Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-648/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh PHŞ-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair 04 oktyabr 2023-cü il tarixli 18-1-19/3-1-589/2023 saylı əmri ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə Cavabdeh (əvvəlki adı “5 saylı şəhər klinik xəstəxanası”) ilə aralarında bağlanmış 115 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı müəssisənin cərrahiyə şöbəsinə “həkim-cərrah” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci il tarixdə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05-k saylı protokolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almışdır. Həmin tarixdə aralarında bağlanmış əmək müqaviləsinə əsasən, cərrahiyə şöbəsinin “həkimümumi cərrahı” vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə daim öz əmək funksiyalarını həmişə vaxtında və lazımi qayda, yəni vicdanla və layiqincə vaxtında icra etmiş, nümunəvi işçi kimi kollektivdə fərqlənmişdir. İddiaçı bildirir ki, 27 sentyabr 2023-cü il tarixdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgərlərimizin məzarını ziyarət etmək üçün səhər təxminən saat 08:30 radələrində Yasamal rayonunda yerləşən İİ Fəxri Xiyabana getmişdir. Şəhidlərin məzarını ziyarət etdikdən sonra dərhal işə getmiş və saat 10:00-da iş yerində olmuşdur. İşə bir-neçə dəqiqə gecikdiyi üçün ona bununla bağlı irad tutuldu. İddiaçı isə anım günü ilə əlaqədar Fəxri Xiyabana getdiyini və bu səbəbdən də bir-neçə dəqiqə gecikdiyini bildirmişdir. İddiaçı qeyd edir ki, həmin vaxt işlədiyi xəstəxananın yeni inzibati binasında təmir işləri getdiyindən heç bir xəstə qəbulu həyata keçirilmirdi. Yəni faktiki olaraq bir neçə gün idi ki, işə gedib əmək funksiyalarından irəli gələn heç bir vəzifəni yerinə yetirmirdilər və xəstələri qəbul edərək müalicə aparılmırdı. Həmçinin, həmin vaxt şifahi olaraq ezamiyyətə göndərildiyi ona bildirilmişdir. Lakin iddiaçı səhhətində olan sağtərəfli troxanterik bursit xəstəliyinin (hərəkət məhdudluğunun) olması səbəbindən ezamiyyətə gedə bilmədiyini bildirmişdir. Bununla bağlı isə müvafiq maqnit rezonans tomoqrafiyası nəticələrini izahatına əlavə edərək gedə bilməməyinin səbəblərini göstərmişdir. Göstərilənlərə baxmayaraq, Cavabdehn 04 oktyabr 2023-cü il tarixli 18-1- 19/3-1- 589/2023 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi öz əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) əsasən xitam verilmişdir. İddiaçı hesab edir ki, aşağıda qeyd olunanlar baxımından Cavabdehn xx.xx.2023-cü il tarixli 18-1-19/3-1-589/2023 saylı əmri qanunsuz və əsassızdır: 1. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verən zaman Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsinin tələblərini pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün aşağıdakı əsaslardan biri olmalıdır: - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud işçi Əmək Məcəlləsinin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Lakin iddiaçı bildirir ki, o, əmək müqaviləsi üzrə əmək funksiyalarını və əmək vəzifələrini həmişə vaxtında və lazımi qaydada icra edərək nümunəvi işçi olmuşdur. xx.xx.2023-cü il tarixli 18-1-19/3-1-589/2023 saylı əmrdə də iddiaçının əmək müqaviləsi üzrə hansı funksiyanı və ya əmək vəzifəsini yerinə yetirmədiyi açıqlanmamışdır. Əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 18-1-19/3-1-589/2023 saylı əmrdə xitam əsası kimi 2-ci hal (işçi öz əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və əmək vəzifələrini kobud şəkildə pozduğuna) göstərilmişdir. Lakin iddiaçının əməlinin Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndi ilə əhatə olunduğuna dair əmrdə heç bir müddəa göstərilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 72ci maddəsində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq göstərilmişdir. Lakin xx.xx.2023-cü il tarixli 18-1-19/3-1-589/2023 saylı əmrdə kobud pozuntunun 72-ci maddənin konkret hansı bəndi ilə əsaslandırılması göstərilməmişdir. Həmçinin, qeyd edilir ki, iddiaçının hərəkəti nəticəsində həmin gün Cavabdehn fəaliyyəti dayandırılmamış, işçilər müəssisənin fəaliyyəti dayandığına görə evə göndərilməmiş, iş normal ahəngi ilə davam etmişdir. Beləliklə, iddiaçının hərəkəti nəticəsində Cavabdehndə işin, əmək və icra intizamının normal ahəngi pozulmamış və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. xx.xx.2023-cü il tarixli 18-1-19/3-1-589/2023 saylı işdən çıxarma əmrində iddiaçının xx.xx.2018-ci il və xx.xx.2023-cü il tarixlərində intizam tənbehi aldığı qeyd edilmişdir. Bu hal ilə bağlı bildirilir ki, xx.xx.2018-ci il tarixdə barəsində tətbiq edilmiş intizam tənbehi barədə heç bir məlumatı yoxdur. Həmin tənbehin hansı pozuntuya görə verildiyi, hansı qaydada araşdırma aparıldığı barədə məlumatı yoxdur və həmin intizam tənbehi əmri ilə tanış edilməmişdir. xx.xx.2023-cü il tarixli intizam tənbehi ilə bağlı isə qeyd edilir ki, təxminən 2023-cü ilin aprel ayda bir nəfər Qarabağ müharibəsi qazisinin anasını əməliyyat etmişdir. Əməliyyatdan əvvəl xəstənin qəbul edilməsi ilə bağlı göndəriş və digər zəruri sənədlər hazırlanmış, aidiyyəti rəhbər vəzifəli şəxslər tərəfindən imzalandıqdan sonra qaydalara uyğun olaraq iddiaçı tərəfindən əməliyyat həyata keçirilmişdir. Lakin sonradan həmin xəstə əməliyyatla bağlı ödəniş etməkdən imtina etmişdir. Bundan sonra müəssisə rəhbəri İddiaçı çağıraraq xəstə tərəfindən ödəniş edilmədiyi halda niyə əməliyyat etdiyini irad tutmuş və pulun ödənilməyəcəyi təqdirdə işdən çıxarılacağını ona bildirdi. İddiaçı isə ödənişin həyata keçirilib-keçirilməməsinin iddiaçıya heç bir aidiyyəti olmadığını, qanunauyğun şəkildə təqdim edilmiş göndəriş əsasında cərrahiyə əməliyyatına girdiyini və ödənişin əməliyyatdan əvvəl və ya sonra alınmasının onun işi olmadığını, bunun aidiyyəti şöbələr tərəfindən həyata keçirilməli olduğunu onların nəzərinə çatdırmışdır. Bununla belə, xəstənin imkansız və qazi valideyni olduğunu nəzərə alaraq onun ödəməkdən imtina etdiyi 500 manat məbləği öz şəxsi vəsaiti hesabına ödəmişdir. Göstərilənlərə baxmayaraq xx.xx.2023-cü il tarixdə iddiaçıya bu halla bağlı qanunsuz və əsassız intizam tənbehi verildi. Halbuki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının məsələdə heç bir təqsiri olmamışdı və xəstənin ödəməkdən imtina etdiyi vəsaiti iddiaçı öz cibindən ödəmişdir. İddiaçı qeyd edir ki, cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı müraciət etsə də, keçirilmiş mediasiya prosesində aralarında barışıq əldə olunmamışdır. Cavabdeh PHŞ-nin direktoru Fazil Alməmmədov iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının əmək müqaviləsinin ləğvinin qanuni və əsaslı olduğunun nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, bildirilir ki, İddiaçı “X16’ PHŞ-də həkimcərrah vəzifəsində işləmişdir. İddiaçının əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə 18-1- 19/3-1-589/2023 saylı əmrlə Əmək Məcəlləsinin 70.ç bəndi ilə ləğv edilmişdir. Mübahisələndirilən ləğv əmri qanuni və əsaslıdır. İddiaçının ərizəsində qeyd olunanlar tamamilə əsassızdır. Belə ki, iddiaçı 27 sentyabr 2023-cü il tarixdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgərlərimizin məzarını ziyarət etmək üçün səhər təxminən saat 08:30 radələrində Yasamal rayonunda yerləşən İİ Fəxri Xiyabana getdiyini, şəhidlərin məzarını ziyarət etdikdən sonra dərhal işə gəldiyini və saat 10:00-da iş yerində olduğunu bildirib, lakin Cavabdeh PHŞ-də tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktda iddiaçının cərrahların otağında olduğunu bildirdiyi, baxış keçirilən zaman isə təcili yardım otağında olduğunu iddia etdiyi qeyd edilib. Təcili yardım şöbəsinin tibb bacısı isə həmin faktı təkzib edərək həmin vaxtda İddiaçı TTTY şöbəsində olmadığı bildirilib. Bundan sonra iddiaçı 27 sentyabr 2023-cü il tarixdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgərlərimizin məzarını ziyarət etdiyi iddiasını ortaya atıb. İddiaçı ərizədə götərib ki, 70.ç bəndi ilə əmək müqaviləsinə xitam verilərkən 72-ci maddəyə istinad edilmədiyini həmin maddənin konkret bəndi göstərilmədiyini bildirib. Halbuki əmək müqaviləsi ləğv edilərkən verilmiş əmrdə konkret olaraq Əmək Məcəlləsinin 70.ç bəndi göstərilib. Əmək Məcəlləsinin 186-cı maddəsinin dispozisiyasında əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri qeyd olunub. Cavabdeh qeyd edir ki, iddiaçının 6 ay ərzində intizam tənbehi aldığını nəzərə alınaraq ona Əmək Məcəlləsinin 70.ç bəndi ilə işdən azad olunması qanunamüvafiqdir. İddiaçı ərizəsində işlədiyi müddətdə daim öz əmək funksiyalarını həmişə vaxtında və lazımi qaydada, yəni vicdanla və layiqincə yerinə yetirdiyini, nümunəvi işçi kimi kollektivdə fərqləndiyini bildirib. Bildirilir ki, 2022-ci ildə 2 dəfə iddiaçı ilə bağlı vətəndaş şikayəti olmuşdur və həmin şikayət korrupsiya faktı ilə bağlı olduğu üçün Prokurorluq orqanlarına göndərilmişdir. Xəstə yaxını həkim-cərrah İddiaçı şikayət edərək atasının əməliyyat etməsinə etiraz etmiş və bu barədə yazılı ərizəsi olmuşdur. Buna baxmayaraq həkim-cərrah İddiaçı Əhalinin Sağlamlığı haqqında Qanuna zidd olaraq müvafiq konsiliumun qərarı olmadan xəstəni əməliyyat etmişdir. Qeyd olunanlar kobud pozuntulardır və bu barədə iddiaçı dəfələrlə xəbərdar olunub. İddiaçı işə davamiyyətində daima məsuliyyətli olduğunu iddia edir. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçıya mütəmadi olaraq işə gecikdiyi ona şifahi olaraq xəbərdar edilib. İşə gecikməyini rəsmiyyətə salmamaq üçün İddiaçı Tibb Mərkəzinin direktorunun adına ərizə ilə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar olaraq ona gün ərzində 1 saatlıq natamam iş vaxtının tətbiqi üçün icazə istədiyini xahiş edib. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, praktik tibbi heyyətə aid olan tibb işçiləri üçün qanunvericilikdə qısaldılmış iş vaxtının tətbiqinə Cavabdeh X23 əməl olunur. İkinci dəfə əlavə olaraq İddiaçı gündəlik qısaldılmış iş vaxtının tətbiqinə icazə verilməyib. Qeyd olunur ki, iddiaçının işə gecikməyi davamlı hal aldığından bu hərəkətlərinə rəsmi don geyindirməsi üçün müraciəti onun işə davamiyyətsizliyə meyilli olduğunu sübut edir. İddiaçı 2023-cü ilin aprel ayında Qarabağ müharibəsi qazisinin anasını əməliyyat etdiyini bildirmiş və həmin xəstənin xəstəxanaya borclu olduğunu, lakin xəstədən xidmət haqqı tələb edilmədiyini qeyd edir. Məhkəmənin diqqətinə çatdırılır ki, xəstəxanada şəhid ailələri və qazilərlə bağlı ayrıca bölmə var və həmin bölmənin işçiləri sosial həssas qrup vətəndaşlarına tibbi xidmətin rahat, növbəsiz və əlçatan olması üçün operativ fəaliyyət göstərirlər. Cavabdeh bildirir ki, iddiaçının qazi anası olması iddialarını qəbul etmir. Hesab edilir ki, iddiaçı bu hal üzrədə Qarabağ müharibəsi qazisinin anası adı ilə qanunsuz hərəkətlərinə don geyindirmək istəyib. İddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70.ç bəndi ilə ləğvi tamamilə qanuni və əsaslıdır. İddiaçı barədə Cavabdehn Həmkartaq İttifaqı Komitəsinə rəy verilməsi üçün müraciət edilmişdir. Həmin müraciət üzrə Həmkarlaq İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 16 saylı Protokoluna əsasən işəgötürənin verəcəyi qərara etiraz etmədikləri göstərilib. Yəni X16” X22 Həmkarlaq İttifaqı Komitəsi iddiaçının əmək müaqviləsinə Əmək Məcəlləsinin 70.ç bəndi ilə ləğv olunmasına etiraz etməyib. İddiaçı etiraz ərizəsinə dair mülahizələrində bildirmişdir ki, Cavabdeh xx.xx.2023-cü tarixdə iddiaya etiraz edərək iddia İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hesab edilir ki, aşağıda qeyd edilənlər baxımından cavabdehin etirazında göstərdiyi fikirlər tamamilə əsassızdır və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmalıdır: 1. Etirazda cavabdeh tərəf İddiaçı mənfi xarakterizə edərək qeyd etmişdir ki, 2022-ci ildə iddiaçı barəsində 2 dəfə vətəndaş şikayəti olmuş və həmin şikayətlər korrupsiya faktı ilə əlaqədar olduğundan araşdırılması üçün prokurorluq orqanlarına göndərilmişdir. Guya xəstənin yaxını İddiaçı şikayət edərək atasını iddiaçının əməliyyat etməməsini istəmişdir. İddiaçı isə qanunu pozaraq konsiliumun qərarı olmadan xəstəni əməliyyat etmişdir. Əslində isə cavabdehin bu mövqeyi tamamilə əsassızdır və heç bir fakta (sübuta) söykənmir. Belə ki, həmin məsələ ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılmış, təhqiqat gedişində iddiaçının heç bir təqsirinin olmadığı və qanun pozuntusuna yol vermədiyi ortaya çıxmış, nəticədə Nərimanov rayon prokurorunun köməkçisi İ.İbrahimov tərəfindən toplanmış 325- C-22 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar çıxarılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X10 “kəskin bağırsaq keçməzliyi” diaqnozu ilə Cavabdehnə gətirilmiş və həmin gün İddiaçı tərəfindən əməliyyat olunmuşdur. X4 Həsənov əməliyyatın qapalı cərrahiyə üsulu ilə aparılmasını istədiyi üçün İddiaçı xəstəxananın həmin əməliyyatın keçirilməsi üçün lazım olan avadanlıqlarla təmin olunmadıqlarını əsas gətirərək zəruri ləvazimatların siyahısını yazaraq E.Həsənova vermiş, həmin ləvazimatları rəhbərlikdən və ya İcbari Tibbi Sığorta Agentliyindən tələb edə biləcəyini və ya özünün ala biləcəyini bildirmişdir. Həkim İddiaçı əməliyyatı həyata keçirə bilməsi üçün zəruri avadanlıqlarla təmin edilməsi üçün direktor F.Alməmmədova müraciət edən xəstə qohumlarına köməklik göstərmək əvəzinə F.Alməmmədov vətəndaş şikayətinin məzmununu dəyişdirmiş, guya vətəndaşın həkim-cərrah İddiaçı şikayət etdiyini əsası ilə Nərimanov rayon prokurorluğuna müraciət etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının mülahizələrinə qarşı xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddiaçı tərəfindən verilmiş mülahizələrin nəzərə alınmamasını və İddiaçı iddiasının təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı tərəfindən öz əmək funksiyalarını qüsursuz həyata keçirməsi barədə məhkəməyə mülahizələr təqdim edilib. Mülahizələr həqiqəti əks etdirmir. İddianın tam hərtərəfli obyektiv araşdırılması məqsədi ilə iş üzrə əhəməiyyət kəsb edən məqamları məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edirlər: Cavabdeh publik hüquqi şəxs cərrahiyə şöbəsinin həkim-ümumi cərrahı İddiaçı əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsanlara görə, 2023-cü ilin 24 aprel tarixində verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək intizamını kobud şəkildə pozub. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə 2011-ci il 28 fevral tarixində bağlanmış əmək müqaviləsinə 2023-cü il 04 oktyabr tarixindən ləğv edilib. İşdə yol verdiyi nöqsanlara görə onun barəsində qərar Tibbi Şuranın və Həmkarlar İttifaqının iclaslarının müzakirəsinə çıxardılmış və müvafiq rəylər alınmışdır. Bundan başqa ona 2023-cü ilin 25 aprel tarixində sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verilmişdir. Tibbi Şuranın və Həmkarlar İttifaqının iclaslarının rəyləri öyrənilməklə müəyyən olunmuşdur ki, İddiaçı müəssisəyə maddi ziyan vurmuş və o, ziyanı bu günə qədər ödəməmişdir. Qanunsuz hərəkətlərinə guya Qarabağ müharibəsi qazisinin anası əməliyyat edib adı ilə don geyindirmək istəyib. Vətən uğrunda müharibədə iştirak edənlərin adından və onların əziz xatirəsindən istifadə etmək, müqəddəs dəyərlərdən sui-istifadə etməklə həkim-cərrah İddiaçı öz hərəkətlərini pərdələmək istəyir. Sonuncu dəfə müəssisəyə iş vaxtından 2 saatdan artıq gec gəlməsini də 27 sentyabra Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə gününə düşməsindən istifadə etmək istəyib. Belə ki, həmin gün yoxlama zamanı İddiaçı işdə olmadığı müəyyən edilib. Ona edilən zənglər zamanı əvvəlcə cərrahlar otağında, sonra isə təcili tibbi yardımda xəstə qəbul etdiyini bildirib. Lakin baxış zamanı həkim-cərrah İddiaçı xəstə qəbul etmədiyi ümumiyyətlə tibb müəssəsində olmadığı müəyyənləşib. Bir neçə saat sonra gələrək izahatında işə gec gəlməsinə don geyindirərək Vətən müharibəsi şəhidlərinin Anım Günü mərasimdə iştirak etdiyini bildirib. İddiaçı qazi anasına yardım, şəhidlərin məzarının ziyarət etməsi müqəddəs adlar altında öz əməllərini gizlətməyə çalışsa da, şəhid və qazi ailələrinə dəstək YAŞAT fonduna yardım etməkdən, Şuşa şəhərində yerləşən xəstəxanaya ezam olunmaqda imtina edib. İddiaçının öz əmək funksiyalarını qüsursuz həyata keçirməsi barədə bildirilir ki, xx.xx.2018-ci il tarixdə müəssisədaxili qoyulmuş qaydaları pozduğuna görə ona töhmət verilib, iddiaçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar sistemə yüklənsə də, nədənsə izahatı alınmış şikayətçi X1 izahatı tam formada yerləşdirilməyib. xx.xx.2023-cü il tarixdə yenə pasientdən İddiaçı barəsində şikayət daxil olub. Araşdırmalarla ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. İddiaçının işə davamiyyəti və digər məsələlərlə bağlı iddiaya etirazda münasibət bildirilib və ona humanist davranaraq dəfələrlə şifahi xəbərdarlıqlar edilib, lakin o, bundan nəticə çıxarmayaraq əmək və icra intizamının normal ahəngi pozmuşdur. Bundan başqa iddiaçı tərəf mülahizəsinə cərrahiyyə şöbəsinin əməliyyatların qeydiyyatı tabelindən (foto yüklənib) guya ki, əməliyyat həyata keçirilməyib. Bildirilir ki, İddiaçı həkim-cərrah vəzifəsində çalışıb. Xəstəxanada xəstə qəbulu həyata keçirilib. İşə vaxtında gəlməməsi üçün tərəfindən uydurulan bəhanələrdən başqa bir şey deyil. Digər məsələ iddiaçı tərəfindən sübut kimi jurnaldan şəkilin təqdim olunmasıdır. Özü-özlüyündə o sübut İddiaçı işə gec gəlməsinə imkan vemir və onun işə gecikməsinin əsası deyil. Bunu təqdim etməklə əslində o, işə gec gəlmələrini etiraf etmiş olur. İş üzrə əhəmiyyət kəsb etməyən sübut olsa da, onun əldə olunması maraqlıdır. Tərəf o sübutu hansı yolla əldə etdiyi və həmin sənədin dəqiq qeyd edilən jurnaldan olması barədə şəkildən məlumat əldə etmək olmur. Şəkildə jurnaldan görnür ki, orada olan tarixlərdə İddiaçı müəssisədə çalışmayıb. Həmin sənədlə bağlı “Nərimanov Tibb” Mərkəzinə hər hansı bir sorğu daxil olmayıb. Belə olan halda sübutun əldə edilməsi zamanı qanunvericiliyin tələbləri pozulub. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlilləri ilə eyniməzmunlu izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, iddiaçı onun rəhbəri olduğu şöbəsinin həkimi olmuşdur. 27 sentyabr tarixində saat 11:00 radələrində müəssisədə Şəhla və Səriyyə xanım tərəfindən yoxlama olmuş və 2 həkimin işdə olmadığı aşkar edilmişdir. Həmin həkimlərdən biri hazırki iddiaçı idi. 27 sentyabr tarixində iddiaçı gecikmə ilə bağlı ona məlumat verməmişdir. Bu səbəbdən o da müəssisədə yoxlama zamanı bu barədə heç bir şey bildirməmişdir. Suallara cavab olaraq bildirmişdir ki, gecikmə olduqda həkimlər adətən ona məlumat verirlər və üzrlü səbəb olduqda yalnız 1-2 saat müddətinə icazə vermək səlahiyyəti olur. Başqa yerdə işləməyə iş vaxtından sonra olmaqla icazə verilir. İş vaxtı əvvəl 09:00-dan 15:00-a qədər idi, sonradan nahar fasiləsi nəzərdə tutulduğundan, iş saatları 09:00-dan 16:00-a qədər oldu. Xəstəxanada 2023-cü ilin avqust ayının 20-dən sonra xəstə qəbulu dayandırılmışdır. Sonradan onlara 6 nömrəli uşaq xəstəxanasının inzibati binasının bir hissəsi verilmişdir. Sentyabr ayının 10-a qədər həmin binaya köçürülmə oldu. Həmin tarixdən sonra pasient qəbulu başladı. İddiaçı 27 sentyabr 11 radələrində işə gəlmişdir. Xəstəxanadan əməkdaşlar ona demişdir ki, iddiaçı 1 nəfərə xəstəxanada olduğunu, birinə isə təcili yardım otağında olduğunu bildirmişdir. Sonradan iddiaçı işə gəldikdə isə anım günü ilə əlaqədar gecikdiyini bildirmişdir. İddiaçının işə gecikməsi əvvəllər də olmuşdur, yay aylarında isə gecikməsi nadir hallarda baş vermişdir. İddiaçıya töhmət qoyulan diaqnoza görə verilməmişdir. Bəzən diaqnozun adında dəyişikliklərlə bağlı protokola əməl etmədə problem yaranır. Bu isə çox kiçik məsələdir. Bəzən pasient şəxsən həkimə müraciət edir. Mübahisəli halda da belə olmuşdur və onlar bunu qəbul etmişdir. Bu hal pozuntu kimi qiymətləndirilmir. İddiaçının xəstəliyin icbari sığorta ilə əhatə olunub-olunmamasını bilməsi mümkündür. Qeyd edir ki, bununla bağlı onlar xidmətlər zərfinə baxa bilir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, iddiaçının həkimliyinə söz ola bilməz. İddiaçı peşəkar həkimdir. Şuşaya ezamiyyətə göndərməyə cərrah lazım olduqda, iddiaçıya 2 dəfə zəng etmiş, lakin o, cavab verməmişdir. Bu hal təxminən keçən ilin sentyabr ayının 23-dən əvvəl olmuşdur. İddiaçının ezamiyyətə getmədiyi məlum olduqda Şuşada olan digər həkimin məzuniyyət müddəti uzadıldı. Şuşada olduqları müddətdə iddiaçı tərəfindən şahidə zəng gəldiyini görsə də, həmin zaman ona cavab vermək imkanı olmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə kadrlar şöbəsinin müdiri ilə xəstəxanada yoxlama aparan zaman iddiaçı daxil olmaqla, 2 həkimin olmadığını aşkar etmişlər. Güləndam xanımdan iddiaçıya zəng etməsini xahiş etmiş və iddiaçı ona aşağıda olduğunu, gəldiyini bildirmişdir. Bundan sonra saat 11 radələrində iddiaçı ilə dəhlizdə rastlaşdıqda ona aşağı mərtəbə Elnarə xanımla sarğıda olduğunu bildirmişdir. Elnarə xanımdan bu halı soruşduqda ona həmin gün ümumiyyətlə iddiaçını görmədiyini və sarğının olmadığını bildirdi. İddiaçıdan bunun səbəbini soruşduqda, bir qədər əsəbiləşdi və ona “siz heç yalan danışmırsız” deyə sual verdi. Bununla bağlı, sonradan iddiaçıdan izahat alınmışdır və həmin izahatda isə iddiaçı həmin vaxt Şəhidlər Xiyabanında olduğunu qeyd etmişdir. X5nda isə X6 iddiaçıdan niyə Şəhidlər Xiyabanında olduğunu dərhal demədiyini soruşmuşdur. İddiaçı bu faktı sübut edə biləcəyini bildirsə də, heç bir nəticəsi olmamışdır. Suallara cavab olaraq bildirmişdir ki, X5 07 oktyabr 2023-cü il tarixdə təqribən 11-12 radələrində olmuşdur. İddiaçı da orada iştirak edirdi. İclasda sonuncu xəbərdarlıqla töhmət verilməsi təklif olundu. X6 bildirir ki, o da iddiaçının işdən çıxarılmasının tərəfdarı deyildi, töhmət və şiddətli töhmətə münasibətdə səs vermişdir. Sonradan iddiaçının artıq əvvəlcədən töhməti olduğuna görə işdən azad olunması baş verdi. Razılıq olduqda həkim barəsində ezamiyyətlə bağlı əmr sonradan tərtib olunur. İddiaçı könüllük əsasında Şuşaya getməmişdir. Mübahisəli tarixdə əməliyyat bloku hazır deyildi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçını 2011-ci ildən etibarən xəstəxanada işlədiyi müddətdən tanıyır. O, xx.xx.2023-cü il tarixdə iddiaçıya zəng etdikdən 5-10 dəqiqə sonra artıq o, gəlmişdi. İddiaçıya saat 10-11 radələrində zəng etdikdə, o, aşağıda xəstələrə baxdığını ona bildirmişdi. Gecikmə hallarına dair jurnal ümumidir və daimi nəzarətdədir, X2 yoxlanış edir. O, ifadəsində qeyd edib ki, iddiaçı yaxşı həkimdir, onun barəsində şikayət eşitmədiyini, hətta demək olar ki, xəstəxanada 2 yaxşı həkimdən biri də odur. Keçən müddət ərzində hər hansı problemlə rastlaşmadıqlarını, iddiaçının xəstəxanada hamı ilə münasibətinin yaxşı olduğunu, əmək və icra intizamının da qaydasında olduğunu bildirmişdir. Əlavə olaraq həkimlərin davamlı şəkildə gecikmədiyini, mübahisəli dövrdə yalnız ambulator xəstə qəbul olunduğunu və gecikmələrə dair jurnalın öz otağında olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, o, əvvəllər cavabdeh xəstəxanada işləmişdir, hazırda Respublika Klinik Xəstəxanasında hüquqşünas olaraq çalışır. İddiaçı ilə bağlı 2-3 halda şikayət olmuşdur. Onlardan biri pul ilə bağlı tələb idi. Bununla bağlı şikayət prokurorluq orqanına göndərilmiş, sonradan cinayət işinin başlanması rədd olunmuşdur. Digər hal, pasientdən əməliyyatla bağlı müəyyən ləvazimatların alınması ilə bağlı şikayət idi. Belə ki, şikayətə görə ləvazimatlar alınmadığı təqdirdə pasientin dediyinə görə iddiaçı əməliyyat etməkdən imtina etmişdi. Bununla bağlı iddiaçının ləvazimatların adını yazdığı əlyazması da mövcud idi. Lakin sonradan, şikayət şikayətçinin qardaşı tərəfindən geri götürülmüşdü və pasient əməliyyat olunmuşdu. Əməliyyatdan sonra da xəstənin vəziyyəti yaxşı idi. Buna baxmayaraq, hər bir halda xəstəxana bununla bağlı iddiaçıya öz iradını bildirmiş və prokurorluq orqanına da təqdimat göndərilmişdi. Hər bir xəstəliyin öz protokolu var və həmin protokolda lazım olan ləvazimatlar, dərmanlar göstərilir, eləcə də, əvəzsiz qaydada icbari tibbi sığorta ilə qarşılanır. Digər hal isə qazinin şikayəti ilə bağlı idi. Həmin şikayətlə bağlı tam məlumatı olmadığını, çünki araşdırmanı sığortanın təşkili şöbəsinin müdiri apardığını bildirmişdir. Lakin baş həkim ona bu şikayət təsdiqini tapdığı təqdirdə iddiaçı ilə əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir və o da bu məlumatı iddiaçıya çatdırmışdır. Əlavə olaraq cərrahların adətən onunla problemi olduğunu, gecikmələrə dair jurnalların isə daimi olaraq yoxlanıldığını qeyd etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, başqa həkimlər barəsində də adətən müalicə, təhqir məsələləri ilə bağlı müraciətlər olurdu, digər həkimlər barəsində pul ilə bağlı şikayətlər olsa da, sonradan tərəflər arasında razılıq əldə edildiyindən, şikayətlər geri götürülürdü. İddiaçı ona işə bir qədər gec gəlmək barədə əlavə güzəşt tətbiq edilməsi üçün şifahi müraciət etmişdir. Yazılı müraciətindən sonra isə bildirmişdir ki, Yasamal rayonunda yaşayır, uşaqları isə Əhmədli ərazisində məktəbdə təhsil alır. Bu səbəbdən məsafə çox olduğuna görə 1 saat gec gələ bilməsi üçün qısaldılmış iş vaxtı təyin edilməsini xahiş etmişdi. Lakin fərdi qaydada güzəşt tətbiq olunması mümkün olmadığına görə, müraciəti təmin olunmamışdı. Bəzən başqa həkimlərin də iş vaxtı ərzində ayrı klinikalarda əməliyyatlar etdiyi müəyyən olunurdu və onlar barəsində də töhmət tətbiq edilirdi, lakin iddiaçı barəsində bu hallara daha çox rast gəlinmişdir. xx.xx.2023-cü il tarixli töhmət veriləndə X7 xəstəxanada işləmədiyini, lakin əmrdən xəbəri olmadığını, sadəcə tədbir görülməsindən xəbərdar olduğunu, çünki işin araşdırılmasının ona həvalə olunmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ******* saylı Əmək kitabçasının surətindən görünür ki, 18-1-19/3-1-589/2023 saylı, xx.xx.2023-cü il tarixli Əmrə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Cavabdeh 4 oktyabr 2023-cü il tarixli, 18-1-19/3-1-589/2023 saylı Əmrindən görünür ki, cərrahiyə şöbəsinin həkim-ümumi cərrahı İddiaçı əmək funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə 2023-cü ilin 24 aprel tarixində verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək intizamını kobud şəkildə pozmasını (2018-ci ilin 02 fevral tarixində də intizam tənbehi verilmişdir) nəzərə alaraq İddiaçı ilə 2011-ci il 28 fevral tarixində bağlanmış əmək müqaviləsinə 2023-cü il 4 oktyabr tarixindən xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 01 avqust 2022-ci il tarixli qərarından görünür ki, 325-C-22 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, Eldəniz Həsənov verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyatın qapalı cərrahiyyə üsulu ilə aparılmasını istədiyi üçün həkim İddiaçı lazımi avandanlıqların siyahısını yazıb vermiş, həmin avanlıqların təmin olunması üçün rəhbərliyə və ya sığorta agentliyinə müraciət edə biləcəyini və ya onların ala biləcəyini bildirmişdir. Pulu ona verməyini istəməmişdir. Atasının müalicəsi və əməliyyatı ilə bağlı hər hansı məbləğdə pul verməmiş və tələb olunmamışdır. Əməliyyat onun razılığı ilə olmuş və bu barədə iltizamnamə imzalamışdır. Həmin ərizəni atasının dostu Əli yazmış və o oxuyub imzalamışdır. Orada həkimdən imtina barədə heç nə qeyd etməmişdir. Sonradan Cavabdehn hüquqşünası X25 çağırmış və onun imzasının aşağısından həkimdən imtina etməyini və həkimin dəyişdirilməsini istəməyi-barədə qeyd yazdırmışdır. Hansı səbəbdən olması barədə məlumatı yoxdur. Həkim İddiaçı heç bir şikayəti olmamışdır və hazırda da yoxdur. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İşəgötürən 5 saylı Kliniki Xəstəxanası ilə bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı cərrahiyyə şöbəsində həkim cərrah vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 5 saylı Kliniki Xəstəxanasında cərrahiyyə şöbəsində həkim cərrah vəzifəsinə işə qəbul edilmişdir. İşçi xəstələrin müayinə və müalicəsi əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh direktoruna baş cərrahiyyə şöbəsinin müdiri Rauf Cəlalov tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli təqdimatın məzmunundan müəyyən olunur ki, İddiaçı anım günü ilə əlaqədar işə gecikmişdir. İş materiallarında olan Cavabdeh direktoruna cərrahiyyə şöbəsinin həkimi İddiaçı tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli izahatın məzmunundan müəyyən olunur ki, İddiaçı oğlu anım günü ilə əlaqədar işə gecikmiş, saat 10:00-da işdə olmuşdur. Şuşa şəhərinə gedə bilməməyinin səbəbi olaraq səhhəti ilə bağlı fizioterapiya qəbul etdiyini, ağrılara görə hərəkət məhdudiyyəti olduğunu bildirmişdir. İş materiallarında olan Cavabdehn Tibbi Şurasının iclasının 02/2023 №-li, 02 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, İddiaçı heç bir keçərli səbəb gətirmədən, bilavəsitə rəhbərinə xəbər vermədən işə gəlməməsini və buna əsası olmayan, ziddiyyətli səbəblər gətirməsini, əmək müqaviləsi üzrə şərtləndirilən intizam öhdəliyini pozmasını və xx.xx.2023-cü il tarixdə verilən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehini nəzərə alaraq intizam tənbehinin şiddətləndirilməsini məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan X8 Həmkarlar İttifaqı iclasının 16 №-li, 02 oktyabr 2023-cü il tarixli protokolunun surətindən görünür ki, qərara alındı ki, həkimlər Mikayılov Rasim və İddiaçı barəsində intizam qaydalarının pozulmasına görə NTM PHŞ-in rəhbərliyi tərəfindən həkimlər barəsində veriləcək müvafiq qərara HİK etiraz etmir. HİK olaraq NTM rəhbərliyindən həkimlər barəsində mümkün qədər humanist qərar verilməsi tövsiyə olunur. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Cavabdeh 25 aprel 2023-cü il tarixli, PHŞ-6-19/3-1-171/2023 saylı Əmrindən görünür ki, cərrahiyə şöbəsinin həkim-ümumi cərrahı İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə öhdəliklərinə məsuliyyətsiz yanaşaraq əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Cavabdeh 10 yanvar 2024-cü il tarixli 18-1-19/2-22/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı İddiaçı əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsanlara görə, 2023-cü ilin 24 aprel tarixində verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək intizamını kobud şəkildə pozub. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin V bəndinə əsasən İddiaçı ilə 2011ci il 28 fevral tarixində bağlanmış əmək müqaviləsinə 2023-cü il 04 oktyabr tarixindən ləğv edilib.İşdə yol verdiyi nöqsanlara görə onun barəsində qərar Tibbi Şuranın və Həmkarlar ittifaqının iclaslarının müzakirəsinə çıxarddmış və müvafiq rəylər alınmışdır. Eyni qayda ilə ona 2023-cü ilin 24 aprel tarixində verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi Tibbi Şuranın və Həmkarlar İttifaqının iclaslarının rəyləri öyrənilməklə verilmişdir. Əmr verildikdə şöbə müdiri Şahid 2023-cü il 27 sentyabr tarixli təqdimatına, İddiaçı 2023cü il 27 sentyabr tarixli izahatına, "X16” X22 Tibbi Şurasının 2023-cü il 02 oktyabr tarixli 02/2023 № li protokoluna və Həmkarlar İttifaqı clasının 2023-cü il 02 oktyabr tarixli 16№ li protokoluna əsaslanmışdır. İş materiallarında olan Nərimanov rayon prokurorluğunun 14 iyul 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, X3 X9 ümumi cərrah İddiaçı tərəfindən düzgün müayinə və müalicə olunmaması barədə toplanmış 277- C-22 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan AR Səhiyyə Nazirliyi 5 nömrəli Şəhər Klinik Xəstəxanasının baş həkimi Fazil Alməmmədovun № 50-K saylı, xx.xx.2018-ci il tarixli əmrinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixində həkim - ümumi cərrah X12 növbətçi cərrahın xəbəri, icazəsi və iştirakı olmadan qəbul etdiyi xəstəni əməliyyat etmişdir. Bununla müəssisədaxili qoyulmuş qaydaları pozmuş olduğuna görə 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsinin Həkim - ümumi cərrahı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı məddəsjnin ikinci hissəsinin "a" bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə həkim İddiaçı “Buta” klinikasında hər hansı ambulator xəstə qəbulu və əməliyyatı olmamış və buna bağlı müraciəti daxil olmamışdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmədə müəyyən edilmiş işin faktiki hallarına əsasən, İddiaçı xx.xx.2007-ci il tarixdə “5 saylı şəhər klinik xəstəxanası” ilə aralarında bağlanmış 115 nömrəli əmək müqaviləsinə əsasən cərrahiyə şöbəsinə “həkim-cərrah” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05-k saylı protokolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almışdır. Həmin tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı cərrahiyə şöbəsinin “həkim-ümumi cərrahı” vəzifəsinə keçirilmişdir. Daha sonra isə Cavabdeh 18-1-19/3-1-589/2023 saylı, xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı İddiaçı əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsanlara görə 2023-cü ilin 24 aprel tarixində verilmiş intizam tənbehindən nəticə çıxarmayraq altı ay ərzində təkrarən əmək intizamını kobud şəkildə pozmasını (2018-ci ilin 02 fevral tarixində də intizam tənbehi verilmişdir) nəzərə alaraq 4 oktyabr 2023-cü il tarixdən xitam verilmişdir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 68.1-ci maddəsinin əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsaəsn əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼ -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186-cı maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə hesab edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Cavabdeh 18- 1-19/3-1-589/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Qeyd olunanların kontekstində məhkəmə, iddia tələbinin “iddiaçının hərəkəti nəticəsində həmin gün Cavabdehn fəaliyyəti dayandırılmamış, işçilər müəssisənin fəaliyyəti dayandığına görə evə göndərilməmiş, iş normal ahəngi ilə davam etmişdir” dəlili ilə razılaşır. Belə ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan müddəalarının tətbiqi nəticəsində müəyyən olunur ki, işəgötürənə işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması ilə müşayət olunan hərəkətləri zamanı konkret hansısa ziyan dəyməlidir. Bu baxımdan cavabdehin nümayəndəsinin məhkəmə iclaslarındakı etirazının dəlilli kimi istinad etdiyi (müəssisənin fəaliyyəti birbaşa insan həyat və sağlamlığı ilə əlaqədar olduğundan, elə xəstə müraciəti daxil ola bilər ki, ona təxirəsalınmaz qaydada müdaxilə zərurəti ola bilər, bununla da iddiaçının işə gecikdiyi müddətdə xəstəxanaya ağır xəstənin qəbulunun mümkün olduğu, bu zaman müəssisənin işçisinin işdə olmamasına görə müəssisə üçün ağır nəticələrin olmasının yüksək ehtimalı açıq-aşkardır) hallar özözlüyündə əsaslı olmamışdır. Çünki qeyd olunduğu kimi, əmək qanunvericiliyinin təhlili onu göstərir ki, cavabdehin istinad etdiyi “mümkün ziyan” ehtimala yox, məhz real ziyana söykənməlidir. Bununla yanaşı iddiaçının mübahisələndirilən əmrin lazımi qaydada əsaslandırılmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin əmr “verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək intizamını kobud şəkildə pozmasına görə” əsası ilə əsaslandırılmışdır. Belə ki, əmrdə cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, onun əmək intizamını kobud şəkildə pozması əsası ilə xitam verdildiyi göstərilsə də, məhkəmə bununla bağlı qeyd olunanları aşağıda göstərilənlərə əsasən, əsaslı hesab etmir. Belə ki, Cavabdeh 4 oktyabr 2023-cü il tarixli, 18-1-19/3-1-589/2023 saylı əmrində qeyd olunur ki, əmək funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə 2023-cü ilin 24 aprel tarixində verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək intizamını kobud şəkildə pozmasını (2018-ci ilin 02 fevral tarixində də intizam tənbehi verilmişdir) nəzərə alaraq İddiaçı ilə 2011-ci il 28 fevral tarixində bağlanmış əmək müqaviləsinə 2023-cü il 4 oktyabr tarixindən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən İşçinin (iddiaçının) əmək funksiyalarına “xəstələrin müayinə və müalicəsi” aiddir. Göründüyü kimi, xəstələrin klinikaya qəbulu, eyni zamanda müalicə və müayinəyə gəlmiş xəstələrin üzərində aparılacaq əməliyyatın İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olub-olmamasını yoxlamaq və s. kimi hallar iddiaçının əmək funksiyalarına daxil olmamışdır. Belə olan halda, məhkəmə, cavabdeh tərəfin etirazının dəlillərinə münasibətdə bildirir ki, qeyd olunan hal işçinin öz əmək funksiyasını icrası zamanı yol verdiyi nöqsan kimi dəyərləndirilə bilməz, buna əsasların mövcudluğu halında ƏM-nin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması kimi qiymətləndirilə bilərdi. Göründüyü kimi, hazırki işin faktiki hallarına məcmu halda nəzər yetirdikdə, o cümlədən şahid ifadələri ilə qarşılıqlı təhlili onu deməyə əsas verir ki, iddia tələbinin dəlilləri əmək qanunvericiliyinin qeyd olunan müddəaları ilə uzlaşır. Beləliklə, müəyyən olunur ki, 25 aprel 2023-cü il tarixdə cavabdeh tərəfindən verilən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi bu cür əsaslandırılsa da, iddiaçının əmək funksiyalarının icrası ilə bağlı olmamışdır. Bundan başqa cavabdeh iddiaçını işçi olaraq xarakterizə edərkən yuxarıda qeyd olunanlardan əlavə bildirir ki, sonuncu ərizəsində işlədiyi müddətdə daim öz əmək funksiyalarını həmişə vaxtında və lazımi qaydada, yəni vicdanla və layiqincə yerinə yetirdiyini, nümunəvi işçi kimi kollektivdə fərqləndiyini göstərsə də, 2022-ci ildə iddiaçı barəsində 2 dəfə vətəndaş şikayəti olmuş və həmin şikayətlər korrupsiya faktı ilə əlaqədar olduğundan araşdırılması üçün prokurorluq orqanlarına göndərilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 01 avqust 2022ci il tarixli qərarı və Nərimanov rayon prokurorluğunun 14 iyul 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarların surətindən görünür ki, ilkin yoxlama müddəti ərzində toplanmış sübutlarla İddiaçı əməlində şikayət ərizələrində qeyd olunan xüsusatlar öz təsdiqini tapmamış habelə, toplanmış materialda cinayət hadisəsi müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə, həmçinin iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş əmək intizamını kobud şəkildə pozması (işçinin xx.xx.2023-cü il tarixdə işə gec gəlməsi) ilə bağlı aşağıdakıları qeyd edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Həmin maddənin a) bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin verilməsinin əsası əmək intizamını kobud şəkildə pozması olmuşdur. İşin faktiki halları, toplanmış sübutlar (o cümlədən şahid ifadələri) əsasında müəyyən edilmişdir ki, işçi xx.xx.2023-cü il tarixdə işə təxminən 1,5 saat gecikmişdir. İşəgötürən (cavabdeh) işçinin (iddiaçının) heç bir üzrlü səbəb olmadan işə gecikməsini ona şiddətli töhmət verilməsi barədə intizam tənbehindən nəticə çıxarmaması kimi əsaslandırıb, xx.xx.2023-cü il tarixdə aralarında olan əmək münasibətlərinə xitam vermişdir. Nəticə etibarilə, həmin əmr verilərkən ƏM-nin imperativ göstərişləri işəgötürən (cavabdeh) tərəfindən gözlənilməmişdir. Belə ki, qanunverici işçinin bu cür hərəkətinin əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməsi üçün “heç bir üzürlü səbəb olmadan”, “bütün iş günü” kimi halların mövcudluğu ilə şərtləndirib. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş hərəkətlər – onun “mütəmadi” gecikmələri nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Bu baxımdan, məhkəmə iclasında verilən izahatlar, şahid ifadələri, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmadan əmək müqaviləsinə xitam verilmişdir. Bununla yanaşı məhkəmənin qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntular - əgər pozuntu hesab edilsə belə - pozuntunun xarakterinə adekvat olmamışdır. Belə ki, əmək qanunvericiliyinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur. Məhz işin bu hallarını nəzərə alan məhkəmə hesab edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Bundan başqa məhkəmə iclasında sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması ilə bağlı keçirilən iclaslarda sonuncu tərəfindən daha humanist qərarın verilməsi, o cümlədən işdən çıxarılma kimi ən sərt tənbeh tədbirinin verilməməsi təklif olunmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 27 sentyabr 2023-cü il tarixdəki gecikməsini Anım günü ilə əsaslandırmış, cavabdeh tərəf isə etiraz ərizəsində gecikmələri iddiaçının başqa klinikalarda əməliyyat etməsi ilə əlaqələndirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin vəsatəti əsasında əldə olunmuş cavab məktubu ilə qeyd olunan hal öz təsdiqini tapmamışdır. Bundan başqa şahid ifadələri ilə müəyyən olunmuşdur ki, qeyd olunan tarixdə xəstəxanada təmir işləri gedirdi. Belə olan təqdirdə isə faktiki olaraq, həmin ərəfələrdə cərrahi əməliyyatlar keçirilmirdi. Bu səbəbdən də, işçinin sözügedən tarixdə 1-2 saat işə gecikməsi cavabdehin nümayəndəsinin bildirdiyi kimi müəssisədə əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb ola bilməzdi. Məhkəmə cavabdehin “iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsini sonuncunun mütəmadi olaraq işə gecikməsini təsdiqləməsi” ilə bağlı etirazının dəlilinə münasibətdə qeyd edir ki, həmin ərizənin mövcudluğu bir daha təsdiq edir ki, işçinin işə müəyyən vaxtlarda gecikməsi üzrlü səbəblərdən olmuş və o işə gecikməsinin üzürlü səbəbləri barədə cavabdehə (işəgötürənə) məlumat vermişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq Cavabdeh PHŞ tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Cavabdeh PHŞ ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Cavabdeh 18-1-19/3-1-589/2023 saylı, xx.xx.2023-cü il tarixli əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş Cavabdeh 18- 1-19/3-1-589/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 18-1-19/3-1-589/2023 saylı, xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və iddiaçıya iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçının ödədiyi 50 manat mediasiya xərci nəzərə alınmalı, cavabdeh cəmiyyətdən 50 manat dövlət rüsumu tutularaq, Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18-1-19/3-1-589/2023 saylı, xx.xx.2023-cü il tarixli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdehndən 50 manat dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-648/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-648/2024
06.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver