Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-811/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın hərracdan satılması, pulun mütənasib qaydada bölünməsi” tələbinə dair ilk; İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın hərracdan satılması, pulun mütənasib qaydada bölünməsi” tələbinə dair iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ünvan 1-ün onunla Cavabdeh1 arasında paylarına mütənasib surətdə ½ nisbətdə naturada bölünməsi, bu mümkün olmadıqda Bakı şəhəri ünvan 1-ün açıq hərracdan qiymətləndirilərək satılması və satışdan əldə edilən pulun onunla Cavabdeh1 arasında paylara mütənasib surətdə ½ nisbətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak tərəflər arasında ½ nisbətdə bölünüb. Məhkəmə qətnaməsi 13 iyun 2022-ci il tarixdə qünun qüvvəsinə minib, 11 Avqust 2022-ci il tarixdə icraya yönəlib. Lakin İddiaçı Bakı şəhəri ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakdakı payına mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüququnu həyata keçirə bilmir. Cavabdehlə aralarında olan münaqişə səbəbindən mənzilə daxil ola, ondan istifadə edə bilmir. Mülkiyyətində olan daşınmaz əmlak Cavabdeh1 tərəfindən icarəyə verilib və əldə olunan kirayə haqqı onun tərəfindən mənimsənilir. Aralarında payın naturada ayrılması həmin mənzilə tənasübsüz zərər vurmadan mümkün və məqsədəuyğun deyil. Hesab edir ki, Cavabdeh1 ilə paylı ümumi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 qiymətləndirilərək açıq hərracdan satılmalı və satışdan əldə edilən pul onunla Cavabdeh1 arasında paylarına mütənasib surətdə ½ nisbətdə bölüşdürülməlidir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən nəqliyyat vasitəsinin dəyərini aşan hissə (kompensasiya şəklində) və “Mitsubishi L200” markalı, 99NN 599 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə verilməklə, “X13” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh1 sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində qeyd edildiyi kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/202021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak tərəflər arasında ½ nisbətdə bölünüb. Məhkəmə qətnaməsi 13 iyun 2022-ci il tarixdə qünun qüvvəsinə minib, 11 Avqust 2022-ci il tarixdə icraya yönəlib. Lakin İddiaçı Bakı şəhəri ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakdakı payına mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüququnu həyata keçirə bilmir. Cavabdehlə aralarında olan münaqişə səbəbindən mənzilə daxil ola, ondan istifadə edə bilmir. Mülkiyyətində olan daşınmaz əmlak Cavabdeh1 tərəfindən icarəyə verilib və əldə olunan kirayə haqqı onun tərəfindən mənimsənilir. Aralarında payın naturada ayrılması həmin mənzilə tənasübsüz zərər vurmadan mümkün və məqsədəuyğun deyil. Hesab edir ki, Cavabdeh1 ilə paylı ümumi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 qiymətləndirilərək açıq hərracdan satılmalı və satışdan əldə edilən pul onunla Cavabdeh1 arasında paylarına mütənasib surətdə ½ nisbətdə payı müəyyən edilmişdir. Qeyd edilən nəqliyyat vasitələrindən, yəni “Mitsubishi L200” markalı, 99NN 599 dövlət qeydiyyat nişanlı avtomobil və “X13” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobillərdən cavabdeh və onun yaxınları faydalanır və bununla da qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ər-arvadın hər birinin pay hüquqları müəyyən edilmiş iki nəqliyyat vasitəsinin naturada, yəni tərəflərin hər birinə bir avtomobil verilməklə bölünməsi mümkündür. “X13” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin digər avtomobilin dəyərindən artıq olmasını nəzərə alaraq, dəyəri aşan hissə (kompensasiya şəklində) və Mitsubishi L200” markalı, 99NN 599 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə verilməklə, digər nəqliyyat vasitəsi, yəni X13” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobili naturada qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh1 sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə hazırlıq iclasında qarşılıqlı iddia ərizəsi icraata götürülərək, ilk iddia tələbi ilə birlikdə baxılması qərara alınmışdır. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizəsində ilk olaraq irəli sürülən tələblər saxlanılmaqla, qarşılıqlı iddia ərizəsində göstərilən tələblərin tam olaraq təmin edilməsi və həmçinin, Cavabdeh2 MMC iş üzrə tərəfimizdən cavabdeh kimi cəlb edilərək (ünvanı iş materiallarında vardır), mübahisəli əmlakların qiymətləndirilməsinə dair ekspert rəyi adı altında təqdim edilmiş xx.xx.2023-cü il tarixli sənədin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla mübahisəli əmlakların dəyərinin müəyyən edilməsinə dair ekspertiza təyin edilmiş və iş materialları rəy verilməsi üçün ekspertiza qurumu kimi təqdim edilən Cavabdeh2 MMC adlanan kommersiya müəssisəsinə göndərilmişdir. Həmin kommersiya müəssisəsinin rəy adlandırılan yazılı mülahizələri xx.xx.2023-cü il tarixdə məhkəməyə təqqdim edilmişdir. İlk növbədə qeyd etməliyik ki, bu qurumun ekspert qismində seçilməsi bizimlə razılaşdırılmamışdır. Nə səbəbə məhkəmə tərəfindən, qarşılıqlı iddiaçının mövqeyi aydınlaşdırılmadan qeyd edilən kommersiya qurumunun ekspert qismində seçilməsi əsassız hesab edlməlidir. Digər tərəfdən, ekspertiza qurumu və ekspert kimi təqdim edilən şəxslərin xüsusi biliyə malik olmalarını təsdiq edən sübutlar təqdim edilməmişdir. Nəhayət, ekspert rəyi kimi təqdim olunan yazılı mülahizələrdə, internet saytlarında əmlak satışı ilə bağlı bir neçə elana istinad edilmiş və başqa heç bir tədqiqat aparılmamışdır. Belə vəziyyətdə, rəy adı altında təqdim edilmiş sənəddə əks olunan məlumatların mötəbərliliyindən danışmaq olmaz. Məhz bu səbəbdən xx.xx.2023-cü il tarixli ekspert rəyi adı altında təqdim edilmiş sənəd etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X7 ilkin iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.Lakin EMİS vasitəsilə müraciət edərək, digər mülki işlə əlaqədar olaraq, hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, çıxışını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 5055/2011 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsinin qismən təmin edilərək, birgə nikah dövründə əldə olunmuş "Mitsubishi L200" markalı, ** NN *** dövlat qeydiyyat nişanlı avtomobilə X4 ½ hissədə, X2 ½ hissədə payının müəyyən edilməsi, birgə nikah dövründə əldə olunmuş “Volkswagen Tuareg R-line” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə X10 arasında bağlanmış 08 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş AD999834 nömrəli 08 fevral 2021-ci il tarixli şəhadətnamənin ləğv edilməsi, 08 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “Volkswagen Tuareg R-line” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 10000 (on min) manatın cavabdeh İddiaçı alınaraq X8 qaytarılması, birgə nikah dövründə əldə olunmuş “Volkswagen Tuareg R-line” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilə X4 1/2 hissədə, İddiaçı ½ hissədə payın müəyyən edilməsi, qalan hissədə ilkin iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, Bakı şəhəri, ünvan 3 nömrəli mənzilə X4 1/2 hissədə, İddiaçı ½ hissədə payın müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3 nömrəli mənzilə ½ hissədə pay X6, ½ hissədə pay İddiaçı məxsusdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-811/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə mühəndis-texniki ekspertizası və əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1322 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, 54 saylı mənzilin tərəflər arasında naturada paylara münasib bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti Texniki X1 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, ƏEM/M 41-288/23 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 3 nömrəli mənzilin bazar dəyəri 723000,00 manat, "Mitsubishi L200" markalı, ** NN *** dövlat qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 25000,00 manat, “Volkswagen Tuareg R-line” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri isə 94000,00 manatdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-811/2023 nömrəli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinənə qarşı “qeydiyyatın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-811/2023 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 811/2023 saylı qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs X11 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4750/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-811/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Məhkəmə qeyd edir ki, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 mənzilinin naturada ayrılması qeyri-mümkündür. Bu xx.xx.2020-ci il tarixli, 10/3754 nömrəli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur. Bundan sonra tərəflərin paylı mülkiyyətində olan daşınmaz əmlakın bölünməsi və ondan pay ayrılması mümkün olmadığından, tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması məhkəmə araşdırması zamanı tərəflərə təklif olunmasına baxmayaraq buna razılaşmamışlar, məhkəmə iclası zamanı tərəflərin hər ikisinin izahatlarından və ərizələrindən həmin əmlakın açıq hərraca çıxarılmasından və əmlakın hərracda satıldıqdan sonra paylarına uyğun vəsaitin onlara ödənilməsindən başqa mübahisənin həll edilməsinin mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilində mülkiyyətçilərin payı bərabər olduğundan, eləcə də tərəflərin kompensasiya ilə bağlı təklifi digəri tərəfindən qəbul edilmədiyindən, həmin mənzil açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait tərəflərin payına mütənasib surətdə bölünməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “Volkswagen Tuareg R-line” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini aşan hissəsinin və "Mitsubishi L200" markalı, ** NN *** dövlat qeydiyyat nişanlı avtomobilin ilkin iddiaçıya verilməsi yolu ilə “Volkswagen Tuareg R-line” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilə olan mülkiyyət hüquqlarına xitam verilməsi barədə tələbinə münasibətdə bildirir ki, ilk iddiaçı qeyd olunan təkliflə razılaşmamış, eyni zamanda da qarşılıqlı iddiaçının həmin əmlakların hərracda satılması ilə bağlı tələbi olmadığından iddia tələbinin təmin edilməməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, əlavə olaraq bildirir ki, tərəflər onlara paylı mülkiyyət hüququ əsasında məxsus olan mübahisəli avtomobillərə kompensasiya verilməklə onların mülkiyyət hüquqlarına xitam verilməsinin iradə ifadələrinə zidd olduğunu qeyd etmişlər. Məhkəmə yuxarıda sadalananlara əsasən tərəflərin bu mövqeyini nəzərə alıb qarşılıqlı iddia tələbini təmin etməməyi qanunamüvafiq hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd edir ki, iddianın (onun dəlillərinin) özü-özlüyündə əsassız olması onu nəzərdə tutur ki, iddiaçının özünün bildirdiklərinə görə iddia (iddianın dəlilləri) əsassızdırsa, yəni hətta iddiaçının söylədiyi bütün faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasının (iddianın qanuni əsasının) dispozisiya şərtləri mövcud olmursa əlavə araşdırma aparılmadan iddia (dəlillər) rədd olunur. Çünki əgər iddiaçının bildirdiyi faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə iddia (dəlillər) əsassızdırsa həmin hallara dair təqdim edilmiş sübutların tədqiqi və qiymətləndirilməsi heç bir əhəmiyyət kəsb etmir. Deyilənlərin kontekstində mübahisəyə yanaşdıqda Məhkəmə, iddiaçının sadaladığı dəlillərlə bağlı ilk növbədə qeyd edir ki, daşınar və daşınmaz əmlakların bazar dəyərinin müəyyən edilməsi üçün bu sahədə xüsusi biliyə malik şəxslərin rəyinə ehtiyac yaranmışdır. Həmin zərurətdən irəli gələrək məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirilmə ekspertizasının aparılması Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı sonuncunun təqdim etdiyi rəy ilə razılaşmayaraq, həmin MMCni də cavabdeh qismində cəlb etmişdir. Halbuki qarşılıqlı iddia üzrə iddiaçı bu zaman sözügedən ekspert rəyi ilə razılaşmadıqda məhkəməyə təkrar ekspertiza təyin edilməsi barədə vəsatətlə müraciət edə bilərdi. Bunun əvəzinə isə qarşılıqlı iddia üzrə iddiaçı cəmiyyəti cavabdeh qismində cəlb edərək, onun tərəfindən verilmiş rəyi mübahisələndirmişdir. Məlum olduğu kimi, tərəflərin təqdim etdiyi sübutların mötəbərliliyi şübhə doğurarsa, məhkəmə öz təşəbbüsü ilə həmin sübutların mötəbərliliyinin yoxlanılması üçün müvafiq eksperiza təyin edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli rəyinin etibarsız hesab edilməsinin heç bir hüquqi əsası mövcud olmamaqla, onun bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ilk iddia üzrə Cavabdeh1 100 manat dövlət rüsumu ilk İddiaçı xeyrinə, aparılmış aparılmış qiymətləndirilmə ekspertizasının tədqiqatının dəyəri olan 400 manat ilkin iddia üzrə Cavabdeh1 tutularaq Cavabdeh2 MMC-nin hesabına keçirilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Bakı şəhəri ünvan 1-ün açıq hərracdan qiymətləndirilərək satılması və satışdan əldə edilən pulun onunla Cavabdeh1 arasında paylara mütənasib surətdə ½ nisbətdə bölüşdürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 162, 191, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi təmin edilsin. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil açıq hərracda satılsın. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilinin açıq hərracda ilkin satış qiyməti 723000 (yeddi yüz iyirmi üç min) manat müəyyən edilsin. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh1 verilsin. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə qarşılıqlı ddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 dövlət rüsumu Cavabdeh1 tutulsun İddiaçı xeyrinə ödənilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 400 manat məbləğində pul Cavabdeh1 tutularaq, "xxxx" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh1 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-811/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-811/2023
22.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver