Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-832/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “püşkatmanın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “püşkatmanın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən qeyri-qanuni şəkildə əvvəlcədən, püşkatma başlamadan keçirilmiş (imzalatdırılmış) xx.xx.2023-cü il tarixli “püşkatmanın nəticələrinə dair protokolun” qanunsuz sayılmaqla etibarsız hesab olunması; qanunvericiliyə zidd şəkildə sakinlərin üstünlük hüququnu gözləmədən qeyri-qanuni olaraq üçüncü şəxslərlə bağladığı formal müqavilələrin ləğv edilməsi; ünvan 1 ünvanında yeni tikilməkdə olan binanın bütün mənzillərinin iştirakı ilə püşkatmanın keçirilməsi; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumunun Cavabdeh QSC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata götürülərək qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qarşı tərəflə aralarında barışıq sazişi bağlandığını bildirərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Cavabdeh MTK və digər tərəfdən İddiaçı arasında bağlanmış 08 may 2025-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlər barədə razılığa gəlmişdirlər:
1. Nərimanov Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdehnə və digər şəxslərə qarşı püşkatmanın nəticələrinə dair protokolun etibarsız hesab edilməsinə, üçüncü şəxslərlə bağlanmış müqavilələrin ləğv edilməsinə, 12 A ünvanında yeni tikilməkdə olan binanın bütün mənzillərinin iştirakı ilə püşkatmanın keçirilməsinə və ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi üzrə mülki iş vardır.
2. Tərəflər qəbul edirlər ki, qeyd ediən mülki işin şifahi icraat qaydasında məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə saat 10:45-ə təyin edilmişdir.
3. İddiaçı ilə cavabdeh “Ailə Park" Mənzil-Tikinti Kooperativi arasında notarial qaydada “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” 3M-229 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır.
4. xx.xx.2023-cü il tarixli müqavilənin 1.2-ci bəndinin icrası olaraq püşkatma keçirilmişdir. Mənzilin mərtəbəsi və nömrəsi 5 saylı binanın 15-ci mərtəbəsində yerləşən 84 saylı mənzil olmuşdur.
5. Tərəflər qəbul edirlər ki, İddiaçı mülkiyyətində olmuş və sonradan müqavilənin şərtlərinə uyğun Cavabdeh tərəfindən demontaj (sökülmüş) edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12 A, 63 saylı mənzilin əvəzinə faktiki sahəsinə 25 % (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə hazırda tikintisi başa çatmış 5-ci binanın 13-cü mərtəbəsində yerləşən sahəsi içdən-içə 95,5 kv.metrdən (oxdan-oxa 105 kv.metrdən) ibarət olan 3 otaqlı təmirli 71 saylı mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilir. Verilən mənzilin göstəriciləri ilə bağlı müqavilənin 1.1-ci bəndi öz qüvvəsini saxlayır, həmçinin, həmin binanın mənfi 2-ci qatında 1 yerlik avtodayanacaq da “Ailə Park" MTK tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli müqavilənin 1.1-ci bəndinə uyğun olaraq verilir.
6. Yeni mənzil təhvil verildiyi və ya təhvil alındığı gündən etibarən İddiaçı ilə cavabdeh “Ailə Park" MTK (müqavilə əsasında bu xidmətlərin yerinə yetirilməsinə tapşırdığı üçüncü şəxslə) arasında kommunal xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanılması, eləcə də müqavilə ilə müəyyən edilmiş kommunal xidmətlərin dəyərinin vaxtlı-vaxtında və tam həcmdə ödənilməsi İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli müqaviləyə uyğun olaraq həyata keçirilir.
7. Saziş imzalandıqdan sonra iddiaçı və cavabdeh Nərimanov Rayon Məhkəməsinə barışıq sazişin təsdiqinə və iş üzrə icraata xitam verilməsinə dair ərizələrlə müraciət edirlər.
8. Tərəflər qəbul edirlər ki, barışıq sazişi məhkəmə tərəfindən müvafiq qərardadla təsdiq edildikdən və həmin qərardad qüvvəyə mindikdən sonra tərəflər arasında bağlanmış 3M-229 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin 1.2-ci bəndi və püşkatmanın nəticəsinə dair protokol qüvvədən düşmüş hesab edilir.
9. Tərəflər arasında bağlanmış 3M-229 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin qalan digər müddəaları öz qüvvəsini saxlayır.
10. Tərəflərin qabaqcadan yazılı razılıq olmadan barışıq sazişindən irəli gələn hüquqlar, vəzifələr və digər öhdəliklər (sazişin 6-cı bəni ilə MTK-nın öhdəliyi istisna olmaqla) üçüncü şəxslərə keçirilə (ötürülə) bilməz.
11. Saziş imzalandıqdan sonra tərəflər biri-digərinə qarşı məhkəmənin icraatında olan və iş üzrə mübahisənin predmetinə uyğun olaraq mənzilin mərtəbəsi ilə bağlı tələblər irəli sürməyəcəkdir.
12. Sazişdə göstərilən öhdəliklər hər iki tərəfdən yerinə yetirilmədikdə və ya lazıminca (qismən icra edildiyi təqdirdə) yerinə yetirilmədikdə, tərəflər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
13. Saziş üzrə tərəflər hüquq və öhdəliklərini tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini imzaları ilə təsdiq edirlər. Yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, hazırki mülki iş üzrə tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu geri qaytarılır. - 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. - 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. -262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Ailə Park MTK-ya qarşı “püşkatmanın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, müqavilənin ləğv edilməsi və s.” tələbinə dair e-2(005)-832/2025 saylı mülki iş üzrə Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 08 may 2025-ci il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
3. İddiaçı ilə cavabdeh “Ailə Park" Mənzil-Tikinti Kooperativi arasında notarial qaydada “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” 3M-229 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır.
4. xx.xx.2023-cü il tarixli müqavilənin 1.2-ci bəndinin icrası olaraq püşkatma keçirilmişdir. Mənzilin mərtəbəsi və nömrəsi 5 saylı binanın 15-ci mərtəbəsində yerləşən 84 saylı mənzil olmuşdur.
5. Tərəflər qəbul edirlər ki, İddiaçı mülkiyyətində olmuş və sonradan müqavilənin şərtlərinə uyğun Cavabdeh tərəfindən demontaj (sökülmüş) edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12 A, 63 saylı mənzilin əvəzinə faktiki sahəsinə 25 % (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə hazırda tikintisi başa çatmış 5-ci binanın 13-cü mərtəbəsində yerləşən sahəsi içdən-içə 95,5 kv.metrdən (oxdan-oxa 105 kv.metrdən) ibarət olan 3 otaqlı təmirli 71 saylı mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilir. Verilən mənzilin göstəriciləri ilə bağlı müqavilənin 1.1-ci bəndi öz qüvvəsini saxlayır, həmçinin, həmin binanın mənfi 2-ci qatında 1 yerlik avtodayanacaq da “Ailə Park" MTK tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli müqavilənin 1.1-ci bəndinə uyğun olaraq verilir.
6. Yeni mənzil təhvil verildiyi və ya təhvil alındığı gündən etibarən İddiaçı ilə cavabdeh “Ailə Park" MTK (müqavilə əsasında bu xidmətlərin yerinə yetirilməsinə tapşırdığı üçüncü şəxslə) arasında kommunal xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanılması, eləcə də müqavilə ilə müəyyən edilmiş kommunal xidmətlərin dəyərinin vaxtlı-vaxtında və tam həcmdə ödənilməsi İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli müqaviləyə uyğun olaraq həyata keçirilir.
7. Saziş imzalandıqdan sonra iddiaçı və cavabdeh Nərimanov Rayon Məhkəməsinə barışıq sazişin təsdiqinə və iş üzrə icraata xitam verilməsinə dair ərizələrlə müraciət edirlər.
8. Tərəflər qəbul edirlər ki, barışıq sazişi məhkəmə tərəfindən müvafiq qərardadla təsdiq edildikdən və həmin qərardad qüvvəyə mindikdən sonra tərəflər arasında bağlanmış 3M-229 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin 1.2-ci bəndi və püşkatmanın nəticəsinə dair protokol qüvvədən düşmüş hesab edilir.
9. Tərəflər arasında bağlanmış 3M-229 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin qalan digər müddəaları öz qüvvəsini saxlayır.
10. Tərəflərin qabaqcadan yazılı razılıq olmadan barışıq sazişindən irəli gələn hüquqlar, vəzifələr və digər öhdəliklər (sazişin 6-cı bəndi ilə MTK-nın öhdəliyi istisna olmaqla) üçüncü şəxslərə keçirilə (ötürülə) bilməz.
11. Saziş imzalandıqdan sonra tərəflər biri-digərinə qarşı məhkəmənin icraatında olan və iş üzrə mübahisənin predmetinə uyğun olaraq mənzilin mərtəbəsi ilə bağlı tələblər irəli sürməyəcəkdir.
12. Sazişdə göstərilən öhdəliklər hər iki tərəfdən yerinə yetirilmədikdə və ya lazıminca (qismən icra edildiyi təqdirdə) yerinə yetirilmədikdə, tərəflər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
13. Saziş üzrə tərəflər hüquq və öhdəliklərini tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini imzaları ilə təsdiq edirlər. İddiaçı Cavabdeh MTK-ya qarşı “püşkatmanın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, müqavilənin ləğv edilməsi və s.” tələbinə dair e-2(005)-832/2025 saylı mülki işin icraatına xitam verilsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə (********** saylı qəbz üzrə) ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı nümayəndəsi Nümayəndə geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) şikayət verilə bilər.
Sədrlik edən: Səbinə Nuriyeva