Məhkəmə qərarları › İş №e-2(005)-689/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-689/2023

06.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-689/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və mənəvi zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və mənəvi zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə “MKT”-nin Biləsuvar filialının müdiri Qulam Əliyev tərəfindən qəbul edilmiş 31/K nömrəli, xx.xx.2022-ci əmrin qanunsuz hesab olunaraq ləğv olunması, İddiaçı həmin təşkilatda gözətçi rəhbəri vəzifəsinə bərpa olunmağı və məhkəmə qərarı icra olunan günədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq verilməsi, mənəvi ziyana görə 5000 manat, mediatora ödədiyi 55 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödədiyi 100 manat pulun cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq əldə olunması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 tərəflər arasında barışıq əldə olunduğunu bildirərək, həmin barışıq müqaviləsinin təsdiq edilməsini və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və mənəvi zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə birinci tərəf İddiaçı və ikinci tərəf Cavabdeh MMCarasında 13 fevral 2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər razılaşırlar ki, İ Tərəf İİ Tərəfə 1 gün ərzində öz xahişi ilə işdən azad olunması ilə bağlı ərizə təqdim edəcək.

2. İddiaçı “29/K saylı 05 may 2022-ci il tarixli əmrin ləğv edilməsinə, işə bərpa, məcburi iş buraxma müddətində əmək haqqının və mənəvi zərərin ödənilməsinə” dair məhkəmədə baxılan iddia tələblərindən imtina edir, Cavabdeh MMC isə bunun müqabilində X3 Xidmətinin texniki dəstəyi əsasında tərəflər arasında mövcud olmuş əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi haqqında “29/K saylı 05 may 2022-ci il tarixli əmrin” “Elektron hökümət” portalı üzərində ləğv edilərək, həmin əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsi barədə elektron sistemdə düzəlişin edilməsini öhdəsinə götürür.

3. Bu barışıq sazişi işçi - İddiaçı ilə işəgötürən - Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi X1 öz sözlərinə və iradə ifadələrinə əsasən tərtib edilmiş, onlar tərəfindən oxunmuş və imzalanmışdır. Onlar bu sazişin imzalanması ilə bağlı hüquqi məsuliyyəti, sazişin məzmununu və hüquqi nəticəsini aydın şəkildə dərk edirlər. 4.Tərəflər sazişə əməl edəcəklərini öz öhdələrinə götürür, tərəflərdən hər hansı birinin sazişin tələblərini pozması, digər tərəfin tələb hüququnun yaranmasına səbəb olur.

5. İlkin mediasiya xərcini və tam mediasiya xərcini İ tərəf (50 manat) ödəyir. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və mənəvi zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar