.2012-ci il tarixli 11567734 saylı aktiv müqaviləyə əsasən Bakı şəhəri, ünvan 1anov rayonu, E.İsaqzadə küçəsi ev 4A, mənzil 7 ünvanı üzrə İddiaçı ASC-yə ödənilməyən ümumi borcu 445,22 manat təşkil edir. - Cavabdeh 11 yanvar 2024-cü il tarixli abonent kartının çıxarışından görünür ki, Cavabdehnın (abonent kodu: **********196) xx.xx.2012-ci il tarixli 11567734 saylı aktiv müqaviləyə əsasən Bakı şəhəri, ünvan 1anov rayonu, E.İsaqzadə küçəsi ev 4A, mənzil 7 ünvanı üzrə İddiaçı ASC-yə ödənilməyən ümumi borcu 455,22 manat təşkil edir. - 18 sentyabr 2023-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cəmiyyət tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 440,22 manat borcun ödənilməsi tələbi ilə xəbərdarlıq göndərilmiş və yaranmış borcunu ödəməyi tələb olunmuşdur. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1anov rayonu, E.İsaqzadə küçəsi ev 4A, mənzil 7 ünvanında qeydiyyatdadır. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, İsaq-zadə küçəsindəki 4 №-li yaşayış evininin 9 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1996-cı il tarixdə 2561 № ilə qeydiyyat aparılmışdır. - 55 saylı MKİS tərəfindən verilmiş 55/197 saylı xx.xx.2024-cü il tarixli 044079 №-li arayışdan görünür ki, E.İsaqzadə küçəsi 4a, 9 saylı mənzildə Cavabdeh qeydiyyatdadır. 55 saylı MKİS-də olan məlumata əsasən qeydiyyatda başqa heç kim yoxdur. Evin qeydiyyat vəsiqəsi xx.xx.1996-cı il tarixli 30/2561 nömrə ilə Cavabdeh adınadır. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının": - 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. - 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. - 8.3-cü maddəsinə əsasən, istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. - 8.4-cü maddəsinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. - 8.5-ci maddəsinə əsasən, su ilə təchiz edilmiş obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişdirilməsi suyun verilməsinin dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun: - 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 61-ci maddəsinin 1-ci bəndinə görə "Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır". - 62-ci maddəsinə görə istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı vo kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixli 11567734 saylı aktiv müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, ünvan 1anov rayonu, E.İsaqzadə küçəsi ev 4A, mənzil 7 ünvanında **********196 abonent kodu ilə su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətindən istifadə edir. Mübahisəli ünvanda Cavabdeh məxsusdur. Həmin ünvanda ondan başqa qeydiyyatda olan şəxs yoxdur. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixə yaranmış 445,22 (dörd yüz qırx beş manat, 22 qəpik) manat borcun cavabdehdən tutulması barədə tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Bakı şəhəri, ünvan 1anov rayonu, E.İsaqzadə küçəsi ev 4A, mənzil 7 ünvanı üzrə tərəflər arasında su təchizatı ilə əlaqədar müqavilə bağlanmışdır. İddiaçı tərəfindən Bakı şəhəri, ünvan 1anov rayonu, E.İsaqzadə küçəsi ev 4A, mənzil 7 ünvanına su və tullantı sularının axıdılması xidmətləri göstərilməsinə baxmayaraq, həmin ünvan üzrə abonent – Cavabdeh öhdəliklərini yerinə yetirməmiş, onun iddiaçıya ödənilməmiş borcu qalmışdır. İddiaçı ASC xx.xx.2023-cü il tarixə yaranmış 445,22 (dörd yüz qırx beş manat, 22 qəpik) manat borcun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının" 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Məhkəmə iclasları zamanı Cavabdeh bildirmişdir ki, 2019-cu ildə su borcuna görə iddiaçı təşkilata – idarəyə çağırıldığı zaman onlara sübut etmişdir ki, həmin evdə ondan başqa heç kim qeydiyyatda yoxdur. Hazırda özü Şüvəlanda qalır və ancaq günorta zamanı uşaqları həmin evə gətirir. İddia tələbini yalnız özünə münasibətdə olan hissəni qəbul edir, çünki ünvanda ondan başqa kimsənin olmaması barədə arayışı iddiaçıya təqdim etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh məhkəməyə 55 saylı MKİS tərəfindən verilmiş 55/197 saylı xx.xx.2024-cü il tarixli 044079 №-li arayış tədim etmişdir. Həmin arayışdan görünür ki, E.İsaqzadə küçəsi 4a, 9 saylı mənzildə Cavabdeh qeydiyyatdadır. Qeydiyyatda başqa heç kim yoxdur. Göründüyü kimi mənzildə 1 nəfər qeydiyyatda olmuş, lakin mövcud borc 4 nəfər üçün hesablanmışdır. Belə olan halda isə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının müvafiq qərarına əsasən mənzildə qeydiyyatda olan şəxslərin sayına (1 nəfər) uyğun olaraq cəmi 111,30 (yüz on bir manat otuz qəpik) manat sudan istifadə borcu yarana bilərdi. Bu səbəbdən də əlavə olaraq 3 nəfər şəxsə münasibətdə zərərin hesablanması qanunamüvafiq deyil və əsassız hesablandığından həmin məbləğ ümumi zərərdən çıxılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən edilməli, cavabdehdən yaranmış 111,30 (yüz on bir manat otuz qəpik) manat məbləğində borc tutularaq iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 8 (səkkiz) manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 111,30 (yüz on bir manat otuz qəpik) manat borc (abonent kodu: **********196) və 8 (səkkiz) manat dövlət rüsumu üzrə xərclər tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. VI. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 111,30 (yüz on bir manat otuz qəpik) manat borc (abonent kodu: **********196) və 8 (səkkiz) manat dövlət rüsumu üzrə xərc tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri ünvan 1anov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-565/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-565/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver