Məhkəmə qərarları › İş №e-2(005)-733/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-733/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-733/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vəkili Vəkil iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 ASC, Əmanətlərin Sığortalanması Fonduna qarşı "bank depozitinin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 "xxxx" ASC-də olan AZ68MUGA**********00019EUR00 saylı kart hesabında olan 199.086,58 EUR pul vəsaitinin, İddiaçı X6 "xxxx" ASC-də olan AZ68MUGA**********00019EUR00 saylı kart hesabında olan 99.841,49 EUR pul vəsaitinin və İddiaçı3 "xxxx" ASC-də olan AZ68MUGA**********00019EUR00 saylı kart hesabında olan 71.632,49 EUR məbləğində pul vəsaitinin əvəzinin “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən kompensasiya formasında Əmanətlərin Sığortalanması Fondundan tutulub İddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçılar İtaliya vətəndaşları olan xx.xx.1976-cı il təvəllüdlü (pasport № YB6451872) İddiaçı1 və xx.xx.1978-cü il təvəllüdlü (pasport № YA7230413) X7, eləcə də Rusiya Federasiyası vətəndaşı, xx.xx.1982-ci il təcəllüdlü İddiaçı3 (pasport № **********), 2023-cü ildə "xxxx" ASC-də kart hesabı hesab açaraq müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə bank kartlarına vəsait daxil etmişlər. Azərbaycan Respublikası Mərkəzi X4 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "xxxx" ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Bundan sonra iddiaçıların etibarnamələri əsasında nümayəndəsi X1 Sığortalanması Fonduna müraciət edərək iddiaçılara məxsus kart hesabıbdakı pulun qaytarılması barədə müraciət edilmişdir. İddiaçı1 "xxxx" ASC-də olan AZ68MUGA**********00019EUR00 saylı kart hesabında olan puldan 55.075,18EUR pul ödənilmişdir. Qalıq 199.086,58 EUR pul hal-hazıradək ödənilməmişdir. İddiaçı X6 "xxxx" ASC-də olan AZ68MUGA**********00019EUR00 saylı kart hesabında olan puldan 55.075,18 EUR pul ödənilmişdir. Qalıq 99.841,49 EUR pul hal-hazıradək ödənilməmişdir. İddiaçı3 "xxxx" ASC-də olan AZ68MUGA**********00019EUR00 saylı kart hesabında olan puldan 55.075,18 EUR pul ödənilmişdir. Qalıq 71.632,49 EUR pul hal-hazıradək ödənilməmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu ödənişləri etdikdən sonra qalıq borcla bağlı məhkəmə qərarı olduqda ödənişlərin ediləcəyi iddiaçılara bildirilmişdir. Onun üçündə məhkəməyə müraciət edərək iddiaçılar hesab edirlər ki, İddiaçı1 199.086,58 EUR qalıq pul vəsaiti, iddiaçı X6 99.841,49 EUR qalıq pul vəsaiti, İddiaçı3 71.632,49 EUR qalıq pul vəsait “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.1-cimaddəsinə əsasən kompensasiya formasında Əmanətlərin Sığortalanması Fondundan tutulub İddiaçılara ödənilməlidir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu elektron kabinet vasitəsilə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmanətlərin sığortalanması” haqqında Azərbaycan Respublikasının Qanununun 2.1.11-ci maddəsinə əsasan kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.1.2-ci maddəsina əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanatlərin Sığortalanması Fondu (bundan sonra - Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qalıq məbləğ isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ləğv prosesində olan banka qarşı kreditor tələbləri kimi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 77-ci maddələrinə əsasən qeydə alınaraq, həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlik qaydasında ödənilir. Sözügedən Qanunun 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Bildiririk ki, İddiaçı3 55075 EURO, İddiaçı2a 55075 UERO, İddiaçı1 55075 EURO kompensasiya məbləği ödənilmişdir. Qalıq məbləğlər isə qanunvericiliyin tələblərinə əsasən kreditor tələbi kimi qeydə alınmış və növbəlik qaydasında ödənilməsi həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar:1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;

2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.“Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmçinin fonda qarşi kompensasiya tələbi ilə bağli olan işlər Nərimanov rayon məhkəməsinə təqdim edilmir. Məhkəmə iclasında iddiaçıların vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştrak etməməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə cavabdehlərin nümayəndəslərinin iştirakı olmadan mülki işə bxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını mülki işin materialları ilə birgə araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə və ərazi aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə və hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik isə işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yaradır, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Azərbaycan Respublikasının qanunvericiliyi aidiyyətin pozulmasına qadağa qoyur. Konstitusiyanın 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. İddiaçı bank depozitinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində cavabdeh qismində Cavabdeh1 ASC (ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fondu gösərilsə də, idda tələbləri yalnız sonuncuya qarşı yönəlmişdir. Çünki İddiaçıların bankda kart hesablarında olan pul vəsaitlərinin qaytarılması öhdəliyinin Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, tərəflərin də mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasına etiraz etməmələri nəzərə alınmalı və iş aidiyyəti üzrə baxılması üçün həmin məkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2-ci maddəsinə görə, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə. Beləliklə məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 ASC, Əmanətlərin Sığortalanması Fonduna qarşı "bank depozitinin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar