Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-632/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin hərrac yolu ilə satılaraq payların bölünməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin hərrac qaydasında satılması və paylar üzrə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.m olan iki otaqlı 4 nömrəli ev 8A, 10 saylı mənzilin açıq hərracda satılaraq, mənzilin satışından əldə olunan vəsaitin İddiaçı 2/3 hissədə ilə Cavabdeh 1/3 hissədə aralarında paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehlər İddiaçı Yuriyevnaya, Bakı şəhəri 21 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ haqqında, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və miras paylara vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru tərəfindən X5 sağ qalmış arvadı X2 adına verilmiş 29 fevral 2012-ci il tarixli, ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru tərəfindən qeyd edilən əmlakın qalan ½ hissəsindən, 1/6 hissəyə X2, 1/6 hissəyə İddiaçı Yuriyevnanın vərəsəlik hüququnun tanınması, Cavabdeh 1/6 hissə payı isə açıq saxlanması barədə 29 fevral 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş MA seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, ünvan 2 evin 4 saylı mənzilinin 1/3 hissəsinə X2, 1/3 hissəyə İddiaçı və 1/3 hissəsinə Cavabdeh vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)-584/2020 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, ünvan 2 evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru tərəfindən X5 sağ qalmış arvadı X2 adına verilmiş 29 fevral 2012-ci il tarixli mülkiyyət hüququ haqqında və 29 fevral 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, ünvan 2 evin 4 saylı mənzilinin 1/3 hissəsinə Cavabdeh vərəsəlik hüququnun tanınması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı Yuriyevna tərəfindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)-2224/2019 nömrəli mülki iş üzrə iddiaçı Cavabdehlər İddiaçı Yuriyevnaya və Bakı şəhəri 21 saylı Notariat Kontoruna qarşı “əmlakda olan payın bağışlama müqaviləsinin etibarsız sayılması, həmin payın miras kütlə hesab edilməsi, miras kütlə hesab edilən paya vərəsəlik hüququnun tanınması, əmlakda olan paya sahibliyin bərpa edilməsi, əmlakda olan paya sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə İddiaçı arasında 21 saylı Notariat Kontorunda xx.xx.2014-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X2 mülkiyyətində olmuş, ünvan 2 evin 4 saylı mənzilinin 4/6 hissəsinin X2 ölümündən sonra qalmış miras kütlə hesab olunması, onun X2 mülkiyyətində olmuş ünvan 2 evin 4 saylı mənzilinin 4/6 hissəsinə vərəsəlik hüququnun tanınması, onun mülkiyyətində olan Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/6 hissəsində sahiblik və istifadəsinə cavabdeh İddiaçı Yuriyevna tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)-2224/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı Yuriyevnaya və Bakı şəhəri 21 saylı Notariat Kontoruna qarşı “əmlakda olan payın bağışlama müqaviləsinin etibarsız sayılması, həmin payın miras kütlə hesab edilməsi, miras kütlə hesab edilən paya vərəsəlik hüququnun tanınması, əmlakda olan paya sahibliyin bərpa edilməsi, əmlakda olan paya sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)-2224/2019 saylı qətnaməsindən iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)-680/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı Yuriyevna tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)-584/2020 saylı qətnaməsi qismən ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, ünvan 2 evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 29 fevral 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, ünvan 2 evin 4 saylı mənzilinin 1/3 hissəsinə X2 və 1/3 hissəsinə İddiaçı Yuriyevnanın vərəsəlik hüquqlarının tanınması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)- 584/2020 saylı qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması; iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, X6 ilə İddiaçı Yuriyevna arasında Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi, yəni həmin müqavilə üzrə X6 tərəfindən İddiaçı Yuriyevnaya ünvan 2 evin 4 saylı mənzilin 1/3 hissəsi bağışlanmış hesab edilməsi, Cavabdeh ünvan 2 evin 4 saylı mənzilinin onun miras payı olan 1/3 hissəsindən istifadəsinə İddiaçı Yuriyevna tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh və cavabdeh İddiaçı Yuriyevna tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4292/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh və cavabdeh İddiaçı Yuriyevna tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)- 680/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli, 2(103)- 680/2020 saylı qətnaməsi ilə ünvan 2 evin 4 saylı mənzilinin 1/3 hissəsinə X2 və 1/3 hissəsinə İddiaçı Yuriyevnanın vərəsəlik hüquqları tanınmış, eləcə də ünvan 2 evin 4 saylı mənzilinin 1/3 hissəsinə X2, 1/3 hissəsinə Cavabdeh və 1/3 hissəsinə İddiaçı vərəsəlik hüquqları tanınmış, həmçinin X6 ilə İddiaçı Yuriyevna arasında Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi, yəni həmin müqavilə üzrə X6 tərəfindən İddiaçı Yuriyevnaya ünvan 2 evin 4 saylı mənzilin 1/3 hissəsi bağışlanmış hesab edilmiş, Cavabdeh ünvan 2 evin 4 saylı mənzilinin onun miras payı olan 1/3 hissəsindən istifadəsinə İddiaçı Yuriyevna tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli, 10/5498 saylı ekspert rəyindən də görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 ünvanında yerləşən, ümumi sahəsi 49,4 kv.m olan iki otaqlı 4 nömrəli mənzilin iddiaçının və cavabdehin payına uyğun hissədə naturada bölünməsinin və payın naturada ayrılmasının, İnşaat Norma və Aqydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və onun vəkili iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-680/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005 )-5 84/2020 nömrəli qətnaməsi qismən ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilməsi, ünvan 2 evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 fevral 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməsi, ünvan 2 evin 4 saylı mənzilinin 1/3 hissəsinə X2 və 1/3 hissəsinə İddiaçı vərəsəlik hüquqları tanınması, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iddiaçı Cavabdeh Yuriyeviçin apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)-2224/2019 nömrəli qətmaməsi ləğv edilsin və həmin iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh Yuriyeviçin iddiası qismən təmin edilərək, X6 ilə İddiaçı arasında Bakı şəhəri 21 saylı Notariat Kontorunda bağlanılmış xx.xx.2014-cii il tarixli bağışlama müqaviləsi qismən etibarsız hesab edilsin, yəni həmin müqavilə üzrə X6 tərəfindən İddiaçı ünvan 2 evin 4 saylı mənzilin 1/3 hissəsi bağışlanılmış hesab edilməsi, Cavabdeh Yuriyeviçin ünvan 2 evin 4 saylı mənzilinin onun miras payı olan 1/3 hissəsindən istifadəsinə İddiaçı tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4292/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-680/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 10/5498 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilin iddiaçının və cavabdehin payına uyğun hissədə naturada bölünməsinin və payın naturada ayrılmasının, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İddiaçı Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilin İddiaçı 2/3 hissəsi payına münasibətdə 90000 manat kompensasiya müqabilində qardaşı Cavabdeh xeyrinə mülkiyyət hüquqlarından imtina etməyi təklif etmişdir. Məhkəmə iclasında tərəflərin dindirilməsi və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilə dair Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(103)- 680/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilə İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə paylarını müəyyən etmişdir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin mümkün olmaması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 10/5498 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir. İddiaçı bununla əlaqədar olaraq cavabdehə həmin mənzilə dair olan pay hüququndan 90000 manat kompensasiya müqabilindən cavabdehin xeyrinə imtina etməsi təklif edilsədə, təklif qəbul olunmamışdır. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilin açıq hərracda satılaraq, satışdan əldə edilən vəsaitin tərəflərin payına nisbətdə bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia ərizəsi üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamədən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Hazırda ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilə İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə paylarının olması və həmin mənzilin naturada bölünməsini mümkünsüz olması işin mübahisəsiz halıdır. Qeyd olunanlara əsasən məhkəmə işin mübahisəli hissəsinə hüquqi qiymət verərək, bildirir ki, hər kəsin mülkiyyətində olan əmlaka dair maneəsiz sərəncam vermək hüququ mövcuddur. Hazırda məhkəmə araşdırması zamanı tərəflərin həmin əmlaka dair paylarına münasibətdə sərəncam və istifadə hüquqlarına qarşılıqlı maneələrin olması öz təsdiqini tapmışdır. Belə ki, qeyd olunan mənzildə onların birgə yaşamasına dair ümumi razılıq əldə olunmadığından mənzilin hərracda satılaraq əldə olunmuş vəsaitini tərəflərin paylarına münasibətdə bölünməsi niyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. İşin hallarından göründüyü kimi hazırda mübahisə predmeti olan məzilin naturada bölünməsinin mümkünsüz olması müvafiq ekspert rəyi ilə təsdiq edilir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə müvafiq kompensasiya müqabilində onun xeyrinə mülkiyyət hüquqlarından imtina etməsi barədə təklifinin olması hazırda yuxarıda göstərilmiş hüquqi mövqe üzrə mübahisəli mənzilə dair paylı mülkiyyətçilərin hərəkət ardıcıllığı ödənilməsi təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.m olan iki otaqlı 4 nömrəli mənzil açıq hərracda satılaraq, mənzilin satışından əldə olunan vəsait mənzilə dair paylara uyğun olaraq 2/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh arasında bölünməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.m olan iki otaqlı 4 nömrəli mənzil açıq hərracda satılaraq, mənzilin satışından əldə olunan vəsait mənzilə dair paylara uyğun olaraq 2/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh arasında bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-632/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-632/2023
10.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver