Məhkəmə qərarları › İş №e-2(005)-613/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-613/2024

14.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-613/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı maliyyə arayışının ləğv edilməsi və s. tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı protokoldan çıxarışın etibarsız hesab edilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına yazılmış maliyyə arayışının və mənzil orderinin ləğv edilməsi və ya həmin mənzil üçün tərəfindən ödənilmiş 110.000 manat pul vəsaitinin ona qaytarılması, dövlət rüsumu olaraq ödədiyi 400 manat, hüquqi yardım üçün ödədiyi 150 manat, cəmi 550 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" Mənzil-tikinti Kooperativinin xx.xx.2009-cu il tarixli iclasında kooperativin üzvlüyünə qəbul olunaraq, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı 2 otaqlı mənzilini almışdır. Sonradan onun həyat yoldaşı X8 xanımla birlikdə ona müraciət edərək, öz razılıqları əsasında mənzilin satış müqaviləsini ləğv etdirərək, həmin mənzili öz aralarında 130.000 manata razılaşmaqla MTK-nın balansına qaytarmış, həmin məbləğdən 110.000 manat pul onun tərəfindən İsmayılov Rahibə ödənilmişdir. Aralarında ödənilən məbləğin qeydiyyatı var və Rahib öz imzası ilə həmin qeydiyyatı təsdiq etmişdir. Həmin mənzilin müqaviləsi “Təbriz MTK”-nın iclasında protokol əsasında ləğv edilib, sənədlər mühasibatlığın arxivinə verilmişdir. Mənzilin satış müqaviləsinin əsli Cavabdeh alınmış, arxiv sənədlərinin arasına qoyulmuşdur. Sonradan cinayət işinin araşdırılması ilə əlaqədar olaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi Hikmət Mahmudov tərəfindən götürülmüşdür. Mənzilin satış müqaviləsinin əsli bu gün cavabdeh tərəfindən təqdim edilməsi mümkün deyil və bu fakt özlüyündə müqavilənin ləğv edilməsini təsdiq edən haldır. Sözügedən mənzili özü alaraq, mənzili öz adına qeydiyyata almış, DƏDRX-dən çıxarış əldə etmişdir. Sonradan sözügedən mənzil X2 və o da mənzili müqavilə və protokol əsasında özəlləşdirmişdir. Bundan əlavə, cavabdehin əri Rahib fəhlə tutaraq, sözügedən mənzildən bütün əşyalarını: soyuducunu, paltaryuyanı, 1 ədəd mətbəx stolunu, 6 ədəd stulları, 2 ədəd pərdəni, 3 ədəd çilçıraqları (lyusturları) eyni binanın mansard hissəsində yaşayan qardaşının evinə daşıtdırmışdır. Həmin mənzildə hətta 2016-cı ilin martından 2020-ci ilin noyabrınadək İsmayılov Rahibin öz qohumları (kürəkəni Elgizin ailəsi) kirayədə yaşamışlar. Kirayə haqqı onun tərəfindən Günelin əri Sadıqov Anara ödənilmişdir və Anar bu faktı təsdiq edə bilər. Daha sonra Sadıqova Günel həmin mənzili X1. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilinə İddiaçı adına tərtib olunmuş, "xxxx" MTK üzvlərinin ümumi iclasının 33 nömrəli, xx.xx.2013-cü il tarixli protokolundan çıxarışın, İddiaçı adına verilmiş maliyyə arayışının və xx.xx.2014-cü il tarixli Forma 2 arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilinə dair digər hüquqi nəticələrin, mənzilə dair İddiaçı, X5 və X3 adlarına mülkiyyət hüququna dair qeydlərin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilinə onun mülkiyyət hüququnun qeydə alınması, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilinə adına reyestrdən çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilinin cavabdehlər tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh İddiaçı ona qarşı onun adına yazılmış maliyyə arayışının və mənzil orderinin ləğv edilməsi və ya həmin mənzil üçün tərəfindən ödənilmiş 110000 manat pul vəsaitinin ona qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olmasını müvafiq məhkəmə bildirişindən bilmişdir. İddiaçı iddia tələblərinin mahiyyəti ona iddia ərizəsinin surətindən məlum olmuşdur. İddiaçı tələbi əsassızdır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evdə yerləşən 137 saylı mənzil "xxxx" Mənzil-Tikinti Kooperativindən, kooperativ üzvlüyünə qəbul edilməsiylə əlaqədar 28 mart 2009-cu il tarixli protokoluna əsasən tərəfindən alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışından göründüyü kimi, payçı olaraq tərəfindən MTK-ya 30975 manat məbləğində tam ödəniş edilmiş, MTK-ya borcu olmamışdır. Təqdim edilmiş sənədlər əsasında onun adına Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilinə dair 032066 saylı order verilmişdir və həmin sənədlər heç vaxt, heç kim tərəfindən mübahisələndirilməmişdir, qüvvədə olan sənədlərdir. Bu faktları əsas tutaraq tərəfindən mübahisələndirilən halların: 2009-cu ilin mart ayında tərəfindən qanuni surətdə, qanuni əsaslarla "xxxx" MTK-dan alqısatqı yolu ilə almış olduğu, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evdə yerləşən 137 saylı mənzilə dair tərtib edilmiş, "xxxx" MTK üzvlərinin ümumi iclasının 33 nömrəli, xx.xx.2013-cü il tarixli protokolundan çıxarışın, İddiaçı adına verilmiş maliyyə arayışının və xx.xx.2014-cü il tarixli Forma 2 arayışının və bu sənədlər əsasında hazırkı iş üzrə cavabdeh İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmasının, daha sonra həmin mənzilin alqı-satqı yolu ilə İddiaçı tərəfindən Günel Sadıqovaya, daha sonra isə sonuncu tərəfindən Nabat Abdullayeva satılması faktlarının etibarsız hesab edilmələrində israrlıdır. Belə ki, hazırkı iddia ərizəsində də göstərdiyi kimi, mənzilə dair ona aid olan sənədlər qüvvədə olduğu bir halda, İddiaçı yeni müvafiq sənədlərin verilməsi ancaq saxtakarlıq kimi qiymətləndirilməlidir. Bu kimi qanunsuz hərəkətlər nəticəsində onun əmlak hüquqları kobud surətdə pozulmuşdur. İddia ərizəsində göstərdiyi kimi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 saylı evin 137 saylı mənzilinə dair mülkiyyət hüququ üçün əsas götürülmüş olan sənədlər etibarsız hesab edilməli (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi, "Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmış əqd etibarsızdır") və onun əsasında tərtib edilmiş hüquqi nəticələr, mənzilə dair İddiaçı, Günel Sadıqovanın və Nabat Abdullayevanın adlarına mülkiyyət hüququna dair qeydlər ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 işə müstəsna aidiyyət qaydalarına müvafiq baxılmalı olmasını, ərazi aidiyyəti üzrə mülki işin göndərilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə etirazını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1 və 35.3-cü maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Hazırki iş üzrə “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1 edən tərəflər mülki işə müstəsna aidiyyət qaydalarına müvafiq olaraq baxılmalı olmasını bildirsələr də, məhkəmə qeyd edir ki, hazırki iddia üzrə irəli sürülmüş tələblər mülki prosessual qanunvericilik normalarına əsasən müstəsna aidiyyət qaydasında baxılmalı olan tələblər siyahısına aid edilə bilməz. İddia ərizəsindən göründüyü kimi, iddia tələbi Cavabdeh adına verilmiş maliyyə arayışının və mənzil orderinin ləğv edilməsi və ya pul vəsaitinin qaytarılması ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən isə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüquqlarından məhrumetmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Həmin iddia tələblərinə əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddialar daxildir. Müstəsna aidiyyət halının mövcudluğu zamanı, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətlərindən asılı olmayaraq yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərar). Beləliklə, iş materiallarından göründüyü kimi, ilkin iddiaçı hazırda mübahisələndirilən mənzilin mülkiyyətçisi və ya qanuni sahibi deyildir. İddia daşınmaz əşya üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsi, mənzilin qaytarılması, mülkiyyət hüququnun sübyektiv hüquq kimi müdafiəsi və s. ilə bağlı deyildir. Hazırda əmlak üçüncü şəxslərin mülkiyyətindədir. İddia yalnız mənzilin əvvəlki mülkiyyətçisi, Cavabdeh adına yazılmış maliyyə arayışının və mənzil orderinin ləğv edilməsi və ya pul vəsaitinin qaytarılması ilə bağlıdır. Göründüyü kimi, hazırki iş üzrə tələblər qeyd edilən maddənin təsir dairəsinə düşmür və bu səbəbdən müvafiq işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq deyil, ümumi aidiyyət qaydalarına uyğun baxılmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Mülki Prosessual Məcəllənin 40.1, 32.3 və 32.4-cü maddələrinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı maliyyə arayışının ləğv edilməsi və s. tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı protokoldan çıxarışın etibarsız hesab edilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 35, 39, 40, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı maliyyə arayışının ləğv edilməsi və s. tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı protokoldan çıxarışın etibarsız hesab edilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar