Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-647/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-nin nümayəndəsi X7, 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi, "xxxx" ASC və 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, X28 küçəsi, ev 140 A ünvanda yerləşən mənzilin, İddiaçı sahibi olması, Cəbrayıl rayonundan məcburi köçkün düşmüş cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 oğıunun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin balansında olmuş Bakı şəhəri Nərimanov rayonu, X28 küçəsi, ev 140 A ünvanda yerləşən yataqxanadan 95 №-li otaq (mənzil) ***-**-** seriyalı 28 saylı Order sənədi ilə İddiaçı verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 228/7 №-li, xx.xx.2008-ci il tarixli Sərəncamı ilə o qeyd olunan mənzilin icarıdarı hesab olunmuşdur. Mənzilin kimin sahibliyində olması barədə sorğruya cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 310 №-li məktubla ətraflı cavab verilmişdir. Həmin mənzil məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt olduğuna görə, İddiaçı qeyd olunan mənzildə yaşaya bilməmişdir. Cavabdehlər ona məxsus mənzilin qonşuluğunda olan 94 saylı mənzili də zəbt etmiş, lakin bu otaq onlara az olduğundan İddiaçı də mənzilini zəbt etmişlər. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə dəqiqləşdirilmə edilməsi barədə ərizə təqdim edərək iddianın xahiş edilən hissəsində mənzilin nömrəsi qeyd edilmədiyini nəzərə alıb İddiaçı Bakı şəhəri Nərimanov rayonu, X28 küçəsi, ev 140 A ünvanda yerləşən 95 saylı mənzilin onun sahibi olması, Cəbrayıl rayonundan məcburi köçkün düşmüş cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə təqdim edib iddia tələbinin həcmini artıraraq İddiaçı Bakı şəhəri Nərimanov rayonu, X28 küçəsi, ev 140 A ünvanda yerləşən 95 saylı mənzilin onun sahibi olması, Cəbrayıl rayonundan məcburi köçkün düşmüş cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 95 №-li mənzildən çıxarılması, 94 №-li və 95№-li mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə 95 №-li mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, 95 saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddiaya yazılı etiraz ərizəsi təqdim edərək etirazında bildirmişdir ki, iddiaçının özünün də təsdiq etdiyi kimi, mübahisələndirilən yaşayış sahəsi "xxxx" ASC-nin balansında olmuş, cavabdeh Cəfərova (əvvəlki soyadı Əbdüləzimova) Şükufə Əziz qızı xx.xx.1994-cü il tarixdə Bakı Şin zavoduna( hazırda "xxxx" ASC) zavod üzrə 47-k saylı xx.xx.1994-cü il tarixli əmrlə həmin zavodun Vulkanlaşdırma sexinə 3-cü dərəcəli iş bölüşdürücüsü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixindən zavod üzrə 127 saylı xx.xx.1998-ci il tarixli əmrlə zavod əsas iş sahələrində istehsal fəaliyyətini tam dayandırdığından öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. İşə qəbul zamanı Əbdüləzimova (Cəfərova) Şükufə Əziz qızına məxsus əmək kitabçası o zamanlar ermənilər tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda qaldığından əmək kitabçasız işə qəbul olunmuşdur. Bakı Şin zavodunun Həmkarlar Komitəsinin 105 saylı xx.xx.1994-cü il tarixli protokolu ilə Əbdüləzimova (Cəfərova) Şükufə Əziz qızına Şin zavodunun Bakı şəhəri Nərimanov rayonu, X28 prospektində yerləşən 140 A saylı tataqxanasının 95 saylı otağı ordersiz müvəqqəti yaşamaq üçün ona verilmişdir. xx.xx.1998-ci il tarixli 59 saylı protokola əsasən Əbdüləzimova (Cəfərova) Şükufə Əziz qızının kirayə müqavilələri birləşdirilərək həmin binanın 94 saylı otağı orderlə yaşamaq üçün müvəqqəti olaraq əlavə ona verilmişdir. Bakı Şin zavodunun (indiki "xxxx" ASC-nin) yataqxanaları, yaşayış binaları xx.xx.2003-cü il tarixindən etibarən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Xüsusi təyinatlı mənzil təsərrüfatı birliyinə verilmişdir. Beləliklə də, cavabdehlər 30 ildir ki, öz vəsaiti hesabına dəfələrlə təmir etdirməklə və yaşamaq üçün şərait yaratmaqla müvafiq order əsasında fasiləsiz olaraq həmin ünvanda yaşamışlar. Lakin İddiaçı adında şəxs isə heç bir zaman Bakı Şin zavodunun (indiki "xxxx" ASCnin) işçisi olmamış və orada yaşamamışdır. Onun haqqında heç bir arxiv sənədi də mövcud deyildir. İddiaçının adına verilmiş ***-**-** seriyalı 28 saylı orderin verilməsinə əsas olan zavod Həmkarlar Komitəsinin Protokolu, eləcə də digər hər hansı sənəd mövcud olmamışdır. Göründüyü kimi, mübahisələndirilən yaşayış sahəsində cavabdehlərin uzun müddət bu günədək müvafiq order əsasında yaşadıqları halda iddiaçının mənzildən çıxarılma barədə idddia qaldırmasinin heş bir qanuni əsası yoxdur. Bu xüsusatlar cavabdeh və "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlər, eləcə də həmin bina sakinləri tərəfindən imzalanmış aktla, o cümlədən həmin binada yaşayan qonşular – X11 və digərləri tərəfindən də tam təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən mülki iş üzrə İddiaçı iddia tələbinin qanunsuz və əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək Cavabdeh2 Abşeron rayonunun Qobustan qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün ev tikildiyini, buna baxmayaraq qanunsuz olaraq mübahisəli mənzildə yaşamağa davam etdiyini bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 dövlət tərəfindən qaçqınlar üçün inşa edilmiş evin yerləşdiyi ərazi qaldıqları və işlədikləri ərazidən uzaq olduğu üçün həmin evdən imtina etdiyini, mübahisəli mənzildə orderlə 1994-cü il tarixdən qaldığını, hətta evi təmir etdiyini və bütün kommunal xərclərini çəkdiyini, bu müddət ərzində iddiaçının heç vaxt mənzilə yaxınlaşaraq özünün mənzilin sahibi kimi tanıtmadığını və iddiaçını ümumiyətlə heç kimin tanımadığını bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddiaya yazılı etiraz ərizəsinə uyğun izahat verərək iddianın əsassız olduğunundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 Şükufə Əziz qızının ASC-də işləməsi səbəbindən ona order verildiyini və evin Cavabdeh2 məxsus olduğunu bildirdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X3 Rəhim Əli oğluna adına verilmiş orderin Cavabdeh2 verilmiş orderidən daha əvvəlki tarixə aid olmasını əsas gətirərək evin İddiaçı məxsus olduğunu bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, İddiaçı Bakı Şin zavodunda ("xxxx" ASC-də) işləməmişdir. Ona dair məllumatlar arxiv sənədlərində aşkar olunmamışdır. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızı Bakı Şin zavodunda (indiki "xxxx" ASC-də) Cəbrayıl rayonundan məcburi qaşqın kimi xx.xx.1994-cü il tarixdən Bakı Şin zavodu üzrə 47-k saylı xx.xx.1994-cü il tarixli əmrlə zavodun vulkanlaşdırma sexinə 3 dərəcəli iş bölüşdürücü kimi işə qəbul olunmuşdur. xx.xx.1998-ci il tarixindən 127 saylı xx.xx.1998-ci il tarixli əmrlə zavod üzrə əsas proseslərini tam dayandırdığından öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızı işə qəbul olunarkən əmək kitabçası işğal olunmuş Cəbrayıl rayonunda qaldığından əmək kitabçası işə qəbul olunmuşdur. Bakı Şin zavodunun Həmkarlar Komitəsinin 105 saylı xx.xx.1994-cü il tarixli protokolu ilə Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızına Şin zavodunun F.Xoyski prospektində yerləşən 140 a saylı yataqxanasının 95 saylı otağı ordersiz yaşamaq üçün müvəqqəti verilmişdir. 11 iyun 1998-ci il tarixli 59 saylı Protokola əsasən həmin binanın 94 saylı otağı orderlə yaşamaq üçün müvəqqəti olaraq əlavə ona verilmişdir. Bakı Şin zavodunun (indiki “Azərşin" ASC) yataqxanaları, yaşayış binaları, 2003-cü il 6 avqust tarixindən etibarən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan Xüsusi təyinatlı mənzil təsərrüfatı birliyinə verilmişdir. İddiaçı adında bir şəxs Bakı Şin zavodunun (indiki “Azərşin" ASC-ti) işçisi olmamışdır. Onun haqqında heç bir arxiv sənədi mövcud deyildir. Onun adına verilmiş ***-**-** seriyalı 28 saylı orderin verilməsi haqqında Həmkarlar Komitəsinin Protokolu eləcədə ayrı bir sənəd mövcud deyildir. Mənzil Məcəlləsində göstərildiyi kimi yataqxanalarda yaşayış sahəsi ancaq zavod işçilərinə verilir. Ona orderin hansı şəraitdə verilməsi ASC-yə məlum deyildir. Bakı Şin Zavodu üzrə 25 aprel 1994-cü il tarixli əmrdən görünür ki, xx.xx.1994-cü il tarixdən vulkanlaşdırma sexinə 3 dərəcəli iş bölüşdürücü kimi işə qəbul olunmuşdur. 127 saylı xx.xx.1998-ci il tarixli əmrdən görünür ki, X5 xx.xx.1998-ci il tarixindən öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. Bakı Şin zavodunun Həmkarlar Komitəsinin 105 saylı xx.xx.1994-cü il tarixli protokoldan görünür ki, Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızına Şin zavodunun F.Xoyski prospektində yerləşən 140 a saylı yataqxanasının 95 saylı otağı ordersiz yaşamaq üçün müvəqqəti verilmişdir. 11 iyun 1998-ci il tarixli 59 saylı Protokoldan və 382 nömrəli orderdən müəyyən olunur ki, Şin zavodunun F.Xoyski prospektində yerləşən 140 a saylı yataqxanasının 94 saylı otağı orderlə yaşamaq üçün müvəqqəti olaraq əlavə ona verilmişdir. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X28 küçəsi, ev 140 A da yerləşən keçmiş yataqxana binası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 263 saylı Sərəncamına əsasən xx.xx.2003-cü il tarixdə "xxxx" ASC-nin balansından, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına mövcud vəziyyətdə, əvəzsiz olaraq qəbul edilmişdir. Həmin bina hal-hazırda 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisində yerləşir. 115 saylı Mənzil- Kommunal İstismar Sahəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 05 saylı məlumata əsasən 95 saylı mənzil xx.xx.2002-ci il tarixli, 184-18-50/28 saylı orderlə "xxxx" ASC tərəfindən İddiaçı verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən 95 saylı mənzildə daimi pasport qeydiyyatındadır. Əlavə olaraq bildiririk ki, Cəbrayıl rayonundan məcburi köçkün olan X6 ailəsi ilə birlikdə 94 saylı mənzildə məskunlaşdığı halda 95 saylı mənzili zəbt etmişdir. Cəfərova (Əbdüləzimova) Şükufə Əziz qızına 6 nəfər ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Qaçqın və X14 üzrə Dövlət Komitəsi, Bakı şəhəri, Qaradağ rayonu Qobu Park yaşayış kompleksində 3 otaqlı mənzillə təmin olunmuşdur. Belə olan halda Cavabdeh2 başqa mənzillə təmin olunan vaxtdan X28 küçəsi, 140 A saylı evin 94 və 95 saylı mənzillərini boşaldaraq 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinə təhvil verilməli idi, lakin həmin mənzilləri boşaltmamışdır. Beləliklə, təqdim olunan sənədlərdən məlum olur ki, X28 küçəsi, 140 A saylı evin 95 saylı mənzili İddiaçı aiddir. Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski 140a ünvanında qeydiyyatda olan şəxslər tərəfindən tərtib olunmuş aktda qeyd olunur ki, Cəbrayıl rayonundan qaçqın gəlmiş Cavabdeh2 Bakı şəhəri Şin zavodunun işçisi olduğuna görə ailəsi ilə birlikdə Bakı şəhəri Şin zavodu tərəfindən verilmiş 95 nömrəli mənzildə 30 il yaşadıqlarının şahidi olmuşlar. İddiaçı tanımırlar. Cavabdeh X18 tərəfindən məhkəməyə təqdim olunmuş elektrik enerjisindən və sudan istifadəyə görə ödəmələrin qəbzlərindən ünvan 4 ünvanı üzrə ödəmələr “cəbrayıl 5” adı ilə həyata keçirilmişdir. Mənzil-kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsının İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentın balansına verilmişdir. Bakı şəhəri, X28 küçəsi, 140A saylı ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzıl-Kommuna Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzı fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına icarə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 2002-ci ildən Bakı şəhəri, X28 küçəsində yerləşən 140A saylı evin, yaşayış sahəsi 15,0 kv.metr olan 1 otaqlı 95 saylı mənzilində tək qeydıyyatsız yaşayır. Bu səbəbdən Bakı şəhəri, X28 küçəsində yerləşən 140A saylı evin, yaşayış sahəsi 15,0 kv.metr olan 1 otaqlı 95 saylı mənzilinə İddiaçı adına icarə müqaviləsi bağlanması və onun həmin mənzilin icarədarı hesab olunmasına göstəriş verilmişdir. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, F.X.Xoyski prospekti 140a saylı yataqxana binasının 95 saylı mənzili "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, ***-**-** seriya 28 saylı Order sənədi ilə vətəndaş İddiaçı verilmişdir. “Asan 2” xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* saylı Arayışa əsasən vətəndaş İddiaçı ünvan 6 ünvanında xx.xx.2022ci il tarixdən pasport qeydiyyatındadır. Həmin ünvanda qeydiyyatda başqa şəxslər yoxdur. Halhazırda binanın 95 saylı mənzilində Cəbrayıl rayonundan məcburi köçkün olan, binanın 94 saylı mənzilində də yaşayan vətəndaş Cavabdeh2 (binanın 94 saylı mənzili "xxxx" Dövlət Şirkətinin Bakı Şin Zavodu tərəfindən xx.xx.1998-ci il tarixli, 382 saylı X1 verilmişdir), oğlu Cavabdeh1, qızı X12 və nəvəsi X19 ilə birlikdə mənzili zəbt edərək faktiki yaşayırlar. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X18 Bakı Şin zavodunda (indiki "xxxx" ASC-də) Cəbrayıl rayonundan məcburi qaşqın kimi xx.xx.1994-cü il tarixdən Bakı Şin zavodu üzrə 47-k saylı xx.xx.1994-cü il tarixli əmrlə zavodun vulkanlaşdırma sexinə 3 dərəcəli iş bölüşdürücü kimi işə qəbul olunmuşdur. xx.xx.1998-ci il tarixindən 127 saylı xx.xx.1998-ci il tarixli əmrlə zavod üzrə əsas proseslərini tam dayandırdığından öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. Bakı Şin zavodunun Həmkarlar Komitəsinin 105 saylı xx.xx.1994-cü il tarixli protokolu ilə X13 Şin zavodunun F.Xoyski prospektində yerləşən 140 a saylı yataqxanasının 95 saylı otağı ordersiz yaşamaq üçün müvəqqəti verilmişdir. 11 iyun 1998-ci il tarixli 59 saylı Protokola əsasən həmin binanın 94 saylı otağı orderlə yaşamaq üçün müvəqqəti olaraq əlavə ona verilmişdir. Bakı Şin zavodunun (indiki “Azərşin" ASC) yataqxanaları, yaşayış binaları, 2003-cü il 6 avqust tarixindən etibarən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan Xüsusi təyinatlı mənzil təsərrüfatı birliyinə verilmişdir. Bununla yanaşı F.X.Xoyski prospekti 140a saylı yataqxana binasının 95 saylı mənzili "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, ***-**-** seriya 28 saylı Order sənədi ilə İddiaçı verilmişdir. Məhkəmə yerli baxış zamanı müəyyən etmişdir ki, mübahisəli yaşayış otaqları binanın 4-cü mərtəbəsi sağ tərəfdə yerləşir, 94 və 95 saylı otaqlar qonşudur, X18 ailə üzvləri ilə birgə hər iki otaqda məskunlaşıb, otaqların bir giriş qapısı var (94 saylı), 95 saylı otağın giriş qapısından artırma edilərək sanitar qovşaq tikilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş mayeriallarından müəyyən olunur ki, iddia tələbinin mahiyyəti Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 140a saylı yataqxana binasının 95 saylı mənzildən cavabdehlərin çıxarılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması təşkil edir. 95 saylı mənzil xx.xx.2002-ci il tarixli orderlə "xxxx" ASC tərəfindən İddiaçı verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən 95 saylı mənzildə pasport qeydiyyatındadır. xx.xx.1994-cü il tarixli protokolu ilə X13 95 saylı otaq ordersiz yaşamaq üçün müvəqqəti verilmiş, 11 iyun 1998-ci il tarixli Protokola əsasən həmin binanın 94 saylı otağı isə orderlə yaşamaq üçün müvəqqəti verilmişdir. Orderin verilməsi və tərəflərin mənzilə dair hüquqlarının yaranması tarixini nəzərə alaraq məhkəmə hazırki mülki işə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının tətbiq edir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İş materiallarında olan sənədlərdən sözügedən yataqxananın "xxxx" ASC-nin (əvvəlki Bakı Şin Zavodu) balansında olduğu, ASC tərəfindən işçilərə yaşayış üçün orderlərin verildiyi aydın olur. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan Cavabdeh2 zavodda işlədiyi və buna görə də ona 95 saylı mənzildə yaşaması üçün müvəqqəti verildiyi aydın olur. Bu faktı ASCnin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bir daha təsdiq etmişdir. Yəni aydın olur ki, Cavabdeh2 həmin zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq mənzilə köçmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə qeyd edir ki, hazırda baxılan iş üzrə cavabdehlərin mənzildən çıxarılmasını tələb edən iddiaçı bu tələbini, özünün mənzilə mülkiyyət hüququnun olmasını və cavabdehlərin mənzildən istifadə hüquqlarının olmamasını sübutlarla əsaslandırmalıdır. Qeyd olunan mənzili order əsasında şəxslərin istifadəsinə vermək səlahiyyəti daşımış "xxxx" ASC tərəfindən edilmiş yazılı müraciətdə iddiaçının zavodun işçisi olmadığı və mənzilə dair orderin hansı qaydada alınmasının ASC-yə məlum olmadığını bildirilmişdir. Müvafiq iddia tələbləri olmadığından məhkəmə işə iddia tələbi həcmində baxmalı olsa da, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olması məsələsini araşdırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nə İddiaçı, nə də Cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Lakin mənzilə dair hər iki tərəfin adına müvafiq orderlər mövcuddur. İddiaçı Cavabdeh2 adına olan orderi mübahisələndirməmiş, bu orderin etibarsız olması iş materialları ilə müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iddiaçı özü də Cavabdeh2 adına order olduğunu qəbul etmiş, lakin bu orderi mübahisələndirməmiş, orderlə bağlı iddia tələbləri qaldırmamışdır. İddiaçı tərəf iddia tələbinin əsaslılığına dair hər hansı sübutlar təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Digər tərəfdən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsi, habelə “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası”nın 4cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər”. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin 10 yanvar 2024-cü il tarixli məktubunda Cəbrayıl rayonundan məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X12 və 2 nəvəsi olmaqla 6 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, X28 küçəsində yerləşən 140A saylı ünvandan köçürülərək başqa yaşayış sahəsi ilə təmin olunması göstərilsə də, yerli baxış zamanı cavabdehlərin və əşyalarının mübahisəli yaşayış sahəsində hələ də qalması müəyyən olunmuş, Cavabdeh2 həmin yaşayış sahəsinin onlara təhvil verilmədiyini, mənzildən imtina etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 adına verilmiş protokol və orderin qanunsuz olubolmaması məhkəmə araşdırmasının predmeti olmadığından, hazırkı iddia tələbi üzrə həmin sənədlərin mövcud olmadığı və qanunsuz olması sübuta yetirilmədiyi halda, cavabdehin və onun ailə üzvlərinin mənzildən çıxarılması üçün qanuni əsaslar yaranmır. Cavabdehlər mənzildən çıxarılmadığı halda “mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə 95 №-li mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, 95 saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” hissəsində iddia tələbləri təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, mübahisəli yaşayış sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır, həmin qurumun baxılan iş üzrə Cavabdeh2 və onun ailə üzvlərinə qarşı yaşayış sahəsindən çıxarılma və bununla əlaqəli olan iddia tələbləri olmamışdır. Halbuki bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci, hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci, hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi, "xxxx" ASC və 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi, "xxxx" ASC və 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-647/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-647/2024
21.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver