Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-783/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əkbərli Samiq Sadiq oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş H-1596 saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və iddiaçının tutduğu vəzifəyə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 şifahi vəsatətlə müraciət edərək, iddia ərizəsinin aidiyyət qaydaları pozulmaqla verildiyini, bu səbəbdən də mülki işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətin əsassız olduğunu, iddia ərizəsinin aidiyyət qaydalarına əməl edilməklə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə verildiyini bildirib, vəsatətin həll edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən olunur ki, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 51-dir. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17 kimi göstərmiş, Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinə uyğun olaraq iddia ərizəsinin mümkünlüyünü yoxlayıb, məhkəmə tərəfindən əsaslı olaraq icraata qəbul edilmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehin rəsmi qeydiyyatı Bakı Şəhəri Nərimanov rayonu inzibati ərazisində yerləşmir. İddiaçı tərəfi isə mülki işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Belə olduğu təqdirdə məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi qeydiyyatda olduğu ünvan üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair 2(005)-783/2023 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan o rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-783/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-783/2023
19.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver