Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-692/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, nümayəndəsi Məmmədov Xəqani oğlunun, və nümayəndəsi və vəkili X4, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” ilkin, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələblərinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi və onun dəlilləri İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylı evdən istifadə hüququ olmayan şəxs hesab edilməsi, Cavabdeh evdən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylı ev xx.xx.2003-cü il tarixli FM №023519 saylı Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Tİ və MHQİ tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən iddiaçının xüsusi mülkiyyət hüququ tam payla qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki,qızı Cavabdeh Bakı şəhəri,Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylı onun mülkiyyətində olan evdə qeydiyatdadır. 2013-cü ildə qızı nikaha daxil olmuşdur və o zamandan ayrı yaşayır. Cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun mülkiyyətçi kimi hüquqlarını pozur, konstitusion hüquqlarımnın həyata keçirlməsinə imkan vermir.Cavabdeh Bakı şəhəri,Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylıevdə yaşamamış,ona görə də cavabdehin bu mənzildə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün şəxsin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən də cavabdehin hazırda ona məxsus Bakı şəhəri,Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylı evdə qeydiyyatı formal xarakter daşıyır, bu mənzillə bağlı heç bir hüquqi nəticələrə səbəb olmur. Cavabdehlərin mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır və tərəfindən əlavə xərclərin ödənilməsinə səbəb olur. Belə ki,cavabdehlərin mənzilində qeydiyyatda olduqları üçün o, həmin mənzilin tam hüquqlu mülkiyyətçisi kimi onun barəsində sərəncam verməkdə sərbəst deyil.Bundan da əlavə o, mənzildə qeydiyatda olan şəxslərin sayına görə su pulu və digər kommunal xərcləri ödəyir. Beləliklə,cavabdehin ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylı evdə qeydiyyatı formal xarakter daşıdığından o bu mənzildə yaşayış sahəsindən istifadə hüququ qazanmamışdır. İlkin iddia tələbinə etiraz və onun dəlilləri Cavabdeh nümayəndəsi və vəkili tərəfindən ilkin iddia tələbinə etiraz ərizəsi təqdim edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, ona qarşı qaldırılmış iddianı qanunsuz və əsassız hesab edir və iddianı qəbul etmir, bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz.Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Qeyd edir ki, onun yaşayış sahəsinə ehtiyacı aradan qalxmamışdır. Əksinə mülkiyyətçi (iddiaçı) və mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəmi mümkünsüz etdiklərinə görə məcbur qalıb kirayədə qalır. Buna görə də hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır və iddianın rədd edilməsi baradə qətnamə qəbul edəsiniz. Birləşdirilmiş iş üzrə iddia tələbi və onun dəlilləri Birləşdirimiş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ünvanında yerləşən 617 saylı evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun anasıdır. Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylı ev xx.xx.2003-cü il tarixli FM №023519 saylı Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Tl və MHQİ tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən cavabdehin xüsusi mülkiyyətindədir. Həmin ev alınan zaman onun 13 yaşı var idi. 2003-cü ildən həmin mənzildə qeydiyatda olmaqla yaşamışdır. Həmin ev 7 otaqlı evdir. O, evdən çıxıb kirayə qalmağa məcbur olduğunu qeyd edir. Belə ki, cavabdehlə mübahisələri yaranmışdır. Bunun nəticəsində cavabdeh tərəfindən yaşadığı evdən zorla çıxarılmışdır. Bununla bağlı dəfələrlə cavabdehdən yaşadığı evdən qanunsuz olaraq çıxarılmağına son verilməsini xahiş və tələb etsə də ona qarşı təzyiqlər göstərilərək evdən məhrum edilmişdir və bu günə kimi evə buraxılmadığını qeyd edir. Hətta cavabdeh ona qarşı həmin mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Hal-hazırda evsiz olduğunu, kirayələrdə yaşadığını qeyd edir. O bildirir ki, 13 yaşından mübahisəli mənzildə yaşamaqla həmin mənzilin yaşayış sahəsindən istifadə hüququ qazanmışdır, onun mübahisəli mənzildə yaşamamağının ailə münaqişələri ilə əlaqədar olaraq müvəqqəti xarakter daşıyır, mübahisəli mənzil onun yeganə daimi yaşayış yeridir və başqa yaşayış yeri yoxdur. Belə ki, ailə qurduqdan sonra həyat yoldaşı ilə anası yola getmədiklərinə görə mübahisəli mənzildən çıxmaq məcburiyyətində qalmışdırlar və hazırda kirayədə yaşayırlar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, nümayəndəsi Məmmədov Xəqani oğlu və iddiaçının nümayəndəsi və vəkili X4 nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdilər ki, cavabdeh ailə həyatı qurduqdan sonra mübahisəli mənzildə yaşamamış, mənzillə bağlı hər hansı tələbi olmamışdır. Yalnız iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra mənzilə köçürülmə tələi barədə iddia qaldırmışdır. Kirayədə yaşaması barədə verdiyi məlumat həqiqəə uyğun deyil, əri və uşaqları ilə birlikdə qaynanasına məxsus evdə yaşayırlar. Birləşdirilmiş iş üzrə iddia ərizəsinin əssasız olduğunu qeyd etdilər, ilkin iddianın təmin ,birləşdirilmiş iş üzrə iddianın rədd edilməsini xahiş etdi.. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 ayrl-ayrılıqda birləşdirilmiş iş üzrə iddia tələbinə və etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdilər ki, iddiaçı cavabdehin ata yurdu olan evdə yaşamasına şərait yaratmır, maneə törədir. Hazırda cavabdeh və ailəsi kirayə mənzildə yaşayırlar. Əri ilə nikah münasibətləri davam etsə də, hər an vəziyyət dəyişə bilər. Mülki işin materialları - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən İddiaçı Zeynalabdin qızına təqdim edilmiş № 023519 seriyalı Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi İddiaçı məxsusdur. Bu barədə xx.xx.2003-cü il tarixdə qeyd aparılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, X3, X1, Cavabdeh, X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdadırlar. Mülki iş üzrə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək vəonun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarı “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşə baxan məhmənin mövqeyi İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Beləliklə məhkəmə iddiaçının subyektiv hüququnun pozulubpozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırarkən hesab edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunmalıdır ki, ilkin iddiaçı, mənzilin mülkiyyətçisi olaraq mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh anaqızdırlar. Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylı ev iddiaçının mülkiyyətindədir. Cavabdehin həmin mənzildən istifadə hüququnun yarandığı işin mübahisəsiz halıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qəraraına əsasən, mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin Qərarda eyni zamanda qeyd edilmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən halları araşdıraraq müəyyən etmişdir ki, cavabdeh Bakı şəhəri, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylı evdə uzun müddətdir yaşamır. Cavabdeh məhkəmə araşdırması izahatında bildirmişdir ki, cavabdeh uzun müddətdir ki, iddiaçının mülkiyyətində olan evdə yaşamamaqla kirayədə yaşayır. Cavabdehin kirayədə yaşamasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin istifadə hüququnun olduğu mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehin formal olaraq həmin mənzildə pasport qeydiyyatında qalmaqla orada on ildən artıq müddət ərzində yaşamaması, cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə bağlı işin faktiki halları məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, etirazın dəlillərinə dair isə sübutlar təqdim edilmədiyindən cavabdehin istifadə hüququna hüququ olmayan şəxs hesab edilməsi barədə iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Cavabdeh iddiaçının qızı olsa da, onun 2013-cü ildən ailə həyatı quraraq mübahisəli evi daimi olaraq tərk etməsi, indiyədək ailə ilə birlikdə taşaması tərəflərin izahatları ilə öz təsdiqini tapır. Cavabdeh öz etiraz ərizəsində iddiaçının və digər sakinlərin cavabdehin mənzildə yaşamasına maneə törədildiyini iddia edir. Məhkəmə hesab edir ki, bu hal hər hansı formada (cavabdehin mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etməsi və s.) özünü biruzə vermiş olardır. Lakin cavabdeh “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə yalnız ona qarşı ilkin iddia qaldırıldıqdan sonra müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin məqsədi mənzilə ehtiyacının aradan qalxmadığı görüntüsü yaratmaq olmuşdur. Halbuki, belə bir ehtiyac real olaraq möcud olsaydı, mənzili tərk etdiyi 12 il ərzində bu barədə iddia qaldırmış olardı. Beləliklə, cavabdeh uzun müddət ərzində və davanlı olaraq hüququndan könüllü istifadə etməmiş və bununla da onun həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır. Bu baxımdan cavabdeh iddiaçının mülkiyətində olam həmin mənzilə olan fiziki və hüquqi bağlılığını, o cümlədən mənzildən istifadə hüququnu itirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylı evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə onu da qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Odur ki, hazırki qətnamə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır və bunun üçün əlavə olaraq hər hansı göstəriş verilməsinə ehtiyac yoxdur. Yuxarıda şərh edilən əsaslarla məhkəmə hesab edir ki, birləşdirilmiş iş üzrə “mənzilə köçürülmə” tələbi əsassızdır və təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri,Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylı mənzilə olan Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasında yerləşən 617 saylı evdən istifadə hüququ itirilmiş hesab edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələblərinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-692/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-692/2025
18.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver