Məhkəmə qərarları › İş №e-2(005)-854/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-854/2023

10.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-854/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X16 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlaka dair xx.xx.2007-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, habelə həmin müqavilələrlə bağlı daşınmaz əmlak hüquqlarına dair xx.xx.2012-ci il tarixli **********59-05301-093165 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı və xx.xx.2022-ci il tarixli 1790 nömrəli reyestr kitabının 164693 nömrəli vərəqindəki dövlət reyestr qeydiyyatının ləğv edilməsi, həmin əmlaka onun mülkiyyət hüququnun tanınması, əmlaka dair onun mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması, həmin əmlakdan Cavabdeh2 çıxarılmaqla mənzilin boşaldılması və onun həmin mənzilə köçürülməsi, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat pulun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun vəfat etmiş əri X8 həyatının son illərini Rusiya Federasiyasının Moskva şəhərində yaşamışdır və müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ona pul vəsaiti göndərmişdir. Onların məqsədi Bakı şəhərində mənzil almaq olmuşdur. Həmin dövrdə o, Xanlar Bayramovla birgə nikahından olan uşaqları ilə birlikdə Şəmkir rayonunda yaşamışdır. Onun əri xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Təxminən 2006-cı ilin yay aylarında o, baldızı, yəni vəfat etmiş əri Xanlar Bayramovun bacısı Cavabdeh1 müraciət edərək Bakı şəhərində yeni tikilən binaların birində mənzil tapmasını xahiş etmiş, sonuncu bir neçə ay sonra, yəni 2007-ci ilin yanvar ayında "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 217.63 kv.m olan mənzilin satışda olduğunu və qiymətin 48.447 manat olduğunu, Bakı şəhərinə gəlib onun şirkətlə müqavilə bağlamasını bildirmişdir. O isə özünün Şəmkir rayonunda və 1-ci cavabdehin Bakı şəhərində yaşamasına görə mənzilin sənədləşməsi işinin daha tez həyata keçirilməsi və gələcəkdə mənzillə bağlı ev təsərrüfatının daha çevik idarə edilməsi üçün mənzilin formal olaraq 1-ci cavabdehin adına rəsmiləşdirilməsi qərarına gəlmişdir. Eyni zamanda, o, öz uşaqlarının yetkinlik yaşına çatmasından sonra gələcəkdə mənzili onlardan birinin adına rəsmiləşdirəcəyi barədə 1-ci cavabdehlə razılaşmışdır. Razılığa uyğun olaraq o, vəfat etmiş əri ilə birgə nikah dövründə əldə edilən puldan 48.447 (qırx səkkiz min dörd yüz qırx yeddi) manat pul vəsaitini 1-ci cavabdehə göndərmiş və sonuncu xx.xx.2007-ci il tarixdə şirkətlə müqavilə bağlayaraq mənzili öz adına formal olaraq rəsmiləşdirmişdir. Mənzilin 1-ci cavabdeh tərəfindən vəfat etmiş qardaşının (X4) vəsaiti hesabına alınması və öz adına formal rəsmiləşdirilməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-695/2021 nömrəli qətnaməsi üzrə müəyyən edilmiş hallarla da təsdiq edilir. Həmin hal Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən mübahisəsizdir və yenidən sübuta ehtiyac duymur. Bundan sonra 1-ci cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mənzilə dair xx.xx.2012ci il tarixli **********59-05301-093165 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. Mənzilin təmir olunması da onun vəfat etmiş ərindən qalan vəsait hesabına həyata keçirilmişdir. Bundan başqa, indiyədək mənzildə onun uşaqları faktiki yaşayır və mənzilin saxlanılması və kommunal xərcləri (su, enerji, qaz və s.) onun uşağı X2 hesabına ödənilir. 2022-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, 1-ci cavabdeh X6 pul kreditə götürmüş və həmin kreditin təminatı kimi ona məxsus mənzili faktiki girov qoymaq məqsədi daşıyan və əmlakın Cavabdeh2 satışını nəzərdə tutan Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə onun xəbəri və razılığı olmadan alqı-satqı müqaviləsi bağlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-695/2021 nömrəli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022ci il tarixli 2(102)-555/2022 nömrəli qərarından görünür ki, həmin müqavilə əsasında mənzil xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1790 nömrəli reyestr kitabının 164693 nömrəli vərəqində 2-ci cavabdehin adına qeydiyyata alınmışdır. Hazırda o, əmlakından məhrum olmuşdur və bu səbəbdən onun əmlakı özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmalıdır. Bunun üçün isə aşağıdakı səbəblərə görə mənzilin alqısatqısını nəzərdə tutan xx.xx.2007-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri, habelə daşınmaz əmlak hüquqlarına dair xx.xx.2012-ci il tarixli **********59- **********5 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı, habelə xx.xx.2022-ci il tarixli 1790 nömrəli reyestr kitabının 164693 nömrəli vərəqindəki dövlət reyestr qeydiyyatı ləğv edilməli, onun mənzilə mülkiyyət hüququ tanınmalı, 3-cü cavabdeh tərəfindən mənzilə dair onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı, habelə 2-ci cavabdeh mənzildən çıxarılmaqla əmlak boşaldılmalı və o, mənzilə köçürülməlidir. Əmlak uyduqma əqd nəticəsində 1-ci cavabdehin mülkiyyətinə keçmişdir. Belə ki, mənzil xx.xx.2007-ci il tarixdə formal olaraq 1-ci cavabdehin adına rəsmiləşdirilmişdir. Mənzilin həqiqi (faktiki) sahibi isə o olmuşdur. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həqiqi (faktiki) sahib başqalarının sahibliyində olan və ya onlara hədiyyə edilən aktivlərdən (əmlakdan) fayda götürdüyü halda, fayda götürülən əmlak üzrə mülkiyyətin ötürülməsinə dair əqdlər Mülki Məcəllənin 340.1-ci maddəsinə uyğun olaraq uydurma əqd kimi dəyərləndirilir. Göründüyü kimi, mənzilin həqiqi (əsl) sahibi odur və uydurma əqd əsasında 1-ci cavabdehin adına rəsmiləşdirilmişdir. Mənzilin 1-ci cavabdehin mülkiyyətinə keçirilməsinə dair əqd uydurma olduğundan bağlandığı andan, yəni xx.xx.2007-ci il tarixdən etibarsız hesab edilməli, həmin əqddən irəli gələn bütün hüquqi nəticələr etibarsız hesab edilməli, onun mənzilə mülkiyyət hüququ tanınmalı, 3-cü cavabdeh tərəfindən mənzilə dair onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı və 2-ci cavabdeh mənzildən çıxarılmaqla mənzil boşaldılmalı və o, mənzilə köçürülməlidir. Əhəmiyyətsiz əqdin predmetini fərdi müəyyən əşya təşkil etdikdə, əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Göstərilənlərlə yanaşı, qeyd edilməlidir ki, mübahisələndirilən əhəmiyyətsiz əqdlərin (xx.xx.2007-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin) predmetini fərdi müəyyən əşya təşkil etdiyindən hazırkı iddia hər hansı müddətlə məhdudlaşa bilməz və iddia tələbi təmin edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tam əsassızdır və təmin edilməməlidir. İlk öncə işin halları ilə bağlı bildirmək istəyir ki, 13 may 2319-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 7 134 nömrəli mənzili Bakı şəhəri 9 nömrəli notariat ofisində 153.000 manat dəyərində əldə etmişdir. Əmlaka dair mülkiyyət hüququ AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 15 may 2019-cu il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarışa əsasən onun tam mülkiyyətindədir. Alqı-satqını həyata keçirdikdən sonra Cavabdeh1 mənzili boşaldıb təhvil verilməsi üçün ondan vaxt istəmiş və onun tərəfindən həmin şəxslərə müəyyən vaxt verilmişdir. Bir müddət keçdikdən sonra Cavabdeh1 müxtəlif bəhanələr gətirərək mənzili təhvil verilməsindən yayınmışdır. Daha sonra məcbur olub, iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəf isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 695/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 ona məxsus olan Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi, iddiaçı Cavabdeh1 ona və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli 2(103)-5906/2021 saylı qətnaməsi ilə Cavabdeh1 və X5 tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021 -ci il tarixli 2(005)-695/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 555/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MK-nin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra qarşı tərəf AR Konstitusiya Məhkəməsinə müraciət etmiş, AR Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir. Qeyd olunan sonuncu AR Konstitusiya Məhkəməsinin qərardadından sonra məhkəmə qərarının icrasının qarşısını almaq və icra işini süni uzatmaq məqsədi ilə uydurma iddia qaldırmışlar və bu yolla məhkəmə qərarının icrasına mane olmaq istəyirlər. İddiaçı heç vaxt mübahisəli mənzilin mülkiyyətçisi olmayıb və ümumiyyətlə belə bir iddia qaldırılması üçün subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki. iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya baş vermiş alqı-satqı barədə məlumatı olmamışdır. Halbuki, tərəflərindən göndərilmiş bütün xəbərdarlıqları poçt vasitəsilə 2020-ci ildə birbaşa özü əldə etmişdir. Bundan başqa, onunla Cavabdeh1 arasında bağlanmış 13 may 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi artıq mübahisələndirilmiş və Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş və qeyd olunan məhkəmə qərarı öz qüvvəsini almışdır. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR MPM-nin 82.3-cü maddəsinin müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cii il tarixli qərarında qcvd etmişdir ki, “hüququ müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Cavabdeh2 eyni zamanda, məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, alqı-satqını həyata keçirdikdən sonra Cavabdeh1 mənzili boşaldıb təhvil verilməsi üçün ondan vaxt istəmiş və onun tərəfindən həmin şəxslərə müəyyən vaxt verilmişdir. Bir müddət keçdikdən sonra Cavabdeh1 müxtəlif bəhanələr gətirərək mənzilin təhvil verilməsindən yayınmışdır. Bu səbəbdən tərəfindən İntiza Xanməmmədovaya 2020-ci ildə poçt vasitəsilə rəsmi xəbərdarlıq göndərilmiş və həmin xəbərdarlıqları Sadayə Bayramova imza atıb qəbul etmişdir. Bununla da, alqı-satqı barədə məlumatı 2020-ci ildə olmuşdur. Öz iddia ərizəsində alqı-satqı barədə məlumatının olmadığını və yalnız icra şöbəsində icra işi olduğu zaman 2022-ci ilin dekabr ayında əldə etdiyini bildirməsi həqiqəti əks etdirmir. Hesab edir ki, iddiaçı iddia tələbi üzrə müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilmələrinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, İddiaçı onun xalasıdır. İntizar Bakıda ev alırdı, onlar da xalasından pulu alıb gətirib İntizara vermişlər. 2007-ci ildə 50.000 manat pulu xalasından götürüb İntizara vermişlər. Həmin pulu xalasından 1 dəfə götürmüşlər. Pulu Səadətlə birlikdə vermişlər. Həmin vaxt onun 21 yaşı var idi. Sədayə əvvəl Şəmkirdə yaşamışdır. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı neçə müddət Şəmkirdə yaşadığını bilmir. İddiaçı Green Park-da yaşayır. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, İddiaçı qaynının yoldaşıdır. Mənzil Sədayənindir, onun yanında İntizara 50.000 manat pul vermiş və əlavə hissə-hissə ödənişlər etmişdir. Həmin vaxt onun yoldaşı yeni vəfat etmişdir, təxmini dekabr-yanvar ayı idi, dəqiq bilmir 2007-ci il idi ya yox. Yoldaşı 2003-cü ildə vəfat etmişdir. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, Sədayə 50.000 manat pulu ona vermiş, o da pulu İntizara vermişdir. Pulu İntizara verəndə yanında Esmira olmuşdur. İntizar Bakıda yaşadığı üçün mənzilin təmirinə, alqı-satqı işlərini ona həvalə etmişlər. Mübahisəli mənzil Sədayənin həyat yoldaşının puluna alınmışdır. İntizar bilirdi ki, mənzil onun deyil. İntizarın həyat yoldaşının problemi olduğundan bankdan pul götürməli idi, Sədayə də mənzili İntizarın adına rəsmiləşdirmişdir. İntizarın öz yaşadığı mənzil bankda olduğu üçün öz evini banka qoya bilməmiş, Sədayənin evini qoymuşdur. Mənzil formal olaraq İntizarın adına rəsmiləşdirilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 7 134 nömrəli mənzildən Cavabdeh1 və X1 istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi olan iddiaçı Cavabdeh2 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddiaçı Cavabdeh2 və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh2 ilə 13 may 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsində yerləşən 7 nömrəli evin 188.5 kv.metr sahəsi olan 134 nömrəli mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunan qətnamə ilə ilkin iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X1 iddiaçı Cavabdeh2 məxsus olan Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə, ilkin iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və X1 hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan mübahisəli mənzildə yaşamaları iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı, onlar Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 mənzildən cavabdeh şəxslərin istifadə hüquqlarına xitam verilməli, onların həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq icdiaçı şəxsə təhvil verilməlidir. Qarşılıqlı iddianı rədd edərkən məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh1 tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və qarşılıqlı iddia tələbi üzrə Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tətbiq edilməli və iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı qarşılıqlı iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə qarşılıqlı ddia ərizəsi təmin edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5906/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və X1 apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(005)-695/2021 nömrəli qətnaməsinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və X1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Hümbcət qızına və X3 aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-555/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5906/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Cavabdeh1 şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilməsi qərara alınmışdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Əqdlərin etibarlılıq şərtləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqe aşağıdakı kimidir: “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Beləliklə, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırkı mübahisədə alqı-satqı müqavilələrinin etibarsızlığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən əmlaka dair "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli və alqı-satqı müqaviləsinin uydurma əqd olmasını və müqavilə predmeti olan mənzilin formal olaraq Cavabdeh1 mülkiyyətinə keçməsini iddia etsə də, həmin müqavilənin etibarsızlığını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan alqı-satqı müqaviləsinin etibarsızlığına əsas olan halların nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahat da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia ünvan 1 ünvanında yerləşən əmlaka dair "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan, həmin müqavilə əsasında mübahisə predmeti olan əmlaka mülkiyyət hüququ əldə etmiş Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığından da söhbət gedə bilməz. Odur ki, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə sadalananlardan əlavə qeyd edir ki, hazırkı mülki mübahisəyə xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yuxarıda qeyd olunan məhkəmə aktlarından da göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qarşı “13 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Göründüyü kimi sözügedən qətnamə ilə 13 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarlılığı təsdiq edilmiş, başqa sözlə, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmədiyindən, iddiaçının digər tələbləri isə həmin iddia tələbindən törəmə olduğundan digər hissələrdə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələblərini həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Bundan başqa, məhkəmə, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı Cavabdeh2 dəlilini əsassız hesab edir. Belə ki, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı”nda formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, “əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər”. Hazırkı iş üzrə də İddiaçı iddiası mənzilin alqı-satqı müqavilələrinin uydurma əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan mənzil üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan, onun bu tələbi müddətlə məhdudlaşdırıla bilməz. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Məhkəmə, şahid ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, həmin ifadələr işin məhkəmə iclasında araşdırılan digər halları ilə üst-üstə düşmür, həmçinin məhkəmə, şahidlərin iddiaçı ilə qohumluq və tanışlıq əlaqəsində olmasını nəzərə alaraq, həmin ifadələri iddiaçının tələbinin əsaslılığını göstərən sübut kimi qəbul etmir. Göstərilənlərə əsasən məhkəmə sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair iddia ərizəsində istinad etdiyi hallar məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən, həmçinin əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, bununla bağlı tələb olmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar