Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-688/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi barədə müqavilə öhdəliyinin icrası və öhdəliyin icrasının miras əmlaka yönəldilməsi” tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi barədə müqavilə öhdəliyinin icrası və öhdəliyin icrasının miras əmlaka yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mərhum atasına göstərilmiş və göstərilməkdə davam edən hüquqi yardım nəticəsində məhkəmə qərarı əsasında mülkiyyətində olmuş Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində yerləşən 0,6680 hektar (yaxud 6608,8 kv.metr) torpaq sahəsinin və üzərində olmuş 1.036,8 kv.metr əmlak komplekisinin zəbt edilib, sökülməsinə görə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2210/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə yekunlaşmış məhkəmə işi üzrə 2023-cü ilin aprel-noyabr ayları ərzində ödənilmiş 844.338 manat kompensasiyaya görə hüquqi xidmətə görə iddiaçıya ödənilməmiş 20% əlavə əlavə haqqın, yəni 168.867,6 manatın, həmin məbləğin verilməsinin gecikdirilməsinə 5 faiz əlavə olaraq 8.443,38 manatın, 1-ci və 2-ci tələblərin cəmi olaraq ödənilməli olan 177.310,98 manatdan vəkillik xidməti ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan vergi, məcburi dövlət sosial sığorta haqları, habelə vəkillərin sığorta fonduna köçürülməli olan müvafiq olaraq 10%+14%+2%=26%, cəmi 26% əlavə olaraq 46.100,85 manatın, hazırkı iddianın və hazırkı iddia ilə əlaqədar müvəqqəti təminat tədbiri barədə ərizənin məhkəməyə verilməsinə görə ödənilmiş 564,75 manatın, ümumilikdə 168.867,6+8.443,38+46.100,85=223.411,83 manatın cavabdehə miras aktivi kimi mərhum atasından keçən ünvan 1 ünvanında yerləşən 113,2 kv.m mənzilin açıq hərracda satılaraq, satışından əldə olunacaq vəsait hesabına ödənilməsi, satışdan əldə ediləcək vəsait kifayət etmədikdə İHAM-dakı icraat üzrə ödəniləcək əlavə kompensasiya hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü ildə ölmüş X4 oğludur. Cavabdehin mərhum atası Ə.Cavabdeh iddiaçının müvəkkili olmuşdur. 2020-ci il 08 iyun Ə.Cavabdehlə aralarında bağlanmış hüquqi yardım haqqında müqaviləyə və həmin Müqavilənin 2.2-ci bəndinə görə tərəfindən mərhum Ə.Cavabdeh sağlığında mülkiyyətində olmuş Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində (X9) yerləşən əmlak kompleksinin söküntüsünə görə maddi və mənəvi ziyanın əvəzi olaraq 5.487.500 manat məbləğində kompensasiyanın cavabdehlər Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) tutulması barədə Gəncə İnzibati Məhkəməsinin icraatında olan inzibati mübahisəyə dair işdə peşəkar hüquqi xidmət göstərilməyə başlanılmışdır. Müqavilə bağlanmaqla yanaşı Ə.Cavabdehlə aralarında müqaviləyə əlavə imzalanmış və əlavəyə görə Ə.Cavabdeh ona ödəniləcək kompensasiyanın 20% ona hüquqi yardıma görə əlavə xidmət haqqı kimi pulu aldığı gündən 1 iş günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci ildə 2-1(102)-2210/2022 saylı qərarı ilə iddiaçının kompensasiya tələbi üzrə iş yekunlaşmışdır. Məhkəmə qərarları ilə Ə.Cavabdeh 844.338 manat kompensasiya ödənilməsi qərara alınmışdır. Daxili məhkəmələrin qəbul etdiyi qərarla kompensasiya məbləğinin azlığına görə razılaşmayan Ə.Cavabdeh İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (bundan sonra - İHAM) müraciətinin göndərilməsi üçün digər vəkil X14 ilə müqavilə bağlanması təmin edilmişdir. İHAM-da hüquqlarının müdafiəsinin təşkili məqsədilə xx.xx.2023-cü ildə hüquqi xidmətlərin göstərilməsi barədə Müqavilə və Müqaviləyə Əlavə imzalanmışdır. Ə.Cavabdeh kompensasiya tələbi üzrə inzibati mübahisəyə dair iş üzrə məhkəmə qərarı əsasında və ya məhkəmədən kənar qaydada ona ödəniləcək kompensasiyanın 20%-ni onun və ya vəkil A.T.Layıcın hesabına köçürməli idi. Ə.Cavabdeh 2023-cü ilin 6 aprelində 100.000 manat, 2023-cü ilin 10 avqustunda 100.000 manat, 2023-cü ilin oktyabr ayında 644.338 manat, 2023-cü ilin noyabr ayında 2.255,18 manat olmaqla, ümumilikdə məhkəmə qərarı ilə ona ödənilməli olan 844.338 manat məbləğində pulu almış, lakin bunu bizdən gizlətmiş, bununla da vəkillik fəaliyyətindən irəli gələrək Ə.Cavabdeh göstərilmiş hüquqi yardıma görə müqaviləyə əlavə üzrə 20% əlavə xidmət haqqını, yəni 844.338*20%=168.867,6 manatı ödəməkdən yayınmışdır. Ə.Cavabdeh bu hərəkətləri barədə 2024-cü il 23 oktyabrda məlumatlı olan kimi vərəsəsi Cavabdeh ilə əlaqə saxlanılmışdır. Cavabdeh atasının kompensasiya məbləğini ilk əvvəl alıb-almadığından məlumatlı olmadığını bildirsə də, sonradan atasının kompensasiyanın 641.116 manat və 2.255,18 manat hissəsini bibisi X1 hesabına köçürülməsinə razılıq verməsini bildirərək pulun onda deyil, bibisində olduğunu, vəkilə ödənilməli olan 20% əlavənin onun tərəfindən deyil, atası tərəfindən icra edilməli olduğunu bildirərək, faktiki olaraq miras aktivini qəbul etdiyi halda, miras passivi hesab edilən xidmət haqqını ödəməkdən imtina etmişdir. Beləliklə, cavabdeh kompensasiya məbləğinin onda olmadığını, hüquqi yardıma görə ödənilmiş kompensasiyanın 20%-i həddində xidmət haqqının onun tərəfindən deyil, atası tərəfindən icra edilməli olduğunu bildirməklə, faktiki olaraq qanuni tələbin təmin edilməsindən dolayı yolla imtina edir. Belə olan halda, miras əmlakı qəbul etmək üçün notariusa müraciət etmiş Cavabdeh qarşı hazırkı iddianı qaldırmaqdan və onun hazırda öz adına keçirərək satmağa çalışdığı mərhum atasından miras qalmış ünvan 2 ünvanında yerləşən 113,2 kv.metr sahəsi olan mənzilin qəbul ediləcək məhkəmə qətnaməsinin icra olunanadək özgəninkiləşdirilməsinin qadağan edilməsi məqsədilə daşınmaz əmlakın dövlət reyestrində məhdudiyyətin qoyulması üçün müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməkdən başqa həll yolu qalmır. Cavabdehin hazırda nail olmaq istədiyi məqsəd: 14. Cavabdeh hazırda atasından miras qalmış yuxarıda qeyd edilən mənzili öz adına keçirib satmağa çalışır. Bu isə onun atasının kompensasiya məbləğini almasından məlumatlı olmasından xəbər verir. Cavabdeh mirası qəbul etmək üçün Gəncə şəhəri 6 saylı Notariat Ofisinə müraciət etmişdir. xx.xx.2024-cü ildə həmin ofisin verdiyi 978 saylı məktubda bildirilmişdir ki, cavabdeh xx.xx.2024-cü ildə ölmüş atası X4 birinci dərəcəli vərəsələri sırasındadır. Sənədlər toplandıqdan sonra ona vərəsəlik haqqında şəhadətnamə veriləcəkdir. Əlavə məlumatlar: mərhum Ə.Cavabdeh peşəkar maliyyəçi olub, dələduzluğa görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2019-cu ildə 2 il sınaq müddəti tətbiq edilməklə şərti olaraq 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Məhz dələduzluğa görə məhkum edildiyinə görə onunla Müqaviləyə əlavələr rəsmi yazılı formada tərtib edilmiş və müvafiq olaraq imzalarla, habelə vəkil bürosunun möhürü ilə təsdiq edilib və Müqaviləyə Əlavə qorunub saxlanıb. Cavabdeh atasının yeganə oğul övladıdır. Atası cavabdehlə nəfəs alırdı. Ona görə də, atasının kompensasiyanı almasından məlumatsız olması barədə cavabdehin arqumenti qəbul edilən deyil, habelə sübutlarla təkzib olunduğundan yalan danışmaqdan başqa bir şey deyil. Mərhum sağlığında kompensasiyanı aldığını iddiaçıdan gizlətmiş və kompensasiyanı almağa başladığı ilk gündən, yəni xx.xx.2023-cü ildən cəmi 1 il 2 gün keçəndə, yəni xx.xx.2024-cü ildə ölmüşdür. 2024-cü ilin 23 oktyabrında məlumat əldə edəndən sonra ki, bəs Ə.Cavabdeh 2023-cüilin aprel-noyabr aylarında özü və bacısı vasitəsilə pulları alıb, dərhal həmin pulları hara xərclədiyini müəyyən etməyə çalışmışdır. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü ilin 24 noyabrında Ə.Cavabdeh bacısı Xatirə Allahyarovanın əri və ya ər tərəfdən qohumu olan İlham Allahyarovdan 2018-ci il buraxılışlı, bahalı nömrə üstündə olmaqla Mercedes-Benz markalı avtomobilə sərəncam vermək hüququ ilə baş etibarnamə alıb, xx.xx.2024-cü ilin yanvarında notariusda alqı-satqı müqaviləsi imzalamaqla, ünvan 1 ünvanında yerləşən 113,2 kv.metr sahəsi olan mənzili 300.000 manata alıb, xx.xx.2024-cü ildə 9 fevralda aldığı həmin bu mənzilə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata aldırmış, əmlaka Daşınmaz əmlakın dövlət reyestrində **********17-05301-093505 nömrəsi verilmişdir Cavabdeh hazırda atasının aldığı bahalı maşını sürə, bahalı evdə yaşaya bilir, amma bu maşın və evi almaq üçün atasının pulu haradan əldə etdiyini bilmir. Cavabdeh uzun müddətdir işləmir, cavabdehin atası işləmirdi, necə oldu ki, 2023-cü ildən sonra birdən-birə imkanlanmağa başladı atası, cavabdeh də bunu bilmədi. Əvəz Babayev ölənə qədər kompensasiyanı almadığını, Maliyyə Nazirliyinin keçmiş əməkdaşı olduğuna görə öz keçmiş yoldaşlarında pulun ödənilməsi üçün tədbir görmələrini xahiş etdiyini, hər dəfə tezliklə pulun ödəniləcəyini bildirməklə sən demə onları aldadırmış. Cavabdeh isə 2024-cü ilin 14 aprelində atasının öldüyü barədə məlumat verir, ondan sonrakı dövrdə dəfələrlə görüşlərə gəlir və heç vaxt yerli məhkəmələrin qərarı nəticəsində kompensasiyanın alınmadığını bildirir, əlinə sübut düşən günün (xx.xx.2024) səhəri günü “evrika” edərək kompensasiyanın bibisi tərəfindən alındığını bildirərək ona qarşı deyil, bibisinə qarşı iddia qaldırmağı təklif etməklə peşəkar hüquqşünaslara öz dilində desək, “variant” gəlməyə çalışır. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 113,2 kv.m sahəsi olan mənzilin (miras aktivi) açıq hərracdan satılması, miras aktivi olan mənzilin açıq hərracdan satışından əldə olunan vəsaitdən onun xeyrinə cavabdehin mərhum atası X10 ilə aralarında bağlanmış hüquqi yardım haqqında müqaviləyə və həmin Müqavilənin 2.2-ci bəndinə görə göstərdiyi hüquqi xidmətlərin əvəzi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2210/2022 saylı qərarı ilə yekunlaşmış icraatın nəticəsi üzrə ödənilmiş 844.338 manat pul məbləğindən ödənilməli olan, lakin ödənilməmiş 20 faiz əlavə haqqın, yəni 168.867,6 manatın, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən həmin məbləğin verilməsinin 1 il gecikdirilməsinə görə ödənilməsi gecikdirilmiş məbləğin beş faizinin (168.867,6x5%=8.443,38), yəni 8.443,38 manatın, cəmi 177.310,98 manatın, həmin 177.310,98 manat məbləğə görə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları (10%), fiziki şəxsin gəlir vergisi (14%), habelə vəkillərin sığorta fonduna köçürülmə (2%) ilə əlaqədar olaraq, cəmi 26%-in (177.310,98x26%=46.100,85), yəni 46.100,85 manatın, məhkəmə xərcləri olaraq hazırkı iş üzrə iddianın məhkəməyə verilməsinə görə tərəfindən ödənilmiş 513,41 manat dövlət rüsumunun, habelə hazırkı iddia ilə əlaqədar müvəqqəti təminat tədbiri barədə ərizənin məhkəməyə verilməsi üçün tərəfindən ödənilmiş 51,34 manat dövlət rüsumunun, cəmi 564,75 manat dövlət rüsumunun, ümumilikdə (168.867,6 + 8.443,38 + 46.100,85 + 564,75 = 223.976,58) 223.976,58 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sözügedən pul vəsaitinin Xatirə Allahyarova tərəfindən götürüldüyü müəyyən edilsə də, o, hazırki iş üzrə tərəf deyil. Belə ki, mərhum məhkəmə qərarı üzrə tutulan pul vəsaitini əldə etmiş və 1 il həmin vəsaitin dövriyyədə saxlanılmasına baxmayaraq, o, müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və həmin vəsaitin 20% hissəsinin iddiaçıya ödənilməsini təmin etməmişdir. Bununla bağlı mərhuma dəfələrlə müraciət etsə də, o, pulu ala bilmədiyini bildirmişdir. Halbuki, mərhum əldə etdiyi vəsaitin bir qismini hətta mənzil alınmasına xərcləmişdir. Belə ki, mərhumun vərəsəsi, eyni zamanda onun passiv və aktivlərini əldə edən şəxsdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, icra mərhələsində sözügedən pul vəsaitinin təqribən 200.000 manat məbləğində hissəsini mərhum atası Əvəz Babayev əldə etmiş, qalan 614.000 manat hissəni isə mərhum atasının bacısı yəni bibisi etibarnamə əsasında götürmüşdür. Mərhum atası tərəfindən götürülən 200.000 manat məbləğində vəsait onun başqa icraat çərçivəsində borclu olduğu icra sənədi üzrə ödənilmişdir. Hazırda tələb olunan vəsait cavabdehdə yoxdur. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 113,2 kv.metr olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, giriş 126A, M13, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X6 məxsusdur. - Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-21/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Nizami rayon İcra Hakimiyyəti və Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyindən müştərək qaydada 229.338 manat məbləğində maddi ziyan, 5.000 manat məbləğində mənəvi ziyan, cəmi 234.338 manat dövlət büdcəsi hesabına tutularaq X4 xeyrinə ödənilməsi, iş üzrə 400 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada dövlət büdcəsi hesabına tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iş üzrə 128,20 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada dövlət büdcəsi hesabına tutularaq ödənilməsi, kompensasiyanın və məhkəmə xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-203/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(104)-92/2021 nömrəli qərarının qismən, yəni “birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının mübahisəli tikiliyə görə kompensasiyanın ödəniməsi tələbinin rədd edilməsi hissəsinin” dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilməsi, işin həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-2210/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)-208/2022 saylı nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan həmçinin görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-208/2022 nömrəli xx.xx.2022-ci il tarixli saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 4 sentyabr 2020ci il tarixli, 2-1(114)-21/2020 nömrəli qərarı qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya tələbinin rədd edildiyi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (əmlak kompleksinin) sökülməsinə görə 610.000 manat məbləğində vurulmuş maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-21/20 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 1 ünvanlanmış məktubunun surətindən görünür ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası X4 birinci dərəcəli vərəsələri sırasındadır. Notariat işinin aparılması üçün vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. - xx.xx.2023-cü il tarixli ödəniş sənədinin surətindən görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 100.000 manat məbləğində pul vəsaiti məhkəmə qərarının icrası ilə bağlı X6 ödənilmişdir. - 2023-cü ilin oktyabrında icra edilmiş ödəniş tapşırığının surətindən görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 644.338 manat məbləğində pul vəsaiti məhkəmə qərarının icrası ilə bağlı X6 (onun əvəzinə X2) ödənilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş sənədinin surətindən görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 100.000 manat məbləğində pul vəsaiti məhkəmə qərarının icrası ilə bağlı X6 ödənilmişdir. - 2023-cü ilin noyabrında ödəniş sənədinin surətindən görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 2.255,18 manat məbləğində pul vəsaiti məhkəmə qərarının icrası ilə bağlı xidmət haqqı qismində X6 (onun əvəzinə X2) ödənilmişdir. - Azərbaycan Respublikası Vəkillər Kollegiyası X5 haqqında 548 nömrəli xx.xx.2020ci il tarixli müqaviləyə 1 saylı əlavənin surətindən görünür ki, 1.-ci maddəyə əsasən müraciət edən şəxs X10 işin uğurlu həlli nəticəsinə görə, yəni iddia tələbinin məhkəmə tərəfindən tam və ya qismən təmin olunması, barışıq sazişi ilə həll olunacağı, habelə məhkəmədən kənar qaydada həll edilməsi halında ona ödəniləcək kompensasiya məbləğinin 20%-ni (iyirmi faizini) və ya kompensasiyanın əvəzi kimi əşya formasında veriləcək əmlakların qiymətləndirici təşkilatlarlar tərəfindən qiymətləndirilmiş bazar dəyərinin 20%-ni (iyirmi faizini) vəkil İddiaçı pul şəklində ödənilməsi öhdəliyini üzərinə götürür. 2-ci maddəyə əsasən Əvəz Babayevə kompensasiya pul formasında ödəniləcəyi (köçürüləcəyi) və ya daşınar və ya daşınmaz əşya formasında əvəzləşdiriləcəyi təqdirdə, bu Əlavənin 1-ci maddəsində razılaşdırılmış Mükafatın ödəniliməsi dərhal, yəni bir iş günü ərzində həyata keçirilir. 3-cü maddəsinə əsasən bu Əlavənin 1 -ci maddəsi ilə razılaşdırılmış məbləğ 2-ci maddədə razılaşdırılmış müddətdə vəkilə ödənilmədiyi təqdirdə, vəkil həmin məbləğin tutulmasına dair iddia tələbi ilə istənilən vaxt müvafiq məhkəməyə müraciət etməyə haq lıdır. - xx.xx.2020-ci il tarixli 548 nömrəli X5 haqqında Müqavilənin surətindən görünür ki, müraciət edən şəxs X10 ilə vəkil İddiaçı arasında Gəncə İnzibati Məhkəməsində inzibati mübahisə üzrə X5 barədə müqavilə bağlanmışdır. - Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən xx.xx.2020-ci il tarixli vəkil orderinin surətindən görünür ki, vəkil İddiaçı X6 Gəncə İnzibati Məhkəməsində inzibati mübahisə üzrə hüquqi yardım göstərməlidir. - Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən xx.xx.2020-ci il tarixli vəkil orderinin surətindən görünür ki, vəkil İddiaçı X6 Gəncə Apellyasiya Məhkəməsində kompensasiya tələbi üzrə hüquqi yardım göstərməlidir. - xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X10 tərəfindən X2 etibarnamə verilmişdir. - xx.xx.2023-cü il tarixdə X10 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, Allahyarova (Babayeva) Xatirə Nurədddin qızına məhkəmə qərarına əsasən ona yönəlmiş vəsaiti onun hesabından AZ06İBAZ**********185860206 hesabına köçürülməsinə heç bir etirazı yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 395 nömrəli məhkəmənin sorğusuna əldə olunmuş cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə ölmüş X4 adına xx.xx.2025-ci il tarixədək 1 saylı Gəncə regional Asan xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmamışdır və vərəsəlik şəhadətnaməsi verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 126A, M13, 5 saylı mənzil ilkin olaraq X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 21 saylı DNK-nın 4Ə-129 reyestr nömrəli xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehin mərhum atası X6 Gəncə İnzibati Məhkəməsində, Gəncə Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində irəli sürülümüş kompensasiya tutulması barədə iddia tələbləri üzrə işdə hüquqi yardım göstərmişdir. Mübahisə mərhuma məxsus torpaq sahəsinin və üzərində olan tikililərin sökülməsi və əmlaklarının əlindən çıxması nəticəsində ona dəymiş maddi və mənəvi zərərlə bağlı olmuşdur. Tərəflər arasında hüquqi yardıma dair müqavilə və müqaviləyə əlavə 1 bağlanmışdır. Bağlanmış hüquqi yardıma dair müqaviləyə əlavə 1-in 1-ci maddəsində mübahisənin uğurlu həll edilməsinə görə X10 ona ödəniləcək kompensasiya məbləğinin 20%-ni İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür. İnzibati mübahisə üzrə yekun məhkəmə qərarları olan Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-21/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Nizami rayon İcra Hakimiyyəti və Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyindən müştərək qaydada 229.338 manat məbləğində maddi ziyan, 5.000 manat məbləğində mənəvi ziyan, cəmi 234.338 manat dövlət büdcəsi hesabına tutularaq X4 xeyrinə ödənilməsi, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-208/2022 nömrəli xx.xx.2022-ci il tarixli saylı qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-21/2020 nömrəli qərarının qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya tələbinin rədd edildiyi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbinin qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (əmlak kompleksinin) sökülməsinə görə 610.000 manat məbləğində vurulmuş maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Nəticədə 2023-cü ilin noyabr ayında yuxarıda göstərilən iki qərar üzrə ümumilikdə 844.338 manat məbləğində pul vəsaiti Gəncə şəhər İcra Hakimiyyəti tərərfindən X6 ödənilmişdir. Əvəz Babayev xx.xx.2024-cü ildə vəfat etmişdir. Hazırda İddiaçı məhkəmədən xahiş edir ki, X15in hüquqi yardıma dair müqaviləyə əlavə 1-də nəzərdə tutulmuş ona ödəməli olduğu, lakin ödəmədiyi məhkəmə qərarları ilə aldığı 844.338 manat pulun 20 faizinin (168.867,6 manat) mərhumun birinci dərəcəli vərəsəsi Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 61-ci maddəsinə əsasən İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. İİİ. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 445.1-ci maddəssinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) - bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1254-cü maddəsinə əsasən, vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli X5ndən ibarətdir. 19-cu maddəsinə əsasən: İ. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İİ. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. İİİ. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən X5nə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. X5nə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə X5nə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. “Vəkillərin davranış qaydaları” haqqında əsasnamənin 2-ci bəndinə əsasən vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Göründüyü kimi, vəkillərin öz peşə fəaliyyətindən irəli gələrək fiziki və hüquqi şəxslərə aralarında bağlanmış müqaviləyə əsasən ixtisaslaşmış hüquqi yardım göstərməsi və bu yardıma görə müvafiq haqq almasına dair münasibətlər qüvvədə olan Mülki Məcəllənin tapşırıq müqaviləsindən irəli gələn münasibətlərdir. Belə ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmçinin Mülki Məcəlllənin 6-cı maddəsində fiziki və hüquqi şəxslərin müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəst olmaları müəyyən edilmişdir. Göründüyü kimi, mülki qanunvericilik tərəflərə müqavilə bağlamaq və müqaviləyə şərtlər daxil etmək hüququ versə də, lakin həmin hüquqları belə şərtlərin qanunvericiliyə zidd olmaması ilə məhdudlaşdırır. Bundan başqa, mülki qanunvericiliyə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan sui-istifadəyə yol verilməməlidir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (Mülki Məcəllənin 560-cı maddəsi) Eyni zamanda, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunda və “Vəkillərin davranış qaydaları haqqında” əsasnamədə də vəkillərin peşə fəaliyyətindən irəli gələn funksiyaları yerinə yetirərkən vicdanlı olmaları, hüquqa zidd hərəkətlərdən çəkinməli olmalarına dair müddəalar öz əksini tapmışdır. Bundan başqa, eyni məzmunlu iş üzrə Biləsuvar Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Mülki Məcəllənin 16.1, 560.2 və 560.3.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsi isə göstərilən müraciətlə bağlı şərh verərək, qərara almışdır ki, X5 haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsi yol veriləndir və hüquqi yardım xidmətinin göstərilməsi haqqında müqavilələrin işin uğurlu nəticəsinə görə mükafatı nəzərdə tutan müddəalarının ağır şərtli əqd olaraq hüquqdan sui-istifadə təşkil edib-etmədiyi məhkəmələr tərəfindən qanunvericiliyin tələbləri və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə X15 tərəfindən alınmış kompensasiya məbləğinin 20 faizinin işin uğurlu həlli ilə bağlı mərhumun vərəsəsi Cavabdeh tutulmasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Cavabdeh X15in birinci dərəcəli vərəsəsi olması işin mübahisəsiz halıdır. İşin materiallarından da müəyyən edilir ki, Əvəz Babayev xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, giriş 126A, M13, 5 saylı mənzilə mülkiyyət hüququ əldə etmişdir. Həmin mənzilin alqı-satqısına dair iş materiallarında olan müqavilədə mənzilin qiyməti 300.000 manat məbləğində qiymətləndirilmişdir. Qanunverici müəyyən etmişdir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, Cavabdeh X15in vərəsəsi olduğundan və o, miras qoyandan qalmış miras əmlak həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıdığından, hazırkı iddianın Cavabdeh qarşı irəli sürülməsi düzgün olmuşdur. Cavabdeh həmçinin məhkəmə iclasında bildirmişdir ki, atasından ona qalmış miras aktivi miras passivindən azdır. Belə ki, vərəsəliklə ona keçmiş miras əmlak mərhum atasının digər məhkəmə aktları üzrə borclarının ödənilməsinə yönəlmiş, çox hissəsi isə atasının sağlığında bibisi tərəfindən alınmışdır. Məhz bu halları sübut etmək üçün mərhum atasının borclu olduğu icra sənədini məhkəməyə təqdim etmiş, o cümlədən həmin icra vərəqəsi üzrə tələbkar olmuş Azər Mehrəliyevin “heç bir şikayəti, iddiası və tələbinin olmaması” barədə notarial formada verilmiş xx.xx.2024-cü il tarixli ərizəsini, mübahisəli 644.338 manat pul vəsaitinin mərhum atasının bacısına ödənilməsini göstərən sübutları təqdim etmişdir. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prossesual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Cavabdeh vərəsə etirazını onunla əsaslandırır ki, borclunun vəfatından sonra cavabdehin vərəsə kimi məsuliyyəti miras əmlakın miqdarı ilə məhdudlaşmış, yəni vərəsəlik qaydasında ona keçmiş miras pay 200.000 manat təşkil etmiş, o da mərhumun başqa borcuna görə qətnamə ilə tutulmuşdur, buna görə də hazırda o əsil cavabdeh deyildir. Məhkəmə qeyd edir ki, qanunverici Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Məhkəmə hesab edir ki, mübahisəli 644.338 manat pul vəsaitinin mərhum atasının bacısı tərəfindən etibarnamə ilə götürülməsi miras əmlak kütləsinin yalnız cavabdehdə olan hissədən ibarət olması demək deyildir. İşdən görünür ki, cavabdeh mirasın siyahıya alınması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin bildirir ki, cavabdeh mərhum atasının ölümündən sonra onun sözügedən öhdəliklərindən məlumatlı olmuş, həmin öhdəliklər üzrə yaranmış borc öhdəliyinin gələcəkdə ona qarşı yönələ biləcəyi ehtimalını bilmiş olsa da, qanunvericiliklə ona verilmiş mirasdan imtina hüququndan istifadə etməmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir, yəni qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş sayılır. (Mülki Məcəllənin 1256-cı maddəsi). Məhkəmə yuxarıda qeyd olunanlardan başqa İddiaçıla Əvəz Babayev arasında bağlanmış hüquqi yardıma dair müqaviləyə Əlavə 1-ə hüquqi qiymət verərək hesab edir ki, həmin müqavilədə nəzərdə tutulan işin uğurlu həlli halında Əvəz Babayev tərəfindən İddiaçı ödənilməli kompensasiya məbləğinin 20 faiz nisbətində əks olunması özüözlüyündə ağır şərtli müddəadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin tələbləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi baxımından X5 haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsinin yol verilən olması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 339.1 və 560.2-ci maddələrinə uyğun olaraq, hüquqi yardım xidmətinin göstərilməsi haqqında müqavilələrin işin uğurlu nəticəsinə görə mükafatı nəzərdə tutan müddəalarının ağır şərtli əqd olaraq hüquqdan sui-istifadə təşkil edib-etmədiyi məhkəmələr tərəfindən qanunvericiliyin tələbləri və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməli olduğu qərara alınmışdır. Qərarda həmçinin göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üzrə razılaşdırılmış haqq (qonorar) və mükafat bir-birindən fərqli anlayışlar olmaqla, birincisi vəkilə həvalə edilmiş tapşırığın müqabilində, onun üzərinə götürdüyü öhdəlik üzrə icra etdiyi işlərin əvəzi olaraq ödənilir və xidmətin nəticəsindən asılı deyil. Vəkilin peşə biliyindən, təcrübəsindən, ixtisas dərəcəsindən, səriştəsindən, X5 ilə bağlı sərf edilmiş vaxtdan, işin mürəkkəbliyindən və s. amillərdən asılı olaraq, bu haqqın məbləğində fərqləndirmənin mövcudluğu mümkündür. Tərəflər arasında razılaşdırılmış mükafat isə tapşırığın uğurlu həllinə (məsələn, iddianın və ya şikayətin təmin edilməsi, hüquqi yardımla bağlı müraciət edənin maraqlarına uyğun qərarın qəbul edilməsi və s.) görə vəkilə ödənilən əlavə ödənişdir. Nəzərə alınmalıdır ki, vəkillər peşə biliklərindən irəli gələrək işin hüquqi hallarını və uğurlu həll perspektivini qiymətləndirmək imkanına malik olsalar da, hüquqi yardımla bağlı müraciət edən şəxslərdə, bir qayda olaraq, belə bir imkan yoxdur. Bu səbəbdən həmin şəxslər üçün vəkilə ödənilən haqqın işin uğurlu həlli nəticəsində əldə edəcəyi maddi vəsaitdən mükafat şəklində ödənilməsi daha əlverişli olur. Həmçinin şərtli mükafatla bağlı müddəaların mövcudluğu vəkilə ödəniş etmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə ixtisaslı hüquqi yardım əldə etməyə əlavə imkanlar yaradır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyində işin uğurlu nəticəsinə görə vəkilə mükafat ödənilməsinin mümkünlüyünə və ya həddinə dair hər hansı məhdudiyyət təsbit edilməmişdir. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə isə mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, hazırkı halda müqavilə azadlığı prinsipindən irəli gələrək hüquqi yardım barədə müqavilə üzrə tərəflər şərtli ödəniş barədə razılıq əldə etməkdə sərbəstdirlər. Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, hüquqi yardım xidmətinin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu nəticəsinə görə əlavə haqqın (mükafatın) ödənilməsi ilə bağlı müddəaların müqavilədə müəyyən edilməsi yolverilən olsa da, bu, həmin müddəaların hər zaman etibarlı hesab edilə biləcəyi kimi qəbul edilməməlidir. Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, işin uğurlu nəticəsinə görə iddia predmetinin dəyərinin önəmli bir hissəsinin tərəfin ağır vəziyyətdə olmasından sui-istifadə edilməsi nəticəsində mükafat olaraq razılaşdırılması hallarından çəkinilməlidir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, hüquqi yardım göstərən şəxslərə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi şərtlərinin və hədlərinin qanunverici orqan tərəfindən müqavilə azadlığı və hüquqi yardım almaq hüququ arasında ədalətli balans gözlənilməklə və bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi məqsədəmüvafiq olardı. Məhkəmə yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək bildirir ki, miras qoyan şəxs inzibati məhkəmədə irəli sürdüyü iddianın nə qədər perspektivli olacağını əvvəlcədən bilmək imkanına malik deyildi. Belə ki, X15 inzibati məhkəmədə əmlak kompleksindən və torpaq sahəsindən qanunsuz olaraq məhrum olması əsası ilə iddia qaldırmışdır. Həmin vaxt miras qoyanın düşdüyü vəziyyətlə bağlı əldə edəcəyi vəsaitin 20%-nin işin uğurlu həlli ilə bağlı iddiaçıya mükafat formasında ödəyəcəyi barədə öhdəlik götürməsi müqavilə azadlığı prinsipindən irəli gəlsə də, iddiaçının hazırki məqamda “tələb hüququndan (haqqından)” müqaviləni əsas gətirərək, istifadə etməsi əxlaqi hədd və məhdudiyyət baxımından yolverilməzdir. Məhz bu səbəbdən də yuxarıda qeyd olunan halların mövcudluğu hüquqi yardımla bağlı müraciət edən şəxslə hüquqdan sui-istifadə edilməklə, vicdanlılıq meyarı gözlənilmədən həddindən artıq ağır şərtli müqavilənin bağlanması ilə nəticələnmişdir. Qeyd olunanların kontekstində məhkəmə hesab edir ki, məhkəmə qərarları ilə ödənilmiş məbləğin 20 faizi kifayət qədər yüksək məbləğ olmaqla, işin uğurlu həlli ilə bağlı iddiaçının peşə fəaliyyətindən irəli gələn hüquqi yardım göstərməsinə, çəkdiyi xərclərin məbləğinə və sərf etdiyi vaxta mütənasib deyildir, yəni müqavilə azadlığı və hüquqi yardım almaq hüququ arasında ədalətli balans gözlənilməmişdir. Məhkəmə hesab edir ki, hər bir göstərilən xidmətin nəticəsindən aslı olmayaraq onun göstərilməsinə görə ödənilən haqq ağlabatan olmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, X15in sağlığında aldığı kompensasiya məbləğinin 5 faizinin, yəni 844.338 x 5/100 = 42.216,9 manat hissəsi cavabdeh vərəsə - Cavabdeh tutularaq işin uğurlu həlli ilə bağlı İddiaçı ödənilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin cavabdehin etirazı ilə bağlı yuxarıda göstərdiyi hüquqi mövqeyi davam etdirərək bir daha aşağıdakıları bildirir. Belə ki, cavabdehin atasına verilməli olan pulun atası tərəfindən deyil, bibisi Xatirə Allahyarova tərəfindən alınmasına dair bildirdiklərinə münasibətdə qeyd edir ki, cavabdehin atası X15 notarial qaydada ərizə ilə göstərilən pulun bacısının hesabına köçürülməsinə razılıq vermişdir. Bu isə həmin məbləğin Əvəz Babayevə verilmədiyini istisna etmir. Həmçinin məhkəmə qərarları ilə ödənilən pul məbləğlərinin pulu alacaq şəxs tərəfindən hansı hesaba köçürülməsinə razılıq verilməsi onun həmin pulu almamasına dəlalət etmədiyi kimi, işin uğurlu həlli ilə bağlı pulun ödənilməməsi anlamına gəlmir. Məhkəmə hesab edir ki, iddianın məbləğin verilməsinin gecikdirilməsinə illik 5 faiz olaraq 8.443,38 manatın cavabdehdən tutulmasına dair hissəsi də qismən təmin edilməlidir. X15 məhkəmə qərarlarına əsasən almalı olduğu 844.338 manatı 2023-cü ilin noyabr ayında tam şəkildə almışdır. Deməli, tərəflər arasında hüquqi yardıma dair müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş şərtin icra edilməsi öhdəliyi 2023-cü ilin noyabr ayından yaranmışdır. Məhkəmə hesab edir ki, hüquqi yardıma dair müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş öhdəliyin icra edilməsi 2023-cü ilin noyabr ayından Əvəz Babayevin vəfat etdiyi xx.xx.2024-cü il tarixədək gecikdirilmiş hesab edilməlidir. Həmin müddət isə 5 ay 8 gün (158 gün) edir. Həmin vaxt üçün borcun gecikdirilməsinə görə hesablanmış faiz borcu isə 913,24 manat (42.216,9x5%/100=2.110,8 manat (365 gün üçün), 2.110,8/365=5,78 manat (1 gün üçün), 5,78x158=913,24 manat (158 gün üçün)) təşkil edir. Odur ki, öhdəliyin icra edilməməsi üçün müqavilə üzrə ödənilməli olan pul vəsaiti ilə birlikdə, həmin pulun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 913,24 manat da cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın ünvan 1 ünvanında yerləşən 113,2 kv.m sahəsi olan mənzilin (miras aktivi) açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır. Belə ki, ünvan 1 ünvanında yerləşən 113,2 kv.metr sahəsi olan mənzilin iddiaçı ilə X15 arasında bağlanmış hüquqi yardıma dair müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş öhdəliyin icra edilməməsi üçün ipoteka ilə yüklü edilməmiş və ya müqavilənin təminatı olaraq nəzərdə tutulmamışdır. Ümumiyyətlə müqavilə tərəfləri arasında buna dair razılaşma mövcud olmamışdır. Bundan əlavə hər bir iddia tələbi qanunvericlikdə nəzərdə tutulmuş normanın dispozisiya şərtlərinə uyğun olmalı, yəni həmin tələbin qanuni əsası tapılmalıdır. Hazırki iddia tələbinin isə belə bir qanuni əsası tapılmır, deməli həmin hissədə iddia tələbi üzrə məhkəmə araşdırması bitmiş hesab olunmalıdır. Mülki Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın vəkillik xidməti ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan vergi, məcburi dövlət sosial sığorta haqları, habelə vəkillərin sığorta fonduna köçürülməli olan müvafiq olaraq 10%+14%+2%=26%, cəmi 26% əlavə olaraq 46.100,85 manatın cavabdehdən tutulmasına dair hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, göstərilən vergi və sığorta haqları vəkillə müştəri arasında bağlanmış müqaviləyə əsasən ödənilmiş pul məbləğindən müvafiq olaraq hesablanıb, aidiyyəti üzrə ödənilir. Belə ki, qanunvericilikdə həmin haqların müştəri tərəfindən öz vəsaiti hesabına əlavə olaraq ödənilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddianın göstərilən hissələri də əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda işə baxılması ilə bağlı məhkəmə xərclərini tutulmasına dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 219,39 manat dövlət rüsumunun əvəzi və müvəqqəti təminat tədbirinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 21,9 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 42.216,9 manat pul vəsaiti, öhdəliyin icrasının gecikdirilməsinə görə 913,24 manat faiz borcu və iddianın verilməsinə görə 219,39 manat dövlət rüsumu və müvəqqəti təminat tədbirinin verilməsinə görə 21,9 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-688/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-688/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver