Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-780/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı Hacıbala qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Hacıbala qızının Cavabdeh qarşı “uşağın ananın yanında saxlanması və aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Hacıbala qızının Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahlarından anadan olan övladları X2 anası İddiaçı Hacıbala qızının himayəsində saxlanılması, Cavabdeh xx.xx.2017-ci il tarixindən başlayraq tərəflərin birgə nikahından anadan olan övladları yetkinlik yaşına çatana qədər X3 və X1 üçün hər uşağa görə ayda 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Hacıbaba qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Hacıbaba qızı xx xxxxxx 2005ci il tarixində Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Nikah formal xarakter daşıdığı üçün Abşeron rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-4107/2017 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən, X3 iddiaçının yanında qalması müəyyən edilmişdir, lakin digər övladı barədə qətnamədə qeyd aparılmamışdır. Cavabdeh uşaqların bütün xərclərini qarşılayacağına dair söz verdiyi üçün iddiaçı ona qarşı aliment tələbi olmamışdır. Lakin cavabdeh sözünə əməl etməmiş, uşaqlara dair iddiaçıya aliment ödəməmişdir. İddiaçı qeyd edir ki, Cavabdeh Aristokrat Tibb Mərkəzində stomotoloq vəzifəsində çalışır və onun alimenti ödəmək üçün yetərli maddi imkanı vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak edərək iddia tələbi və məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 219 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Hacıbala qızı Ağa Neymətulla küçəsi 59 nömrəli evin 14 nömrəli mənzilində qeydiyyatsız yaşadığı qeyd edilmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4107/2017 nömrəli xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh ilə İddiaçı Hacıbala qızı arasında bağlanmış və Bərdə rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 787 nömrə ilə qeyd edilmiş nikah pozularaq tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 anası İddiaçı Hacıbaba qızının himayəsində saxlanılması qət edilmişdir. Bərdə Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ № 924313 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2007-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur və bu barədə akt qeydi kitabında xx.xx.2007-ci ildə 431 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ № 636226 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə akt qeydi kitabında xx.xx.2011-ci ildə 646 nömrə ilə qeyd edilmişdir. Bərdə Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ № 217674 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İsbəndiya oğlu ilə İddiaçı Hacıbala qızı ilə olan nikah ləğv edilmiş və bu barədə akt qeydi kitabında xx.xx.2018-ci ildə 16 nömrə ilə qeyd edilmişdir. Məhkəmə sorğusuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2021-ci il tarixli **********7 nömrəli məktubun məzmunundan görünür ki, Cavabdeh adına əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi və əmək haqqı barədə məlumatların təqdim edilməsi ilə bağlı Cavabdeh adına mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi mövcud olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx xxxxxx 2007-cu il təvəllüdlü X5 və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-4107/2017 nömrəli xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh ilə İddiaçı Hacıbala qızı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 anası İddiaçı Hacıbaba qızının himayəsində saxlanılması qət edilmişdir. Bununla belə iddiaçının əvvəllər aliment tələbi olmamışdır. Hazırda birgə nikahdan doğulmuş digər övladları xx xxxxxx 2011-ci il təvəllüdlü X4 anası İddiaçı Hacıbala qızının yanında saxlanılmasını cavabdeh tərəf mübahisələndirməmişdir. İddiaçı birgə nikahdan doğulmuş X2 da ananın yanında saxlanması ilə hər iki uşağa görə ayda 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimetin tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq huququna malikdir; 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə muqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların umumi otra təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil muəssisəsinin və təhsil formasını seçmək huququna malikdirlər; 60.4-cu maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. İş materiallarında olan iddiaçının tələbindən görünür ki, tərəflər arasında nikah əvvəllər məhkəmə qətnaməsi əsasında pozulsa da ikinci Müjgan adlı uşağın kimin yanında saxlanması məsələsi həll olunmamışdır. Hazırki vəziyyətdə iddia tələbi barədə Cavabdeh məlumatlı olsa da uşağın valideynlərdən kimin yanında saxlanması ilə bağlı məsələni mübahisələndirmir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın muddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2020ci il tarixli Qərarının 7.6-cı bəndinə görə qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında birgə nikahından olan xx xxxxxx 2011-ci il təvəllüdlü X4 iddiaçı (anası) İddiaçı Hacıbala qızının yanında saxlanılmalıdır. Məhkəmə iddia tələbinin alimentin tutulması ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Hacıbala qızına ödənilməli, alimentin tutulması xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı xx xxxxxx 2011-ci il təvəllüdlü X4 iddiaçı (anası) İddiaçı Hacıbala qızının yanında saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxxxx 2011-ci il təvəllüdlü X4 iddiaçı (anası) İddiaçı Hacıbala qızının yanında saxlanılsın. xx xxxxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Hacıbala qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimetin tutulma vaxtı xx.xx.2020-ci il tarixindən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi alimentin tutulması hissəsində qətnamənin icrasını dayandırmır. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-780/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-780/2021
24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver