Məhkəmə qərarları › İş №e-2(005)-63/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-63/2023

13.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-63/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu və ona məxsus olan ünvan 1 ünvanından istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmaqla, onun həmin mənzilə köçürülməsi və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında İslam Abışov küçəsi, 16 saylı evin, 10 saylı mənzilindən cavabdehin istifadə hüququna xitam verildiyi üçün Cavabdeh bu mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1975-ci ildən etibarən ünvan 2 ünvanda yaşamışdır. Bu ünvanda yaşadığı vaxt xx xxxxxx 1976-cı il tarixdə hazırkı iddia üzrə cavabdeh qızı Məmmədova (Adgözəlova) Vəsilə Nəriman qızı anadan olmuşdur. Cavabdeh, X21 ilə 2000-ci ildə ailə qurmuşdur. Qızının həyat yoldaşı X2 rayonundan məcburi köçkün olduğu üçün, ailəsi ilə (cavabdeh ilə) birlikdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ərəblinka 18 ünvanda yaşamışlar. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Aparatı Qaçqınlar və X38 Şöbəsinin xx.xx.2008-ci il tarixli 2282 nömrəli Arayışda qeyd olunmuşdur ki, X21, həyat yoldaşı Cavabdeh, övladları ilə birlikdə Bakıxanov qəsəbəsi Ərəblinka 18a ünvanında müvəqqəti olaraq, məskunlaşmışlar. 2004cü ildən sonra o, Cavabdeh özünə məxsus İslam Abışov küçəsi 16, mənzil 10 ünvanda müvəqqəti yaşamağına razılıq vermişdir. Cavabdeh və onun həyat yoldaşı və digər ailə üzvləri (qayınatası Şamil ilə birlikdə) üçün Ərəblinka 18 ünvanda – sıxlıq olduğundan sərbəst yaşamalarına şərait yaratmaq üçün cavabdehin ona məxsus mənzildə müvəqqəti yaşamaqlarına razılıq vermişdir. Belə bir razılıq heç də mənzilin birdəfəlik onun nəzarətinə keçməsi anlamına gəlmək deyildir. Cavabdeh müvəqqəti olaraq məskunlaşdığı ünvan söküldükdən sonra, onun qayınatasının adına Dövlət tərəfindən Sabunçu rayonun Kürdəxanı qəsəbəsində məcburi köçkün ailəsi kimi ev verilmişdir. Çünki onların məcburi köçkün kimi qeydiyyatda olduqları ünvan Sabunçu rayonu Ərəblinka 18 ünvanı idi. Cavabdeh evində qaldığı müddətdə, paralel olaraq Ərəblinkadakı ünvanda köçkün ailəsi kimi qeydiyyatda olmaqla, Ərəblinka 18 ünvanda qayınatası Şamil Məmmədov qalırdı. Ərəblinka 18 ünvanı söküldüyünə görə, Dövlət Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində Eldəniz Məmmədovun atası X16 adına ev verib. Cavabdehin həyat yoldaşı (Eldəniz Məmmədov) məcburi köçkün olmağına baxmayaraq, (onun həyat yoldaşının) Bakı şəhəri X35 ərazisində və Quba rayonunda (Alekseyevka kəndi) birgə nikah dövründə inşa etdiyi fərdi evləri vardır. Quba rayonu Alekseyevka kəndi alma bağının yanındakı evin yerləşdiyi torpaq sahəsi cavabdehin həyat yoldaşı Eldəniz Məmmədovun adınadır. Cavabdeh ona məxsus İslam Abışov küçəsi 16 ünvandakı 10 saylı mənzildə özünün bəzi köhnə yararsız əşyalarını saxlamaqla, 1975-ci ildən ona məxsus olan mənzilinin qapısını bağlamaqla onun öz mənzilinə köçüb yaşamasına maneçilik edir. Cavabdehin hərəkətləri nəticəsində 1975-ci ildən ona məxsus olan və davamlı şəkildə istifadə etdiyi mənzilə münasibətdə hüquqları pozulur. Mənzilinin bağlı saxlanılması onun təyinatı üzrə istifadəsinin pozulması ilə yanaşı, mənzilin saxlanması qaydaları pozulmaqla mənzilin dağılmasına səbəb olur. Cavabdehin müvəqqəti qeydiyyatda olub, ailəsi ilə yaşadığı Ərəblinka 18 ünvanı söküldüyü üçün bu səbəbdən qayınatası Şamil Məmmədovun adına həm Dövlət yaşamaq üçün mənzil vermiş, həmdə cavabdeh həyat yoldaşı ilə birgə nikah dövründə inşa etdiyi fərdi həyət evlərinin olması və həmin evdə yaşamaqla, onun mənzilinin qapısını qıfıl ilə bağlamaqla hüquqlarını pozur. Hansı ki, cavabdehin ona məxsus qeyd olunan ünvana münasibətdə istifadə hüququnun xitam olunması barədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi mövcuddur. Əlavə sübutlar əldə etmək üçün Qaçqın və MKİ üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektoruna vəkil tərəfindən sorğu verilmişdir. Cavabdeh öz ailəsi ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinka 18 ünvanda faktiki olaraq 2008-ci ildə məskunlaşması, həmin ünvanda məcburi köçkün ailə üzvü kimi qeydiyyatda olmaqla uşaqların həmin ərazidə yerləşən məktəbə və bağçaya getməsini təsdiq edən rəsmi arayışlarla bu fakt sübut olunur. Onun müvəqqəti olaraq özünə məxsus olan İslam Abışov küçəsi 16 ünvandakı 10 saylı mənzildən istifadə etməyə icazə verməyi heç də cavabdehə əsas vermir ki, anasına 1975-ci ildən məxsus olan mənzili zəbt edib, mənzil sahibini evə buraxmasın! Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış yeri var. Onun bu yaşayış sahəsinə ehtiyacı yoxdur. Bu yaşayış sahəsinə ehtiyacın olmaması həm Dövlətin onlara (qayınatasının adına) məcburi köçkün ailəsi kimi ev verilməsi faktı, həmdə özlərinin iki yerdə fərdi yaşayış evlərinin olması ilə təsdiq edilir. Cavabdeh, ona məxsus mənzilə köçüb yaşamağına maneçilik edir. Cavabdehin ona məxsus olan evdən istifadə hüququna Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə xitam verilmişdir. Cavabdehin nikahda olduğu həyat yoldaşının adına ev (əmlak) olması barədə sübut kimi Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı vardır. Cavabdeh məhkəməyə iddia ərizəsi təqdim edərək, Cavabdeh ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ünvan 10 ünvandakı 10 saylı mənzilində istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X3 Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində yerləşən 16 ünvandakı evin 10 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismar sahəsində arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin müqavilədən irəli gələn nəticələrin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, ev 16da yerləşən 10 saylı mənzil Bakı şəhəri 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Cavabdeh İddiaçı onun anasıdır. O, 1992-ci il ildən İslam Abışov küçəsi, ev 16, mənzil 10-dan çıxaraq, əşyalarını götürərək, həyat yoldaşı olan atası ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S 22 saylı evin 31 saylı mənzilində daimi yaşayır. Cavabdeh hazırda mülkiyyətində olan mənzilə xx.xx.1991-ci il tarixli orderə əsasən köçmüşdür, 2008-ci il tarixdə yaşadığı mənzili həyat yoldaşı X5 razılıq ərizəsi əsasında özəlləşdirərək, xx.xx.2008-ci il tarixdə həmin mənzilə mülkiyyət hüquqları dövlət tərəfindən qeydiyyatdan keçmişdir. İndiyə kimi cavabdeh mülkiyyətində olan mənzildə həyat yoldaşı ilə birlikdə yaşayır. Bu səbəbə görə onun ailəsi ilə yaşadığı İslam Abışov, ev 16 yerləşən 10 saylı mənzildən istifadə hüququnu cavabdeh itirmişdir. O, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək formal olaraq mübahisəli mənzildə qeydiyyatda olsa da, orada həmin illərdə də yaşamamışdır. Cavabdeh İddiaçı mübahisəli mənzildə istifadə hüququnu itirmişdir, həmçinin onun yaşadığı mənzilin qeyri-yaşayış sahəsinə ehtiyacı da yoxdur, o mülkiyyətində olan mənzildə yaşayır. Niyyəti onun ərindən boşanmağına nail olmaqdır. Hazırda cavabdeh saxta kirayə müqaviləsi əsasında ailəsiylə yaşadığı İslam Abışov küçəsi, ev 16, m 10- da qeydiyyata düşdüyünə görə mənzilə köçürülmə barədə tələb irəli sürmüşdür. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, “Q” yaşayış sahəsi, ev 22, 31 saylı mənzil İddiaçı mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, MKİB-nin 105 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Yeni Günəşli Y/S, 22 saylı evin 31 saylı mənzilindən İddiaçı xx.xx.2019-cu il tarixdən qeydiyyatdan çıxıb, lakin faktiki həmin ünvanda yaşayır. Həmçinin həmin ünvanda həyat yoldaşı X10 da yaşayır. Cavabdehin qanunsuz olaraq saxta kirayə müqaviləsi əsasında yaşadığı mənzilə qeydiyyata düşməsi onun həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz. Belə ki, yaşadığı Bakı şəhəri, İ.Abışov küçəsi, 16 saylı evdə yerləşən 10 saylı mənzilə cavabdeh İddiaçı guya onunla Bakı Şəhər İcra Hakimiyyəti MKTD-nin 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 78 saylı MKİS arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən qeydiyyata düşmüşdür. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı; xx.xx.2021-ci il tarixdən xx.xx.2004-cü il tarixədək ünvan 12 ünvanında xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək ünvan 13 ünvanında xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək ünvan 12 ünvanında qeydiyyatdadır. Göstərilən idarənin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 12 ünvanına qeydiyyata alınmasına dair kirayə müqaviləsi qanunsuz olmuşdur. Belə bir müqavilə bağlamadığını bildiyi üçün ASAN 1 Xidmətinə müraciət edib arayış əldə etmişdir. Daha sonra müqavilənin araşdırılması üçün Nərimanov RPİ-yə müraciət etmişdir. Ərizə üzrə araşdırılma aparılmış, bununla bağlı 07 fevral 2022-ci il tarixdə ekspertiza təyin olunmuş və ekspert rəyində müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli kirayə müqaviləsində “kirayəçi” qrafasında əks olunmuş imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, müəyyən olunmuşdur ki, yuxarıda göstərilən kirayə müqaviləsi əsassızdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1537/2023 saylı 17 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh X6 qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi, kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş 2(005)-63/2023 saylı mülki işə birləşdirilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, İddia tələbi üzrə Cavabdeh İddiaçı doğma qızıdır. İddiaçı İ.Abışov küçəsi ev. 16 mənzil 10 ünvanı 1975-ci ildə işlədiyi (iş yeri üzrə) “Qala Kombinat” tərəfindən verilmişdir. Cavabdeh anadan olmamışdan əvvəl bu ev İddiaçı onun işlədiyi müəssisə tərəfindən ona təqdim olunmuşdur. Qeyd olunan mənzilin “Qala Kombinatı” tərəfindən öz işçiləri İddiaçı təqdim olunması, bu və digər evlərin İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 74 saylı sərəncamı ilə balansa götürülməsi, İcra Hakimiyyəti tərəfindən ev balansa götürüldükdən sonra evin “şəxsi hesab vərəqəsi, “qeydiyyat vərəqəsi” bu mənzilin kommunal xidmətlərinin (su, qaz, işıq) İddiaçı adına 2021-2022-ci il tarixə qədər olması və bu tarixlərdən sonra Cavabdeh onlara məlum olmayan üsullarla bu xidmətlərdən bəzilərini öz adına keçirmişdir. Su hazırki vaxtadək İddiaçı adınadır. Mənzil ilə əlaqədar İH qurumlarının məhkəmə sorğularına dair cavablar tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Bildirmişdir ki, Cavabdeh tərəfindən Prokurorluq və Polis orqanlarına ünvanlanmış şikayətlər Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən araşdırılmışdır. Polis orqanının araşdırması əsasında xx.xx.2021-ci il tarixdə qəbul edilmiş ‘‘Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda mübahisə barədə ətraflı şəkildə qeyd olunmuşdur. Cavabdeh anası barədə çoxsaylı şikayət ərizələri təqdim etdiyi üçün, Polisin qərarı ilə bunlar münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Eyni zamanda vəkil sorğusuna xx.xx.2021-ci ildə 78 saylı (Məhkəməyə təqdim edilib) MKİS-in verdiyi (Məhkəməyə təqdim olunub) arayışda da Polisin qərarında qeyd olunanlar təsdiq olunur. Bu rəsmi sənədlərdə qeyd olunur ki, evi 1975-ci ildə İddiaçı öz iş yerindən “Qala” Kombinatında işləyərkən alıb. Bu evin Cavabdeh bağışlanmasına, yaxud verilməsinə dair fakt yoxdur. 1991-ci il tarixli “order” əsasında İddiaçı və onun ailə üzvləri həyat yoldaşı və iki qızları (Vəsilə bu qızlardan biridir) Günəşli qəsəbəsində ev almışdır. Həmin evdə məcburi köçkün yerləşdiyi üçün, bu mənzilə İddiaçı və onun ailə üzvləri yalnız 1996-cı ildə sahib çıxa biliblər, yəni köçə biliblər. Həmin mənzilə köçüb qeydiyyata düşənlərdən biri də Cavabdeh olmuşdur. 1996-2002-ci illər aralığında İ.Abışov küçəsi 10 ünvanında İddiaçı bacısı faktiki olaraq yaşamışdır. Cavabdeh 1996-cı ildən Günəşlidə qeydiyyatda olmaqla, 1999-cu ildə Günəşlidən Bakıxanov qəsəbəsindəki Ərəblinka 18a ünvanına gəlin köçmüşdür. Qeydiyyatı Günəşli qəsəbəsində saxlanılmışdır. Cavabdeh 1992-2004-cü illərdə mənə məxsus olan Y/Günəşli qəsəbəsi, ev.22, mənzil 31-də qeydiyyatda olmuşdur . Həmin mənzilə 1996-cı ildə köçmüşlər. Cavabdeh 1999-cu ildə məcburi köçkün E.Məmmədov ilə ailə qurmuşdur. Cavabdeh anasına məxsus Günəşli qəsəbəsində yerləşən evdən Sabunçu rayonu, Ərəblinka 18a ünvana gəlin köçmüşdür. Bu ünvandan uşaqları məktəbə (H.Əliyev liseyinə) getmiş və bu ünvanda yaşamasını təsdiq edən sübutlar kimi Sabunçu Rayon Qaçqınlar Şöbəsinin arayışları iş materiallarına sübut olaraq əlavə olunmuşdur. İddiaçı 2001-ci ildə təkrarən İ.Abışov küçəsinə pasport qeydiyyatına düşmüşdür. Həmin vaxt Cavabdeh İddiaçı Günəşlidəki evinə qeydiyyatda olub. İddiaçı razılıq ərizəsi əsasında, Cavabdeh İddiaçı məxsus İ.Abışov küçəsindəki 10 nömrəli mənzilə 2004-cü ildə qeydiyyata düşmüşdür. İddiaçı qızı Cavabdeh yaşadığı Sabunçu rayonu, Ərəblinka küçəsindəki evdə ailə tərkiblərinin çox olması səbəbindən, darısqallıq olduğundan qızı Cavabdeh İ.Abışov küçəsinə köçüb müvəqqəti (məcburi köçkün ailəsi olaraq) yaşamasına icazə vermişdir. İddiaçı Cavabdeh evə qeydiyyata aldırmaqla, evdə faktiki yaşamasına razılıq vermişdir. Cavabdeh həyat yoldaşı Eldəniz Məmmədovun məcburi köçkün kimi yaşadıqları ünvan söküldüyü üçün, dövlət tərəfindən xx.xx.2019-cu ildə cavabdehin qaynatası və digərlərinə Kürdəxanı qəsəbəsində 4 (dörd) otaqlı ev verilmişdir. Eldəniz Məmmədov, Cavabdeh və uşaqları yenə də məcburi köçkün statusunda saxlamaqla, Nərimanov rayonu üzrə müvəqqəti qeydiyyatları İcra Hakimiyyətində müvəqqəti qeydiyyatda olmuşdur. 2005-ci il tarixə qədər vətəndaşların qeydiyyatları ilə əlaqədar MKİS-də mövcud olmuş forma-A sənədindən görünür ki, İddiaçı bu mənzildə 2001-ci ildən etibarən qeydiyyatda olmuşdur. Eyni zamanda digər (yuxarıda istinad olunmuş) sənədlərlə də müəyyən olunub ki, İ.Abışov küçəsindəki evin sahibi İddiaçıdır. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən məlum olur ki, İ.Abışov küçəsi 10 nömrəli mənzil üçün məişət tullantılarının daşınması xərcləri üçün, 2004-2005-ci illərdən etibarən sonrakı illərdə ödənişləri İddiaçı icra etmişdir. (Məhkəməyə təqdim olunub) ünvan 18 ünvanındakı bütün kommunal xidmətlərin 1975- ci ildən 2021 -ci il tarixə qədər mən İddiaçı adında olması faktdır. Cavabdeh tərəfindən Məhkəməyə təqdim olunmuş DİN BPQMİ-nin MAPS arayışları ilə sübut olunur ki, cavabdehin həyat yoldaşı və övladları da məcburi köçkün statusları ilə Cəbrayıl rayonunun Maşanlı Ərazi İdarəsinin Alıkeyxalı kəndində qeydiyyatdadırlar. Vəsilə və Eldəniz Məmmədov cütlükləri mənim əmlakımı özününküləşdirməklə, əsassız varlanmaq niyyəti ilə yanaşı, həm də məcburi köçkün adından istifadə edib dövlətdən əmlak əldə etmək istəklərini reallaşdırmaq istəyirlər. Bu niyyətləri reallaşdırmaq üçün Vəsilə və həyat yoldaşı Eldəniz Məmmədovlar ailə üzvlərini iki ünvanda (Bakıda və Cəbrayıl rayonunda) qeydiyyatda saxlamaqla, istəklərini reallaşdırırlar. Ailənin iki üzvü Cavabdeh və X17 mənə məxsus İ.Abışov küçəsi 16, mənzil 10 ünvanında qeydiyyatda saxlanılır, nəticədə mənim bu evimi özününküləşdirsinlər. Eldəniz Məmmədov (Vəsilənin həyat yoldaşı) iki digər övladları Məmmədli Elcan və Məmmədli Şamil isə məcburi köçkün ailə üzvü kimi Cəbrayıl rayonunda qeydiyyatda saxlanılmaqla, görünür dövlətdən həmin ərazidə əmlak əldə etmək istəyirlər. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-4190/2019 qərardadından məlum olur ki, Cavabdeh həyat yoldaşı Eldəniz Məmmədov ilə 1999-cu ildən sonra birgə nikahda olduqları müddətdə aşağıdakı birgə əmlakları əldə ediblər. Abşeron rayon (ərazi hazırda Sabunçu rayonu, lakin köhnə qaydalarla Abşeron olub) Maştağa qəsəbəsi Subtropik ərazidə yerləşən 0,12 ha ölçüdə torpaq sahəsi və orada yerləşən fərdi ev; Birgə əmlak kimi inşa ediblər. Quba rayonu, Alekseyevka ərazisində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli 5 otaqlı (xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli **********59 reyestr nömrəli çıxarış) mülk V.Məmədova ilə h/y Eldəniz Məmmədovun birgə əmlakıdır. Məhkəmənin qərardadından (səh.2) məlum olur ki, cavabdehin həyat yoldaşı X12 ünvan 20 ünvanında yaşadığı göstərilsədə orada yaşamır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X26 üzrə Dövlət Komitəsinin Nərimanov Rayon Sektorunun arayışından görünür ki, X30 rayonundan məcburi köçkündür. ünvan 21 ünvanda müvəqqəti məskunlaşıb. Eyni zamanda cavabdehin həyat yoldaşı Eldəniz Məmmədovun xx.xx.2008-ci il tarixdə Sabunçu rayonu İH Aparatı Qaçqınlar və X38 Şöbəsinin müdirinin imzası ilə təhsil şöbəsinə və bağçaya təqdim olunması üçün aldığı 2281 və 2282 saylı arayışlardan (iş materiallarına əlavə edilib) məlum olur ki, Cavabdeh məcburi köçkün ailəsinin üzvü kimi özü, həyat yoldaşı və övladları həm Sabunçu rayonunda, həm də Nərimanov rayonunda hansı vasitələrləsə köçkün kimi uçotda olublar. Bu isə qanunvericiliyə zidd bir haldır. Vəsilə Məmmədov və onun həyat yoldaşı X27 RİH-də və Sabunçu RİH-də məcburi köçkün kimi uçota durmaq faktları mövcuddur. Qeyd olunan təkzib olunmaz faktlardan məlum olur ki, İ.Abışov küçəsindəki 10 nömrəli ev İddiaçı iş yerindən ona 1975-ci ildə verilib. Eyni zamanda sübutlarla müəyyən olunur ki, Cavabdeh məcburi köçkünün ailə üzvüdür. Bu ailənin bir qisminə 2019-cu ildə Kürdəxanıda dövlət hesabına ev ayrılıb. Eyni zamanda sübut olunur ki, Cavabdeh daha çox əmlak əldə etmək məqsədilə özü, həyat yoldaşı və uşaqlarını məcburi köçkün kimi həm Sabunçu rayonunda, həm də Nərimanov rayonunda müvəqqəti qeydiyyatdan keçirdiblər (bax. Məhkəmə qəradadına və rəsmi arayışlara). Həmçinin bu məcburi köçkün ailənin müvəqqəti olaraq İ.Abışov küçəsində məskunlaşdığı Məhkəmə qərardadı və s. sənədlərlə sübut olunur. Hazırda mənzilin (evin) həqiqi sahibi İddiaçı qarşı etdikləri hərkətlər əsassızdır. Məhkəməyə bildirir ki, o, “Qala” Kombinatında işlədiyi vaxtda, 1975-ci ildə İ.Abışov küçəsi 16, mənzil 10 (keçmiş 510-cu məhəllə) ünvanını həyat yoldaşı ilə birlikdə əldə etmişdir. Hazırkı iş üzrə iddiaçı Cavabdeh qızıdır. Qızı 1976cı ildə anadan olmuşdur. Cavabdeh Cəbrayıl rayonundan məcburi köçkün ailəsinin üzvü X21 ilə 1999-cu ildə ailə qurdu. Cavabdeh ona məxsus olan Y/Günəşli qəsəbəsi ev.22, mənzil 31 ünvanında qeydiyyatda olmaqla, ailə qurduğu həyat yoldaşının (Eldəniz Məmmədovun valideynləri, bacı və qardaşları) müvəqqəti məskunlaşdığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ərəblinka 18a ünvanına gəlin köçdü. İddiaçı qeyd olunan ünvanda 2001-ci ildə Aytac Məmmədli adında övladı və 2003-cü ildə Elcan Məmmədli adında övladı doğulmuşdur. Özü 2001-ci ildə yenidən İ.Abışov küçəsi 16, mənzil 10 ünvanına pasport qeydiyyatına düşdü. Bundan sonra Cavabdeh Ərəblikadakı məskunlaşdığı ev şəraiti darısqal olduğundan, valideyn olaraq Cavabdeh və onun həyat yoldaşı Eldəniz Məmmədov və azyaşlı övladları ilə bu evə köçüb, müvəqqəti yaşamaqlarına həyat yoldaşı ilə birlikdə razılıq verdi. 2004-cü ilin may ayında Cavabdeh bu evə qeydiyyata düşməsinə razılıq verərək evinə onu pasport qeydiyyatına aldırdı. Özü dekabr 2004-cü ildə bu evdən müvəqqəti qeydiyyatdan çıxaraq Günəşlidəki evinə təkrar qeydə alındı. Razılaşdı ki, evin bütün kommunal xidmətləri onun adında qalmalıdır. Çünki Cavabdeh məcburi köçkün ailəsinin üzvü kimi müvəqqəti olaraq evində yaşamalı idi. 2014-cü ildə Cavabdeh həyat yoldaşı Eldəniz Məmmədov ilə birlikdə yaşamaq məqsədilə, həm Quba rayonunda, həm də Sabunçu rayonunun Maştağa qəsəbəsi Subtropik ərazidə həyət evləri əmlaklar əldə etdilər. Cavabdeh ilə həyat yoldaşı Eldəniz Məmmədov arasında boşanma (bəlkədə yalan xarakterli), əmlak bölgüsü və sair tələblərlə əlaqədar mübahisələr 2018-ci ildə başlandı. Həyat yoldaşı ilə Məhkəmədə əmlak bölgüsü çəkişməsi apardığı 2018-ci ilin axırları və 2019-cu ilin əvvəllərindəki dövrlərdə Cavabdeh ona məxsus olan Günəşlidəki evdə bir müddət, yəni yanvar-sentyabr 2019-cu il dövrlərində özü ilə faktiki olaraq yaşadı. Yanvar 2019-cu ildə onun Günəşlidəki evində Cavabdeh faktiki olaraq yaşadığı vaxt o, İ.Abışov küçəsi 16, mənzil 10 ünvanına dair mənzil kirayə müqavilənin müvəqqəti olaraq Cavabdeh ilə bağlanılmasına həmin vaxt etiraz etmədiyini Vəsiləyə bildirmişdir. Çünki Vəsilə bildirirdi ki, əgər yoldaşı ilə barışmasa, müvəqqəti olaraq qeyd olunan evində yaşayacaq. Həyat yoldaşından əmlakları Məhkəmə qaydasında tələb edib, öz payını aldıqdan sonra öz evinə köçəcəkdir. Eyni zamanda Cavabdeh 2019-cu ildə onunla bərabər Asan xidmətə gələrək o, ev sahibi kimi İ.Abışov küçəsindəki evə təkrar qeydiyyata düşdü. Cavabdeh həyat yoldaşı ilə barışandan sonra, yaxud həyat yoldaşından əmlak payını alandan sonra mənim evimi tərk etməyi (biz öz aramızda) razılaşmışdı. Bu səbəbdən mənzilin bütün kommunal xidmətləri adına olmaqla, tərəfindən kommunal haqlar ödənilirdi. Beləliklə, İ.Abışov küçəsindəki evə dair mənzil kirayə müqaviləsi Vəsilə ilə yanvar 2019-cu ildə bağlanan zaman, Vəsilə onun Günəşlidəki evində onlarala birlikdə yaşamış, ancaq indi bildirir ki, mənzil kirayə müqaviləsindəki imza guya ona məxsus deyildir. Bu planlı hərəkətdir. Cavabdeh planı icra etməkdə məqsədi əmlakını öz adına keçirmək niyəti olub. Bu planı Cavabdeh öz həyat yoldaşı ilə birlikdə qurublar. Cavabdeh öz yeganə doğma bacısına valideyn olaraq onlar tərəfdən heç bir pay verilməsin deyə özünə məxsus olan bütün əmlakları özününküləşdirmək istəyir. Çünki müqavilə Cavabdeh ilə bağlanıb və müqavilənin müddəti başa çatmışdır. Bu müqavilə zamanında Vəsilə tərəfindən (həyat yoldaşı ilə birgə planı olub) təşkil və icra olunub. Çox maraqlı hal ondan ibarətdir ki, müqavilənin əsil nüsxəsi yoxdur. İcra Hakimiyyətinin müvafiq qurumları rəsmi olaraq bildirirlər ki, belə bir kirayə müqaviləsinin əsli onlarda mövcud deyildir. Digər tərəfdən İcra Hakimiyyətinin qurumları yazırlar ki, kirayə müqaviləsi bağlamaq üçün müvafiq sərəncam verilməli, həm də müddətli müqavilə olmur. Digər tərəfdən bu müqavilənin müddəti 2021-ci ilin yanvar ayında başa çatmışdır. Bütün bu faktlar onu deməyə əsas verir ki, Cavabdeh öz həyat yoldaşı ilə bu hərəkətləri birgə planlaşdırıblar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin ilkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edərək, bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixdə 2 il müddətinə bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə münasibətdə AR MM-nin 375-ci maddəsinə əsasən iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, mübahisəli mənzil 2 saylı Xüsusi MKTB balansındadır. Buna görə də, heç kimin mülkiyyətində deyil. İddiaçı 1992-ci il tarixdən çıxıb getmişdir. Onlar uzun müddətdir ki, Yeni Günəşlidə həyat yoldaşı ilə birlikdə qalmaqdadırlar. Həmin ev 2008-ci il tarixində İddiaçı adına özəlləşdirilmişdir. İddiaçı mübahisəli ünvan 1 ünvanında yenidən qeydiyyata düşmə əsası Sosial kirayə müqaviləsidir ki, müvafiq müqavilə etibarsız olduğundan İddiaçı orada qeydiyyatda qalmağına heç bir əsas yoxdur. Müqavilə barədə onlar xəbər tutan kimi Polis orqanlarına müraciət etmiş, iş üzrə ekspertiza təyin olunmuş və məlum olmuşdur ki, adıçəkilən Sosial kirayə müqaviləsində qeyd olunan imza Cavabdeh tərəfindən icra olunmamışdır. O cümlədən şahid ifadəsi ilə də, təsdiq olunmuşdur ki, İddiaçı 1992-ci il tarixdən artıq ünvan 1 ünvanında yaşamaqdadır. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X11 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı onun yoldaşıdır, cavabdeh isə iddiaçının və eləcə də onun qızıdır. Bildirmişdir ki, qızı ailə həyatı qurduğu ilk dövrlərdən əriylə mübahisələr yaşamış, bu səbəbdən tez-tez onların yanında qalması zərurəti yaranmışdır. 2019-cu ilin yanvarında son dəfə onların yanına köçmüş və qızı onlarla 7-8 ay yaşamışdır. Onlar sonradan aralarında əmlak mübahisələri də yaranmışdır. Həmçinin bildirmişdir ki, o və yoldaşı İddiaçı 1992-ci ildən Yeni Günəşli qəsəbəsində yaşamışdırlar. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın məzmunundan görünür ki, İddiaçı 06 yanvar 2019-cu il tarixdən ünvan 23 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın məzmunundan görünür ki, ünvan 12 ünvanında Cavabdeh, X32, X22, İddiaçı, X28, X13 qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli arayışın məzmunundan görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q/Y sahəsi, 22 saylı evin 31 nömrəli mənzilində X10 xx.xx.1992-ci il tarixdən halhazıradək, X7 xx.xx.2019-cu il tarixədək həmin ünvanda qeydiyyatda olmuş, lakin faktiki həmin ünvanda yaşamaqdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 22, 31 saylı mənzil 011011 nömrəli, xx.xx.1991-ci il tarixli orderə, X8 tərəfindən verilmiş razılıq ərizəsinə, 697 nömrəli, xx.xx.2008-ci il tarixli forma 2 arayışına, 2833 nömrəli, xx.xx.2008-ci il tarixli arxiv arayışına əsasən (Nərimanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 19/337a nömrəli qərar) əsasən xx.xx.2008-ci il tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 878 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000-ci il tarixli 74 saylı sərəncamı ilə keçmiş Respublika Dövlət Material Ehtiyatları Komitəsinin “Qala” kombinatının balansında olan yaşayış binaları, o cümlədən Nərimanov rayonu, İslam Abışov küçəsi, 16 ünvanında yerləşən 81 mənzildən ibarət yaşayış evləri balansa qəbul edilmişdir. Hal-hazırda həmin yaşayış evi 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında və həmin yaşayış evi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Adıçəkilən MKİS-in arxiv sənədləri əsasında saxlanılan 10 saylı mənzilin şəxsi maliyyə vərəqəsi X4 adına olmuşdur. Göstərilən mənzilə dair Cavabdeh və ya X4 adına kirayə müqaviləsinin bağlanması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən sərəncam verilməmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 4/221 saylı ekspert rəyinin məzmunundan görünür ki, ekspertizaya təqdim olunmuş, 5 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin kserosurətinin sonuncu səhifəsində “Kirayəçi” qrafasında əks olunmuş imza yararlıdır- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3852/2019 saylı, xx.xx.2019-cu il tarixli Qətnaməsinə əsasən X36, X23, X24, X29, X22 və Cavabdeh Nərimanov rayonu, İslam Abışov küçəsi 16, 10 saylı mənzildən istifadə hüquqlarına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5133/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3852/2019 saylı, xx.xx.2019-cu il tarixli Qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddianın təmin edilməməsi qət edilmişdir. Xüsusi Təyinatlı Yaşayış Sahəsinin 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, Bundan sonra kirayəyə verən adlandırılacaq xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisinin adından çıxış edən X14 (78 saylı MKİS nümayəndəsi qismində) Cavabdeh razılığı ilə ünvan 1 yaşayış sahəsinin haqqı ödənilməklə 2 il müddətinə X4 mülkiyyətinə verir. AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin məktubunun məzmunundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2004-cü il tarixədək ünvan 12 ünvanında, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək ünvan 13 ünvanında, xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək ünvan 12 ünvanında qeydiyyatdadır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3852/2019 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3852/2019 saylı, xx.xx.2019-cu il tarixli Qətnaməsinin icrasına dönüş verilməsi, X22 və Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi 16, 10 saylı mənzilinə istifadə hüquqlarının bərpa edilməsi qərara alınmışdır. 16 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CMnin 75.1.1.-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, ünvan 25 ünvanda yaşayan Cavabdeh və ailə üzvlərinin həmin ünvanda əvvəllər yaşamış anası İddiaçı ilə gələcəkdə aralarında baş verə biləcək, daha ciddi hadisələrinin profilaktik tədbirlərlə qarşısının alınması üçün tərəflər münaqişəli ailə kimi qeydiyyata alınması qərara alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 878 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000-ci il tarixli, 74 saylı sərəncamı ilə keçmiş Respublika Dövlət Material Ehtiyatları Komitəsinin “Qala” kombinatının balansında olan yaşayış binaları, o cümlədən ünvan 26 ünvanında yerləşən 81 mənzildən ibarət yaşayış evləri balansa qəbul edilmişdir. Hal-hazırda həmin yaşayış evi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Sözügedən Mənzil-Kommunal İstismar Sahəsinin arxiv sənədləri arasında saxlanılan 10 saylı mənzilin şəxsi Maliyyə vərəqəsi X4 adına olmuşdur; xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya prosesinin keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən ilkin iddia üzrə İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 12 ünvanında yerləşən mənzil hal-hazırda 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Həmin ünvanda hazırda X22, İddiaçı və Cavabdeh pasport qeydiyyatındadır. Hazırda mübahisəli mənzildə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qızıdır. İlkin iddia üzrə və cavabdeh və onun qızı, yəni ilkin iddia üzrə iddiaçının nəvəsi X22 hazırda həmin mənzildə pasport qeydiyyatındadırlar. İlkin iddia üzrə İddiaçı həmin mənzildə pasport qeydiyyatında olsa da, lakin mübahisəli mənzildə yaşamırlar, daimi əsaslarla bu mənzili tərk etmiş və başqa mənzildə, yəni ünvan 13 ünvanında yaşamaqdadır. Qeyd edilən hal tərəflərin verdiyi izahatlarla, şahid ifadələri ilə, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Suraxanı Rayon MKTB 105 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 509 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına görə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur...Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2009-ci il tarixədək yaranmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, ilkin iddia üzrə İddiaçı yaşayış evini daimi əsaslarla tərk etmiş və bununla da həmin evə olan istifadə hüquqlarını itirmişdir. Hazırki vəziyyətdə ilkin iddia üzrə İddiaçı həmin evə istifadə hüquqlarının olması və onun pasport qeydiyyatında olması hüquqi nəticə etibarı ilə formal xarakter daşıyır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan İddiaçı həmin mənzili daimi əsaslarla tərk etmiş və uzun müddətdir həmin mənzildə yaşamır. Onun hazırda həmin mənzillə hər hansı hüquqi bağlılığı qalmamışdır. Bu səbəbdən İddiaçı qıznın mənzildən istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Digər tərəfdən, İddiaçı mülkiyyətində Bakı şəhəri, Yeni Günəşli Y/S, 22 saylı evin 31 saylı mənzil mövcuddur, həmin mənzildə əri X10 ilə birlikdə 1992-ci ildən yaşayır. İddiaçı « ünvan 1 ünvanından istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmaqla, onun həmin mənzilə köçürülməsi və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında İslam Abışov küçəsi, 16 saylı evin, 10 saylı mənzilindən cavabdehin istifadə hüququna xitam verildiyi üçün Cavabdeh bu mənzildən çıxarılması» tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində yerləşən 16 ünvandakı evin 10 saylı mənzilindən X3 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə tələbi təmin olunduğundan E.Adıgözəlovanın iddia tələbi təmin oluna bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin “Cavabdeh ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismar sahəsində arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin müqavilədən irəli gələn nəticələrin etibarsız sayılması” hissəsi ilə bağlı qeyd edir ki, qeyd olunan müqavilənin əsli mövcud olmamaqla 05 yanvar 2021-ci il tarixədək qüvvədə olmuşdur. Müqavilənin mövcudluğundan Cavabdeh məlumatı olmuş, 2022-ci ildə bununla bağlı inzibati məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin əqdi mübahisələndirmək üüququnu itirmişdir. Buna görə də, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericiliklə müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisələndirmək hüququnu da itirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İ.Abişov küçəsi, ev 16, 10 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair ilkin iddiası rədd edilsin. Cavabdeh qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İ.Abişov küçəsi, ev 16, 10 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar