Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-748/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 192.400 ABŞ dollar və ödənilmiş 617,93 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 fevral 2017-ci il tarixli “Borcun ödənilməsi Razılaşması”na əsasən Cavabdeh İddiaçı ilə aralarında bağlanmış 01 mart 2016-cı il tarixli “Alqı-satqı” Müqaviləsinə əsasən ödəməli olduğu 209.092,70 ABŞ dollar pulu hissə-hissə iddiaçıya qaytarmağı və hər ayın 25-dən gec olamayarq 6.000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Bu günə kimi cavabdeh cəmi 16.692,70 ABŞ dolları məbləğində pulu ödəmiş və iddiaçıya 192.400 ABŞ dolları məbləğində borcu qalmışdır. Sonuncu ödəniş 10 oktyabr 2022-ci il tarixdə edilmişdir. Cavabdehə dəfələrlə müraciət olunmuş, lakin sonuncu borcun tam ödənişini həyata keçirməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümyəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də hazırki məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” “X2 deri Giyim San.İc. ve DİS TİC.LTD.STİ”, nizamnamə əsasında fəaliyyət göstərən baş direktor İddiaçı “alıcı” Cavabdeh mülkiyyətinə müqavilənin predmeti olan əşyanı verməyi, Cavabdeh isə müqavilə üzrə şərtləşdirilmiş qaydada və məbləğdə pul ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı və ödənişlərin həyata keçirilməsi qrafikindən görünür ki, Cavabdeh aldığı malların qarşılıqğında 209092,7 ABŞ dolları borcu yaranmışdır və bu borcu xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 20000 ABŞ dolları, sonuncu ay isə 9092,7 ABŞ doları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli borcun ödənilməsi razılaşdırılmasından müəyyən olunur ki, Cavabdeh Erkin Bahadıra olan 20992,70 ABŞ dolları borcunu 2017-ci ilin fevral ayı üçün 3000 ABŞ dolları, sonrakı aylar üçün isə 6000 ABŞ dolları olmaqla ödənişlər etməyi öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən imzalanmış qəbzin surətindən görünür ki, Qabiyev X1 Erkinə olan borcundan 300 ABŞ dolları ödənişı etmişdir. Qalıq borc məbləği 192.400 ABŞ dolları təşkil edir. Cavabdehin 28 fevral 2023-cü il tarixli teleqramından görünür ki, İddiaçı pul tələbi ilə bağlı iddiasını qəbul edir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmə Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla 192400 ABŞ dolları və 617,93 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Erkin Bahadıra verilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla 192400 (yüz doxsan iki min dörd yüz) ABŞ dolları məbləğində pul və 627,93 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-748/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-748/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver