Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-611/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X27rşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X38 cəlb edilməklə) “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 12 iyul 2024-cü il tarixli 3-29- 69/3-1-567K/2024 saylı əmrinin ləğv edilməsi, Göyçay şəhəri 2 nömrəli körpələr evi- uşaq bağçasının müdiri vəzifəsinə işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 20 iyun 2006-cı il tarixdə Göyçay şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X47 Təhsil İdarəsinin müdirinin12 iyul 2024-cü il tarixli 3-29-69/3- 1-567K/2024 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmrin surəti ona verilməmişdir, yalnız əmək kitabçası təqdim edilmişdir. Əmək kitabçası işəgötürəndən alan kimi dərhal mediasiya prosesinə başladığını,15 iyul 2024-cü il tarixdə cavabdehə poçt vasitəsi ilə mediasiya prosesinin tətbiqi barədə təklif göndərdiyini və təklif cavabdehə çatdıqdan sonra 29 iyul 2024-cü il tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatına müraciət göndərərək mediatorun təyin edilməsini xahiş etdiyini qeyd edir. Lakin rəsmi dəvət edilməsinə baxmayaraq cavabdeh, mediator Zərxanım Əhmədovanın təyin etdiyi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də ilkin mediasiya sessiyasını keçirmək mümkün olmamış və Yevlax 1 saylı Mediasiya Təşkilatı nümayəndəmə ilkin mediasiya sessiyasında iştitak edilməməsi barədə 22 avqust 2024-cü il tarixli MŞY/MT034/2024-00420 saylı arayış vermişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X47 Təhsil İdarəsinə qarşı 12 iyul 2024-cü il tarixli 3-29- 69/3-1-567K/2024 saylı əmrinin ləğv edilməsi, Göyçay şəhəri 2 nömrəli körpələr evi- uşaq bağçasının müdiri vəzifəsinə işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclası keçirilərkən cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədlərdən məlum olub ki, əmək kitabçasındakı işdən çıxma barədə qeydləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X47 Təhsil İdarəsi tərəfindən aparılaraq qeydi həmin idarənin müdiri imzalasa da əmək müqaviləsi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ləğv edilmişdir. Hazırkı cavabdehə qarşı məhkəmədə iddia qaldırmalı olduğundan Yevlax rayon Məhkəməsinə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(039)-2242/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır. Bundan sonra eyni mübahisə ilə bağlı cavabdehə mediasiya təklifi göndərilmiş və Bakı 10 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Həmin mediasiya təşkilatının mediatoru Vəli Vəliyevin 11 oktyabr 2024-cü il tarixə təyin etdiyi mediasiya sessiyasına gəlməmişdir və mediator nümayəndəsinə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11 oktyabr 2024-cü il tarixli MŞB/10/2024-00606 saylı arayış vermişdir. İddiaçı cavabdehin, onunla bağlanmış əmək müqaviləsinin ləğvi barədə verdiyi əmri qanunsuz hesab etdiyini qeyd edib. İşə götürən mübahisələndirdiyi əmrdə onun işdən azad olunmağını rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyi,əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirməməyi ilə əsaslandırmışdır. Lakin onun rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyi, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirməməyinin nədən ibarət olması əmrdə konkret göstərilməmişdir.İddiaçı qeyd edir ki, ona şifahi olaraq, Göyçay şəhəri 2 nömrəli körpələr evi- uşaq bağçasında sanitar-dayə işləyən X19 ATV kanalında yayımladığı 2019-cu ildə yazılmış səs yazısına görə işdən çıxarıldığını bildirmişdir. Halbuki həmin səs yazısını Günel Əkbərova sosial şəbəkələrdə yayımladığı üçün ona artıq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi. Günel Əkbərovanın televiziya kanalında yayımladığı səs yazısı 2019-cu ildə yazılmışdır və həmin vaxtdan 5 ilə yaxın vaxt keçmişdir. Əgər işəgötürən həmin səs yazısını intizam xətası hesab edirsə törədildiyi vaxtdan 6 aydan çox vaxt keçdiyi üçün ona əmək müqaviləsini ləğv etmək kimi inzibati tənbeh verə bilməzdi. Törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Günel Əkbərova və əri Vüqar İsmiyevin ATV kanalının xəbərlər verilişində yayımladıqları səs yazısından sonra ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, daha sonra həmkarlar təşkilatı eyni səbəbdən onun işdən azad olunma məsələsi 10 iyul 2024-cü il tarixdə müzakirəyə çıxarmış və o, 12 iyul 2024-cü il tarixli əmrlə Göyçay şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad edilmişdir.O, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X47 Təhsil İdarəsinin müfəttişi Afət xanıma 09 iyul 2024-cü il tarixdə votsap ani yazışma şəbəkəsi vasitəsi ilə mesaj yazaraq bildirsə də sonuncu ona “o cəzanı sizə regional idarə verib.Həmkar təşkilatı verməyib. Sabah olacaq həmkarlar təşkilatının iclasıdı” məzmununda mesajla cavab vermişdi. İddiaçı qeyd edir ki,işəgötürən onunla bağlanmış əmək müqaviləsini ləğv edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Bu səbəbdən də iddia tələbini əsaslı hesab edir. Cavabdehin etiraz ərizəsi və onun dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz və iddia müdətinin tətbiqi barədə ərizə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində onunla bağlanmış əmək müqaviləsinin ləğvi barədə verdiyi əmrin qanunsuz olduğunu qeyd etmişdir. Lakin, Göyçay şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasında cari tədris ilində 2 dəfə yoxlama aparılmış və yol verdiyi nöqsanlara görə xx.xx.2023-cü il tarixdə X2 xəbərdarlıqla şiddətli töhmət, xx.xx.2024-cü il tarixdə isə yenidən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Sonuncu inzibati tənbehdən 6 ay keçməmiş sosial şəbəkələrdə və internet informasiya resurslarında vəzifəli şəxs kimi səlahiyyətlərindən sui-istifadə etdiyini, korrupsiya hüquqpozmaları etdiyini, kollektivin üzvləri ilə qeyri-etik davranaraq tədbir keçirilməsi üçün onlardan pul tələb etdiyini özündə əks etdirən İddiaçı məxsus səs yazısı yayılmışdır. Qeyd olunan hallar barədə aktlar tərtib edilmiş, izahatlar alınmışdır. X47 Təhsil İdarəsinin Həmkarlar Təşkilatının 10 iyul 2024-cü il tarixdə iddiaçının iştirakı ilə keçirilmiş iclasında X15 Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz olunmamışdır. İddiaçı əmək müqaviləsi üzrə vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş və Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Agentliyin direktorunun xx.xx.2024 tarixli 3-29-69/3-1-567K/2024 nömrəli əmri ilə Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X28 ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı iddia ərizəsində mübahisələndirilən əmrdə onun işdən azad olunmasını rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməyində, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyində, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirməməyiylə əsaslandırdığını, lakin bütün bunların nədən ibarət olması əmrdə konkret göstərilmədiyini iddia edir. Belə ki, həmin əmrin verilməsi üçün əsas xx.xx.2024-cü il tarixdə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət, sosial şəbəkələrdə və internet informasiya resurslarında yayılmış iddiaçıya məxsus səs yazısı, iddiaçı X15 və bağçanın digər işçilərinin izahatları və X47 Təhsil İdarəsinin Həmkarlar Təşkilatının 10 iyul 2024-cü il tarixli protokolundan çıxarış və məktəbəqədər təhsil müəssisəsinin müdirinin vəzifəsindən azad olunması ilə bağlı əmrin əsaslandırma hissəsi olmuşdur.Eyni zamanda iddiaçı iddia ərizəsində, şifahi olaraq ona işdən çıxarılma səbəbi kimi Göyçay şəhəri 2 nömrəli körpələr evi uşaq bağçasında sanitardayə işləyən X19 ATV kanalında yayımladığı səs yazısını göstərir. İddiaçı buna görə ona artıq sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini iddia edir. Halbuki, bu belə deyildir. Belə ki, 2023-cü il 26 oktyabr tarixində X47 Təhsil İdarəsi tərəfindən Göyçay şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasında aparılmış yoxlama zamanı əməkhaqqı hesablama və ödəniş cədvəllərində aşağıdakı nöqsanlar aşkarlanıb monitorinq aktında qeyd olunmuşdur: X16 2022-ci ilin dekabr ayında 0.75 ştat vahidi iş yükü X6 həvalə edilmiş, lakin bu, əmr kitabında qeyd olunmamışdır. Buna baxmayaraq, 3 nömrəli əmrdən çıxarış təqdim edilərək K.Abdullayevaya 471 manat əlavə ödəniş edilmişdir.X9 2023-cü ilin yanvar ayında 0.5 ştat vahidi iş yükü musiqi rəhbəri X7 həvalə edilmiş, lakin onların iş qrafikləri üst-üstə düşmüşdür. Buna baxmayaraq, Ə.Mehrəliyevaya 397.35 manat əlavə ödəniş edilmişdir.X10 2023-cü ilin iyul ayında 0.75 ştat vahidi iş yükü X6 həvalə edilmişdir. Lakin onların iş saatları eyni vaxta təsadüf etdiyi üçün əmr kitabı qaralanaraq sonradan dəyişiklik edilmişdir. Buna baxmayaraq, K.Abdullayevaya 482.57 manat əlavə ödəniş edilmişdir. X16 2023-cü ilin avqust ayında 0.5 ştat vahidi iş yükü X21 həvalə edilmişdir. Lakin iş qrafikləri uyğun gəlmədiyindən A.Məmmədovaya 248.50 manat əlavə ödəniş edilmişdir. Bu nöqsanları iddiaçı özü də izahatında etiraf etmişdir. Qeyd edilənləri nəzərə alaraq gələcəkdə bu kimi halların qarşısının alınması məqsədi ilə Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə bağçanın müdiri X20 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Yoxlamalar nəticəsində aşkarlanmış bu hallardan dərs çıxarılmayaraq, nöqsanlar yenidən təkrarlanmış və oxşar qanun pozuntuları davam etdirilmişdir. Belə ki, Göyçay rayon sakini, Göyçay şəhəri 2 nömrəli körpələr evi uşaq bağçasında sanitar-dayə vəzifəsində işləyən X19 Elm və Təhsil Nazirliyinə ünvanlanmış, həmin bağçanın müdiri Kəmalə Abbasova tərəfindən yol verilən qanunsuzluqlar barədə müraciətinə əsasən X47 Təhsil İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixə kimi olan müddət yoxlanıldığı üçün, son 6 ay ərzində bu və ya digər səbəbdən texniki və pedaqoji işçilərin işlərinin əvəz olunması, ikinci iş yeri olan işçilərin iş saatlarının uyğunluğu, müəssisədə aparılmış inventarizasiyanın nəticəsi yoxlanılmışdır. Araşdırma zamanı müəssisədə inventarizasiyanın aparılmasında nöqsan aşkar olunmasa da, əmr kitabında tarixlərin ardıcıllığı və əmək müqaviləsi bildirişlərinə əlavələrin işlənməsində pozuntular aşkar edilmişdir. Həmçinin, 0,5 ştat vahidi ilə fəhlə işləyən Şəlalə Həsənovanın işə davamiyyəti iş qrafikinə uyğun deyil. O, hər gün 8:00-da işə gəlməli olduğu halda, yaşayış yerinin uzaq olması səbəbindən saat 9:00-da işə başlayır. Əmr kitabında əvəzçiliklər zamanı iş saatlarının üst-üstə düşdüyü aşkar edilmişdir. 30 noyabr 2023-cü il tarixli 39 və 40 nömrəli əmrlərlə məzuniyyətə buraxılan Aytən Qəhrəmanova və Şəlalə Həsənovanın işləri müvafiq olaraq Şəfa İbrahimova, Gültac Mehdiyeva və Aynur Ədilovaya həvalə olunmuş, lakin iş qrafiklərinin uyğun gəlməməsinə baxmayaraq, ümumilikdə 809 manat əlavə əməkhaqqı ödənilmişdir. Arzu Abdullayeva 1 ştat vahidi ilə 2 nömrəli bağçada tərbiyəçi, 0.5 ştat vahidi ilə 8 nömrəli bağçada musiqi rəhbəri kimi işləyir. İkinci iş yeri olan 8 nömrəli bağçada iş vaxtının 11-00 da başa çatması ilə 2 nömrəli bağçada iş saatının başlaması hər gün eyni vaxta olması halı aşkarlandı. Hər iki müəssisədə iş saatlarının üst-üstə düşdüyü, bir müəssisədən digərinə çatmaq üçün 10-15 dəqiqə vaxt tələb olunduğu aşkar edilmişdir. 8 nömrəli bağçanın müdiri Rəqubə Cəfərova etiraza əlavə edilmiş izahatında bunu təsdiqləmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə izahatında və xx.xx.2024-cü il tarixdə isə ərizəsində cavab olaraq qeyd olunanları etiraf etmişdir. Yoxlama nəticəsində bu pozuntulara görə bağça müdiri Kəmalə Abbasovanın vəzifə funksiyalarını lazımi qaydada icra etmədiyi müəyyən edilmiş, vəzifə funksiyasının icrasında yol verdiyi nöqsanlara görə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Qeyd olunanlardan da görünür ki, şəxsə verilmiş şiddətli töhmət ona səs yazısınının yayıldığına görə deyil, xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama nəticələrinə görə verilmişdir. İddiaçının işdən çıxmasına əsas olan səbəb isə, sonuncu yoxlama nəticəsində Kəmalə Abbasovanın səs yazısının televiziya kanallarında, sosial şəbəkələrdə və internet informasiya resurslarında yayımlanmasıdır. Səs yazısında İddiaçı, vəzifəli şəxs olaraq öz səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz hərəkətlərə yol verir. O, korrupsiya hüquqpozmalarına da əl atır və müəssisədəki kollektivin üzvləri ilə qeyri-etik davranış nümayiş etdirir.Səs yazısında iddiaçı tədbirlər keçirmək üçün bağçanın əməkdaşlarından pul tələb edir, bu isə ciddi bir narazılıq və etiraz doğurmuşdur. Səs yazısı ilə əlaqədar aparılan yoxlamalar zamanı, Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında çalışan işçilərin izahatları alınmış və hər biri həmin səs yazısıın İddiaçı məxsus olduğunu bildirmişlər. Bununla, o əmək müqaviləsi üzrə vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş və Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur .Qeyd edilənləri əsas gətirərək, Agentlik Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X28 ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 12 iyul 2024-cü il tarixindən ləğv etmişdir.İddiaçı iddia ərizəsində qeyd edir ki, işdən çıxarılma barədə əmrin surəti ona verilməmiş, yalnız əmək kitabçası ona təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilmə qaydası” haqqında 83-cü maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əmri ilə rəsmiləşdirilməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab sonuncu iş günü ödənilməlidir. Buna əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında məlumat verilməsi, işdənçıxarma haqqında əmrinin surətini və əmək kitabçasını təhvil almaq üçün iddiaçı Abbasova Kəmalə ilə əlaqə saxlamaq mümkün olmamışdır. Həmin körpələr evində işləyən qızı X29 ilə əlaqə saxlanıb. Təhvil təslim xx.xx.2024-cü ildə körpələr evinin müdiri gəlmədiyi üçün Məmmədova Aytənlə təhsil sektorunun əməkdaşı arasında həyata keçirilib. Bununla bağlı akt tərtib olunub və qoşma kimi etiraza əlavə olunmuşdur. Cavabdeh tərəfindən eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə iddia müddəti keçmiş və bu səbəbdən iddianın təmin edilməsi mümkün deyil. İddiaçı ilkin olaraq 29 iyul 2024-cü il tarixdə mediasiyaya müraciət etmiş və bu proses nəticəsiz qaldıqdan sonra 11 sentyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra, eyni mübahisə üzrə iddiaçı tərəfindən yenidən mediasiyaya müraciət olunmuş və bununla iddia müddətinin süni şəkildə uzadılmasına cəhd göstərilmişdir. Mediasiya haqqında qanunvericiliyə əsasən, ilkin mediasiya sessiyası zamanı iddia müddətinin axımı dayandırıla bilər. Lakin bu müddəa təkrar mediasiyaya müraciət etməklə sui-istifadə halına çevrilə bilməz. İddiaçının vaxtında məhkəməyə müraciət etməməsi onun öz səhlənkarlığı ilə əlaqədardır və bu səbəbdən iddia müddəti keçmiş hesab edilməlidir. Cavabdeh iş üzrə iddia müddətinin tətbiq olunmasını və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uuyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, 40 ildir təhsil sektorunda fəaliyyət göstərir. 2024-cü ildə yoxlama keçirilib və heç bir nöqsan aşkar edilməmişdir. Səs yazısı illər öncəsinə aiddir və həmin vaxt yayılmışdır. Nar bayramında əl işləri sərgilənir. Rayon üzrə sərgidə iştirak etməyin zəruri olduğu bildirilmişdir. O,bildirdi ki, işçilər əl işlərini hazırlamaq istəmirdilər. Müəllimlər əl işlərini özləri düzəldir, düzəldə bilməyənlər isə hazır alırlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndəiddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etid. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X30 iddia ərizəsinin rədd edilməsini xahiş etdi. O qeyd etdi ki, may ayında monitorinq keçirilmiş, işçilərin iş saatları üst-üstə düşməsi müəyyən edilmişdir və tənbeh tədbiri görülmüşdür. Səs yazısı daha sonra yayılmışdır və səs yazısının iddiaçıya aid olması ilə bağlı işçilərdən izahatlar alınmışdır. O həmçinin bildirdi ki, səs yazısı yayılan zaman iddiaçı işdən çıxarılmamışdır. May ayının 14-də səs yazısı televiziya kanalında və tik-tok sosial şəbəkədə yayımlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məumatlandırılmış cavabdeh və üşüncü şəxs məhkəmə iclasındanümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki işin materialları - Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)-2242/2024 saylı qərardada əsasən,İddiaçı cavabdeh X47 Təhsil İdarəsinə qarşı «Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X47 Təhsil İdarəsinin müdirinin 12 iyul 2024-cü il tarixli 3-29-69/3-1- 567K/2024 saylı əmrinin ləğv edilməsi, Göyçay şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmışdır. - ИТ-İ № ******* əmək kitabçasının surətinə əsasən, İddiaçı 20 iyun 2006-cı il tarixdə Göyçay şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmiş; xx.xx.2024-cü il tarixdə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə,əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifədə funksiyalarını yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X47 Təhsil İdarəsinin müdirinin12 iyul 2024-cü il tarixli 3-29-69/3- 1-567K/2024 saylı əmri ilə ləğv edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən 12 iyul 2024-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrinə əsasən, X47 Təhsil İdarəsi tərəfindən Göyçay şəhər 2 nömrəli körpələr eviuşaq bağçasında aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edildiyi,həmçinin Göyçay şəhər 2 nömrəli körpələr evi uşaq bağçasının müdiri X28 əmək müqaviləsi üzrə vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyinə və Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə’ bəndinə əsasən əmək funksiyalarını pozduğuna görə əvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 5 5.8-ci və 5.5.11-ci bəndlərinə əsasən Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X28 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 12 iyul 2024-cü İİ tarixindən ləğv edilməsi, Məktəbəqədər Ümumi Təhsil üzrə X23 Aran Regional Təhsil İdarəsi (Elçin Kərimov) İddiaçı ilə son haqq hesabın aparılmasının təmin edilməsi barədə əmr verilmişdir. - Yevlax 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli,MYŞ/MT034/2024-00420 saylı arayışa əsasən İddiaçı ilkin medasiya sesiyasında iştirak etmiş və 50 manat medasiya haqqı ödəmişdir. - 16 avqust 2022-ci il tarixli Göyçay Rayon Prokurorluğunun böyük müstəntiqi X11 qərarına əsasən Göyçay şəhəri,Şəhriyar küçəsi,ev 8D ünvanında yaşayan X12 ünvan 2nın müdirəsi Kəmalə Abbasovanın bağçaya ayrılmış ərzağı satması və digər qanunsuzluqlara yol verməsi ilə bağlı müraciətində və izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığı üçün İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. X19 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə, ünvan 2nın müdirəsi Kəmalə Abbasovanın və sonuncunun həyat yoldaşı Polad Abbasovun əməlində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - 20 sentyabr 2021-ci il tarixli Göyçay Rayon Prokurorluğunun böyük müstəntiqi X11 qərarına əsasən ünvan 2nın müdirəsi Abbasova (Zeynalova) Kəmalə Vaqif qızının əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilsin. - xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixdə keçirilən manitorinqə əsasən inzibati tənbehin verilməsi barədə Əmrdən görünür ki, Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə bağçanın müdiri X20 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, yol verilmiş nöqsanlar nəticəsində dövlət büdcəsindən qanunsuz olaraq icra olunmayan vəzifələr üçün ödənilmiş 1599,42 (bir min beş yüz doxsan doqquz manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti X28 tərəfindən dövlət büdcəsinə geri ödənilməsi əmr edilmişdir. - 25 oktyabr 2023-cü il tarixli Aktın surətindən görünür ki, Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında 25 oktyabr 2023-cü il tarixdə davamiyyət yoxlanılıb və yoxlama zamanı bağça üzrə 75 uşağa qarşı 25 uşaq davamiyyəti müəyyən edilib. 2-ci orta qrupda X31 adı qrupun jurnalında olduğu halda MTİS-də qeydiyyatdan keçmədiyi müəyyən edilib. - 26 oktyabr 2023-cü il tarixli Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X28 tərəfindən yazılan izahata əsasən , X28 bildirir ki,bağçanın tərbiyəşisi X39 kitabında qeydiyyat aparmadan əlavə məzuniyyətdə olan digər işçinin işini həvalə edib.Əmr kitabında qeydiyyat aparmağı unudub.Digər tərbiyəşilərin Əsmər Mehrəliyeva və Aytən Məmmədovaya da əlavə iş həvalə edərəkən onların öz iş saatları ilə həvalə edilən iş saatlarının toqquşduğunu bilmədiyini, K.Abdullayevaya iş həvalə edərəkən isə iş vaxtlarının eyni vaxtda olduğunu görsə də bu barədə Əmr kitabında ƏMR-ə əlavə etməyərək köhnə Əmr-i ağardaraq dəyişib.Günel Ələkbərovanın onun haqqında bildirdiklərinin əsssız olduğunu və heç bir işçidən pul tələb etmdəyini izahatda bildirib. İzahatı öz imzası ilə təsdiq edib. - X47 Təhsil İdarəsi ünvan 2 Əmək məzuniyyətlərinin verilməsi haqqında xx.xx.2023cü il tarixli,ƏMR №12/14 əsasən .Bağçada 0.75 ştat vahidi tərbiyəçi vəzifəsində çalışan X32 xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün, 01 avqust 2023-cü il tarixdən 11 sentyabr 2023cü il tarixidə daxil olmaqla 42 təqvim günü növbəti əmək məzuniyyəti verilməsi,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinin 1-ci bəndinə əsasən 01 avqust 2023-cü il tarixindən 11 sentyabr 2023-cü il tarixidə daxil olmaqla bağçada 0.5 ştat vahidi tərbiyəçi vəzifəsində çalışan X33, 0.25ştat vahidi vahidi tərbiyəçi vəzifəsində çalışan X8 əvəz etməsi həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən həmin müddət ərzində X17 vəzifə maaşına 0.5 və X4 vəzifə maaşına 0.25 ştat vahidi miqdarında miqdarında əlavə olaraq hesablanması barədə əmr verilmişdir. - İnzibati tənbehin tətbiqi barədə əmrdən görünür ki, Göyçay şəhər 2 nömrəli körpələr evi uşaq bağçasının müdiri X20 vəzifə funksiyasının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndi ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi,2023-cü ilin noyabr-dekabr ayı ərzində əvəzçilik üzrə verilmiş iş saatlarının üst-üstə düşməsi səbəbindən 809 (səkkiz yüz doqquz) manat məbləğində artıq ödənilmiş əmək haqqı Kəmalə Abbasovadan tutularaq dövlət büdcəsinə qaytarılması,ərizəçi - Göyçay şəhər 2 nömrəli körplər evi uşaq bağçasında sanitar-dayə vəzifəsində işləyən X13 iş yerinin dəyişdirilməsi barədə müraciətinin icrasına qanuna uyğun baxılması və Göyçay şəhər 2 nömrəli körpələr evi uşaq bağçasında 1 ştat vahidi tərbiyəçi işləyən X14 şəhərin 8 nömrəli körpələr evi uşaq bağçasında da 0,5 ştat vahidi musiqi rəhbəri işinin apardığı zaman iş saatlarında müşahidə olunan uyğunsuzluqun qısa zaman ərzində aradan qaldırılması üçün müvafiq tədbir görülməsi barədə əmr verilmişdir. - X47 İdarəsinin xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, yoxlama nəticəsində Göyçay şəhər 2 nömrəli körpeler evi uşaq bağçası üçün hazırda yeni bina tikintisi başlandığı üçün 2022-ci üln iyul ayından 11 nömrəli körpələr evi uşaq bağçasına məxsus binanın digər korpusunda fəaliyyət göstərdiyi üçün, bağçanın əvvəlki binasının satılması və inventar avadanlıqların oğurlanması barədə ərizədə qeyd olunan fakt doğruluğunu tapmamış, əmr kitabında əmrlərin yazılmasında tarixlərin ardıcıllığı və əmək müqaviləsi bildirişlərinə əlavələrin İşlənməsi bir neçə halda pozulmuşdur. Müəssisədə 0,5 ştat vahidi fəhlə işləyən Şəlalə Həsənovanın işə davamiyyəti iş qrafikinə uyğun deyil. Belə ki, hər gün 8-00 da işdə olmalı olduğu halda, özünün bildirdiyinə görə yaşayış yeri uzaq məsafədə olması səbəbindən saat 9-00 da işə gəlir. Bağçanın təssərrüfat müdiri Rafiq Bayramovun müdir Kəmalə Abbasova əlaqəsi (bacısının baldızının heyat yoldaşı) var. R.Bayramov həmin vəzifəyə İddiaçı bağçaya müdir təyin olunduqdan sonra işə başlamış, Aytən Məmədova İddiaçı qızıdır. 2007-ci ildə onun tərəfindən əvvəlcə gözətçi vəzifəsinə, 2018-ci ildə tərbiyəçi vəzifəsinə təyin etmiş hazırda həmin vəzifədə işlədiyi adı müraciətdə qeyd olunan Röya Bayramova uzun müddətdir həmin bağçada işləmədiyi, xx.xx.2022-ci il tarixdən işdən azad olunduğu məlum olub. Şikayət ərizəsində adları qeyd olunan Arzu Abdullayeva, Reyhan Abdullayevə, Sevinc Qedirova və Şəlalə Həsənova izahatlarına əsasən, əvəzçilik üzrə onlara verilən əmək haqqını özləri almış, bağçanın müdirinə pul verməmişdirlər. Əmr kitabında əvəzçilikiərin verilməsində eyni vaxtda düşən iş saatlarının olduğu aşkarlanmışdır. Belə ki, 30 noyabr 2023-cü il tarixli 39 nömrəli əmrlə aşbaz Aytən Qəhrəmanova əmək məzuniyyətinə buraxılmış, işi əvəzçilikie Şəfa İbrahimovaya və Gültac Mehdiyevaya həvalə olunub əmək haqqı ödənilsə də, iş saatları eyni vaxtda düşür. Müəssisənin fəhləsi Şəlalə Həsənova 30 noyabr 2023-cü il tarixdə 40 nömrəli əmrlə əmək məzuniyyətinə buraxılmış, işi Aynur Ədilovaya həvalə olunsa da, burda da iş saatları eyni vaxtda təsadüf etmişdir. Ümumilikdə iki nəfərin işinin əvəz olunması öçün 445 (dörd yüz qırx beş) manat məbləğində artıq əmək haqqı ödənilib.Müəssisədə 1 ştat vahidi tərbiyəçi işi aparan Arzu Abdullayeva uzun müddətdir şəhərin 8 nömrəli körpələr evi uşaq bağçasında da 0,5 ştat vahidi musiqi rəhbəri işi aparır, hər iki müəssisədə müddətsiz müqavilə ilə işləyir, ikinci iş yeri olan 8 nömrəli bağçada iş vaxtının 11:00 da başa çatması ilə 2 nömrəli bağçada iş saatının başlaması hər gün eyni vaxta olması halı aşkarlandı. Belə ki, A.Abduİayeva bir müəssisədə iş vaxtını başa vurub digər müəssisəyə maşınla getməsi üçün ən azı 10-15 dəqiqə vaxt sərf etməlidir. Bunu 8 nömrəli körpələr evi uşaq bağçasının müdiri Rəqubə Cəfərova da təsdiq etmiş.A,Abdullayevanın əsas iş yerində 2-ci iş yerindəki iş saatı və məşğələ cədvəli barədə heç bir rəsmi məlumat olmadığı aşkar edilmişdir. - 26 oktyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Göyçay rayon 2 nömrəli körpələr evi - uşaq bağçasında seçmə qaydada əməkhaqqı hesablama - ödəniş cədvəlləri araşdırılarkən aşağıdakı nöqsanlar aşkar edilin.1.Bağçanın tərbiyəçisi, X16 0.75 ştat vahidi iş yükü 2022-ci ilin dekabr ayında X6 həvalə edilib, lakin bu barədə əmr müəssisənin əmr kitabında qeyd edilməyib. Muhasibatlığa isə 3 nömrəli əmrdən çıxarış təqdim edilib. K. Abdullayevaya 471 (dörd yüz yetmiş bir) manat əlavə vəsait ödənilib. 2.Bağçanın tərbiyəçisi, X9 0.5 ştat vahidi iş yükü 2023-cü ilin yanvar ayında musiqi rəhbəri X7 həvalə edilib. İşçilərin iş qrafikləri yoxlanılarkən məlum olub ki, A.Abdullayeva və Ə.Mehreliyevanın iş saatları eyni vaxta təsadüf edir. Bu səbəbdən de Ə. Mehrəliyevaya 397.35 (üç yüz doxsan yeddi manat 35 qəpik) manat vəsait artıq ödənilib.3. Tərbiyəçi, X18 0.75 ştat vahidi iş yükü 2023-cü ilin iyul ayında X6 həvalə edilib. Həmin işçilərin də iş saatları eyni vaxta təsadüf etdiyi üçün əmr kitabı qaralanaraq sonradan dəyişiklik edilib. K.Abdullayevaya 482.57 (dörd yüz səksən iki manat 57 qəpik) manat vəsait artıq ödənilib.4.X1 0.5 ştat vahidi iş yükü 2023-cü ilin avqust tərbiyəçi, X22 həvalə edilib. İşçilərin iş saatları eyni vaxta təsadüf etdiyindən A.Məmmədovaya 248.50 (iki yüz qırx səkkiz manat 50 qəpik) manat vəsait artıq ödənilib. 5.Göyçay 2 nömrəli körpələr evi - uşaq bağçasında seçmə qaydada araşdırma zamanı ümumilikdə 1599.42 (bir min beş yüz doxsan doqquz manat 42 qəpik) manat vəsaitin əsassız olaraq ödənilməsi müəyyən olunub. - xx.xx.2024-cü il tarixli Aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Göyçay şəhər 2 № körpələr evi uşaq bağçasının müdiri İddiaçı əmək müqaviləsinə xitam verilib və İddiaçı əmək kitabçasını götürməkdən imtina edib.xx.xx.2024-cü il tarixdə İddiaçı təhvil təslim yoxlamasında iştirak etməmişdir. - Göyçay şəhər 2 № körpələr evi uşaq bağçasının müdiri Kəmalə Abbasova tərəfindən xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, iki nəfər işçinin əvəz olunması üçün 809 (səkkiz yüz doqquz ) manat məbləğində artıq əmək haqqı ödənildiyi üçün bu məbləğin əmək haqqından tutulmasına (5 ay müddətinə) etriaz etmir. - Göyçay şəhər 2 № körpələr evi uşaq bağçasının müdiri Kəmalə Abbasova tərəfindən xx.xx.2024-cü il tarixli izahatında işçilərin iş saatlarının üst-üstə düşməsi və Şəlalə Həsənovanın da əvzəçiliyində eyni halın tərarlanmasının səhvən etdiyini,qızı X24 Göyçay Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən işə götürüldüyünü,həmçinin Günel Ələkbərovanın şikayətlərinin əsassız olduğu qeyd edilib. - Göyçay şəhər 2 № körpələr evi uşaq bağçasının müdiri Kəmalə Abbasova tərəfindən xx.xx.2024-cü il tarixli izahatına əsasən sosial şəbəkədə yayılan nar bayramı üçün yığılmalı olan pul yığılması barədəki səs yazısının ona məxsus olmadığını qeyd edib. - X47 Təhsil İdarəsi tərəfindən Məktəbəqədər təhsil müəssisəsinin müdiri vəzifəsindən azad olunması ilə bağlı Əsaslandırmaya əsasən, X47 Təhsil İdarəsinin Həmkarlar Təşkilatının keçirilən iclasının Əsaslandırmasına əsasən, Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri X15 müəssisəni idarəetmədə yol verdiyi nöqsanlar barədə dəfələrlə daxil olmuş vətəndaş müraciətinə əsasən cari tədris ilində 2 dəfə yoxlama aparılmış və yol verdiyi nöqsanlara görə əvvəlcə A.Abbasovaya töhmət, sonra isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, artıq ödənilmiş 2410 (iki min dörd yüz on ) manat məbləğində vəsait onun tərəfindən dövlət büdcəsinə geri ödənilmişdir. Sonuncu yoxlamadan sonra-televiziya kanallarında, sosial şəbəkələrdə və internet informasiya resurslarında İddiaçı səs yazısı yayılmışdır. Səs yazısında vəzifəli şəxs kimi səlahiyyətlərindən sui-istifadə edir, korrupsiya hüquqpozmaları edir, kollektivin üzvləri ilə qeyri-etik davranaraq tədbir keçirilməsi üçün onlardan pul tələb edir. Hazırda müəssisədə sosial-psixoloji mühit pozulduğu üçün X15 Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən azad olunmasını məqsədəmüvafiq hesab edilmişdir. - X47 Təhsil İdarəsinin Həmkarlar Təşkilatının 10 iyul 2024-cü il tarixdə keçirilmiş 03 saylı iclasının protokoluna əsasən ,Mərkəzi Aran RTİ-nin HİK-in sədri X54 Təhsil İdarəsinin ilk Həmkarlar Təşkilatının üzvlərinin təkliflərini nəzərə alaraq Azərbaycan Republikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X15 əmək müqaviləsinə xitam verilməsinə etiraz etmir. - Mülki işin materiallarında olan, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş flaşkartda olan “Whastapp Video 2025-01-30” adlı videogörüntüdən görünür ki, “Tiktok” sosial şəbəkəsində “sehideltonekberov” adlı istifadəçi “Emin Əmrullayev bax bu Göyçayın 2 saylı uşaq bağçasıdır. Axra qədər izləsəz uşaqlara gələn ərzaqlar kim tərəfindən oğurlandığını görəcəksiniz. Əlbəttə ki bağcanın mudiri. Elcin Kerimov buna niye göz yumur” başlığı ilə video paylaşılmışdır. Eyni flaşkartda “Whastapp Video 2024-12-20” adlı videogörüntüdən görünür ki, “ATV” kanalında iddiaçının işlədiyi bağça barədə süjet hazırlanmış, həmin süjetdə iddiaçının aşağıdakı məzmunda səs yazısı da səsləndirilmişdir: “nar bayramı ilə əlaqədar 2 dənə iş çıxarırsız ortaya özdə möhtəşəm iş, elə belə yox.. Çünki gör neçə ay var bir ildə?! 12 ay...12 ay əmək haqqı alırsız? Alırsız..hərənizində 3-5 dənə uşağı var.. yazmaram ha o əmək haqqını sizə, uşaqlarınızı da qeydiyyatdan çıxardaram”. Daha sonra bağçanın işçisi Günel Əkbərova tərəfindən “Bağçanın müdiri işçiləri hədələyir, o pul birbaşa rüşvət məqsədilə toplanır. Onun iş saatlarını azaldıb. Ərzaq oğurluğu videolarını çəkdirmişdir. Guya 2 saylı deyil 12 saylı bağşanın ərzaqları səhvən gəlir amma hamı bilirki bu yalandır” kimi fikrlər səsləndirilmişdir. Eyni süjetdə iddiaçı aşağıdakı fikirləri səsləndirir: “61 yaşım var 40 ildir bu sahdə işləyirəm.. 20 ildi müdirəm.. Bilmirəm o səs yazısını hardan əldə ediblər.. Bizim bağça dörd ildir nar bayramında iştirak etmir”. Daha sonra X47 Təhsil İdarəsinin nümayəndəsi Rüstəm Aslanov məsələyə münasibət bildirərək qeyd edir ki, sözügedən bağçda səs yazıları və digər neqativ hallarla bağlı bir neçə istiqamətdə yoxlamalar aparılır” Mülki işə tətbiq edilən hüquq və işə baxan məhkəmənin mövqeyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin normanın İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. Əmək qanunvericiliyinə əsasən (186-cı maddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 2-ci hissəsinin “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə X15 işdən çıxarılmasına əsas olan AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Umumi Təhsil üzrə Dövlət Agentliyinin 12 iyul 2024-cü il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə (özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilərkən, Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Həmin əmrdən görünür ki, işəgötürən tərəfindən “əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi” əsası ilə verilmişdir. Əmrdə qeyd edilmişdir ki, X28 əmək müqaviləsi üzrə vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş və ƏM-nin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Belə ki, məhkəmə araşdırması ilə sübuta yetir ki, X3 şəhər Göyçay şəhər 2 nömrəli tam orta məktəbin direktoru olmuşdur. X20 xx.xx.2023-cü il tarixli Əmr ilə vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əmrlə yol verilmiş nöqsanlar nəticəsində dövlət büdcəsindən qanunsuz olaraq icra olunmayan vəziələr üçün ödənilmiş 1599,42 manat məbləğində pulun X28 tərəfindən dövlət büdcəsinə geri ödənilməsi əmr edilmişdir. X20 13 may 2024-cü il tarixli Əmr ilə vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq yenidən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin Əmr ilə 2023-cü ilin noyabr-dekabr ayı ərzində əvəzçilik üzrə verilmiş iş saatlarının üst-üstə düşməsi səbəbindən 809 manat məbləğində artıq ödənilmiş əmək haqqının Kəmalə Abbasovadan tutularaq dövlət büdcəsinə qaytarılmasının təmin olunması əmr edilmişdir. Məhkəmə qeyd edir ki, bağçada aparılan yoxlama nəticəsində tərtib edilmiş aktlardan və müvafiq izahatlardan iddiaçının məktəb müdiri kimi fəaliyyəti dövründə ciddi nöqsanlara yol verməsi, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarının yerinə yetirməməsi öz təsdiqini tapır. Məhkəmə baxışı zamanı əmrin ləğvi üçün əsas ola biləcək cavabdeh tərəfindən qanunvericiliyin normalarının pozulması faktı aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən X28 vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci, 83-cü və 84-cü maddələrinin tələbləri pozulmamışdır. Əmək Məcəlləsinin 80-ci maddəsində özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən aşağıdakı şərtlər nəzərdə tutulmuşdur. Belə ki, AR ƏM-nin 80.1-ci maddəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2-ci maddəsinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən “özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” əsas şərtdir. Məhz sadalanan halların mövcudluğu iş materiallarından aydın görünür, bu səbəbdən də işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsi ilə nəticələnmiş və tərəflər arasındakı əmək müqaviləsinə həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə yuxarıda qeyd olunan pozuntuların onun əməllərində mövcud olması arqumenti ilə xitam verilməsi əsaslı hesab edilməlidir, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması işin faktiki halları ilə sübut olunur. İşçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi formal və ümumi mülahizələrdən ibarət olmamış, cavabdeh tərəfindən təqdim olunan dəlillərlə iddiaçının hərəkətlərindəki pozuntunun varlığı təsdiqlənmişdir. Məhkəmənin qənaətinə görə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması, cavabehin iddiaçıya qərəzli münasibətdə olması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İlk növbədə iddiaçı tərəfindən əmək müqaviləsinə əsassız və qərəzli olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini mübahisələndirmiş və işə bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, həm məktəbdə aparılan yoxlama nəticəsində tərtib edilmiş aktlardan və müvafiq izahatlardan iddiaçının məktəb müdiri kimi fəaliyyəti dövründə ciddi nöqsanlara yol verməsi, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarının yerinə yetirməməsi öz təsdiqini tapır. Məhkəmə baxışı zamanı əmrin ləğvi üçün əsas ola biləcək cavabdeh tərəfindən qanunvericiliyin normalarının pozulması faktı aşkar edilməmişdir. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd edir ki, iddia əsaslı olduğundan, iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verilməsinə zərurət aradan qalxmışdır. Belə ki, iddia müddəti iddia əsaslı olduğu halda tətbiq edilə bilər. Məhkəmə bu mövqeyini prosessual qənaət prinsipinin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyin əmrin ləğv edilməsi, işə bərpa və məvburi işburaxmaya görə kompensasiya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-611/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-611/2025
11.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver