Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-603/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (Maraqlı şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, əldən çıxmış fayda) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (Maraqlı şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (Maraqlı şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1-də qanunsuz yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2, eləcə də həmin mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzildən məcburi çıxardılmaları və mənzilin əşyaları ilə birlikdə tam boşaldılaraq mülkiyyətçi-İddiaçı təhvil verilməsinə; mənzilin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu ildə təhvil verilməli olması, eləcə də Cavabdehlərin hazırda da mənzildə yaşaması və oranı istifadə etməsini nəzərə alınaraq ötən müddət ərzində (xx.xx.2019-xx.xx.2024) həmin mənzilin qanunsuz zəbt edilməsinə görə vurulmuş maddi ziyan və əldən çıxmış fayda kimi 129.800 (yüz iyirmi doqquz min səkkiz yüz) manatın (59 ay*2200) cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə; Cavabdehlərin hazırda ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaları nəzərə alınaraq, mənzil tam boşaldılaraq mülkiyyətçi - İddiaçı təhvil verilənədək aylıq 2200 manat olmaqla kirayə haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə; ödənilmiş 420 (dörd yüz iyirmi) manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili ünvan 2 əmlaka dair mülkiyyət hüququ DƏDRX-da ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən verilən çıxarışına əsasən onun tam mülkiyyətinə keçmişdir. Qeyd olunan alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən, Satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2019-cu il tarixinədək İddiaçının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, müxtəlif bəhanələr gətirərək mənzili təhvil verməmiş və bu hal da İddiaçının mülkiyyətçi olaraq bir sıra hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bundan sonra, İddiaçı məcbur qalıb, həmin evdə yaşayan satıcı Cavabdeh3 və onun qızı Cavabdeh5 qarşı“mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, qarşı tərəf isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək bağlanmış alğı-satqımüqaviləsinin etibarsız hesab edilməsiniməhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-695/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh5 İddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçıya təhvil verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə, cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməsi qət edilmişdir). Qətnamədən narazı qalan qarşı tərəf apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(103)- 5906/2021 saylı qətnaməsi ilə Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(005)-695/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (qətnamə əlavə olunur). Sonuncu qətnamədən də narazı qalan cavabdehlər kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-555/2022 saylı qərarı ilə kassasiya şikayəti də təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (qərar əlavə olunur). Daha sonra qarşı tərəf AR Konstitusiya Məhkəməsinə müraciət etmiş, AR Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh3 şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir (qərardad əlavə olunur). Qeyd olunan sonuncu AR Konstitusiya Məhkəməsinin qərardadından sonra hazırkı iş üzrə cavabdehlər birləşərək məhkəmə qərarının icrasının qarşısını almaq və icra işini uzatmaq məqsədilə məhkəmələrdə müxtəlif uydurma iddia qaldırmaqla məhkəmə qərarının icrasına mane olmaq istəyirlər. Belə ki, yuxarıda qeyd olunan bütün məhkəmə prosesləri müddətində bir dəfə də olsun adlarıçəkilməyən, bütün proseslərdə iştirak etməyən Cavabdeh1 birdən birə ortaya çıxır və iddia edir ki, mübahisəli mənzil “ona məxsusdur” və ailə üzvləri övladı Cavabdeh4 və Cavabdeh2 ilə birlikdə həmin mənzildə “yaşayırlar”. İlk əvvəl Cavabdeh1 cavabdehlər Cavabdeh3, İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması” iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin e-2(005)- 854/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddiası rədd edilməmişdir (qətnamə əlavə olunur). Daha sonra, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4320/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-854/2023 saylı iş üzrə 10 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (qətnamə əlavə olunur). Məlumat üçün bildiririk ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 məhkəməyə icra işinin dayandırılması ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizələrlə müraciət etmiş, lakin ərizələri də müvafiq olaraq Nərimanov Rayon Məhkəməsi və BakıApellyasiya Məhkəməsi tərəfindən qəbuledilmiş qərardadlarla təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4320/2023 saylı xx.xx.2023cü il tarixli qərarından da narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4271/2023 saylı qərarı ilə kassasiya şikayəti də təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlarla yanaşı, Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icranın dayandırılmasına məqsədilə Bakı İnzibati Məhkəməsinə “mənzildən çıxarılmanın qanunsuz hesab edilməsi” iddia tələbi ilə müraciət etmişdir. Qeyd edilməlidir ki, Cavabdeh1 məhkəməyə müraciət edən zamanMaraqlı şəxs MMC tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli, 57 nömrəli arayışı təqdim etmişdir ki, həmin arayışda da Cavabdeh1 ünvan 3 ünvanında yerləşən yaşayış binasının 134 saylımənzilində yaşadığı göstərilmişdir. Daha sonra şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı Cavabdeh1 daha bir Maraqlı şəxs MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 195 nömrəli arayışı vermişdir ki, həmin arayışda artıq mübahisəli mənzilin yerləşdiyi binanın istismara verildiyi gündən Cavabdeh1 və ailə üzvlərinin orada birgə yaşadığı qeyd edilmişdir(arayışlar əlavə olunur). Sonuncu arayışın da təqdim edilməsindən sonra prosesə hazırkı cavabdehlər Cavabdeh4 və Cavabdeh2 da işə qoşulmuş və məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-7850/2023 nömrəli qərarı ilə iddiaçıların, yəni hazırkıcavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 iddiası təmin edilmişdir.Məhkəmə qərarına əsasən, “İddiaçılar Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 yaşadıqları ünvan 4 ünvanından cavabdeh Nərimanov rayon İcra Şöbəsi tərəfindən çıxarılmasına dair hərəkətlər qanunsuz hesab edilmiş, habelə iddiaçılar Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 icra sənədi olmadan yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzildən çıxarılmasına dair hərəkətlərdən çəkinmək öhdəliyi cavabdeh Nərimanov rayon İcra Şöbəsinə həvalə edilmişdir”(qərar əlavə olunur). Qərardan apellyasiya şikayəti verilmiş olsa da, BakıApellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 1376/2024 saylı qərarı ilə şikayət təmin edilməmiş, habelə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2032/2024 saylı qərarı verilmiş kassasiya şikayəti üzrə təmin edilmədən apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır (apellyasiya məhkəməsinin qərarı əlavə olunur). Göründüyü kimi, inzibati məhkəmənin qərarında göstərdiyi hüquqi mövqeyə əsasən icra vərəqəsi olmadan cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 mənə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzildən çıxarılmaları qanunsuz hesab edilmişdir. Məhkəmə cavabdehlərin mübahisəli mənzildə yaşamalarını Maraqlı şəxs MMC-nin verdiyi 57 və 195 nömrəli arayışlarda göstərilənləri əsas olaraq götürmüşdür. Bu səbəbdən də hazırkı mərhələdə məhkəmə tərəfindən həmin şəxslərin İddiaçının mülkiyyətindən çıxarılmalarına dair qətnamənin, habelə buna dair icra vərəqəsinin qəbul edilməsi zəruri hesab olunur. O hal da xüsusilə qeyd olunmalıdır ki, cavabdehlərdən Cavabdeh3 və onun qızı Cavabdeh5 qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisəli mənzilə dair istifadə hüquqlarına xitam verilmiş, mənzildən çıxarılmaları və mənzilin boşaldırlaraq təhvil verilməsi qət edilmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 isə nəinki mənzil istifadə ümumiyyətlə hə hansı hüquqları yoxdur. Qeydiyyat ünvanları da faktiki olaraq ünvan 6r. Ümumiyyətlə sonda adıçəkilən Cavabdehlərin mübahisəli mənzillə heç bir hüquqi bağlılıqları yoxdur, sadəcə oranı qanunsuzzəbt etmişlər. Eyni zamanda o hal qeyd edilməlidir ki, mübahisəli mənzil xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixinədək İddiaçının faktiki sahibliyinə verilməli olduğu halda bugünədək təhvil verilməmiş və hazırda cavabdehlərin faktiki istifadəsindədir. Əgər vaxtında mənzil təhvil verilsə idi İddiaçı mülkiyyətindən sərbəst şəkildə istifadə edə onu icarəyə verə bilərdi. Hazırkı vəziyyətdə isə İddiaçıcavabdehlərin qanunsuzəməlləri nəticəsində bu hüququndan da məhrum olunmuşdur. Hesab edirik ki, bu halda Cavabdehlər mənzili vaxtında təhvil vermədikləri, həmçinin faktiki istifadə etdikləri üçün müvafiq kirayə haqqı ödəməlidirlər. Nəzərə alınmalıdır ki, satıcı – Cavabdeh3 Hümət qızınınxx.xx.2019-cu il tarixinədək mənzili təhvil vermək öhdəliyinin olması ilə bərabər, digər Cavabdeh5 da mənzil qeydiyyatda olmuş və yaşamış, habelə digər cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 həmin mənzildə yaşamalarıMaraqlı şəxs MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışlarla da təsdiq olunmuşdur. İddia ərizəsinə əlavə etdiyimiz "xxxx" MMC tərəfindən verilən Akt №3265/SQ rəydən də göründüyü kimi, may 2019-cu il tarixdən sentyabr 2024-cü il tarixinədək mübahisəli mənzilin aylıq ortalama kirayə haqqı dəyəri 2200 manat olmuşdur. Bundan əlavə, “Lider Property” MMc tərəfindən verilən LP/İ- 107 nömrəli ilkin rəydə də ötən müddət ərzində (may 2019-sentyabr 2024) qeyd olunan mənzilin orta aylıq 2100-2200 manat təşkiletdiyi göstərilmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, mənzilin xx.xx.2019-cu il tarixinədək təhvil verilməli olmasını, həmçinin Cavabdehlərin hazırda da İddiaçıya məxsus mənzildə da qeyr-qanuni olaraq yaşamalarını nəzərə alaraq ötən müddət ərzində (xx.xx.2019-xx.xx.2024 – 59 ay) həmin mənzildən istifadə etdikləri üçün kirayə haqqı olaraq ümumilikdə 129.800 (yüz iyirmi doqquz min səkkiz yüz) manat (59 ay*2200) vəsait Cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçıya ödənilməlidir. Bununla yanaşı hazırkı məhkəmə çəkişməsinin davam edəcəyini və bu prosesin də xeyli müddət davam etməsi halında mənzilin istifadədə qalacağı ehtimalını nəzərə alaraq mənzilin boşaldılaraq İddiaçıya təhvil veriləcəyi günədək aylıq ortalama kirayə dəyəri nəzəri alınmaqla aylıq 2200 manat pulun Cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçıya ödənilməsi də labüddür və ədalətli hesab olunmalıdır. Hesab edir ki, iddia tam əsaslıdır və təmin edilməlidir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1-də qanunsuz yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2, eləcə də həmin mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzildən məcburi çıxardılmaları və mənzilin əşyaları ilə birlikdə tam boşaldılaraq mülkiyyətçi - İddiaçı təhvil verilməsinə; Mənzilin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu ildə təhvil verilməli olması, eləcə də Cavabdehlərin hazırda da mənzildə yaşaması və oranı istifadə etməsini nəzərə alınaraq ötən müddət ərzində (xx.xx.2019-xx.xx.2024) həmin mənzilin qanunsuz zəbt edilməsinə görə vurulmuş maddi ziyan və əldən çıxmış fayda kimi 129.800 (yüz iyirmi doqquz min səkkiz yüz) manatın (59 ay*2200) cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə; Cavabdehlərin hazırda ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaları nəzərə alınaraq, mənzil tam boşaldılaraq mülkiyyətçi - İddiaçı təhvil verilənədək aylıq 2200 manat olmaqla kirayə haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə; Ödənilmiş 420 (dörd yüz iyirmi) manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, “İddiaçı bildirir ki, ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ onunla Cavabdeh3 arasında bağlanmış və Bakı şəhəri, 9 nömrəli notariat kontorunda təsdiqlənmiş bu mənzilin 153 min manata satın alınması barədə müqavilə əsasında yaranıb və DƏDRX-da ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınıb. Bu alqı-satqı müqaviləsi üzrə İntizar Bayramova ilə İddiaçı arasında məhkəmə mübahisələri yaranmış və bütün məhkəmə instansiyalarında İddiaçının tələbi təmin edilmişdir (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-695/2021 saylı qətnaməsi; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(103)- 5906/2021 saylı qətnaməsi; Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2 (102)- 555/2022 saylı qərarı). Bu məhkəmə çəkişmələrindən mənim xəbərim olmayıb. Baxmayaraq ki, mənzil inşa edilən andan ailə üzvlərimlə orada yaşayıram. İntizar Xanməmədova (mərhum həyat yoldaşım Xanlar Bayramovun doğma bacısı) sadəcə olaraq Mənzilin titul mülkiyyətçisidir. Bunun səbəbi Mənzilin alınması və təmiri zamanı bütün sənədləşmə işlərinin aparılmasının rahatlığı olub. Həmin vaxt mən ailə üzvlərimlə Bakıda deyil, Şəmkir rayonunun Seyfəli kəndində qayınatamın evində yaşayırdım. Mənim üçün Mənzilə mülkiyyət hüququnun mənə və ya İntizar Xanməmədovaya mənsub olması heç bir əhəmiyyət kəsb etmirdi. Bu dövrdə, yəni Mənzilin istismara verildiyi vaxtdan alqı-satqı müqaviləsinin bağlanmasına qədər olan vaxt ərzində onu çox asanlıqla özümün və ya uşaqlarımdan birinin adına keçirə bilərdim. Bunu etməmişəm. Etiraf edirəm ki, səhlənkarlıq etmişəm. Lakin mülki hüququmdan istifadə etmədiyimə görə mən zərər görməli deyiləm ki?! Cavabdeh3 İddiaçı ilə müqavilə bağlaması barədə xəbəri mən Nərimanov Rayon İcra Şöbəsinin əməkdaşları bizi Mənzildən çıxarmağa gəldikləri zaman icra məmurlarından almışam. Cavabdeh3 bu barədə soruşduqda, o mənə izah etdi ki, o, İddiaçı və onun şəriki olan Tural Nəzərli tərəfindən notariat kontorunda aldadılıb, Mənzilin girov qoyulub borc götürüməsinə dair müqavilə (məişətdə "sələm" müqaviləsi kimi tanınan) əvəzinə ona Mənzilin alqı-satqısına dair müqavilə imza atdırıblar. Məhkəmədə ona qarşı iddia qaldırılandan sonra məsələnin mahiyyətindən xəbərdar olub, lakin bu barədə məlum səbəblərə görə nə mənə, nə də başqa yaxınlarına məlumat verməyib. Məsələnin məhkəmədə ədalətli həlinə nail olacağına inanıb. Ammaməhkəmələr onun ziyanına qərarlar çıxarıblar. Qərarlarla tanış olmuşam. Onların hamısında İntizar Xanmməmmədova ardıcıl olaraq alqı-satqı müqaviləsinin yalan əqd kimi etibarsız olduğunu bildirmiş, bunun araşdırılmasını tələb etmiş (vəsatət verməklə və qarşılıqlı iddia qaldırmaqla), lakin məhkəmələr onun tələblərini təmin etməmişlər. Bunları bildirməkdə mənim məqsədim diqqətinizi Mənzillə bağlı məhkəmə mübahisələrinin həlində mənim iştirakımın təmin olunmaması, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarımın (müstəqil tələb irəli sürə biləcək üçüncü şəxs olaraq) gizli surətdə pozulmasına cəlb etməkdir. İndiyə qədərki məhkəmə proseslərində mən məlum formal-hüquqi səbəblərə görə İddiaçı ilə İntizar Xanməmdədova arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini mübahisələndirə (yalan əqd olmaqla etibarsız əqd olması məsələsini qaldıra və həll edə) bilməmişəm. Göründüyü kimi, mənim Mənzilə mülkiyyət hüququnun mübahisələndirilməsi ilə bağlı Cavabdeh3 ilə İddiaçı arasında məhkəmə mübahisələrində iştirak etməməyim, bununla yaşadığım, faktiki sahibi və mülkiyyətçisi olduğum Mənzilin kənar şəxslər arasında alqı-satqı predmeti olması, bu əqdin yalan və etibarsız olmasını sübut etmək imkanından məhrum edilməyim mənim ədalətli məhkəmə araşdırması hüququmu və bundan dolayı mülkiyyət hüququmu pozmuşdur. Bu bir faktdır ki, İddiaçı tanımamış və indi də tanımıram. Mənzil alan şəxsin öncədən gəlib Mənzilə baxması normaldır, faktiki prezumpsiyadır. Lakin o, Mənzildə heç zaman olmayıb. Mənzilin bazar qiyməti 600-700 min anat olduğu halda, onun 153 min manat satılması İddiaçı ziyanına prezumpsiya yaradır. O, sübut etməlidir ki, necə olub ki, ağlı başında olan bir adam, heç bir zərurət olmadan 700 min manat dəyərində Mənzili ona 153 min manata satıb? Mübahisəyə baxan məhkəmə, o cümlədən bu məhkəmə izah etməlidir ki, hansı səbəbdən alqı-satqı müqaviləsinin etibarsızılığı barədə vəsatətlər və qarşılıqlı iddialar baxılmamış saxlanılıb. Baxmayaraq ki, həm qanun norması, həm məhkəmə təcrübəsi tələb edir ki, bunu məhkəmələr vəsatətsiz və iddiasız etməlidirlər. Bunlar nisbi detallığı ilə göstərməkdə məqsəd odur ki, hazırki iddia ərizəsinin baxılması çərçivəsində Mənzilə mülkiyyət məsələsinin araşdırılması mümkün olmayacaq. İddia ərizəsində bu qaldırılmayıb. Mənim kənar şəxslər arasında bağlanmış əqdin etibarsızlığı barədə qarşılıqlı iddia qaldırmaq hüququm yoxdur. Belə hüquq olsa da, onu reallaşdırmaq qeyri-mümkündür. Çünki, əqdin etibarsızlığı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları var. Bu qərarlar mənim (müstəqil tələb irəli sürən üçüncü şəxs kimi) iştirakım olmadan keçirilmiş məhkəmə proseslərinin nəticəsi olub. Bunlarınəzərə alaraq, mən həmin məhkəmə qərarlarının yeni açılmış hallara görə ləğv edilməsi, mənim iştirakımla birinci instansiya məhkəməsindən başlayaraq yenidən baxılması məsələsini qaldırmışam. Mənim pozulmuş, bərpası imkanları ötürülmüş olan ədalətli məhkəmə araşdırma hüququmun təmin edilməsi yalnız bu yolla mümkündür. Hazırki məhkəmənin mənim qeyd edilən hüququmu təmin etmək imkanı obyektiv səbəblərə görə yoxdur. O da nəzərə alınmalıdır ki, iddiada istinad edilən Bakı İnzibati Məhkəməsinin (İş № 2-1(112)- 7850/2023) xx.xx.2023-cü il tarixli qətnaməsində “qanunsuz hesab edilsin” göstərişi qətnamənin nəticə hissəsinin 2-ci cümləsinə aiddir: “İddiaçılar Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 yaşadıqları ünvan 4 ünvanından cavabdeh Nərimanov rayon İcra Şöbəsi tərəfindən çıxarılmasına dair hərəkətlər qanunsuz hesab edilsin”. Burada “qanunsuzluq” çıxarılmanın qeyd-şərtsiz olması ilə səciyyələnir. “İcra sənədi olmadan” ifadəsi 3-cü cümlədə işlədilir və bu gələcəkdə Nərimanov rayon İcra Şöbəsinin edə biləcəyi hərəkətlərə aiddir. Yəni, prosessual göstərişdir. Maddi hüquqi mahiyyət isə 2-ci cümlədə ifadə edilir.” Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh3 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” barədə ilkin iddia tələbi təmin olunaraq Cavabdeh3 və Cavabdeh5 İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh3 İddiaçı və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. - Həmin qətnamədən Cavabdeh3 və Cavabdeh5 verdikləri apelyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5906/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-555/2022 saylı qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-854/2023 saylı iş üzrə 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhəməsinin 2(103)-4320/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(005)-854/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 4271/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4320/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Maraqlı şəxs MMC tərəfindən verilmiş 26 may 2023-cü il tarixli 57 №-li arayışdan görünür ki, Cavabdeh1 ünvan 7 ünvanında yerləşən yaşayış binasının 134 saylı mənzilində yaşayır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7850/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia təmin edilərək, iddiaçılar Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 yaşadıqları ünvan 4 ünvanından cavabdeh Nərimanov rayon İcra Şöbəsi tərəfindən çıxarılmasına dair hərəkətlər qanunsuz hesab edilmiş, iddiaçılar Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 icra sənədi olmadan yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 143 nömrəli mənzildən çıxarılmasına dair hərəkətlərdən çəkinmək öhdəliyi cavabdeh Nərimanov rayon İcra Şöbəsinə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-1376/2024 saylı qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7850/2023 saylı xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 3265/SQ nömrəli rəydən görünür ki, ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilin may 2019-cu il sentyabr 2024-cü illər tarixlərdə potensial icarə dəyəri 2200 manat təşkil edirdi. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 10 ünvanı "xxxx" MTK-nın 191 nömrəli xx.xx.2018-ci il tarixli protokoldan çıxarışına, xx.xx.2018-ci il tarixli maliyyə arayışına və xx.xx.2018-ci il tarixli forma 2 arayışına əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. -165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. -560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Hazırki iş üzrə İddiaçı iddia tələbi 4 hissədən ibarətdir: - cavabdehlərin və həmin mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzildən məcburi çıxardılmaları və mənzilin əşyaları ilə birlikdə tam boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi - vurulmuş maddi ziyan və əldən çıxmış fayda kimi 129.800 (yüz iyirmi doqquz min səkkiz yüz) manatın (59 ay*2200) - mənzil tam boşaldılaraq iddiaçıya təhvil verilənədək aylıq 2200 manat olmaqla kirayə haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi - dövlət rüsumu Məhkəmə iddia tələbinin 1-ci hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin bu hissəsinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin yəni, mübahisəli mənzilin iddiaçıya məxsus olması iş materialları ilə müəyyən olunur. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 13 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzil sonuncuya satılmış, bununla bağlı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməklə əmlak 15 may 2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bundan sonra mənzil ona təhvil verilmədiyindən İddiaçı Cavabdeh3 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” barədə iddia tələbi ilə, Cavabdeh3 isə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh3 və Cavabdeh5 İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət olunmuşdur. Qeyd olunan qətnamə həmin hissədə apellyasiya və kassasiya instansiyası məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra hazırki iş üzrə Cavabdeh1 cavabdehlər Cavabdeh3, İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestrdə qeydiyyatların ləğv edilməsi, əmlaka öz mülkiyyət hüququnun tanınması və s. xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 854/2023 saylı iş üzrə 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Göründüyü kimi mübahisəli mənzil 13 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş, qeyd olunan alqı-satqı müqaviləsinin etibarlılığı Cavabdeh3 və Cavabdeh1 (hazırki iş üzrə cavabdehlər) tərəfindən mübahisələndirilmiş, bununla belə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə tələblər təmin edilməməklə, müqavilənin etibarlı olması məhkəmələr tərəfindən təsdiq olunmuşdur. Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə dair iş üzrə tərəf olmasa da, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-854/2023 saylı 10 aprel 2023-cü il tarixli qətnaməsinin çıxarıldığı mülki iş üzrə iddiaçı, İddiaçı isə cavabdeh qismində iştirak etmişdir. İkinci dispozitiv şərtin olması, yəni mənzilin başqa şəxsin cavabdehlərin - sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Belə ki, həmin qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə göndərilmiş və icraata başlanılmışdır. İcra sənədinin icrası zamanı Cavabdeh1 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə qarşı Cavabdeh1, onun oğlu Cavabdeh4 və qızı Cavabdeh2 yaşadıqları ünvan 11 ünvanından Nərimnaov rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən çıxarılmasının qanunsuz hesab edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh1 və ailə üzvləri faktiki olaraq Bakı şəhəri, Nərimanov rayou, Kazım Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən 143 saylı mənzildə hazırda yaşayırlar. Cavabdehin nümayəndəsi və vəkili də məhkəməyə ünvanladığı ərizələrdə (etiraz, qarşılıqlı iddia ərizəsi) bu halı təkzib etməmişdir. İşin bu halı həm də üçüncü dizpozitiv şərtin mövcudluğuna əsas verir. Çünki iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktları mənzilin qanuni əsaslarla iddiaçıya məxsus olmasını təsdiq etdiyi halda, cavabdehlər heç bir hüquqi əsas olmadan mənzildə yaşamaqda və onu iddiaçının sahibliyinə və istifadəsinə qaytarmamaqda davam edirlər. Cavabdehlərin həmin mənzildə yaşamasının qanuni əsası müəyyən edilməmişdir. Bu isə əmlakın (mənzilin) cavabdehlərin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin olması barədə qənaətə gəlməyə tam əsas vermiş olur. Məhkəmə hesab edir ki, mülkiyyətçi kimi iddiaçının özünə məxsus olan mənzilə tam sahib olmaq, öz tələbatının təmin olunması üçün həmin mənzildən istədiyi kimi istifadə etmək, habelə hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqları vardır. İddia tələbinin müvafiq hissəsinin qanuni əsası olan Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi – iddiaçı özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tərəfindən, mübahisəli mənzilin hər hansı bir qanuni əsas (alqı-satqı müqaviləsi və s.) olmadan cavabdehlərin faktiki sahibliyində olduğu müəyyən edilmişdir. Cavabdeh1 mübahisəli mənzilə mülkiyyət hüquqlarının tanınması barədə tələb ilə məhkəməyə müraciət etsə də, onun tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-854/2023 saylı iş üzrə 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə ilə təmin edilməmişdir. Cavabdehlər iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan mənzili zəbt etməklə mənzildən çıxmamaları iddiaçının həmin mənzilə dair istifadə hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə imkan vermir və maneə yaradır. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə yaşayış evindən istifadə edilməsi isə mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Bu səbəbdən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və mənzilə dair hüququ olmayan digər şəxslərin mənzildə qalması iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və müvafiq qətnamə onların həmin mənzildən çıxarılması və mənzilin onlar tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi üçün əsas olmalıdır. Digər tərəfdən qeyd olunan mənzilin İddiaçı təhvil verilməsi məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Cavabdehlərin qeyd olunan mənzildə hər hansı bir əsas olmadan qalması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını da mümkünsüz edir. Belə olan halda məhkəmə hazırda cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair iddia tələblərini əsaslı hesab edir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya dair 2-ci və 3-cü hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Hazırda iddiaçı “qeyd olunan mənzil vaxtında mənzil təhvil verilsə idi iddiaçı mülkiyyətindən sərbəst şəkildə istifadə edə onu icarəyə verə bilərdi” əsası ilə vurulmuş maddi ziyan və əldən çıxmış fayda kimi Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 pul tələb edir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə görə hazırki iş üzrə cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydanın tutulması istisna olunur. Həmin maddəyə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tələb ehtimal əsasında müəyyən edilmiş, əldən çıxmış fayda şəklində zərərin müəyyənləşdirilməsi üçün yuxarıda qeyd edilən maddədə müəyyən edilən dispozisiya şərtlərinin olmasına, iddiaçının müvafiq gəliri əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərinə dair mötəbər sübutlar təqdim olunmamışdır. Belə ki, həmin maddəyə əsasən kreditorun (hazırki işdə iddiaçının) həmin faydanı əldə etmək üçün müəyyən tədbirlər görməsi, hazırlıq işləri aparması tələb olunur. İddiaçı isə tələbini yalnız mübahisə predmeti olmuş mənzillə eyni ərazidə yerləşən oxşar mənzillərin aylıq kirayə dəyərinin 2200 manat olması ilə əsaslandırmış, bu zaman ötən müddət ərzində həmin mənzili kirayə vermək imkanında olmasını təsdiq edən mötəbər sübutları (mənzilə dair digər şəxslərlə real olaraq kirayə müqaviləsini bağlamasına, məhz cavabdehin təqsiri üzündən bunun baş tutmamasına, bununla bağlı üçüncü şəxslə danışıqlara dair sübutlar və s.) təqdim etməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərdən qeyd olunan mənzilə yaşadıqlarından kirayə haqqı kimi məbləğin tutulmasını da əsaslı hesab etmir. Belə ki, mənzilin kirayəyə verilməsi barədə tərəflər arasında hər hansı bir razılıq – müqavilə olmamışdır. Tərəflər arasında məhkəmə mübahisələri olmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7850/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onların mübahisəli ünvan 4 ünvanından cavabdeh Nərimanov rayon İcra Şöbəsi tərəfindən çıxarılması qanunsuz hesab edilmiş, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 icra sənədi olmadan yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 143 nömrəli mənzildən çıxarılmasına dair hərəkətlərdən çəkinmək öhdəliyi cavabdeh Nərimanov rayon İcra Şöbəsinə həvalə edilmişdir. Qeyd olunan qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-1376/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 695/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin qeyd olunan mənzildən çıxarılması nəzərdə tutulmadığından, onların icra sənədi olmadan Nərimanov rayon İcra Şöbəsi tərəfindən mənzildən çıxarılması qanunsuz hesab edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə iddiaçı tərəfindən göstərilən tələbin əsasını təşkil edən hal əldən çıxmış faydanın olmasıdır. Lakin iddiaçının tələbinin əsasını təşkil edən hallar – cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu halda iddiaçıya iddia etdiyi formada ziyanın dəyməsini müəyyən etmək mümkünsüzdür. Belə olan halda iddia üzrə iddiaçı tərəfindən cavabdehlərə qarşı yönəlmiş iddia tələbinin qeyd olunan hissədə əsassız olması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddia tələbinin təmin olunan (mənzildən çıxarılma) və təmin olmayan (zərər-pul) hissələri nəzərə alınmaqla ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi müştərək qaydada 100 manat tutularaq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1-də yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və mənzilə dair hüququ olmayan digər şəxslər mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və mənzil tam boşaldılaraq İddiaçı təhvil verilməli. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 1-də yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və mənzilə dair hüququ olmayan digər şəxslər mənzildən əşyaları ilə birlikdə çıxarılsın və mənzil tam boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-603/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-603/2025
15.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver